M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə31/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   27   28   29   30   31   32   33   34   ...   211

103 

 

«Bir ölüm ətrafında adlı məqaləsində Volqaboyu müsəlmanlarının adlı-sanlı 



söz  ustası  Abdulla  Tukayevin  vəfatı  adamları  nə  qədər  sarsıtdığından  bəhs  edən 

C.Hacıbəyli  göstərirdi  ki,  biz  istedadlı  şair  Sabiri  ləyaqətlə  dəfn  edə  bilmədik. 

Onun  əsərlərinin  çapı  üçün  isə  qəpik-qəpik  vəsait  toplamaq  məcburiyyətində 

qaldıq. H.Vəzirovun fəaliyyətini ehtiramla yad edən C.Hacıbəyli təlaşla soruşurdu: 

«Haşım  bəyin  adı  Qafqaz  müsəlmanlarının  ictimai-milli  dirçəliş  tarixinə 

düşəcəkmi?» Cəmiyyətdə hökm sürən etinasızlıq müəllifi kədərləndirirdi. Müəllif 

H.Vəzirovun əsərlərinin çapını, tərcümeyi-halının tərtib edilməsini, xidmətlərinin 

qələmə alınmasını günün təxirəsalınmaz vəzifəsi hesab edirdi. 

Ceyhun  Hacıbəyli  xeyriyyə  cəmiyyətlərinin  təkcə  maarifi  yaymağa, 

məktəblər  açmağa,  ziyalılara  yardım  etməyə  yox,  həm  də  kasıblara,  müharibə 

nəticəsində Bakıya pənah gətirmiş on minlərlə qaçqına kömək etməyə səsləyirdi. 

«1914-


cü  ildə  müsəlman  həyatı»nda  Ceyhun  bəy  göstərirdi  ki,  xeyriyyəçilər 

əvvəlki  illərə  baxanda  nisbətən  fəallaşmış,  müharibədən  qaçqın  düşən 

müsəlmanlara  yardımı  artırmışlar.  Bununla belə,  müəllif  qeyd  edirdi  ki,  yerlərdə 

qaçqınlarla məşğul olacaq bir təşkilatın yoxluğu ucbatından bu iş yarıtmaz həyata 

keçirilir.  Qaçqınların  sayı,  onların  ehtiyacının  dərəcəsi  məlum  deyil.  Harada  nə 

qədər qaçqın yerləşdirildiyi də bilinmir. Heç kim onları qeydiyyata almır, heç kim 

o

nlara qayğı göstərmir, heç kim onlara heç adi məsləhət belə vermir. Bütün bunları 



işıqlandırmamaqda  Ceyhun bəy  mətbuatı da qınayır.  Müəllif müşahidə  etdiyi  bir 

hadisəni  təsvir  edir.  Qars  vilayətindən  Bakıya  pənah  gətirmiş  bir  neçə  yüz  ailə 

şəhər  rəhbərliyinə  müraciət  etmişlər.  Onlar  yardım  üçün  vəd  versələr  də,  hələlik 

qaçqınlara heç bir yardım göstərilməmişdir. Müəllif bu qənaətə gəlir ki, qaçqınlara 

«geniş ictimai kömək lazımdır». C.Hacıbəyli yazır ki, Bakıda öz millətinə yardım 

məqsədilə  ermənilərin,  gürcü  və  polyakların  «Qaçqınlara  Yardım  Komitəsi» 

yaradılmışdır.  Müəllif  haqlı  olaraq  «bəs  biz  müsəlmanlar  nə  üçün  belə  komitə 

yaratmamalıyıq?» - sualını verir və ictimaiyyəti tezliklə belə bir təşkilat yaratmağa 

çağırır. 



104 

 

«Bacarıqsızlıq, yoxsa cinayət» («Kaspi» qəzeti, 1915-ci il, 25 yanvar, № 20) 



məqaləsində  qaçqınlar  probleminə  çox  kəskin  toxunur.  Müəllif  göstərir  ki,  10 

aydan  çoxdur  ki,  Qars  qaçqınları  bizə  pənah  gətirmişdir.  Ceyhun  bəy  öz  doğma 

yurd-

yuvasından,  isti  ocağından  didərgin  düşən  müsəlmanların  son  dərəcə  ağır 



vəziyyətini  təsvir  edib  yazır:  «Soruşulur:  Biz  öz  can  verən  qardaş,  bacı,  ana  və 

arvadlarımızın vəziyyətini yüngülləşdirmək üçün nə etmişik? Bu müddət ərzində 

onların heç olmazsa, acından ölməməsi üçün nə etmişik?» Müəllif sonra soruşur: 

«Hanı bizim xeyriyyəçilər? Hanı bizim ziyalılar? Ötən müddətdə biz ətrafda baş 

verən  fəlakəti  müşahidə  etmişik,  fikirləşməmişik  ki,  ağır  xəstənin  təcili  yardıma 

ehtiyacı  olduğu  kimi,  indiki  vəziyyətdə  zərərçəkənlərə  də  dərhal  kömək 

göstərilməlidir.  Xilas  olmaq  ümidi  ilə  öz  Vətənini  tərk  edən  neçə-neçə  bədbəxt 

burada  acından  həlak  olmuşdur».  Ceyhun  bəyin  fikrincə,  bütün  bunlarda  biz 

günahkarıq. Müəllif biganəliyi, laqeydliyi, etinasızlığı, şəxsi mənfəəti hər şeydən 

üstün tutmağı tənqid edir və sonda bu sualı verir: «Bu nədir, bacarıqsızlıq, yoxsa 

sadəcə olaraq, cinayət?» 

Ceyhun Hacıbəyli publisistikasının səciyyəvi cəhətlərindən biri də budur ki, 

müəllif  gördüyü,  müşahidə  etdiyi  hadisəni,  problemi  qələmə  almaqla 

kifayətlənmir, cəmiyyət üçün ləkə sayılan nöqsanların aradan qaldırılması yollarını 

araşdırır. «Biz nə etməliyik» adlı məqalə də bu baxımdan xarakterikdir («Kaspi» 

qəzeti, 1915-ci il, 7 fevral, № 29). Məqalədə göstərilir ki, Bakı müsəlman xeyriyyə 

cəmiyyətləri  Qars  zərərçəkənlərinə  ianə  toplamaq  üçün  icazə  almışlar.  İndi  iş 

görmək  vaxtı  çatmışdır.  C.Hacıbəyli  ianə  toplayan  komitənin  tərkibinin 

genişləndirilməsini,  buraya  bütün  sinif  və  təbəqələrin  nümayəndələrinin  cəlb 

olunmasının  vacibliyini  qeyd  edirdi.  Yalnız  belə  bir  tərkiblə  faydalı  iş  görmək, 

a

damlarla ümumi dil tapmaq olar. Bu, həm də ona görə zəruridir ki, əhalinin 80-90 



faizi  qəzet  oxumur,  60-70  faiz  isə  ətrafda  baş  verən  hadisələrdən,  onun 

mahiyyətindən xəbərsizdir. Odur ki, ianə toplayan komitənin əməkdaşları yerlərdə 

güclü təbliğat işi görməli, adamlarla işləməlidirlər. C.Hacıbəyli bu işdə ziyalıların 

da üzərinə böyük vəzifə düşdüyünü qeyd edir və təəssüflənir ki, ziyalıların böyük 




105 

 

əksəriyyəti  hadisələrə  passiv  müşahidəçi  mövqeyindən  yanaşır,  bu  məsul,  milli 



işdə  iştirak  etmirlər.  Sinfi  birlik,  barışıq  naminə  qarşılıqlı  güzəşt  vacibdir. 

Ambisiyalı  ziyalılar  unutmamalıdır  ki,  məsul  ictimai-milli  məsələlərdə  «şəxsi 

münasibətlər»  arxa  plana  çəkilməlidir.  «Biz  nə  etməliyik»  adlı  məqalənin  2-ci 

hissəsində  müəllif  göstərir  ki,  artıq  müsəlman  qaçqınlara  yardım  komitəsi 

yaradılmışdır («Kaspi» qəzeti, 1915-ci il, 13 fevral, № 34). Bundan əlavə, qadın 

xeyriyyə cəmiyyətləri də Qars zərərçəkənlərinə yardım etmək üçün ianə toplamağa 

icazə  almışlar.  C.Hacıbəyli  bununla  kifayətlənmək,  arxayınlaşmaq  «olmaz»  - 

deyir.  «İanə verən  əvvəlcədən  bu işə hazırlanmalıdır,  o, bilməlidir ki,  onun  pulu 

hansı məqsədlə toplanır, hara xərclənəcək? Qoy hər kəs bu işi şüurlu görsün». 

C.Hacıbəyli  qadın  xeyriyyə  cəmiyyətlərinin  də  bu  işə  –  zərərçəkənlərə 

yardım  kompaniyasına  qoşulmalarını  alqışlayır,  lakin  onun  da  qaçqınlara  yardım 

komitəsi  ilə  birgə,  əməkdaşlıq  şəraitində  çalışmasının  vacibliyini  qeyd  edir.  «Bu 

işdə məqsəd vacibdir, ona nail olmaq vasitəsi yox». Qadınların müstəqil fəaliyyəti, 

ictimai hərəkatda iştirakı təqdirəlayiq olsa da, ümummilli mənafe birgə fəaliyyəti 

tələb  edir.  «Bizim  üçün  kimin  işləməsi  yox,  necə  işləməsi  vacibdir».  Bunun 

üçünsə,  qüvvələrin  birləşdirilməsi,  hərəkatın  əlaqələndirilməsi,  razılaşdırılması 

zəruridir. 

Problemlərə  müxtəlif  rakurslardan  yanaşan      C.Hacıbəyli  zərərçəkənlərə 

yardımla bağlı daha bir vacib məsələyə toxunur. O, qeyd edir ki, qaçqınlara yardım 

yalnız Bakı, Nuxa, Yelizovetpolda toplanır. Qafqazın digər iri şəhərlərində hələlik 

hərəkət  yoxdur.  Müəllifin  fikrincə,  eyni  məqsədə  yönələn  qüvvələri  bölməmək 

üçün müxtəlif şəhərlərdəki komitələr birləşməlidir. Qafqazın digər şəhərlərində də 

belə  komitələr  yaradılmasına  nail  olmaq  lazımdır.  «Beləliklə,  ona  çalışmaq 

lazımdır  ki,  zərərçəkən  qardaşlarımıza  yardım  bütün  Qafqazı  əhatə  etsin.  Bu 

yard

ım  planlı,  intizamlı  olsun,  hisslərdən  yox,  şüurdan  yaranan  olsun»  («Kaspi» 



qəzeti, 1915-ci il, 7 fevral, № 29). Bax, bu cəhətlərinə, məziyyətlərinə görə, biz bu 

fikirdəyik ki, C.Hacıbəylinin publisistik irsi həm də ona görə böyük maraq doğurur 

və  əhəmiyyətlidir  ki,  o,  toxunduğu  problemlərə  kompleks  yanaşmağı,  bütün 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə