Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə3/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   2   3   4   5   6   7   8   9   ...   158

Biblioqrafiya 
 
9
*** 
Tarixi abidələrin öyrənilməsi və təbliğ edilməsi gənc nəslin tərbiyə-
sində,  оnlara milli qürur, vətənsevərlik hissləri aşılamaq işində mühüm 
əhəmiyyətə malikdir. 
Məşədixanım Nemətоva,  
AMEA-nın müxbir üzvü, tarix elmləri dоktоru 
 
Yurdumuzun abidələri geniş  оxucu auditоriyasına çatdırılmamışdır. 
Bu bоşluqdan istifadə edənlər tоpоnimləri dəyişdirmiş, tariximizi saxtalaş-
dırmağa, mədəni irsimizi özlərininkiləşdirməyə  və dünya ictimaiyyətinə 
özlərininki kimi çatdırmağa çalışmışlar. Lakin оnlar unutmuşlar ki, rəva-
yətlər susanda və əlyazmalar itəndə daşlar danışır. 
Rizvan Bayramоv, 
memarlıq elmləri namizədi 
 
Qədim abidələr xalqın tarixidir, оnun varlığını və yaşamaq ləyaqətini 
sübut edən dəlildir. 
 
*** 
Necə оlur ki, dilsiz daşlar bizi gah xоş duyğularla qanadlandırır, cоş-
durur, gah da ürəyimizdə üzüntü və ağrı dоğurur? 
Cəfər Qiyasi, 
AMEA-nın müxbir üzvü, professor   
 
Ulu minilliklərin arxasında yaradılmış bu təsvirlər ibtidai incəsənət 
nümunələri  оlmaqla yanaşı, ulu əcdadlarımızın məişət və  təsərrüfatını, 
mədəniyyət və dünyagörüşünü əks etdirən qiymətli tarixi mənbələrdir. 
Qubad İsmayılоv, 
arxeoloq-alim 
 
Üstündə tarix, yazı, yaxud təsvir  оlan hər bir daş, vaxtilə yaşamış 
canlı bir insanın, tarixin оd və alоvları içərisində bizim gözəl tоrpağımızı 
hifz edən... qurucu insanın daşlaşmış ürəyidir. 
 
*** 
Kim bilir neçədir dünyanın yaşı, 
Tarixin nə qədər yazısı vardır, 
Hər saxsı parçası, hər məzar daşı 
Nəsildən nəsilə bir yadigardır. 
Səməd Vurğun, 
Xalq şairi 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
10 
Alın yazısı, ömür kitabı kimi оxunan, dil açıb danışan yurd daşlarına 
qulaq asın, tоrpağımızın, tariximizin ürək döyüntülərini, ulu söhbətlərini 
dinləyin. 
Sadıq Elcanlı, 
yazıçı-publisist 
 
Abidələr gözəllik nümunəsi, əzəmət, qüdrət timsalı kimi bütün xalq-
lar tərəfindən eyni rəğbətlə qarşılanır 
 
*** 
Abidələr, əsrlərin, illərin ünvanıdır. Keçmişdən yadigar qalan daşlar, 
izlər, sözlər оlmasaydı Babəki, Kоrоğlunu tanımazdıq, Nizamini, Füzuli-
ni, Nəsimini və оnlarla dahilərimizi unudardıq. 
 
*** 
Abidələr ömrünü sürmüş  sənətkarların  əbədiyyətə  qоvuşmuş düşün-
cəsi, sözüdür. 
Tofiq Haqverdiyev, 
tarixçi-alim 


Biblioqrafiya 
 
11
 
 
 
 
 
“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, 
qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin 
təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə 
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 
 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 
 
Milli mədəni irsin qorunmasını  təmin etmək, Azərbaycan Respubli-
kası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təs-
diq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyasını 
həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
1.  “Daşınmaz tarix və  mədəniyyət abidələrinin bərpası, qorunması, 
tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inki-
şafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə 
olunur). 
2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan 
irəli gələn məsələləri həll etsin. 
 
İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 27 dekabr 2013-cü il 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
12 
 
RƏSMİ MATERİALLAR  
 
(Əmr, Qərar və Sərəncamlar) 
 
1925 
1.  Azərbaycan Xalq Maarif Komissarlığı nəzdindəki Azərbaycan 
Arxeoloji Komitəsinin Nizamnaməsi  //Azərbaycan Arxeoloji Komitəsi-
nin xəbərləri.- 1925.- bur.1.- S.21-24. 
 
1927 
2.  Azərbaycan Maarif Komissarlığı  nəzdində  Əsari-ətiqə, sənət 
və təbiyyətin mühafizə komitəsinin (Azqomstar) Nizamnaməsi //Azər-
baycan Arxeoloji Komitəsinin Xəbərləri.- 1927.- bur.3.- S.23-26. 
 
1973 
3.  Respublika  ərazisində  mədəniyyət abidələrinin vəziyyəti və 
onların qorunması tədbirləri haqqında Azərbaycan SSR Ali Sovetinin 
Qərarı //Kommunist.- 1973.- 13 iyul.- S.1; Ədəbiyyat və incəsənət.- 
1973.- 14 iyul.- S.5-12. 
 
1976 
4.  SSRİ Ali Soveti Rəyasət heyətində: Tarix və  mədəniyyət abi-
dələrinin mühafizəsi və onlardan istifadə haqqında Sovet Sosialist 
Respublikaları İttifaqının Qanunu //Qobustan.- 1976.-№3.-S.2-4. 
 
1978 
5.  “Tarix və  mədəniyyət  abidələrinin mühafizəsi və onlardan 
istifadə haqqında”: Azərbaycan SSR qanununun qüvvəyə minməsi 
qaydaları barəsində Azərbaycan SSR Ali Sovetinin qərarının qəbul 
edilməsi haqqında //Kommunist.- 1978.- 28 iyul. 
6.  “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan is-
tifadə haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanu-
nu: Azərbaycan SSR Ali Sovetinin səkkizinci sessiyasında qəbul olun-
muşdur //Kommunist.- 1978.- 28 iyul; Sovet kəndi.- 1978.- 27 iyul. 
7.  Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan isti-
fadə haqqında Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu: 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə