115
Az sonra vaqona minən Əbdül Kərim qəribsəyir, doğma ev-eşiyi gözünün
qabağına gəlir, ürəyi sancır, bu basabasda necə namaz qılacağına düşünür, qəm
dəryasına batır: «Elə bu vaxt onun gözünə bədən qalaqlarının üstündən adlayıb
koridordan
keçən mundir geymiş, əli fənərli «urus» dəydi. Onun timsalında bu
«
cəhənnəm maşınının adamını» görən Əbdül Kərim onu çağırdı:
- Ay «urus»,
zəhmət olmasa, de görüm, maşınını bir az saxlaya bilərsənmi,
düşüm namazımı qılım?
«
Cəhənnəm maşınınının adamı» «tatarın» xahişini sözdə başa düşməsə də,
fikrini
anladı. O, qəhqəhə ilə güldü və dodağının altında nə isə pıçıldadı ».
Çox çəkmir ki, lokomotivin güclü fiti eşidilir və qatar sürətini azaldaraq
dayanır. Əbdül Kərim «Məni bir az gözlə, çox çəkməyəcək» - deyə vaqondan
özünü bayıra atır: « Fontana çatıb qollarını çırmaladı, ayaqqabılarını soyundu və
dəstamaz almağa başladı; əllərini, qollarını dirsəkdən aşağı və üzünü yuyaraq, yaş
əlləri ilə başını və ayaqlarını sürtdü. Bunu edib cibindən bir dəsmal-canamaz,
dairəvi və yastı bişmiş torpaq parçası–möhr və təsbeh çıxartdı. Yeri səliqəli
təmizləyəndən və tozu üfürəndən sonra dəsmalı bütün içindəkilərlə yerə sərdi və
qarşısında farağat vəziyyətində durdu, namaza başladı. Gözəgörünməz və hər
yerdə olan Allahın qarşısında diz çöküb səylə ərəbcə duaları oxumaqda ikən, bir
zəng səsi, arxasınca vağzal rəisinin fitini eşitdi. Qatar yavaş-yavaş tərpəndi və yola
düşdü, öz Tanrısı ilə səmimi ünsiyyətdə olan kişinin bunlardan xəbəri olmadı ».
Yazıçı Əbdül Kərim və vur-tut iki-üç epizodik obrazla çox möhtəşəm və
bənzərsiz bir hekayə yazmağa müvəffəq olmuşdur. Dini dəyərləri yüksək
qiymətləndirən, həmişə islamın böyük təəssübkeşi kimi çıxış edən Ceyhun
Hacıbəyli hekayənin əvvəlində görünür, Əbdül Kərimin müqəddəs ziyarətə
getmək istəyinin əsl mahiyyətini , «Hacı» titulundan sonrakı arzu və niyyətlərinin
məğzini oxucu ilə bölüşdüyündən bu səfərin başa çatmasına qəsdən əngəl törədir:
Həcc ziyarətinə pak niyyətlə, təmiz dualarla, halal pulla getmək lazımdır. «Hacı»
titulundan sui-
istifadə edərək varlanmaq, təkəbbürlü davranmaq günah və
yolverilməzdir. Əsərin başlıca ideyası budur və günümüzdə də çox aktualdır.
116
“525-ci q
əzet”, 30 yanvar 2016;
Modern.az, 31 yanvar, 2016.
Bir sinopsisin taleyi
Azərbaycanın bolşeviklər tərəfindən işğalının ilk illərindən mühacirətdə
ömrünün sonunadək sovet rejimi və kommunist ideologiyasına qarşı mücadilə
aparan, eyni zamanda milli, mədəni irsimizin xarici ölkələrdə layiqincə təbliğinə,
tanıdılmasına çalışan Ceyhun Hacıbəyli yaradıcılıq imkanlarından, istedadından
gen-
bol bəhrələnmiş, istifadə etmişdir: Azərbaycan, fransız, rus dillərində
publisistik və bədii əsərlər yazmış, tərcüməçiliklə məşğul olmuş, qəzet, jurnal
redaktoru kimi antisovet təbliğatında mühüm rol oynamışdır.
Yanılmıramsa, Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli
sinopsisin müəllifi də Ceyhun Hacıbəylidir. Sinopsis yunan sözüdür, «bir baxışla
oxuna bilən» mənasını verir, Avropada, o cümlədən Fransada filmin ssenarisinin
ilkin mərhələsi, yaxud xülasəsi anlamında işlədilir. Sinopsis oxucuda gələcək film
haqqında, onun mövzusu, məzmunu, ideyası barədə müəyyən təəssürat yaradır,
ssenarist üçünsə sinopsis, müasir dillə desək, bir növ «yol xəritəsi»dir, filmin süjet
xəttini cızan, göstərən mətndir, onun əsasında filmin ssenarisi ərsəyə gəlir. Burada
bədii təsvir və ifadə vasitələrindən, dialoqlardan, monoloqlardan istifadə edilmir,
qısası ssenarinin, belə demək mümkünsə, eskizidir, «quru» mətndir.
Ceyhun Hacıbəylinin sinopsisi «Stalinin öpüşü və ya staxanovçu Fatimə»
adlanır. 1950-ci illərdə qələmə alındığını ehtimal etdiyimiz əsər fransız dilindədir
(A
RDƏİA, fond-649, siyahı 1, saxlama vahidi 10). Onu fransız dili üzrə tanınmış
mütəxəssis Mirzəbala Əmrahov dilimizə tərcümə etmiş və Ceyhun Hacıbəylinin
117
bir neçə əsərinin toplandığı kitaba daxil etmişdir (Ceyhun Hacıbəylinin seçilmiş
əsərləri. Bakı, «Elm», 2006, tərtibçi və «Ön söz»ün müəllifi Mirzəbala
Əmrahovdur).
Yuxarıda qeyd etdiyimiz kimi, yazı sırf texniki mətn olsa da, burada heç bir
bədii ifadə və təsvir vasitələrindən istifadə edilməsə də, onun qısa məzmunu,
gələcək filmin xülasəsində bir-birini sürətlə əvəz edən hadisələrin
dramatizmi, insanlararası münasibətlərin gərginliyi, rejimin nökərləri və eyni
zamanda qurbanlarının acı, ağır taleyi, sadə, zəhmətkeş insanların kölə həyatı, ülvi,
təmiz məhəbbətin ayaqlar altına atılması və s. oxucu qəlbini riqqətə gətirir, onu
sarsıdır, düşündürür..
Sinopsisin əvvəlində təqdim edilən personajların siyahısından bəlli olur ki,
gələcək filmin obrazlar qalereyası rəngarəngdir və demək olar ki, cəmiyyətin
bütün təbəqələri burada təmsil olunmuşdur: kolxoz sədrindən, respublika partiya
təşkilatının Birinci katibindən tutmuş Stalinədək inzibati-idarəetmə aparatının
bütün strukturlarının rəhbərləri, sıravi kolxozçular, pambıqçılar, eşq-məhəbbət
odu-
alovu ilə yanan gənclər gələcək əsərin-kinonun qəhrəmanlarıdır.
Ceyhun Hacıbəylinin qeydindən məlum olur ki, hadisələr 1934-1938-ci
illərdə Özbəkistanda baş verir. Bəri başdan qeyd etmək yerinə düşər ki, təsvir
olunan hadisələr yazıçı təxəyyülünün, fantaziyasının məhsulu deyil və müəllif
əsərin faktlar əsasında qələmə alındığına özü də dəfələrlə işarə vurur. Təbii sual
yaranır: Parisdə, yaxud Münhendə yaşayan mühacir yazıçı «dəmir pərdə»nin
içərisində cərəyan edən hadisələri, rejimin milli, dini, iqtisadi siyasətini, onun
antibəşəri mahiyyətini, fəsad və faciələrini necə görə bilərdi? Mühacirlər öz xatirə
və qeydlərində göstərirlər ki, sovet rejiminin çürüklüyünü, antihumanist simasını
tənqid edərkən tutarlı və təkzibolunmaz faktlara, müxtəlif yollarla Sovet
İttifaqından əldə etdikləri qəzet, jurnal materiallarına, sənədlərə istinad edir,
əsaslanırlar. Sovet mətbuatının yazdıqlarından məhkəmə materiallarından,
«əksinqilabçıları ifşa edən» məqalələrdən, «sosializm yarışını», «staxanovçuluq
hərəkatını» mədh edən reportajlardan mühacirlər güclü əks-təbliğat vasitəsi kimi
Dostları ilə paylaş: |