M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə38/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   34   35   36   37   38   39   40   41   ...   211

124 

 

müs



əlman əlyazmaları. “ Kaspi”, № 247, 2 noyabr 1913;  Nəşri- maarifin nəşrləri. 

“Kaspi”    №  159,  17  iyul  1913;      Kitab sərgisində.  “Kaspi”,№  52,  5  mart  1914; 

“Kaspi” M

ətbəə işinin təkmilləşdirilməsi.  “Kaspi”  № 66, 21 mart 1914; Mətbuat 

haqqında  Qanun  layihəsi və  müsəlman  redaktorlar  haqqında.  “Kaspi”    №  77,  4 

aprel 1914; Müs

əlman həyatı  və  mətbuatından.  “Kaspi”    №  7,  10  yanvar  1917; 

C

ənab Vermişevə sual. “Kaspi”   № 213, 6 iyun 1917 və s. bu qəbildəndir. 



       

C.  Hacıbəyli sevə-  sevə  “mədəniyyətimizin  pioneri”  adlandırdığı  milli 

m

ətbuatımızın  yaradıcısı  Həsən bəy Zərdabinin həyat , fəaliyyətinə də  dəfələrlə 



m

əqalələr həsr  etmişdir.  Həmin  yazılarında    müəllif H. Zərdabinin tarixi 

xidm

ətlərini  –  milli mətbuatın,  teatrın    yaradılmasını,  xeyriyyəçilik hərəkatının 



əsasının qoyulmasını böyük  qədirbilənliklə, qürurla qeyd edir, eyni zamanda bir 

arzusunu  –  H

əsən bəy Zərdabinin xatirəsinin  əbədiləşdirilməsi istəyini dilə  

g

ətirirdi, nəinki dilə gətirir, hətta cəmiyyətdən bunu  inadla , israrla tələb edirdi. 



      

Bu  baxımdan        Ceyhun  Hacıbəylinin  «Kaspi» qəzetində  dərc olunan və 

«H

əsən bəy Məlikovun xatirəsi» (1912-ci il, № 269 )   və «Müsəlmanın qeydləri» 



rubrikası ilə «Yeddi il» adlı məqalələri  (1914-cü il, № 267)   diqqəti xüsusi ilə 

c

əlb edir. Məqaləsini həmkarlarına tövsiyə ilə başlayan  publisist  yazır: “Bu gün 



28  noyabrdır.  Düş  beş  ildir  ki,  Qafqaz  müsəlmanları  Həsən bəy Məlikovu 

itirmişlər.  İctimai  özünüdərki, ictimai ruhu oyatmaq üçün hər bir jurnalistin 

borcudur ki, h

ər il bu mühüm tarixi günü qeyd etsin.  Bu itkidə, bu sirli, müəmmalı 

misteriyada  insan  psixikasının,  təxəyyülünün çevik hərəkəti üçün müxtəlif 

m

ənbələr mövcuddur. Bəzən belə  olur.  Başçı  həlak  olduqda  onun  döyüşçülərinə 



yetimlik, kims

əsizlik, köməksizlik hissi hakim kəsilir,  ruh  düşkünlüyü, 

c

əsarətsizlik sağlam düşüncəyə qalib gəlir və döyüşçülər qaçmağa başlayırlar. Belə 



d

ə  olur  ki,  başçının  ölümü  döyüşçülər  arasında  panika  yaratmır,  əksinə  onları 

s

əfərbər  edir,  döyüşə  səsləyir.  Döyüşçülər  başa  düşürlər  ki,  başçı  onlar  üçün 



müq

əddəs  olan  ideya  uğrunda  həlak  olmuşdur.  Odur  ki,  bu  amil  döyüşçülərin 

ruhunu dirildir v

ə  onlar nəyin  bahasına  olursa-olsun,  başçının  ideyasını  həyata 




125 

 

keçirm



əyə  çalışırlar.  Biz  (müsəlmanlar  –  azərbaycanlılar  –  T.A.)  öz  başçımızı 

itir


əndə bu iki hissdən hansını yaşayırıq? Bu barədə danışmayacağam – özlüyündə 

aydındır. 28 noyabr tarixi təkcə Həsən bəy Məlikovu itirdiyimiz matəm günü kimi 

yox, h

əm də mənəvi borcumuzu, əqli duyğularımızı oyadan, xatırladan gün kimi 



yaddaşlara həkk olunmalıdır”. 

 

Ceyhun Hacıbəyli  Həsən bəy Zərdabi ideya və əməllərinin daim aktual və 



əhəmiyyətli  olduğunu  diqqətə  çatdırır  və  bu məsələnin həmişə  gündəlikdə 

saxlanılmasında qələm əhlinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayır. Yazır 

ki,  m

əhz buna görə də bir də təkrar edirəm ki, hər bir jurnalist hər il 28 noyabrı 



qeyd etm

əlidir. Və bu zaman Həsən bəyin özünəməxsus frazası rəhbər tutulmalıdır: 

«Bir damla su vaxt keçdikc

ə  böyük  qayanı  deşir,  söz  də, həqiqi söz də  tədricən 

insanın  başını  deşir,  nəhayət, onun beyninə  işləyir, ona təsir edir». Həsən bəyin 

bütün ömrü öz xalqının tərəqqisinə həsr olunmuşdur, ictimai hərəkatın, həyatın bir 

çox sah

ələri də onun xatirəsi ilə bilavasitə bağlıdır. Mərhumu xatırlatmaq – onun 



adı ilə sıx bağlı olan bir sıra ictimai məsələlərə toxunmaqdır. 

 

Daha  sonra    C.  Hacıbəyli cəmiyyətin  ictimai həyata və  fəaliyyətə  



bigal

əyindən, laqeydliyindən təəssüf və ürək ağrısı ilə bəhs edir. Yazır ki, indi biz 

–  m

ədəniyyətsiz  ataların  mədəni  övladları  hər  hansı  xeyirxah ictimai məqsədlə 



keçiril

ən tədbir  zamanı  qarşıya  çıxan  azacıq  maneəyə  rast gələn kimi qaynar 

xör

əkdən ağzı yanan adamın görkəmi ilə geri çəkilir və oradan uzaqlaşırıq. Bizdə 



başlanan  işi  başa  çatdırmaq  üçün  mətinlilik, mənəvi qüvvə, qüdrət  çatmır.  Biz 

yalnız  birinci  səddə  kimi gələ  bilirik. Bundan əlavə,  bizim  ambisiyamız, 

«m

ən»imiz digər hisslərimizə üstün gəlir. «Mən»in uğrunda biz şücaət də göstərə 



bil

ərik, kollektiv fəaliyyətin məhsulunu alt-üst də  edə  bilərik. Bizim qurbanlar 

ictimai h

əyatın  nəfinə  bundan o yana keçmir. Ona görə  də, hətta bir dəfə 

yaradılmış,  mükəmməl  bir  işi  inkişaf  etdirə  bilmirik. Hələ  təşəbbüs tələb edən 

yeniliyin yaradılmasını demirəm. O zaman təsəvvür edin ki, mədəni səviyyəsi çox 

aşağı olan bir cəmiyyətdə, tərəqqiyə hazırlanmamış bir cəmiyyətdə insan nə qədər 



126 

 

n



əhəng və  azman, mətin  olmalıdır  ki,  öz  təşəbbüsünü həyata keçirə  bilsin. 

Haqqında bəhs olunan cəmiyyəti bu titan özü belə xarakterizə edirdi: «çağırıram 

g

əlmir, göstərirəm görmür, deyirəm eşitmir. 



  M

əqalə  müəllifi belə  bir  şəraitdə  və  mühitdə  Həsən bəydə  “elm və 

maarifçiliy

ə  meylli adamlara digər  qonşu  xalqlarda  olduğu  kimi  ictimai  kömək 

göst

ərmək fikri yarandığını yazır. Qeyd edir ki, bu məqsədlə o, Nizamnamə tərtib 



edir, onun t

əsdiqinə  nail olur. Daha sonra əlində  qəbz  Şuşa  bəy və  xanlarının, 

Şamaxı  mollalarının,  Dərbənd tacirlərinin, Nuxa kəndlilərinin  qapısını  döyür, 

onları  Qafqaz  müsəlmanlarının  ilk  qəzetinə  yardıma  çağırır.  Şübhəsiz, xeyirxah 

missioner onun müasiri olan c

əmiyyəti yaxşı tanıyırdı. Odur ki, Həsən bəy təhqir

kinay

ə, istehzalardan  küsmür, soyuq qəbullardan, saxta gülüşlərdən incimir, bütün 



bunları  feodal  quruluşunun  eybəcərlikləri, belə  adamları  isə  cəhalətin  qurbanları 

kimi q


əbul edirdi. 

 Mahir q


ələm  sahibi  C.  Hacıbəyli  məqalədə  ətalət və  cəhalət  içində 

boğulan,  eyni  zamanda  hər cür yeniliyə  qarşı  amansız  müqavimət göstərən  

mövcud c

əmiyyətlə  H. Zərdabi  ideyalarının  mücadiləsini,  çarpışmasını    canlı  və 

obrazlı  təqdim  edir:”  Qaranlıqlar  üzərinə  əsl  ziyalı  kimi  gedirdi.  Onun  məramı, 

m

əqsədi o qədər möhtəşəm,  əzəmətli idi ki, hər  cür  şəxsi  inciklik  başlanan 



missiyanı yarımçıq qoya bilməzdi. Həsən bəy çörək qədər həyati məsələlərdə belə 

öz şəxsi mənafeyini ictimai maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. 

Q

əzada ona qəti təklif edildi: ya xidməti Yekaterinoqradda –  yəni Qafqazdan 



k

ənarda davam etdirməli, ya istefa verməli! Həsən bəy ikincini seçdi. Çünki 

m

ənsub  olduğu  xalqdan  kənarda ona həyat yox idi. Həmin vaxtdan bizim 



müs

əlmanların  həyatında  çox  şey  dəyişmişdir.  Adamların  ətrafda  baş  verənlərə 

baxışları daha real olmuşdur, fanatizm öz yerini bir qədər ağıla, səbrə vermişdir. 

Lakin bütün bu d

əyişikliklərə  baxmayaraq, cəmiyyətin  baxışlarında  və 

münasib


ətlərində Həsən bəyin min bir əzabla əsasını qoyduğu müqəddəs planlarını 

şərəflə yerinə yetirə bildikmi?  Fikrimcə, yox!” 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə