M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə32/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   28   29   30   31   32   33   34   35   ...   211

106 

 

tərəflərdən  ona  nəzər  salmağı  bacarır.  Yazılarında  mənəviyyat,  tərbiyə 



məsələlərinə  həmişə  geniş  yer  verən  C.Hacıbəyli  bu  işdə  də  maddi  yardımla 

kifayətlənməməyi  tövsiyə  edir.  Müəllifin  qənaətinə  görə  zərərçəkənlərə  mənəvi 

cəhətdən mütləq yardım göstərməlidir. Bundan başqa, Ceyhun bəy Qars qaçqınları 

ilə işin çox mühüm bir hissəsi kimi statistika ilə məşğul olmağın vacibliyini qeyd 

edir.  İllər  keçəcək,  yaralar  sağalacaq,  lakin  tarixin  unudulmaması,  hadisələrinin 

izinin silinməməsi üçün statistik müşahidələr aparmaq zəruridir. 

Görkəmli publisist adamlara təsir etmək, onların hisslərinə toxunmaq, onları 

hərəkətə gətirmək üçün sözün qüvvəsindən çox məharətlə istifadə edirdi: «Bizim 

üçün adət və ənənələrimiz nə qədər əziz olsa da, real həyatda baş verən təzahürlərə 

göz  yuma  bilmərik  və  göz  yummamalıyıq».  Bu  sitat  Novruz  bayramı  ərəfəsində 

Ceyhun bəyin qələmə aldığı «Qarşıdan gələn bayram haqqında» adlı məqaləsindən 

götürülmüşdür («Kaspi» qəzeti, 1915-ci il, 4 mart, № 50). Məqalənin müəllifi yazır 

ki,  «öz  uşaqlarımıza  və  qonaqlara  müxtəlif  şirniyyat,  bayram  hədiyyələri  üçün 

xeyli pul xərcləyəndə digər övladlarımızı şirniyyat üçün yox, bir tikə çörək üçün 

göz yaşı axıdan balalarımızı unuda bilərikmi? Öz ailə üzvlərimizə təzə, təmiz, isti 

paltar  geyindirəndə,  qar  və  şaxtada  çılpaq  bədənlərini  cındırla  belə  örtmək 

iqtidarında olmayan arvadları, körpələri unuda bilərikmi? Biz qonaqlarımızı zəngin 

bayram  süfrəsi  arxasında  əyləndirərək,  rütubətli  torpaqda,  mağarlarda  acından 

ölən,  zarıyan,  inləyən  qardaşlarımızı  unuda  bilərikmi?  Çoxsaylı  qadın  və  uşaq 

harayına, ah-naləsinə biganə qalıb şən musiqiyə qulaq asa bilərikmi? On minlərlə 

qaçqına  yeni  ilə  çıxmaq  nəsib  olmayacağı  təqdirdə  biz  qapı-qapı  gəzib  dost-

tanışlarımızı yeni il münasibəti ilə təbrik etməliyikmi?» 

Yeri gəldikcə   Ceyhun bəy ritorik suallarla oxuculara müraciət edir və onları 

Qars qaçqınlarına ianə toplanması məqsədilə martın 8-də görüləcək tədbirə çağırır. 

«Aldanılmış  gözləmə»  məqaləsində  yenidən  bu  mövzuya  qayıdan  müəllif  Qars 

qaçqınlarına  yardım  niyyəti  ilə  nəzərdə  tutulan  tədbirə  işarə  vuraraq  təəssüflə 

yazırdı:  «Bizim  tədbir  baş  tutmadı.  Bu  acı  həqiqəti  etiraf  etməliyik»  («Kaspi» 

qəzeti, 1915-ci il, 13 mart, № 58). 80 minlik müsəlman əhalisi olan şəhərdə cəmi 5 




107 

 

min  rubl toplanmışdı.  Buraya  digər xalqların nümayəndələrinin verdiyi  vəsait də 



daxildir.  Müəllif  yazır  ki,  istər-istəməz  düşünməli  olursan:  ah-zar  edən,  əzab-

əziyyət çəkən, fəryad qoparan, acından ölən bizim qardaşlarımız deyilmi? Fayton 

v

ə avtomobillərin səsi, şənlik edən adamların qəhqəhəsi, xoş musiqi sədaları… bir 



sözlə,  adi  Novruz  bayramlarından  biri.  C.Hacıbəyli  bütün  bunlardan  belə  nəticə 

çıxarır:  «Bu,  ümumi  iş  naminə  bizim  hazırlıqsızlığımızı,  təşkilatlanmağı 

bacarmamağımızı  bir  daha  üzə  çıxardı».  Tədbirdən  sonra  bir  çoxu  özünə  bəraət 

qazandırmaq istəyir. Bizim xəbərimiz olmayıb. Belə söyləyənlərin dediklərində də 

bir  həqiqət  var,  axı  qəzetlər  yazmamış,  adamlar  tədbirə  əvvəlcədən 

hazırlanmamışlar. 

Zəngin  qələm  və  həyat  təcrübəsinə  sahib    C.Hacıbəylinin  toxunduğu 

mövzuları,  onun  publisistikasını  maraqlı  edən  cəhətlərdən  biri  də  faktları, 

hadisələri  müqayisələrlə  təqdim  etməsidir.  Bu,  bir  tərəfdən  yazını  oxunaqlı  edir, 

digər  tərəfdən  oxucunu  inandırır.  «Biz  nə  etməliyik»  adlı  məqaləsinin dördüncü 

hissəsində  Ceyhun  Hacıbəyli  hiddətlə  yazır  ki,  Qarsın  200  minlik  müsəlman 

əhalisinə  baş  verən  faciə  rus  mətbuatında  özünə  yer  tapmadı,  halbuki  onlar 

ermənilərin,  polyakların,  yunanların,  asurların  əzablarına  böyük  canfəşanlıqla  öz 

səhifələrində  tez-tez  yer  ayırırlar  («Kaspi»  qəzeti,  1915-ci  il,  28  mart,  №  67). 

«Digər  xalqlar  həyatın  bütün  elementlərini  ölçüb-biçir,  müəyyən  proqramlar 

əsasında  hərəkət  edir,  bizsə  özümüzü  həyatın  axarına  tabe  etdiririk.  Ətrafda 

möhkəm,  dözümlü  dayaq  tapmadan  gözümüzü  yumub  güclü  axına  atılırıq. 

Təşkilatlanmaq mədəniyyətimiz aşağıdır». Ceyhun bəyin 80 il bundan əvvəl təsvir 

etdiyi  mənzərə  bu  gün  nə  qədər  tanışdır  və  problem  bu  gün  nə  qədər  aktual 

səslənir!  Böyük  publisist  yazılarında  Petroqraddakı  və  Rusiyanın  digər 

şəhərlərindəki müsəlman ziyalılarını, Rusiya Dumasındakı müsəlman fraksiyasının 

üzvlərini də fəal olmağa səsləyirdi. 

Novatorluğu  və  zənginliyi  ilə  fərqlənən  C.Hacıbəylinin  publisistikasını 

cəsarətlə ideyalar publisistikası da  adlandırmaq olar. Onun qələmə aldığı elə bir 

mövzu, toxunduğu elə bir problem yoxdur ki, müəllif təklifsiz keçinsin. Elə «Biz 



108 

 

nə  etməliyik»  məqaləsinin  beşinci  hissəsində  C.Hacıbəyli  Petroqradda 



müsəlmanların mənafeyini müdafiə edən qəzetin nəşrə başlamasının əhəmiyyətini 

dönə-dönə təkrarlayır və yazırdı: «Təkrar edirəm, əgər nə vaxtsa belə bir qəzetin 

nəşri yalnız arzu olunurdusa, bu gün bu, zəruridir». «Qadın qaçqınların məsələsi 

haqqında»  məqaləsi  («Kaspi»  qəzeti,  1915-ci  il,  18  aprel,  №  85)  müəllifin  bu 

mövzunu  nə  qədər  dərindən  mənimsədiyinə,  qaçqınların  problemlərinə  nə  qədər 

məsuliyyətlə  yanaşdığına  parlaq  misaldır.  C.Hacıbəyli  qadın  qaçqınlara  xüsusi 

diqqətlə  yanaşmağın,  onların  yerləşdirilməsində  ehtiyatlı  tərpənməyin  vacibliyini 

qeyd edir. 

«Nəhayət, nə vaxt?» adlı məqalə isə tənqidi ruhda qələmə alınmışdır. Bakı 

xeyriyyə  cəmiyyətlərinin  Qars  zərərçəkənlərinə  yardım  etmək  üçün  rəsmi  icazə 

aldığı vaxtdan 2 ay keçir («Kaspi» qəzeti, 1915-ci il, 9 may, № 102). C.Hacıbəyli 

həmin  müddət  ərzində  görülən  işlərə  nəzər  salır və  bu  yardımın  son dərəcə  cüzi 

olduğuna  işarə  vuraraq  yazır:  «Təkcə  moskvalı  ermənilər  öz  qaçqınları  üçün 

120.000  rubl  toplamışlar.  Başqa  sözlə,  bütün  Rusiya  müsəlmanlarının  öz 

zərərçəkənlərinə  topladıqlarından  2  dəfə  çox!»  Müəllif  qeyd  edir  ki,  15  nəfər 

petroqradlı  yəhudi  öz  qaçqınları  üçün  nə  az,  nə  çox  265.000  rubl  toplamışlar. 

Ceyhun  bəy  bizdəki  acınacaqlı  vəziyyəti  məyus  halda  bildirir  və  nə  üçün  belə 

olduğunu araşdırmağa çalışır. Göstərir ki, bizimkilər - «Biz də toplayırıq, 60 min 

rubl  toplamışıq»  -  deyə  hay-küy  qaldırırlar.  Digər  millətin  nümayəndələri  pul 

haqqında yox, düçar olduqları fəlakətdən, bəladan elə kədərlə danışırlar ki, bizim 

heç  mərsiyəxanlarımız  belə  bacarmazlar.  C.Hacıbəyli  məqalənin  sonunda  qeyd 

edir ki, iki aydan çoxdur ki, zərərçəkənlərə yardım üçün hesab açılmışdır. Yardıma 

ehtiyacı  olanların  gözü  hələ  yoldadır.  Pessimistlər  yardımdan  əl  üzmüşlər, 

optimistlər isə varlıların, xeyriyyəçilərin böhran anında hərəkətə gələcəkləri ümidi 

ilə yaşayırlar. Amma nə vaxtadək? 

Maraqlı və təqdirəlayiqdir ki, C.Hacıbəyli eyni mövzuya nə qədər müraciət 

edir etsin, oxucunu yormur. Təsvir, ifadə, ona yanaşma tərzi rəngarəng, müxtəlif 

olduğundan, məqalə oxucunu cəlb edir. Bu mənada qaçqınlara yardım mövzusuna 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə