M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə39/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   35   36   37   38   39   40   41   42   ...   211

127 

 

 



Ceyhun  Hacıbəylinin  düşündürən , narahat edən suallar çoxdur: nə  üçün 

H

əsən bəyin  proqramlarının,  islahatlarının,  ideya  və  əməllərinin  icraçıları, 



davamçıları  yetişmir?  30-40 il bundan əvvəl xeyriyyəçilik, maarifçilik 

c

əmiyyətlərinə, teatra, mətbuata tələbat olduğu bir halda, niyə indi yeni tələbatlar 



yaranmır?  Görkəmli publisist adamlara təsir etmək,  onların  hisslərinə  toxunmaq, 

onları  hərəkətə  gətirmək üçün sözün qüvvəsindən, qüdrətindən  çox məharətlə 

istifad

ə  edir: “ Mərhum  Həsən bəyin  şəxsiyyəti və  tərcümeyi  halına  aid 



keyfiyy

ətlərdən  danışmayacağam;  bütün  həyatını  doğma  Vətənə  və  ölkəyə  həsr 

ed

ən  adamın  hansı  vəziyyətdə  bizi tərk etdiyindən,  dünyasını  dəyişdiyindən 



danışmayacağam;  müsəlman cəmiyyətinin  bu  insanın  xatirəsinə  və  ondan sonra 

qalan ail

əsinə  təəccüb  doğuran  münasibətindən  danışmayacağam.  Həsən bəyin 

xatir


əsini heç olmasa, adi qəbir daşı ilə əbədiləşdirmək fikrini dəfələrlə təkrarlayan 

ziyalıların nümayəndələrindən  soruşmayacağam ki, bəs fikirlərinizə, ideyalarınıza 

n

ə  oldu, niyə  onlar  söndü?  Şəxsi məmnunluğun  rəhnini ictimai səadətdə  görən 



m

ərhumun baxışlarında qalmamaq arzusu ilə bütün bu suallardan mən sükutla yan 

keçir

əm. Həsən bəyin unudulmuş xatirəsində mən əksinə ucalığı, yüksəkliyi, təmiz 



bibliya t

əzahürü görürəm ki, ondan bütün həyatını xalqına həsr edən, əvəzində nə 

sağlığında, nə də vəfatından sonra mükafat almayan insan haqqında gözəl əfsanə 

yaratmaq olar. El

ə  bil ki, Həsən bəyin həyatı  da,  ölümü  də  cəmiyyət üçün 

qurbanlıq idi. Bu vəziyyətdə hansısa bir sirr, müəmma var. Biz o xalqıq ki, xan və 

müst

əbidlərin zorakılığından bizi xilas edən cəngavər igidlərin şərəfinə şeir qoşur, 



onları  minnətdarlıq  hissi  ilə  yad edirik. Amma bu xalq həm də  Həsən bəyin 

əhəmiyyətini, tarixi xidmətlərini dərk etmir, dəyərləndirmir. 

Kütl

ə belə böyük xadiminin qiymətini verməyə hazırlanmamışdır. Şübhəsiz, 



kütl

ə  mədəniləşdikcə,  insanların  mənəvi sahədə  göstərdiyi  şücaəti 

qiym

ətləndirməyi  bacaracaqdır  və  o zaman böyük əməkçinin xatirəsinin 



əbədiləşdirilməsinin təntənəsi baş verəcəkdir” 


128 

 

C.Hacıbəylinin publisistikasını cəsarətlə döyüşkən və  ideyalar publisistikası 



adlandırmaq olar, o, oxucunu inandırmağın, onun qəlbinə və beyninə təsir etməyin, 

r

əy  formalaşdırmağın    mahir  ustasıdır,  o,  oxucunu  səfərbər eməyi, 



istiqam

ətləndirməyi bacarır,  xarakterik  faktları  seçmək,    güclü  müşahidə  və  

h

ərtərəfli təhlil etmək qabiliyyəti , ən  doğru  qənaətləri, nəticələri  çıxarmaq 



iqtidarındadır. O. yazır ki, mən 28 noyabrı xatırlamaqla cəmiyyətin diqqətini ona 

yön


əltmək istərdim ki, mədəni həyatımızın pioneri sayılan Həsən bəyin xatirəsinin 

əbədiləşdirilməsi üçün onun əsasını  qoyduğu  və  bütün ömrünü sərf etdiyi 

ideyaların  həyata keçirilməsinə  çalışaq.  İndi  bizə  elə  gəlir ki, bu məsələlərin, 

islahatların  həyata keçirilməsi qeyri-mümkündür. Lakin bunlar  tamamilə  realdır. 

Teatr, m

ətbuat, ictimai xeyriyyəçilik Həsən bəyin dövründə hansı vəziyyətdə idisə, 

bu probleml

ər də indi o şəkildə qarşımızdadır. Həsən bəy o vaxt həmin məsələlərin 

öhd

əsindən gəldi. Amma indi deyəsən, şəxsi həyatın inkişafı və tərəqqisi çoxdan 



ictimai h

əyatı  üstələyib. Bu isə  qeyri-normal təzahürdür.  Çünki  şəxsi həyat 

etibarsız  əsaslara söykənir.  Şübhəsiz, xalq cəmiyyət tərəqqi  edir.  Əgər 30-40 il 

əvvəl mədəni həyat Həsən bəyin dili ilə  bizə  ictimai xeyriyyəçiliyin, mətbuatın, 

teatrın  yaradılmasının  zəruriliyini diqtə  edirdisə, indi cəmiyyət  onların  daha  da 

t

əkmilləşdirilməsini və digər tələbləri irəli sürür. Bax, əhəmiyyətli 28 noyabr tarixi 



biz

ə bu yolu göstərir, bunu xatırladır. 

Ceyhun  Hacıbəylinin Həsən bəyin xatirəsinə  həsr etdiyi “ Yeddi  il  “  adlı 

dig


ər məqalə daha kəskin , daha sərt üslubdadır. Görünür ki, ötən müddət ərzində   

c

əmiyyətin Həsən bəyə  münasibəti Ceyhun bəyi qəzəbləndirmişdir:  “Bu  gün 



müs

əlmanların  (azərbaycanlıların  –  T.A.) mədəni-maarifçilik sahəsində  pioneri 

sayılan  Həsən bəy Məlikovun vəfatının  7  ili  tamam  olur.  Bakılıların  pafoslu 

nitql


əri və təntənəli mərasimlə öz xadimlərini dəfn etdikləri həmin gündən vur-tut 

7 il keçir. H

ələ tam soyumamış meyit üzərində səslənən o çıxışlar mənim indi də 

qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar 

ür

əklərdə necə bir ümid çırağı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə 




129 

 

nec



ə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür. Nə olsun? O təmtəraqlı, 

ibar


əli nitqlərdən nə  qaldı?  Deyəsən,  külək elə  həmin  gün  o  çıxışları  sovurub 

apardı. Həsən bəy təntənəli şəkildə dəfn olundu, onun haqqında 2-3 gün də orda-

burda  danışdılar,  qəzet və  jurnallar  onun  bioqrafiyasını  dərc etdilər, portretini 

verdil


ər – vəssalam”. 

Ceyhun  Hacıbəyli  publisistikasının məğzi,  mahiyyəti,  ideyası,  amalı 

maarifçilik  missiyasına  xidmət etməsidir ki, onun da qida mənbəyi müəllifin 

t

əhsilə, məktəbə  tükənməz sevgisidir. O, mətbuatı  cəmiyyətin dirçəlişi  üçün 



mühüm vasit

ə, millətin nicat yolu hesab etdiyindən  mətbuat xadimlərinin əməyini, 

f

əaliyyətini yüksək dəyərləndirir  ,  onların  xatirəsinin ehtiramla yad edilməsinin 



z

əruriliyini diqqətə  çatdırırdı.    Ceyhun  bəy  ona müxtəlif sahələrdə  ilk  addımı 

atmağı öyrədən, ona zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi 

u

nutduğuna görə qınayır. Halbuki digər  xalqlar  ona xidmət göstərən övladlarının 



xatir

əsini əziz tutur, ona abidə qoyur, adını əbədiləşdirir, ailəsinə qayğı göstərir . 

Bizd

ə isə tamamilə əksinədir. 



 

Ceyhun Hacıbəylinin tənqid hədəfində cəmiyyətin bütün üzvləridir, dövlət 

qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır O, yazır ki, biz nəinki Həsən bəyə 

abid


ə ucaltmadıq, heç adi qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək 

etm


əyə  gəlmədik, biz nəinki Həsən bəyin  adını  və  xatirəsini  əbədiləşdirmədik, 

h

ətta onun tamamilə  unudulması  üçün  çalışdıq,  nəinki onun ailəsinə  qayğı 



göst

ərmədik, əksinə elə bil ona əlavə dərd, kədər gətirmək prinsipi ilə bəhsə girdik 

. Bu m

ənada Həsən bəyin neçə  illər  boyu  üzvü  olduğu  müəssisənin münasibəti 



daha q

əribə  təsir  bağışlayır.  Mən  bizim  şəhər özünüidarəsini,  onun  Uçiliş 

Komissiyasını  nəzərdə  tuturam. Elə  bil ki, Məlikovlar  familiyasına  etinasızlıq 

göst


ərmək bu idarənin iş sisteminə daxil olmuşdur. 

 Böyük xalq xadimin

ə  ögey, laqeyd, biganə  münasibətdən hiddətlənən C. 

Hac


ıbəyli məqaləni daha sərt cümlələrlə bitirir:” Bütün hallarda, iş yerinə zəmanət 

verm


əkdə  də, yerə  təqdim etməkdə  də, vəzifədə  yüksəlməkdə  də  Məlikovlar 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə