M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə48/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   44   45   46   47   48   49   50   51   ...   211

154 

 

Onlardan biri d



ə Azərbaycan istiqlalı uğrunda ideoloji mücadilə aparan Ceyhun 

Hacıbəyli idi. Bəli, Sovet rejimi onun əlindən hər şeyi almışdı. Qurucularından biri 

olduğu  Azərbaycan Xalq Cümhuriyyətini,  doğma  «Azərbaycan» qəzetini, 

V

ətənini,  əzizlərini, həmvətənlərini… Ceyhun bəy qürbətdə  –  Parisdə  mühacir 



h

əyatı yaşayırdı, Sovet hökumətinin ondan alası heç nəyi qalmamışdı , canından 

başqa ( Hərçənd ki, sovet kəşfiyyat orqanları səsini çıxaran mühacirlərinin canını 

da alır, qətlə yetirirdi).   O, azad idi, ən azından azad ölkədə yaşayırdı.  

İstiqlal mücahidi mühacirətdə bütün qəlbi və qələmi ilə Sovet-Şər imperiyasına 

qarşı  döyüşürdü:  qəzet, jurnal nəşr  edir,  Fransa  mətbuatı  ilə  sıx  əlaqə  saxlayır, 

«Azadlıq»  radiostansiyanın  yaradılmasında  və  fəaliyyətində  yardımçı  olur, 

Münhend


ə  SSRİ-ni öyrənən institutla, eləcə  də  Sovet  İttifaqına  qarşı  soyuq 

müharib


ənin mühacirlər  arasında  təşkilatçısı  olan  Amerika  Komitəsi ilə 

əməkdaşlıq edirdi.  

Ceyhun  Hacıbəyli eyni zamanda bədii  əsərləri ilə  də  imperiyaya, onun 

ideolog


iyasına, Stalin rejiminə qarşı amansız mücadilə aparırdı. Yazıçının fransız 

dilind


ə  qələmə  aldığı  və  sahənin  tanınmış  mütəxəssisi Mirzəbala  Əmrahovun 

t

ərcümə  etdiyi  «Nejdanovun  işi»  adlı  hekayəsi  (Ceyhun  Hacıbəylinin  seçilmiş 



əsərləri,  Bakı,  «Elm»,  2006,  tərtibçi və  «Ön söz»ün müəllifi Mirzəbala 

Əmrahovdur) bu qəbildəndir.  Ceyhun  Hacıbəyli  yaradıcılığının  vurğunu  şair- 

publisist Dilsuz bu 

əsəri yeni versiyada işləmiş və dərc etdirmişdir ( 21.10. 2014). 

 B

əri  başdan  deyək ki, əsər həm ideya, həm mövzu, həm də  kompozisiya 



baxımından  rus  dissident  ədəbiyyatı  nümunələrindən heç də  az təsir  bağışlamır. 

Dig


ər tərəfdən isə  bu hekayənin təxminən ötən  əsrin 50-ci illərinin  ortalarında 

yazıldığını nəzərə alsaq, o zaman V.Aksyonov, A.Belinkov, L.Borodin, İ.Brodskiy, 

V.

Voynoviç,  A.Qalıç,  A.Sinyavski…  kimi  məşhur  rus  dissident  yazıçılarının 



yaratdığı ədəbi nümunələrin pioneri, qaranquşu da hesab etmək olar…. 


155 

 

         Mirz



əbala Əmrahovun «Ön söz»də yazdığı kimi, «Nejdanovun işi» hekayəsi 

öt

ən əsrin otuzuncu illərində, eləcə də İkinci Dünya Müharibəsindən sonra Stalinin 



repressiya rejimind

ən  heç  kimin  sığorta  olunmamasından,  «casusların  və  xalq 

düşmənlərinin»  ən ucqar əyalət məktəbləri, kolxoz və  sovxozlarda göstərdiyi 

«t

əxribat  işlərindən», «vətənpərvər və  sayıq»  sovet  vətəndaşlarının  onları  «ifşa 



etm

əsindən»» bəhs olunur.  

     Hekay

ənin  süjeti,  kompozisiyası  sadədir. Müəllim Nejdanov kənd 

m

əktəbində  şagirdlərinə  kolxoz  haqqında  inşa  yazdırır.  «Yemişbaş  və  dəcəl» 



Ublyudkovdan  başqa  hamı  tapşırığı  icra  edir,  o  isə  bu  mövzuda  inşa 

yazmayacağını qətiyyətlə və həyasızcasına bəyan edir, onu tənbeh edən müəllimin 

üzün

ə  çımxırmaqdan    da  çəkinmir: «Biz niyə  kolxozumuzun bütün sirlərini 



casuslara, t

əxribatçılara,  faşistlərə, kapitalistlərə, trotskiçilərə, qolçomaqlara 

verm

əliyik?! Məgər  Stalin  yoldaş  deməyibmi  ki,  bolşevik  sayıqlığını  qorumaq 



lazımdır?!”  Bu  sözlərdən  qəzəblənən Nejdanov Ublyudkova bir qapaz vurur. 

M

əsələyə nəzarətçi müəllim, daha sonra ilk partiya təşkilatçısı, raykom qarışır, hər 



k

əs «vətənpərvərlik» borcunu yerinə yetirir, şagird Ublyudovu haqlı çıxarır. İş Ali 

M

əhkəmənin səyyar  tribunalına  verilir.  Məhkəmə  cinayət məcəlləsinin bir neçə- 



terror  aktı,  dövlətin təhlükəsizliyinə  qəsd, casusluq, təxribat maddəsi üzrə 

Nejdanovu ittiham edir v

ə  müəllimə…ölüm hökmü kəsir. Yuxuda qorxudan, 

h

əyəcandan  tribunalın  qərarından  çarpayıdan  yerə  yıxılan  Nejdanov  var-gücü ilə 



bağırır:  «Yaşasın  Stalin!”.  O,  dəhşətli  yuxusunu  arvadına  danışmaq  istərkən 

m

ənzilə  iki nəfər milis daxil olur və  bildirirlər ki, «vətəndaş  müəllim» onlarla 



şöbəyə getməlidir. Bədbəxt Nejdanovun yuxusu çin olur. Amma bu da son deyil, 

bu bar


ədə bir qədər sonra bəhs edəcəyik.  

Hekay


ə  sənətkarlıq  baxımından  mükəmməl  işlənməsidir. Süjet, kompozisiya 

el

ə  qurulmuşdur  ki,  oxucu  nəfəsini dərmədən, gözlərini sətirlərdən çəkmədən 



olayların  gedişatını  izləyir, hadisələr sürətlə  bir-birin  əvəz  edir,  dialoqlar  canlı, 

dinamikdir. Yuxu, bel

ə  demək mümkünsə,    C.  Hacıbəyli  yaradıcılığının  mühüm 



156 

 

elementl



ərindən biridir və yazıçı  bütün yaradığıcılığı boyu - XX əsrin əvvəllərinə 

t

əsadüf edən ilk qələm sınaqlarından- kiçik felyetonlarından tutmuş, ta  həyatının 



sonlarına doğru yazdığı “ Bir il xəyallarda və bütöv bir ömür “ memuarınadək bu 

ədəbi  priyomdan məharətlə  istifadə  etmişdir.  Hekayə  qəhrəmanlarının  adları 

xarakterl

ərinə, xasiyyətlərinə  uyğun  seçilmişdir.  Müəllim  Nejdanovun  başına 

gözl

ənilməz işlər gəlir, şagird Ublyudkov bicin-gicin birisidir, ilk partiya təşkilat 



katibi Rotozeyev, ağzıyarıq, lalay və boşboğazdır, vəkil Robkik qorxaq, qətiyyətsiz 

v

ə iradəsizdir. 



Nejdanovun m

əhkəməsi səhnəsi nə qədər dəhşətli, tükürpədicidirsə, o qədər də 

m

əzhəkədir, gülüncdür. Nəzarətçi müəllimin, ilk partiya təşkilatçısının 



iradlarındanmı, müstəntiqlərin, ittihamlarındanmı, sorğu-sualındanmı, ya da əzab-

işgəncələrindənmi bezmiş, yorulmuş Nejdanov bütün «cinayətləri» etiraf edir. Heç 

dem

ə, o, «sakit pozuculuq fəaliyyəti ilə  məşğul  olurmuş»,  xarici  dövlətlərin 



agentl

ərinin  missiyasını  daşıyırmış,  şagirdlərin  yazdığı  inşa  yazılarındakı 

m

əlumatları  xarici    kəşfiyyat  orqanlarına  ötürürmüş,  şübhə  doğurmadan  əhalinin 



mal-

qarasının,  toyuq-cücəsinin, dovşanlarının  sayını  öyrənir və  bu zamandan da 

tapşırıqları  Trotskidən  alırmış.  Nejdanovun    partiya  sıralarına  soxulmağının 

m

əqsədi də məlumdur. «Prokurorun nə vaxt və harada kəşfiyyat xidmətinin agenti 



il

ə  rastlaşmısınız?»  -  sualına  cavab  verməkdə  Nejdanov çətinlik çəkir, susur. 

Prokuror «Dey

əsən, yaddaşınız sizə xəyanət edir» - deyə ona öz xətti ilə yazdığı 

izahatı  xatırladır,  sonra  isə  oxuyur: «….Mən  ərz edirəm ki, 1949-cu ilin mart 

ayında Moskva şəhərində xarici dövlətin agenti ilə görüşmüşəm». Prokuror sonra 

t

əhdid edir: «Təsadüfən, yazdıqlarınızı inkar etmək fikriniz yoxdur?» Nejdanovun 



yadına  düşür  ki,  “yalan  ifadəyə  görə” cəza daha da sərtləşdirilə  bilər, odur ki, 

agentl


ə  görüşdüyünü  də  boynuna  alır,  hətta  agentin  tapşırığına  əsasən subotaya 

r

əhbərlik etdiyini, «mal-qara arasında dabbaq, bruselyoz, qarayara, taun, ev quşları 



arasında ishal,  psittaloz kimi  epidemik  xəstəlikləri  yaydığını, kolxozçuları  narazı 

salmaq m


əqsədilə  silosa  taxıl  biti,  gənə, lolorada böcəyi  qatdığını  da  etiraf  edir. 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə