M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə40/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   36   37   38   39   40   41   42   43   ...   211

130 

 

ail



əsindən yan keçilir. Bunu izah etmək çox çətindir. Hər halda xalq xadiminin 

ail


əsinə nəinki yardım göstərilmir, əksinə bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri 

hesabına yaşamağa maneəçilik törədilir, öz qabiliyyətlərini üzə çıxarmağa imkan 

verilmir. Bunlar n

əyə  lazımdır?  Nə  məqsədlə  edilir? Bəzilərinin bildiyi, lakin 

susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır. 

Yoxsa, öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox 

m

ədəni cəmiyyətdə  hələ  təsadüf olunmayan xüsusiyyətlərimizi üzə  çıxara  bilər. 



H

ətta vəhşilər belə  öz  başçılarının  məzarlarını  bəzəyirlər. Bizdə  vəhşilik  dövrü 

keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır…” 

Ceyhun  Hacıbəyli  təxminən 100 il əvvəl Azərbaycan tarixində  mühüm 

xidm

ətləri olan Həsən bəy Zərdabinin xatirəsinin  əbədiləşdirilməsi üçün çox səy 



göst

ərmiş,  çalışmışdır.  İstiqlal mücahidinin arzusu  Sovet hakimiyyəti illərində 

qism

ən, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra isə  tamamilə 



h

əyata keçirilmişdir. Qarşıdan Ceyhun bəyin anadan olmasının 125 illik yubileyi 

g

əlir. Fikrimizcə,  C.  Hacıbəyli də  xatirəsinin  əbədiləşdirilməsi  haqqını  qazanmış 



görk

əmli  xadimdir. 

 

 

 



 

 

 



 

 

 



                                                 

07.07. 2015. 



“Ədəbiyyat qəzeti”, 11 iyul 2015, 

 “525-ci q

əzet”, 22, 23  iyul 2015. 

 

 

 



X

əyal və həqiqətin parlaq  bədii-publisistik təcəssümü 

(Ceyhun  Hacıbəylinin “Bir il xəyallarda... və  bütöv  bir  ömür”  memuarı 

ətrafında düşüncələr) 



131 

 

Bir neç



ə söz 

 

Ədəbi termin kimi istifadə  etdiyimiz  «memuar»  sözü  fransız  dilindən 



alınmışdır,  mənası  «yaddaş»  deməkdir. Bu janrda ilk nümunələr də  XIII  əsrdə 

Fransada q

ələmə  alınmışdır.  Yazəçının  əsasən  yaddaşına  istinad  edərək  yazdığı 

memuar  onun  yaşadığı  mühiti,  tarixi  hadisələri,  insanlararası  münasibətləri, 

c

əmiyyətdə  baş  verən prosesləri  işıqlandırır,  keçmişi  göz  önündə  canlandırır, 



olayların  gerçək mənzərəsini  əks etdirir və  bu zaman oxucu hadisələrin 

iştirakçısına  çevrilir,  o  da  hiss-həyəcan keçirir, təsirlənir,  duyğulanır.  Bu  janrın 

imkanları  ilə  yazıçı    milyonların  qəlbinə, beyninə  yol  tapır,  onları  fəth edir. 

T

əsadüfi deyil ki, Qərb və  rus  ədəbiyyatının  ən məşhur  simalarının  əksəriyyəti 



memuar janrına  müraciət etmiş və əbədiyaşar əsərlər yaratmışlar. 

Az

ərbaycan memuar ədəbiyyatının  rüşeymlərinə, köklərinə  Nəsirəddin Tusi, 



Əbül Üla  Gəncəvi,  Xaqani  Şirvani,  Nizami  Gəncəvi kimi klassiklərin irsində, 

el

əcə  də  digər müəlliflərin qələmə  aldığı  təzkirə, salnamə, kitab, xatirə  və  yol 



qeydl

ərində təsadüf edilsə də, sonrakı dövrlərdə, xüsusi ilə XIX əsrdə bu janrda ilk 

əsərlər  –  Abbasqulu  ağa  Bakıxanovun,  İsmayıl  bəy  Qutqaşınlının,  Mirzə  Fətəli 

Axundovun… xatir

ə, səyahət oçerkləri, gündəlikləri, avtobioqrafik əsərləri ərsəyə 

g

əlsə  də, XX əsrdə  Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məmməd 



S

əid Ordubadi, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, bir qədər sonralar Əziz 

Şərif, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Hüseyn, Elçin, Anar, 

Qasım  Qasımzadə…gündəlik və  səyahətnamələrin-  memuar ədəbiyyatının  kamil, 

parlaq v

ə  zəngin örnəklərini qələmə  alsalar da, bu qəbildən olan əsərlərin elmi-

n

əzəri və  təcrübi məsələlərinin  ardıcıl,  sistemli  araşdırılması,  dəyərləndirilməsi, 



memuar 

ədəbiyyatının  yaranması,  təşəkkülü və  inkişaf  mərhələlərinin tədqiqi 

çağdaş ədəbiyyatşünaslığımızın payına düşmüşdür. 



132 

 

Uzun ill



ər bizdə memuar ədəbiyyatı ayrıca tədqiqat obyekti kimi fundamental 

öyr


ənilməsə  də,  bir  sıra  araşdırmaçılar  ara-sıra  bu  problemə  toxunmuş,  ayrı-ayrı 

yazıçıların  memuarlarından  az-çox bəhs  etmişlər. Filologiya üzrə  elmlər doktoru 

Nail

ə  Səmədovanın  sanballı  araşdırmaları,  xüsusilə  «Azərbaycan memuar 



ədəbiyyatı  tarixi»  (Bakı,  «Nurlan»,  2006,  331  səh),  «İnsan,  zaman  və  həyat 

h

əqiqəti» (Bakı, «Nurlan», 2011, 262 səh) kitabları diqqəti çəkir, təqdirəlayiqdir və 



memuar 

ədəbiyyatının  tədqiqi sahəsinə  layiqli töhfədir. Müəllif həmin elmi-

t

ədqiqat  işlərində  memuar  janrı,  onun  yaranması,  təşəkkülü, özünəxas 



m

əziyyətləri, digər  janrlarla  oxşar  və  fərqli cəhətləri ilə  bağlı  Qərb və  rus 

ədəbiyyatşünaslarının elmi-nəzəri materiallarını gözdən keçirir, onları müqayisə və 

t

əhlil edir, müəyyən qənaətlərə  gəlir, Azərbaycan memuar ədəbiyyatı  tarixindən, 



nümay

əndələrindən və  nümunələrindən bəhs edir. Nailə  Səmədova konkret 

əsərlərə  istinad edərək memuar ədəbiyyatını  mövzu,  məram,  ideya,  aktuallıq  və 

əhəmiyyət  baxımından  dərin və  dolğun  təhlil edir, dəyərləndirir, mühüm elmi 

n

əticələrə gəlir. 



 

Mühacir


ət memuarları 

 

Mühacir



ət ədəbi irsində memuarlar mühüm yer tutur ki, bu da təsadüfi deyil. 

İstiqlal mücahidlərinin keçdiyi mənalı, eyni zamanda məşəqqətlərlə dolu şəxsi və 

ictimai h

əyatı, fəaliyyəti maraqlı, unudulmaz, örnək fakt və hadisələrlə zəngindir. 

Ömrünü milli mücadil

əyə həsr etmiş qələm sahibləri heç şübhəsiz ki, yaşadıqlarını, 

gördükl

ərini,  yaddaşlarına  əbədi həkk  olunanları  bölüşmək,  paylaşmaq  istəyir. 



N

əticədə  növbəti gündəlik, memuar ərsəyə  gəlir. Elə  bilirəm  ki,  istiqlal  aşiqi 

Hüseyn  Baykaranın  (1904,  Şuşa-1984,  İstanbul)  Sovet  İmperiyasının  dünyaya 

meydan  oxuduğu  bir  dövrdə  –  1975-ci ildə  qələmə  aldığı  «Azerbaycan  istiklal 

mücadelesi  tarihi»  (İstanbul,  Genclik  basmevi,  1975,  341  səh.)  kitabına  yazdığı 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə