M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə52/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   48   49   50   51   52   53   54   55   ...   211

166 

 

«S



əadətli yaşayışımıza ləkə vurmaq istəyənləri məhv edəcəyik», «Vətən xainlərinə 

ölüm», «Z

əhərli  ilanların  başını  əzək!»,  «Qudurmuş  itlər üçün aman yoxdur». 

Dün


ənki «Moskva uşağı»nın-  Həmid Sultanovun ünvanına isə  bu gün daha sərt 

ifad


ələr işlədilir: «Alçaq faşist nökəri!» 

Ceyhun Hacıbəyli ittihamın, eləcə də  etirafların  nə qədər saxta, qondarma 

v

ə  gülünc  olduğunu  suallarla  dilə  gətirir: «Bu sui-qəsd və  terrorun  icrasına  bir 



s

əbəb varmı? Kimi öldürmüşlər, kimə bomba atmışlar. Bu «əksinqilabçı təşkilat»ın 

f

əaliyyəti nədən ibarətmiş?» Yazıçı suallara özü cavab verir: Heç kim sui-qəsd və 



terrora m

əruz qalmamışdır. İttiham olunanlar və NKVD tərəfindən məhv edilənlər 

Moskva uşaqlarıdır. 

Əksinqilabçı  sabotaj metodunun təfərrüatını  dilə  gətirən Həmid  Sultanovu  

v

ə  digərlərini bu qədər  günahları  öhdəsinə  almaqda, özünü tövbə  edən kimi 



göst

ərməkdə, səmimi etiraflarda  məqsədləri nədir? Heç demə, onlar  məhkəmənin 

lütfünü qazanmaq ist

əyirmiş:  «Qeyri-mümkündür»  -  yazan  Ceyhun  Hacıbəyli 

göst

ərir ki, bu üsul özünü doğrultmayacaq, artıq onların cəzası yetişmişdir. 



M

əhkəmədə  Həmid Sultanova Nəriman Nərimanovla, onun burjua 

milliyy

ətçiliyi ilə  bağlı  verilən  sual  Ceyhun  Hacıbəylini Nəriman Nərimanovun 



f

əaliyyətindən, Moskvaya xidmətindən, ölümündən  ətraflı söz açmağa  sövq  edir, 

sonra N

ərimançılğun milliyyətçiliklə əlaqələndirilməsinə də təəccübünü gizlətmir: 



«N

ə  üçün belə  təzadlı  ölçü?  Onu  bir  Tanrı,  bir  də  Kreml bilər. Hər halda 

«n

ərimançılıq» bu gün «burjua milliyyətçiliyi» kimi təqdim edilir. Milliyyətçiliyə 



yazıq!»  Məsələ  burasındadır  ki,  məhkəmə-tamaşada hətta «Hümmət»  partiyasına 

da mill


ətçi təşkilat  deyilir.  Ceyhun  Hacıbəyli  vaxtı  ilə  «Hümmət»də  fəaliyyət 

göst


ərən, sonralar Azərbaycan sovet hökumətində  rəhbər vəzifə  tutanların,  o 

cüml


ədən  Əliheydər Qarayevin də  məhkəməsiz çekist gülləsinə  hədəf  olduğunu 

yazır. O, əsəri bu cümlə ilə bitirir: «Təbii ki, Həmid Sultanov  da müstəsna edilmir

artıq öz millətinin qanını axıdan xain mükafatını alır». 



167 

 

«Şamaxı  məhkəməsi, yaxud  bir  xainin  mükafatı»  əsəri sənətkarlıq 



probleml

əri  baxımından  mübahisə  predmeti ola bilər. Bədii təsvir və  ifadə 

vasit

ələrinin  azlığı,  məhkəmə  iclaslarının  və  müttəhimlərin dindirilməsi 



s

əhnələrinin pərakəndəliyi mətni bir qədər ağırlaşdırır. Əslində bu məziyyətlərinə 

gör

ə  müəllifi  qınamaq  da  olmur.  Mövzu  ağırdır,  sovet  məhkəmə  sisteminin 



eyb

əcər,  əcaib  simasını  canlandırmağa  bəzən ürəyin və  qələmin də  gücü  çatmır. 

Lakin fikrimizc

ə,  Ceyhun  Hacıbəyli oxuculara, əlaxüsus  fransızlara  sovet 

rejiminin, kommu

nist  ideologiyasının  onların  həyat, təfəkkür tərzinə  vurduğu 

z

ərbəni, «dəmir pərdə»  arxasında  baş  verən dəhşətli və  ağlagəlməz  işgəncələri, 



edamları,  sürgünləri,  insanlıq  dramını  təqdim edə  bilmişdir.  Bu  əsər Stalin 

v

əhşətinin ağırlığını və miqyasını göstərmək baxımından çox ibrətamizdir.  



"Ədəbiyyat qəzeti", 14 dekabr 2015;  

modern.az, 15 dekabr  2015.  

 

Müəzzinin lənəti 

       

İslam  dini,  onun  tarixi,  dəyərləri,  mərasimləri,  sözdə  “İslam  həmrəyliyi”, 



«İslam  fanatizmi»,  Quranın  tərcüməsi,  din  xadimlərinin  təhsili,  maddi  təminatı, 

eləcə də sovet din siyasəti, onun mahiyyəti, məqsədi və tənqidi Ceyhun Hacıbəyli 

yaradıcılığının aparıcı mövzularındandır. Təsadüfi deyil ki, ilk qələm sınaqlarından 

son dövr yaradıcılığınadək, bədii əsərlərində və publisistikasında, mühacirətə qədər 

və  mühacirət  dövrü  irsində  din  problemi  Ceyhun  Hacıbəylinin  mühüm  yer 

tutur.İslamın  böyük  təşəbbüskeşi  kimi  mətbuatda  bir-birinin  ardınca  aktual  və 

maraqlı  məqalələr  dərc  etdirən  Ceyhun  Hacıbəyli  eyni  zamanda  mövhumatı, 

nadanlığı,  cəhaləti,  din  pərdəsi  altında  avam  və  sadəlövh  insanları  kor-koranə, 

müxtəlif  rituallara,  caduya,  zərərli,  islamla  heç  bir  əlaqəsi  olmayan  “ehkamlara” 

sürükləyən  qara  qüvvələri,  elm,  təhsil,  tərəqqi  düşmənlərini  kəskin  tənqid  edən  

yazılar da qələmə alırdı. 



168 

 

        



Nasirin  fransız  dilində  yazdığı  «Müəzzinin  lənəti»  adlı  irihəcmli    hekayəsi       

Sovet  rejiminin  din  siyasəti  və  onun  kəskin  tənqidi    baxımdan  diqqəti  çəkir. 

Hekayənin  makinada  yazılmış  əsli  ARDƏİA-nin  Ceyhun  Hacıbəyliyə  aid  649 

nömrəli fondunda mühafizə edilir. Əsəri ilk dəfə Mirzəbala Əmrahov Azərbaycan 

dilinə  tərcümə  etmiş  və  «Ceyhun  Hacıbəylinin  seçilmiş  əsərləri»  kitabını  daxil 

etmişdir.  Hekayənin  mövzusu  Azərbaycanda  Sovet  hakimiyyətinin  qurulmasının 

ilk  dövrlərinə  təsadüf  etsə  də,  əsərin  XX  əsrin  50-ci  illərində  qələmə  alındığı 

qənaətindəyik  və  bunun  üçün  bir  sıra  əsaslar  var.  20-30-cu  illər  Ceyhun  bəyin 

xaricd

ə  yenicə  məskunlaşaraq,  bir  tərəfdən  Azərbaycan  Xalq  Cümhuriyyətinin 



tanıdılması,  Azərbaycan  mədəniyyətinin  xaricdə  qızğın  təbliğ  edilməsi 

istiqamətində  fəal  fəaliyyət  göstərdiyi,  digər  tərəfdən  də  ailə-məişət  problemləri, 

maddi  sıxıntılarla  üz-üzə  qaldığı  dövrdür.  Həmin  dövr  yaradıcılığında  Ceyhun 

bəyin bu səpgili nə bədii, nə də publisistik yazılarına təsadüf edilmir. İkinci Dünya 

Müharibəsi  dövrü  Sovet,  o  cümlədən  Azərbaycan  mühacirlərinin  durğunluq, 

fəaliyyətsizlik  dövrü  kimi  xarakterizə  edilir.  Deyilənlər  «Müəzzinin  lənəti» 

əsərinin  50-ci  illərin  ortalarında  –  soyuq  müharibənin  alovlandığı  illərdə  qələmə 

alındığını deməyə  ciddi əsas verir. Mübaliğəsiz demək olar ki, həm mövzu, həm 

ideya,  həm  də  sənətkarlıq  baxımından  bu  hekayə  nəinki  Ceyhun  Hacıbəyli 

yaradıcılığında,  eləcə  də  ümumən  Azərbaycan,  o  cümlədən  mühacirət  nəsrində 

bənzərsiz bir əsərdir. 

             

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərindən bəhs edən 

çox  sayda  müxtəlif  janrlarda  qələmə  alınmış  bədii  nümunələr  mövcuddur. 

hnəliklə  yeniliyin,  «ələmlə  nəşənin»  mübarizəsi,  dindarlarla  Allahsızların 



qarşıdurması, məscidlərin bağlanması, mollaların, din xalimlərinin əzablı günləri, 

gənclərin,  komsomolçuların  yeni  şüar  və  çağırışlardan  eyforiyaya  qapılması, 

qadınların hüquq bərabərliyi uğrunda mücadiləsi sovet yazıçılarının qələmə aldığı 

əsərlərdə dövrün ruhuna və tələbinə uyğun bədii əksini tapmışdır. Həmin əsərlərdə 

bir qayda olaraq «yeni həyat» qurucuları, dövrün qəhrəmanlar  tərənnüm olunur, 

«köhnələrin»  süqutu  təsvir  edilirdi.  «Müəzzinin  lənəti»  hekayəsi  «qırmızı 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə