M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə34/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   30   31   32   33   34   35   36   37   ...   211

112 

 

Məsələ  burasındadır  ki,  C.Hacıbəyli  mühacirətdə  də  sevimli  qəhrəmanını  - 



Hacı  Kərimi  unutmamış,  həmin  hekayələrin  bir  neçəsini  fransız  dilinə  tərcümə 

etmiş və «Baş tutmayan ziyarət» adlı daha bir irihəcmli  hekayəni fransız dilində 

qələmə almışdır  ( ARDƏİA, fond № 649,siyahı №1, saxlama vahidi 3). 

Hacı  Kərim  burada  tamamilə  başqa  görkəmdə  qarşımıza  çıxır.  Bundan  xeyli 

əvvəl – hələ yazıçı  Vətəndə ikən qələmə aldığı hekayələrdən fərqli olaraq burada  

o, Əbdül Kərimdir , hələ «Hacı» titulunu qazanmamışdır və bu adı almaq üçün  ilk 

cəhdini edəcəkdir...Arşın mal taciri 50 yaşa yenicə qədəm qoymuşdu. Və bu zaman 

Əbdul  Kərim  müsəlmanlığın  5-ci,    ən  çətin  dəyərli  şərtini  –  Məkkə  ziyarətini  

həyata keçirməyi qərara alır. Yazıçı Əbdül Kərimin dini və mənəvi tələbatın şübhə 

altına almadan bu ziyarətin zəruriliyini ortaya çıxara biləcək digər ehtimallarla da 

oxucunu  tanış  edir:  «Hacı»  titulunun  sayəsində  hər  hansı  bir  tacir  öz  mövqeyini 

rahatca  möhkəmləndirər,  ən  ciddi  rəqiblərə,  o  cümlədən  hazırda  cüzi  səylə  əldə 

etdikləri «məşədi», «kərbəlayi» titulları ilə bütün müştəriləri ələ alan tacirlərə sinə 

gələ bilər» (     ,). Əbdül Kərim hazırda  «Bəlkə, sən qiymətdə aldadırsan» - sualı 

ilə  müraciət  edən  müştəriyə  əzəmətli  səslə  «Müqəddəs  Kəbə  belimi  qırsın,  əgər 

mən  sizə  insafsız  qiymət  deyirəmsə»,  yaxud  «Əgər  yalan  deyirəmsə,  ziyarət 

etdiyim müqəddəs Məkkə məni yerimdəcə ildırımla vursun» - deyə bilmirdi (      ,). 

İndi    Əbdül  Kərim  ən  yaxşı  halda  yazıq  görkəmlə  hər  kəsin  işlətdiyi  bayağı, 

duzsuz,  təsirsiz  andlardan  istifadə  edirdi:  «Yalan  deyirəmsə,  uşaqlarım  ölsün», 

«Meyidini görüm, səni qəbrə qoyum, əgər…». Bəzən belə ikibaşlı və çox mənalı 

ifadələr nəinki  müştərinini ürəyincə olmur, onu  cəlb etmir. əksinə Əbdül Kərimi 

çıxılmaz  vəziyyətə  salır:  «Elə  öz  meyidini  gör.  Özünü  qəbirə  qoy»  -  deyə 

uzaqlaşan  alıcı  yaxınlıqdakı  Məşədi  Qasım  və  ya  Kərbəlayi  Əhmədin  dükanına 

tərəf  gedirlər»  (        ,).  Ceyhun  Hacıbəyli  Əbdül  Kərimin  Məkkə  ziyarətinin  bu 

amillərdən də də ilhamlana bləcəyi  ehtimalını düşünməyi sanki oxucunun yadına 

salır. 


İslam  dinini,  onun  mərasimlərini,  rituallarını  dərindən  bilən  Ceyhun  Hacıbəyli 

qəhrəmanının istəklərini, hərəkətlərini də peşəkarlıqla qələmə alır. O, yazır ki, əsl 




113 

 

müsəlman  kimi  Əbdül  Kərim  də  nə  qədər  cəsarətli,  qətiyyətli  olsa  da,  Məkkə 



səfərinə hazırlıq zamanı səbirlə, təmkinlə hərəkət etməyə üstünlük verir. Uzaq, isti 

bir ölkəyə səfərə çıxan Əbdül Kərim «şər deməsən, xeyir gəlməz»-  məşhur zərb 

məsəlinə  riayət  edərək  ilk  növbədə  vəsiyyətini  hazırlayır.  Daha  sonra  duaların 

ərəbcə  kamilləşdirilməsinə  səy  edir: «  Məsələ  vacib  olduğundan,  Əbdül  Kərim 

xərclərin  qarşısından  geri  çəkilmədi  və  ərəbcə  duaların  elmi  tələffüzü  sahəsində 

məşhur  sənətkar,  bəzi  ərəb  hərflərini  qırtlağında 

köz   

üstündə  şabalıd  kimi 



partladan 

böyük ustad Axund Molla 

Feyzullanın şəxsində birbaşa mənbənin özünə 

müraciət etdi. Başlanğıc çox çətin oldu və bizim geri qalmış şagird tələffüzdə öz 

ustadını təqlid etmək səyində az qalmışdı çənəsini çıxarsın. Bununla belə, bir neçə 

həftənin tamamında axund ona diplom verdi və əmin etdi ki, bu vaxtdan etibarən o, 

hər hansı əsl Məkkəli ilə ərəbcə duaların tələffüzü sənətində çəkişmək gücündədir. 

Bu 


əminlik mükafata layiq idi və tacir, adətən, üç düyün vurulmuş kisəsini geniş 

açdı. ». 

Hazırlığın  son  mərhələsi  –  dost-tanışdan,  qohum-əqrəbadan,  günahlarının 

bağışlanılması  istəyi  Əbdül  Kərim  üçün  o  qədər  də  çətin  olmur:  «Əbdül  Kərim 

üzünə ən müti bir görkəm verərək onlara təxminən bu dildə müraciət edirdi: 

 



Əgər,  nəzərimdən  qaçan  bir  təsadüfdən,  sizə  hər  hansı  bir  ziyan 

vurmuşamsa, və ya ehtiyatsız bir sözlə xətrinizə dəymişəmsə, məni bağışlayın… 

 

Bunun 


müqabilində,  vəziyyətə  uyğun  görkəm  alan  həmsöhbətləri  iltifat  və 

hərarətlə əlini sıxaraq onu arxayın edirdilər: 

 

-  Allah 



bağışlasın, Hacı, insan kimi aciz bir bəndə özü ilə bərabər olanları 

mühakimə edə bilməz. 

 

Bəzən  bu  həyəcanlı  səhnələr  bu  və  ya  digər  tərəfin  müxtəlif  səbəblərdən 



axan bir 

neçə damla göz yaşı ilə müşaniət olunurdu ». 

Nəhayət, bütün hazırlıqlar başa çatır və Əbdül Kərim hazırlıq dövründə, «tamamilə 

sınıxmış arvadı»  Şərəbanı, doğmaları, qonşuları ilə vidalaşıb zəvvarlar dəstəsinə 

qoşularaq  faytonlarla  ən  yaxın  dəmiryol  stansiyasına  tərəf  hərəkətə  başlayır: 

«

Çavuşun kur səsi bu sonu görünməyən ürək boşaltma mərasiminə son qoydu. O, 




114 

 

yola 



düşmə siqnalı verdi və izdiham əks-sədası uzaq dərələrdən gələn son salavat 

verdi.  Furqonlar 

və  süvarilər  izdihamdan  aralandılar  və  dördayaq  çaparaq  120 

kilometrlikdə  yerləşən  ən  yaxın  dəmir  yol  stansiyasına  aparan  yola  düşdülər. 

İzdiham  hələ  uzun  müddət  yerində  qalmaqda  idi,  adamlar  hərəkət  edir,  min  bir 

işarə  və  jestlərlə  səyahətçilərlə  ünsiyyətə  girirdilər.  Nəhayət,  kortec  döngələrin 

birində  gözdən  itdi  və  izdiham  sakit  və  fikirli  bir  vəziyyətdə  şəhərə  dönən  yola 

düşdü ». 

     

Həmişə obrazlarda gərginliyi, dramatizmi, həyəcanı daha da qabartmağı və bu 



duyğuları  oxuculara  da  siyarət  etdirməyi  sevən  C.Hacıbəyli  yenə  ənənəsinə 

sadiqdir. Oxucu intizarla hadisələrin sonrakı inkişafını gözləyir.  Zəvvarlar səfərə 

başladı. Yolda hansı hadisə ola bilər ki, ziyarət baş tutmasın ?  Axı, hekayənin adı 

bu  səfərin  axıra  çatmayacağından  xəbər  verir !  Oxucu  bu  suallar  ətrafında 

düşünməyə  macal  tapmır,  Ceyhun  bəy  buna  imkan  vermir:  «Uzaq  məsafələrə 

səyahətdə  səriştəsiz  olan  və  ömründə  qatar  görməyən      Əbdül  Kərim  fit  verən, 

fınxıran, tüstü və qığılcım püskürən iri bir maşınla dartılıb hərəkət edən bu qəribə 

zənciri  evlərə  heyrətlə  baxırdı.  Baxışı  yol  yoldaşı  Allahyarla  toqquşanda  özünü 

saxlaya bilmədi: 

 

- Evin 



yıxılsın, ay firəng, icad etmədiyin bir şey qaldımı! 

 

Q



əssab Allahyarı söhbətə qoşuldu: 

 

-  Bir  gün 



də  görəcəyik  ki,  quş  kimi  göydə  uçurlar,  -  deyə,  eyni  təəssürat 

altında olan qəssab cavab verdi. 

 

Başqaları  da  söhbətə  qoşuldular.  Özünün  hazırki,  kifayət  qədər  hörmətli 



titulundan, gördüyünüz kimi, 

təmin olunmayan, «hacı» titulunu da öz adına əlavə 

etmək istəyən iddialı baqqal Kərbəlayi Səməd isə nəsihətli bir tonla qeyd etdi: 

1.

 



Onlar deyilmi 

gəmiləri ilə suyun altına baş vuranlar? 

Və Əbdül Kərimə xitabən soruşdu: 

2.

 



Sən  Allah,  bir  mənə  de  görüm  ikicə  dəqiqədən  artıq  suyun  altında  qala 

bilərsən? 

-O 

dəqiqə boğularam -, deyə Əbdül Kərim qəti cavab verdi ». 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə