Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə2/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   2   3   4   5   6   7   8   9   ...   158

Biblioqrafiya 
 
5
 
 
“Azərbaycanın tarixi abidələri və toponimləri”  
adlı biblioqrafik göstəriciyə 
R Ə Y 
 
Azərbaycan ərazisi ümumdünya əhəmiyyətli tarixi abidələr və unikal 
memarlıq nümunələri ilə  zəngindir. XIX əsrdən bu abidələrin tədqiqi ilə 
Avropa və Rusiya alimləri məşğul olmağa başlamışlar. XX əsrin 20-ci 
illərindən yeni yetişən Azərbaycan alimləri tədqiqatlara qoşulmuş, illər öt-
dükcə tariximizin və mədəniyyətimizin öyrənilməsində bu milli kadrların 
rolu həlledici olmuşdur. Bütün bu proseslər tarixçi, arxeoloq, etnoqraf, nu-
mizmat, epiqrafist, sənətşünas, müəllim, muzey işçisi və ümumiyyətlə 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu biblioqrafik nəşrdə aydın 
şəkildə öz əksini tapmışdır. Biblioqrafik nəşrə,  əhatə etdiyi mövzuya və 
dövrə aid bütün mövcud ədəbiyyat daxil edilmiş, bəzi ədəbiyyatların qısa 
annotasiyası verilmişdir. 
Biblioqrafik nəşrin diqqəti çəkən üstün cəhəti  ədəbiyyatın xronoloji 
çərçivədə regionlar üzrə seçilməsidir. Mingəçevir, Beyləqan və  Şamaxı 
kimi Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsində mühüm əhə-
miyyəti olan, planlı  və sistematik arxeoloji tədqiqatlara cəlb olunmuş 
abidələri əks etdirən ədəbiyyatın ayrı-ayrı rubrikalarda verilməsi təqdirə-
layiqdir. Bu abidələrin tarixinə, arxeologiyasına, etnoqrafiyasına və topo-
nimikasına həsr olunmuş elmi əsərlərin seçilərək bir rubrikada toplanması 
bu sahədə tədqiqat aparan doktorant, aspirant, magistr və digər alimlərin 
işini xeyli asanlaşdırır. 
Tarixdən məlumdur ki, elmə dövlət dəstəyi olmadan onu inkişaf et-
dirmək mümkün deyil. Biblioqrafik nəşrin birinci hissəsinin “Rəsmi mate-
riallar” bölməsində abidələrin tədqiqi, təbliği, bərpa və konservasiyası 
haqqında Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş əmr, qərar və 
sərəncamlar göstərilmişdir ki, bu da tariximizin və  mədəniyyətimizin 
öyrənilməsinə və təbliğinə dövlətin verdiyi yüksək qiyməti, qayğı və diq-
qəti əks etdirir. 
Nəşrin birinci hissəsinin “Memarlıq abidələri və toponimlər” bölmə-
sində kitablardan başqa, dövri mətbuat materiallarının da verilməsinin 
müstəsna  əhəmiyyəti vardır. Bilirik ki, elmin bəzi sahələrinə, xüsusən 
toponimikaya aid monoqrafik əsərlər az nəşr olunur. Lakin buna baxma-
yaraq dövri mətbuatda ayrı-ayrı toponimlər haqqında müxtəlif sahə alim-
Azərbaycanın tarixi abidələri və toponimləri 
 

lərinin vaxtaşırı məqalələri gedir. Kütləvi mətbuatda getmiş bu məlumat-
ların toplanması alimlərin vaxt itkisinə səbəb olur. Ona görə də, akademik 
nəşrlərdə və dövri mətbuatda çap olunmuş məqalələrin biblioqrafik nəşrdə 
ayrıca rubrikada toplanmasının mühüm praktiki əhəmiyyəti vardır.  
Biblioqrafik nəşrin “İşğal altında olan ərazilərimizin arxeoloji, me-
marlıq, epiqrafik abidələri və toponimləri haqqında” adlanan ikinci hissəsi 
informativ baxımdan olduqca maraqlıdır. Bu hissədə  həm biblioqrafik 
materiallar, həm də çox qiymətli elmi-statistik informasiya verilmişdir. 
Məlumdur ki, tarixi düşmənimiz olan erməni vandalları təkcə ərazilərimi-
zin işğalı ilə kifayətlənməmiş, eyni zamanda bu ərazilərdə yerləşən arxeo-
loji və memarlıq abidələrimizi vəhşicəsinə  məhv etmişlər. Dağıdılan və 
məhv edilən həmin abidələr haqqında Azərbaycan və xarici ölkə alimləri-
nin kifayət qədər monoqrafiya və məqalələri vardır. Həmin kitab və məqa-
lələrin biblioqrafik nəşrdə ayrıca bölmədə verilməsi çox əhəmiyyətli və 
dəyərli bir işdir.  
Biblioqrafik nəşrin ikinci hissəsində  tərtibçi çox düzgün olaraq 
Ümumdünya əhəmiyyətli Azıx mağarasına və Xocalı abidələrinə aid ma-
terialları ayrı-ayrı rubrukalarda vermişlər. Erməni alimləri bu abidələrdə 
yeni “üzdəniraq” tədqiqatlar aparırlar. Lakin biblioqrafik materiallar da 
göstərir ki, ermənilər nə qədər çalışsalar da Azərbaycan alimlərindən artıq 
heç nə edə bilməyəcəklər. Azərbaycan alimlərinin tədqiqatları dünya 
alimləri tərəfindən qəbul olunmuş və bu tədqiqatların nəticələri arxeologi-
ya elmində birdəfəlik təsbit edilmişdir. Xarici ianələr hesabına tədqiqat 
aparan erməni arxeoloqlarının fəaliyyəti bu abidələrdə aparılmış tədqiqat-
ların keyfiyyətinə, elmi nəticələrinə deyil, yalnız kəmiyyətinə  təsir edə 
bilər. Başqa sözlə desək, işğal altında olan hər hansı abidəmizdən indiyə-
dək  əldə olunan tapıntıların sayı  əgər 10 idisə, indi 12 ola bilər, lakin 
Azərbaycan arxeoloqlarının bu abidədə apardığı tədqiqatların elmi nəticə-
ləri dəyişə bilməz.  
Biblioqrafik nəşrin ikinci hissəsinin “Qərbi Azərbaycanın tarixi abi-
dələri və toponimləri” bölməsində toplanmış materialların xüsusi əhəmiy-
yəti vardır. Milli mənsubiyyətindən asılı olmayaraq tarixi proseslərə ob-
yektiv yanaşan hər hansı bir alim və ya adi oxucu, bu bölmədəki kitab və 
məqalələrin adları ilə və verilmiş qısa annotativ məlumatla tanış olduqdan 
sonra Qərbi Azərbaycan ərazilərinin (indiki Ermənistan) əzəli Azərbaycan 
torpaqları olduğuna şübhə edə bilməz.  
Biblioqrafik nəşrdəki əlavələrin əhəmiyyətini xüsusilə qeyd etmək la-
zımdır. Burada hər hansı bir alim və oxucu üçün çox qiymətli olan tarixi 


Biblioqrafiya 
 
7
faktlar verilmiş, Qərbi Azərbaycan ərazilərindəki toponimlərin nə vaxt və 
necə  dəyişdirilməsi haqqında dəqiq məlumat  əldə edirik. Həmin faktlar 
Azərbaycan tarixini və mədəniyyətini öyrənən hər bir tədqiqatçının, müəl-
limin və milli ziyalının stolüstü kitabı olmalıdır.  
Ulu öndər Heydər  Əliyev Azərbaycan tarixinin problemlərini dərin-
dən bilir və onların həlli üçün mühüm qərarlar qəbul edirdi. Onun layiqli 
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tariximi-
zin öyrənilməsinə, arxeoloji abidələrin tədqiqinə  və təbliğinə xüsusi diq-
qət və qayğı ilə yanaşır.  
Onun 2008-ci il 05 fevral və 2012-ci il 26 aprel tarixli Sərəncamları 
Azərbaycan arxeologiyasının inkişafında yeni mərhələdir. Bu sərəncamlar 
sayəsində yüzlərlə yeni abidə arxeoloji tədqiqatlara cəlb edilmiş, onlarla 
monoqrafiya və yüzlərlə elmi məqalə nəşr olunmuşdur.  
Yaşadığımız kompyuter əsrində elmi tədqiqat işlərinin sürətlənməsi 
və çap işlərinin təkmilləşdirilməsi nəticəsində elmin bu və ya digər sahəsi 
üzrə külli miqdarda ədəbiyyat toplanır. Bu ədəbiyyatın vaxtında seçilib 
yığılması və biblioqrafiya şəklində nəşr olunması yüksək peşə bacarığı və 
böyük zəhmət tələb edən olduqca vacib və dəyərli bir işdir.   
 
Maisə Rəhimova,  
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 
direktoru, tarix elmləri doktoru 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 

 
Görkəmli şəxsiyyətlər tarixi və mədəniyyət  
abidələri haqqında
 
 
Bakı şəhərinin memarlıq abidələri artıq bizim milli mədəniyyətimizin 
və tariximizin rəmzlərinə çevrilmişdir. 
Heydər Əliyev, 
 Azərbaycan xalqının ümummilli lideri 
 
Azərbaycan memarlıq sənətinin bir çox qiymətli nümunələri dünya 
memarlığının inciləri sırasına daxil olmuşdur. 
İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
 
Heç şübhəsiz, milli tariximiz əsrlər bоyu dini əqidəmizlə, müqəddəs-
lərə ehtiramla, əcdadlarımızın ərmağan qоyduğu maddi-mənəvi abidələrə 
qayğı və məhəbbətlə səciyyələnir. 
Mehriban Əliyeva,  
Heydər Əliyev Fоndunun prezidenti,  
YUNESKО-nun xоşməramlı səfiri, Milli Məclisin deputatı 
 
Dünyada bir mədəniyyət abidəsini yaratmaq nə  qədər çətindirsə, bu 
abidənin sənin оlduğunu sübut edərək və о abidəni tarix-tarix öz millətinin 
adına qоrumaq оndan da çətindir. 
Nizami Cəfərоv, 
AMEA-nın müxbir üzvü  
 
Nəhayət, dünya bilməlidir ki, “qədim erməni mədəniyyəti” deyilən 
bir anlayış kökündən uydurmadır və Qərbi Azərbaycan ərazisindən tapılıb 
dünya ictimaiyyətinə  sırınan bütün yeraltı  və yerüstü maddi mədəniyyət 
nümunələri əslində Azərbaycan xalqına məxsusdur. 
Vəli Əliyev, 
AMEA-nın müxbir üzvü, prоfessоr, tarix elmləri dоktоru 
 
Daş kitabələr, memarlıq abidələri, məzar daşları üzərində yaşadığı-
mız tоrpağa, bizə vətəndaşlıq hüququ verən paspоrtlarımızdır. 
 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə