Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.

səhifə1/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   158


 
 
 
 
 
 
 
 
 
 
 
ÀÇßÐÁÀÉÚÀÍÛÍ  
ÒÀÐÈÕÈ ÀÁÈÄßËßÐÈ  
Âß ÒÎÏÎÍÈÌËßÐÈ 
 
Biblioqrafiya 
 
 
 
 
 
 
 
BAKI – 2016 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 

 
КБК Я19:Т4(2А)-42+Я19:НО(247А)л60+Я19:Ш163.11-314+Я19:Т229 
УОТ
 
016:[904(479.24)+725.94(479.24)+811.512.162ʼ373.21+930.271(479.24)] 
 
Tərtibçi: 
 
 
  Gülbəniz Səfərəliyeva,  
Əməkdar mədəniyyət işçisi  
 
 
İxtisas redaktoru və   
buraxılışa məsul:       
Kərim Tahirov,           
 
                                     
Əməkdar mədəniyyət işçisi, 
 professor 
 
Redaktor:  
Leyla Axundova, 
tarix elmləri üzrə fəlsəfə doktoru 
 
   
   
         
 
Azərbaycanın tarixi abidələri və toponimləri:  biblioqrafiya 
/tərt. ed. G.Səfərəliyeva; ixt. red. və burax. məsul K.Tahirov; red. 
L.Axundova.- Bakı, 2016.-
 
648 s.
 
 
 
M.F.Axundzadə adına Milli Kitabxananın hazırladığı “Azərbaycanın 
tarixi abidələri və toponimləri” adlı biblioqrafik göstəricidə mövzuya uy-
ğun olaraq ədəbiyyat – Arxeoloji abidələr, Memarlıq abidələri və topo-
nimlər, Dağlıq Qarabağ: işğal altıda olan ərazilərin abidələri və toponim-
ləri, Qərbi Azərbaycanın tarixi abidələri və toponimləri, Epiqrafik abidə-
lər, Avtoreferatlar  və  dissertasiyalar bölmələri altında verilmişdir.  
Kitab mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. 
 
 
ISBN 978 9952 504 53 8 
 
 
 
© M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2016 


Biblioqrafiya 
 
3
 
 
Tərtibçidən 
 
Azərbaycan qədim tarixi-mədəniyyət abidələri ilə zəngin olan bir öl-
kədir.  Əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş 
yaddaşıdır. 
Tarixi-mədəniyyət abidələri dedikdə, biz nələri yada salırıq? Alimlər 
elmi araşdırmalar apararkən onları iki aspektdə öyrənirlər: yeraltı və yer-
üstü tarixi abidələr. Yeraltı qədim abidələr dedikdə - mağaralar, kurqanlar, 
qəbirlər və s., yerüstü abidələr dedikdə isə - məişət tikililəri, qalalar, məs-
cidlər, günbəzlər, körpülər və s. keçmişin yadigarları yada düşür. 
Əgər yeraltı abidələrin tarixi eramızdan əvvəlki yüzilliklərə gedib çı-
xırsa, yerüstü abidələrin qızıl dövrü orta əsrlərə təsadüf edir. Azərbaycan 
mədəniyyəti, ədəbiyyatı, musiqisi, həmçinin, xalçaçılıq və dekorativ tətbi-
qi sənətin digər növləri orta əsrlərdə inkişaf edərək böyük dünyəvi  əhə-
miyyət kəsb etmişdir. Bu uğurları eyni zamanda Azərbaycanın qədim və 
əsasən orta əsr memarlarının yaratdıqları  əvəzolunmaz, dünya memarlı-
ğında və şəhərsalmada özünəməxsus yer tutan abidələrimizə də aid etmək 
olar. Naxçıvandakı Möminə Xatun (1186), Qarabağlar (1162), Culfa ya-
xınlığındakı Gülüstan   (XIII əsr), Bərdə türbələri (1322), Abşeronun mü-
dafiə tikililəri, Bakıdakı Qız qalası, Bayıl qəsri,  Şirvanşahlar sarayı (XV 
əsr), Alban dövrünə aid ləkid Kilsədağ məbədləri, Şamaxı rayonunun Mir-
zə kəndindəki “Diri baba” abidəsi (1405), Araz çayı üzərindəki Xudafərin 
körpüləri (XII əsr), Qazax rayonundakı  Sınıq körpü (XII əsr),  Şəki xan 
sarayı (XVIII əsr),  Şuşa  şəhərinin abidələri (XVIII əsr) və daha yüzlərlə 
adını çəkmədiyimiz tarix və mədəniyyət abidələri xalqımızın milli şöhrətidir. 
Azərbaycan xalqının tarixinin öyrənilməsində tarix və  mədəniyyət 
abidələrinin əhəmiyyəti çox böyükdür. Azərbaycanın zəngin maddi mədə-
niyyət abidələri hələ keçən əsrin ikinci yarısından görkəmli rus, xarici öl-
kə alim və  səyyahlarının diqqətini cəlb etmişdir. Lakin ölkəmizin tarixi 
abidələrinin qorunması, tədqiqi və təbliği sahəsində əsaslı elmi tədqiqat iş-
lərinin aparılmasında Azərbaycan alim və  tədqiqatçılarının  əməyi danıl-
mazdır. İndiyədək yüzlərlə abidə öyrənilmiş və qeydə alınmışdır. Bu təd-
qiqatların nəticəsi olaraq yüzlərlə kitab, monoqrafiya və elmi məqalələr 
yazılmışdır. 
Arada bu sahədə durğunluq yaransa da müstəqillik illərində bu məsə-
lə ulu öndər Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Onun 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 

davamçısı, respublikamızın prezidenti İlham Əliyev tərəfindən tarixi mə-
dəniyyətimizin öyrənilməsinə döğru yönəldilmiş 2008-ci il 05 fevral və 
2012-ci il 26 aprel tarixli Sərəncamları tarixi abidələrimizim öyrənilməsi-
ni sürətləndirmiş,yeni-yeni tədqiqatların aparılmasına səbəb olmuşdur. 
“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və 
mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 
2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan arxeologi-
yasının və mədəniyyət abidələrinin inkişafında yeni mərhələ açmışdır. 
M.F.Axundzadə adına Milli Kitabxananın hazırladığı “Azərbaycanın 
tarixi abidələri və toponimləri” adlı biblioqrafik göstəricinin tərtib edilmə-
sində əsas məqsəd bu günə kimi nəşr edilən ədəbiyyatı bir yerə toplamaq-
dır. Təbii ki, material həddən artıq çoxdur. Biz imkan daxilində onları 
əhatə etməyə çalışmışıq və oxucuların axtarışını asanlaşdırmaq məqsədilə 
toplanmış ədəbiyyat iki kitabda: Azərbaycan və rus dillərində nəşr etmişik. 
Tədqiq edilən mövzuya uyğun olaraq ədəbiyyat bir neçə başlıq altın-
da toplanmışdır: Arxeoloji abidələr; Memarlıq abidələri və toponimlər; 
Dağlıq Qarabağ: işğal altıda olan ərazilərin abidələri və toponimləri; Qər-
bi Azərbaycanın tarixi abidələri və toponimləri; Epiqrafik abidələr; Avto-
referatlar və dissertasiyalar. 
Biblioqrafik vəsaitdə bölmələr daxilində ədəbiyyat xronologiya üzrə, 
konkret illər daxilində isə əlifba sırası ilə düzülmüşdür. Əvvəlcə kitablar, 
ümumi xarakterli dövri mətbuat materialları, ayrı-ayrı ərazilər üzrə dövri 
mətbuat materialları isə yarımbaşlıqlar altında verilmişdir. Bəhs edilən 
mövzuların çoxluğu və oxucuların  ədəbiyyat axtarışında işini asanlaşdır-
maq məqsədilə, mühüm əhəmiyyətli arxeoloji və tarixi abidələr ayrıca 
rubrika altında toplanmışdır. “Dağlıq Qarabağ: işğal altıda olan ərazilərin 
abidələri və toponimləri” və “Qərbi Azərbaycanın tarixi abidələri və topo-
nimləri” başlıqları altında  ədəbiyyatın ayrıca verilməsi o ərazilərimizdə 
qalan maddi mədəniyyət nümunələrimizi daha qabarıq işıqlandırmaq məq-
sədi daşıyır. 
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə sonda 
köməkçi göstəricilər verilmişdir. 
Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxu-
culara  əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və iradlarını 
M.F.Axundzadə adına Milli Kitabxanaya göndərmələrini xahiş edirik. 
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57; 
E-mail: URL: www.anl.az 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   158


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə