Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə7/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   2   3   4   5   6   7   8   9   10   ...   158

Biblioqrafiya 
 
25
1985 
95. Əliyev,  İ.  Qəbələ  /İqrar  Əliyev, Firudin Qədirov; red. M.Hüsey-
nov; AzSSR EA Tarix İn-tu.- Bakı: Elm, 1985.- 86 s. 
96. Rzayev, N. Qayalar danışır /Nəsir Rzayev; elmi red. Ə.Salam-
zadə; AzSSR EA, Memarlıq və İncəsənət İn-tu.- Bakı: Elm, 1985.-93 s. 
Kitabçada Qobustan, Kəlbəcər, Abşeron və Ordubad rayonlarının qa-
yaüstü təsvirləri də araşdırılır. 
 
1986 
97. Göyüşov, R. Azərbaycan arxeologiyası /Rəşid Göyüşov; red. 
V.Əliyev; rəy.: T.Bünyadov, N.Rzayev, M.Hüseynov.- Bakı: İşıq, 1986.- 185 s. 
 
1988 
98. Azərbaycan tarix və mədəniyyət abidələrinin mühafizə cəmiy-
yətinin nizamnaməsi.- Bakı: Azərnəşr, 1988.- 23 s. 
 
1989 
99. Əhmədov, Q. Bu günə necə  gəlib çıxmışıq... /Qara Əhmədov; 
red. M.Quliyeva.- Bakı: Azərnəşr, 1989.- 118 s. 
Kitabda bir çox mühüm qədim kəşflər: ilk əmək alətləri, ev-eşik, od-
ocaq, işıq, qab-qacaq, nəqliyyat vasitələri və s. haqda elmi-populyar dildə 
məlumat verilir.  
100. Səfərov, Y.  Qədim Azərbaycan: nə bilirik /Yusif Səfərov; rəy. 
İ.Babayev.-Bakı: Azərnəşr, 1989.- 155 s. 
Kitabda Mingəçevir, Daşkəsən, Xanlar, Gədəbəy,  Şamxor, Mərəzə, 
Laçın, Qubadlı, Kəlbəcər, Naxçıvan, Gəncə və Lerikdə aparılan arxeoloji 
qazıntılar nəticəsində aşkara çıxarılmış abidələrdən bəhs edilir.  
 
1990 
101. Budaqov, B.  Azərbaycanın təbiət abidələri /Budaq Budaqov; 
red. H.Ə.Əliyev; AzSSR EA, Coğrafiya İn-tu.- Bakı: Elm, 1990.-178 s. 
Əsərdə çöl ekspedisiya materiallarına əsasən landşaft tipləri, geoloji 
quruluş, toponimika və coğrafi fikir tarixinin öyrənilməsinə dair yeni mə-
lumat verilir. 
102. Cəbiyev, Q. Arxeologiya və romantika /Qafar Cəbiyev; red. 
T.Muxtarova; rəy. M.Hüseynov.- Bakı: Gənclik, 1990.- 122 s. 
Kitabda “Bakıda arxeoloji tədqiqatlar” [S.58-60], İsmayıllı abidələri 
[S.61-69], “Ağsu, Beyləqan, yoxsa Şamaxı” [S.73-80], “Qırlartəpənin sirri” 
(Ağsu r-da) [S.81-84], Mömünə Xatun türbəsi (Naxçıvan) [S.86], Bir daha 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
26 
“Qız qalaları” haqqında [S.87-93], “Şəkidə keçmiş irsə qayğı” [S.94-97], 
“Qəbələ və onun tədqiqatları” [S.98-112] adlı maraqlı məqalələr verilmişdir. 
103. Cəfərov,  Ə.  Quruçay dərəsində  /Əsədulla Cəfərov.- Bakı: Azə-
rnəşr, 1990.- 58 s. 
Kitabda respublikamızın ərazisindəki qədim insan məskənlərində aş-
kar edilmiş maddi mədəniyyət qalıqları əsasında ibtidai insanların mağara 
həyatından,  əmək alətləri hazırlanmasından, ovçuluq məşğuliyyətindən 
bəhs olunur. 
104. Göyüşov, R. SSRİ arxeologiyası: dərs vəsaiti /Rəşid Göyüşov, 
Anatoli Martınov; elmi red. M.Hüseynov; ön söz Z.Bünyadov.- Bakı: 
Maarif, 1990.- 269 s. 
Dərs vəsaitində “Mənbələr, abidələr və arxeoloji mədəniyyətlər” 
[S.5-10 ] adlı ön söz verilmiş, Qafqazın arxeoloji abidələri [S.175], Qara-
təpə abidəsi [S.180], Sarıtəpə abidəsi, Şomutəpə, Töytəpə qədim yaşayış 
yerləri (Gəncə-Qazax), Mingəçevir Dəmir dövrü abidələri [S.180-181], 
Uzuntəpə (Cəlilabad) [S.182], Naxçıvan abidələri [S.182], Xınıslı yaşayış 
yeri (Şamaxı) [S.184], Ağsu, Göyçay abidələri [S.184], Torpaqqala (Qə-
bələ) [S.186], Gil-təknə qəbirləri (Mingəçevir) [S.188], Qax, Qəbələ, Min-
gəçevirdə katakombalar [S.190], Azərbaycanın orta əsr abidələri, Torpaq-
qala (Qax) [S.192], Şərgah (Şamaxı) [S.192], Kilsədağ (Qəbələ) [S.192], 
Kəlbəcər, Laçın, Qubadlı, Ağdam r-nu abidələri [S.192-193], Beşbarmaq 
(Şabran) [S.194,210-211], Beyləqan [S. 197-198], Naxçıvan [S.198-200], 
Dərbənd [S.203-205], Gəncə [S.208-210] şəhərlərinin qalaları və abidələri 
haqqında məlumatlar verilir.  
 
1991 
105. Həvilov, H. Azərbaycan etnoqrafiyası: oçerklər /Həvil Həvilov; 
red. Q.Qeybullayev; BDU.- Bakı: Elm, 1991.- 256 s. 
Kitabda Qəbələnin Örənqala, Yalovlutəpə, Kültəpə, Qaraköməktəpə, 
Üzərliktəpə yaşayış yerləri [S.43], Qubanın Bastançı, Həsənqala, Nərəcan, 
Abşeronun Corat, Zirə, Binə, Naxçıvanın Əylis, Şahtaxtı, Muğanın Qala-
qayın, Sarıcalar kəndi [S.49], Qazaxın Daşsalahlı, Damcılı toponimləri, 
Qobustan qaya təsvirləri [S.69] haqqında məlumat var. 
 
1992 
106. Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin son nə-
ticələrinə  həsr olunmuş elmi konfransın materialları /red. hey. A.Ab-
basov və b.; AzEA Tarix İn-tu, Arxeologiya və Etnoqrafiya bölm.- Bakı: 
Bilik, 1992.- 272 s. 


Biblioqrafiya 
 
27
107. Məmmədov, A. Goranboy orta əsrlərdə /Arif Məmmədov, 
A.Məhərrəmov; red. R.M.Vahidov; rəy. H.Həvilov; AzEA Tarix İnstitutu 
Arxeologiya və Etnoqrafiya sekt.- Bakı: Elm, 1992.- 150 s. 
108. Novruzlu, Ə. Şahbuz bölgəsinin arxeoloji abidələri: Naxçıvanın 
arxeoloji abidələr toplusu /Əziz Novruzlu, Vəli Baxşəliyev; red. Ə.Ələk-
bərov; AzEA Tarix İn-tu Arxeologiya və Etnoqrafiya Bölməsi.- Bakı: Elm, 
1992.- 144 s. 
Kitab ən qədim dövrlərdən tutmuş XVII əsrədək böyük bir tarixi döv-
rü  əhatə edən maldar, qismən  əkinçi tayfalara məxsus yaşayış yerləri, 
qalalar və müxtəlif dövrlərin qəbir abidələrinə  həsr edilmişdir. Burada 
aşkar edilmiş abidələrin coğrafi mövqeyi, əhatə etdiyi sahə, plan və quru-
luşu, əlaqələri, maddi mədəniyyət qalıqları öyrənilmiş və dövrləşdirilmişdir. 
109. Respublika arxeoloq və etnoqraflarının I elmi konfransının 
materialları /red. hey.: A.Abbasov və b.; AzEA, Tarix İn-tu Arxeologiya 
və Etnoqrafiya sektoru.- Bakı: Elm, 1992.- 148 s. 
Konfrans məruzələrində tariximizin az öyrənilmiş konkret problemlə-
ri - şəhərlər, onların meydana gəlməsi, inkişafı, sənətkarlığı  və  mənəvi 
mədəniyyətimizlə bağlı digər məsələlər tədqiq edilmişdir. 
110. Rzayev, N. Əcdadların izi ilə /Nəsir Rzayev.- Bakı: Azərbaycan, 
1992.- 100 s. 
Qədim Midiyanın tarixindən bəhs edən kitabda Azərbaycanın arxeo-
logiyası və memarlığı haqqında məlumat verilir. 
 
1993 
111. Əliyev, V. Gəmiqaya abidələri /Vəli  Əliyev; red. M.Əsədova; 
rəssam N.Zavoraçayev.- Bakı: Azərnəşr, 1993.- 80 s.  
112. Məmmədov, A.  Gəncəbasar IV-XIII əsrlərdə: Tarixi-arxeoloji 
tədqiqat /Arif Məmmədov; red. R.Vahidov; AzEA Tarix İn-tu, Arxeologi-
ya və Etnoqrafiya sekt.- Bakı: Elm, 1993.- 206 s. 
Kitab Gəncənin orta əsr yaşayış yerləri, müdafiə istehkamları və qə-
bir abidələri, Kəndtipli yaşayış yerləri [S.13-20], şəhərtipli yaşayış yerləri 
[S.21-24], şəhər yerləri [S.25-35], qəbir abidələrindən [S.43-49] bəhs edir. 
113. Məmmədova, F. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və 
tarixi coğrafiyası: E.ə. III əsr-e. VIII əsri /Fəridə Məmmədova; tərc. R.Sa-
valan, Ə.Əsgər; elmi red. Z.Bünyadov; red. T.Babayev.- Bakı: Azərnəşr, 
1993.-  262 s. 
Kitabda Arsax, Uti, Şakaşena (Şəki), Girdman [S.3], Mingəçevir 
[S.85], Əcəmi (Qəbələ) şəhər [S.85], Şəki [S.87], Girdman (Qazax) [S.92-
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
28 
94], Naxçıvan qalası [S.100-105], Sudağılan, Xınıslı  kəndləri (Mingəçe-
vir) [S.147-148], Qəbələ, Beyləqan,  Şamaxı, Naxçıvan,  Şəki,  Şabran, 
Şəmkir şəhərləri haqqında maraqlı məlumatlar verilir.  
114. Novruzlu, Ə. Culfa bölgəsinin arxeoloji abidələri: Naxçıvan ar-
xeoloji abidələri toplusu /Əziz Novruzlu, V.B.Baxşəliyev; red. Ə.Novruz-
lu; AzEA Tarix İn-tu Arxeologiya və Etnoqrafiya bölm. “Daş yaddaşı”.- 
Bakı: Elm, 1993.- C.II.- 108 s. 
Kitabda Culfa bölgəsinin 50-dən çox yaşayış yerləri, qala və şəhərləri, 
müxtəlif dövrlərin qəbir abidələri tədqiq edilmiş və dövrləşdirilmişdir . 
115. Novruzlu,  Ə. Şərurun arxeoloji abidələri: Naxçıvanın arxeoloji 
abidələri toplusu /Əziz Novruzlu (red.), V.Baxşəliyev; AzEA Arxeologiya 
və Etnoqrafiya İn-tu; Arxeoloji Mərkəz.- Bakı: Elm, 1993.- C.III.- 184 s. 
 
1994 
116. Cəfərov, Ə. İnsanlığın səhəri /Əsədulla Cəfərov; rəy. M.Hüsey-
nov; red. S.Cabbarov; rəssam A.Ələkbərov.- Bakı: Azərnəşr, 1994.- 80 s. 
Kitabda arxeoloji tapıntılar  əsasında bəşəriyyətin qədim keçmişi
yaşayış yerlərindən söhbət açılır. 
117. Cəfərzadə, Ə. Şamaxı /Əhməd Cəfərzadə və b.; elmi red. Əzizə 
Cəfərzadə; red. S.Nəzərli.- Bakı: Bayatı, 1994.- 200 s. 
Kitabda  Şamaxı  ərazisində olan ziyarətgahlar, türbələr, məscidlər, 
qalalar və kurqanlar haqqında ümumi məlumat verilir [S.52-53]. 
118. Novruzlu, Ə. Cavad bölgəsinin (Sabirabadın) tarixi /Əziz Nov-
ruzlu; red. Q.Qoşqarlı; AzEA Arxeologiya və Etnoqrafiya İn-tu “Daş yad-
daşı”.- Bakı: Elm, 1994.-120 s. 
119. Rüstəmov, C. Qobustan dünyası /Cəfərqulu Rüstəmov; red. 
M.Əsədova.- Bakı: Azərnəşr, 1994.- 176 s. 
 
1995 
120. Azərbaycan arxeologiyası  və  etnoqrafiyasının problemləri 
/AzEA, Arxeologiya və Etnoqrafiya İn-tu; tərt. N.Quliyeva; red.: M.Sey-
fəddin, A.Məmmədov.- Bakı: Elm, 1995.- H.II.- 64 s. 
121. Qazax-Ağstafa elləri /AEA Arxeologiya və Etnoqrafiya İnstitu-
tu. Qazax-Ağstafa bölməsi; topl., tərt. ed. və red. Ş.Saleh.- Bakı: Sabah, 
1995.- K.I.- 34 s. 
122. Novruzlu,  Ə. Saatlının tarixi /Əziz Novruzlu; red. Q.Qoşqarlı, 
Q.Qeybullayev; AzEA, Arxeologiya və Etnoqrafiya İn-tu.- Bakı: Elm, 
1995.-114 s. 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə