M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə49/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   45   46   47   48   49   50   51   52   ...   211

157 

 

M



əqsəd isə  aydındır,  Sovet  hakimiyyətini devirmək…  Nejdanov  obrazını 

m

əziyyətlərinə görə, «ziddiyyətli surət» kimi xarakterizə etmək olar: o, bir tərəfdən 



t

əmiz,  vicdanlı  kənd müəllimidir, digər tərəfdən iradəsiz,  qorxaqdır,  mübariz  və 

prinsipial deyil, qarşısına çıxan maneələr onu müti qula çevirir. Əslində, obrazı bu 

cür yaratmaqda mü

əllifin məqsədi  insanları  bu  hala  salan  rejimin,  onun 

nök


ərlərinin ifşasıdır. Stalin rejimi aşağıdan-yuxarıya hamını – şagirdi, müəllimi, 

partiya t

əşkilatçısını,  prokuroru,  vəkili…simasızlaşdırmış  köləyə, robota 

çevirmişdir.  Tribunalda  Nejdanovun  müdafiəçisi  kimi  çıxış  etməli olan vəkil 

Pobkik bir neç

ə cümləlik nitqi və  çıxışına uyğun hərəkətləri ilə sovet məhkəmə 

sisteminin bütün eyb

əcərliklərini üzə  çıxarır.  Ahəstə  ayağa  qalxan,  hakimlərə  və 

zaldakılara yoxlayıcı nəzər salan vəkil bir qədər tərəddüdən sonra nitqinə başlayır. 

Çıxışının  əvvəlində  sovet  prokurorunun  böyük  ustalıqla  Nejdanovun  əməllərini 

ifşa  etdiyini  söyləyir, sonra belə  davam edir: «Ölkəsinin vətənpərvər,  şanlı 

partiyamızın  sadiq  üzvü olan vəkilin (o, özünü nəzərdə  tutur  –  T.A)  düşdüyü 

müst

əsna  ağır  vəziyyəti gizlətməyəcəyəm…  yoldaş  prokurorun  ittiham  nitqində 



qüdr

ətlə ifadə etdiyi hiss eyni dərəcədə vəkilə də yad deyil». 

V

əkil cinayət faktlarını təkzib etmək fikrindən çox uzaq olduğunu, prokurorun 



ölüm hökmü t

ələbinə qarşı çıxmadığını, bununla belə «şərəfli sovet gülləsinə belə 

layiq  olmayan  bir  adamı»  müdafiə  etməyə  məcbur  olduğunu  ehtiyatla, 

hiyl


əgərcəsinə dilə gətirir. «…Sovet qanunlarına əsasən, bizim hamımızı ona itaət 

etm


əyə  borclu edən Stalin  Konstitusiyasına  -  bu unikal tarixi sənədə,  yaradıcılıq 

şedevrinə  əsasən mən məcburam ki, bu rəzil fərdin müdafiəsini öz üzərimə 

götürm

ək kimi xoşagəlməz bir vəzifəni yerinə yetirim. Sizə bu işi sevinclə yerinə 



yetirm

ədiyimi  demək  əbəsdir, müttəhimə  qarşı  nifrətiminsə  dərinliyinin və 

h

əcminin ucu-bucağı yoxdur». Ceyhun Hacıbəyli bu hekayədə kiçik epizodik bir 



obrazın  timsalında  ucu-bucağı  görünməyən  Sovet  imperiyasındakı  rejimin 

karikaturaya çevirdiyi v

əkil sürətini ustalıqla yaratmışdır. Bu vəkil mərkəzdə də, 



158 

 

əyalətlərdə də eyni funksiyanı yerinə yetirirdi: partiyanın göstərişlərini qeyd-şərtsiz 



icra etm

ək. 


Oxucunu intizarda qoymamaq üçün qeyd ed

ək ki, vəkil özündə güc, təpər tapıb 

Nejdanova k

əsilən ölüm hökmünün yüngülləşdirilməsini – cinayətkarı əmək haqqı 

verm

əməklə Sibir və ya Solovkidəki tikintilərin birinə sürgün etməyi dilinə gətirir. 



       

Biz yuxarıda Nejdanovun milis şöbəsinə aparılması ilə hekayənin bitmədiyini 

qeyd  etmişdik.  Doğrudan da,  novella içərisində novella da adlandıra biləcəyimiz 

bu 


əsərin  sonuna  doğru  oxucu  nəql edilənlərin  Nejdanovun  yuxusu  olduğu  bilir, 

lakin h


əmin anda da məlum olur ki, müəllimin  yuxusu  çin  olmuşdur,  onu  milis 

şöbəsinə aparırlar. Lakin qeyd etdiyimiz kimi, bu da son deyil. Müəllif oxucunun 

«P.S»-l

ə  sarsıntıdan,  sıxıntılardan,  pessimizdən xilas etməyə  çalışır,  onu 



üml

əndirir: “ P.S. Hiss edirəm ki, mən də hekayənin sonluğunu sabotaj edirəm. Nə 

ist

əyirsiniz, pis nümunə  yoluxucudur. Digər tərəfdən,  oxucularımın  həssaslığını 



hifz etm

ək  qayğısına  qalıram.  Həm də  bu  yazıq  Nejdanova  bu  yolla  kömək  əli 

uzadıram,  kim  bilir,  bəlkə  canını  qurtara  biləcək”.   Hekayədə  peşəsinə  vurğun, 

ail


əsini,  uşaqlarını,  öz  şagirdlərini sevən, eyni zamanda iradəsiz, cəsarətsiz və 

sad


əlövh bir müəllimin, hiyləgər, tənbəl, dəcəl, yaxud yaltaq, qorxaq bir vəkilin 

yox, bütün c

əmiyyətin faciəsi  əksini  tapmışdır.    Əlbəttə,  eyni zamanda Ceyhun 

Hacıbəyli Neydanovun  və  digər qəhrəmanlarının  timsalında  bütün  cəmiyyətin  

xilas  olacağını,    rejimdən  canlarınını  qurtaracaqlaını    nəzərdə  tutur, digər  

mücahidl


ər  kimi  bolşeviklərin hakimiyyəti qəsb etdikləri ilk gündən o rejimin 

çök


əcəyinə  dərindən  inanır  və  bu  inamı  da  hər fürsətdə  də  -  istər bədii, istərsə 

publisistik  yazılarında  dilə  gətirir və  bu sevda ilə  də  mücadilə  aparırdılar.  . Bu 

yerd

ə  türk  dünyasının  böyük  ideoloqu  Əli  bəy Hüseynzadənin bənzərsiz, 



möht

əşəm misraları yada düşür:   

Zülm

ətü şər bulsa da bir dəm zəfər, 



P

ərtövə hökm etsə də zülmət əgər, 

Söns

ə də ənvari-kəmalü hünər, 




159 

 

Q



əm yemə, səbr et, bu da yahu keçər! 

H

əqqü ədalətdən əsər yoxsa da, 



Harisi-qanun bir 

ər yoxsa da, 

Zülm ed

ənə qarşı sipər yoxsa da, 



Q

əm yemə, səbr et, bu da yahu keçər! 

Mill

ətə, milliyyətə, hürriyyətə, 



Aşiq olan uğrasa da möhnətə, 

Yari-v


ətən düşsə də gər qürbətə, 

Q

əm yemə, səbr et, bu da yahu keçər. 



"

Ədəbiyyat qəzeti", 6 noyabr 2015;  

Modern.az,    11 dekabr 2015   

       

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



«S

əssiz-küysüz məhkəmələr»dən bir səhnə 

Ceyhun  Hacıbəylinin müxtəlif dillərdə  (Azərbaycan,  rus,  fransız)  yaratdığı 

obrazlar qalereyası müxtəlif dövrləri, ayrı-ayrı coğrafi məkanları, fərqli millət və 

sosial t


əbəqələri təmsil edirlər. Azərbaycanda dərəbəyilik edən, kəndlilərlə 

v

əhşicəsinə davranan çar məmuru Pristav ağa («Pristav ağa» hekayəsi. «Proqres» 



q

əzeti, № 6,7, 1907), xəsislikdə və əyalına münasibətdə Hacı Qaradan heç də geri 

qalmayan, möminliyi d

ə şübhə doğuran Hacı Kərim («Hacı Kərim» povesti. Bakı, 

Az

ərnəşr,  1995,  36  səh., təkrar nəşr),  eləcə  də  öz həmkəndlilərini döyüb-söyüb 



talayan qaçaq Zeynal («Zaqafqaziya k

əndlisinin həyatından»  hekayəsi. «Baku» 

q

əzeti,  12  iyul,  №  154)  XIX  əsrin  II  yarısı  XX  əsrin  əvvəllərinin tipik 



q

əhrəmanlarıdır.  Amrul-As  («Barışmaz  ata»  hekayəsi, «Kaspi» qəzeti,  №  91,  22 

aprel 1912), h

əmçinin  Harun  Əl-Rəşid  («Nümunəvi sübut», «Müdrik hakim» 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə