M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə54/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   50   51   52   53   54   55   56   57   ...   211

172 

 

Allahsızlar  Cəmiyyətinə  üzv  olduğunu  eşitdiyi  səhnə  ata  ilə  oğul-dindarla ateist 



arasındakı  uçurumun  nə  qədər  dərin,  münasibətlərin  amansız  və  ziddiyyətli 

olduğuna dəlalət edir: “Cavab ver, ya hə, ya yox, Allahsızların üzvüsənmi? 

3.

 

Tutaq ki, sonra?.. – dey



ə oğlu hər ehtimala qarşı təkrar etdi. 

Qoca partlad

ı: 

4.

 



Dem

əli,  bu  düzdür.  Sən,  mənim  oğlum,  molla  Abdullanın  oğlu, 

Allah

ın varlığını belə inkar edən allahsızlar bandasına qoşulmusan? Məgər 



bu mümkün olan 

şeydir? 


5.

 

U



şağı  sakit  burax,  -  ana  müdaxilə  etdi,  -  o  elə  bizim  çörəyimizi 

qazanmaqdan ötrü onsuz da 

əldən düşüb. 

Lakin qoca özünd

ən çıxmışdı: 

6.

 



Dem

ək, sən dindar üçün ən təhqirli bu adı daşıyırsan? İt balası, - deyə 

a

ğzından od püskürən kişi allahsızı vurmağa bir şey axtarırdı. 



Ana  d

ərhal onların arasına girdi, cavan oğlan da öz növbəsində dirçəldi və hədə 

dolu bir t

ərzdə qocanın başa düşmədiyi bol və tipik bir rus söyüşü yağdırdı. Daha 

sonra 

çığırdı: 



7.

 

Yava



ş  ha...,  qanmaz  qoca!  Yoxsa  sənə  yenidən  özün  kimi  ikiüzlü  qocaların 

saxland


ığı yeri tanıtmalı olacağıq. Bil ki, əgər səni həmişəlik ora salmayıblarsa, bu 

bir  Allahs

ızın müdaxiləsi sayəsində olub.”   Fərhad atasının müqəddəs hisslərinə 

toxunmaqdan,  dini  dəyərləri  ələ  salmaqdan  yorulmur,  müəzzini  din  mövzusunda 

keçiriləcək diskusiyaya dəvət edir: «Başın varsa, gələrsən, dinini mülafiə edərsən”. 

Ceyhun  Hacıbəyli  atasına,  milli-mənəvi  dəyərlərə,  adət-ənənələrə  arxa  çevirmiş 

Fərhadın faciəsini gənc nəslin, cəmiyyətin, gələcəyin fəlakəti kimi təqdim edir.  

        


Yazıçının  epizodik  obrazlar  da  daxil  olmaqla  hekayədə  təqdim  etdiyi  bütün 

tiplər orijinaldır, maraq doğurur, təsirlidir, düşündürür. Müəzzinin arvadı Səkinəni 

oxucu vur-tut bir-

iki  dəfə  «görür»,  lakin  bu  obraz  böyük,  acı  təəssürat  yaradır, 

unudulmur, oxucu yaddaşına həkk olunur. Təmtəraqlı şüarlar, hay-küylü, pafoslu 

çağırışlar, nitqlər, məruzələr Səkinənin də həyat və düşüncə tərzini dəyişmişdir. O, 

indi ərinin üstünə çımxırmağı, onu hətta təhqir etməyi özünə rəva görür, ərinə «ev 



173 

 

işləri ilə məşğul ol, xörək bişir, oranı-buranı süpür, qab-qacağı yu»- deyə əmr edir. 



«Likbez»-

ə  (rusca  savadsızlığın  ləğv  olunması)  kursuna  yazılan  Səkinə  müəzzin 

ərinin  üstünə  qışqırır:  “İndiyə  qədər siz kişilər bizə  əmr verirdiniz, indi biz əmr 

ver


əcəyik. Mən məktəbə gedəcəyəm, sən isə mətbəxə. Kasıbların padşahı Lenin-

Stalin deyib ki, «Qad

ın dövləti idarə etməlidir». 

     


Yığcam  və  epizodik  obraz  olan  Səkinə  cəmiyyətdə  gedən  prosesləri  və 

insanların  şüurunda  baş  verən  dəyişiklikləri,  başgicəllənmələri  əks  etdirmək, 

işıqlandırmaq baxımından da diqqət çəkəndir.  Səkinə kimi məscidin qarovulçusu 

Cəfər obrazı da epizodikdir,  hekayə boyu oxucu onunla cəmi bir dəfə „rastlaşır“, 

lakin  o, da  hərəkərləri,  danışığı  ilə oxucuda  acı    təəssürat  yaradır,  onun  qəlbinə, 

hisslərinə toxunur. Müəzzin son dəfə məscidə girmək, əzan çəkmək istəyir, bunun 

üçün    Cəfərə  ağız  açır,  xahiş  edir,  yalvarır,  xeyiri  olmur.  Cəfərin    əməlləri  və 

sözləri  utancverici,  məyusedici  olduğu  qədər  də,  ibrətamizdir,  düşündürücüdür. 

Cəfər  məscidə  girməkdə  israrlı,  inadlı  olan    müəzzinin    qarşısını  kəsir:  ”  -  Nə 

q

əribə  adamsan ey! Min dəfə  demişəm, sən daha ora girə  bilməzsən. Bu 



qada

ğandır. Sən artıq orda heç nəsən. Sənin daha orda heç bir işin yoxdur. 

8.

 

Bilir



əm, Cəfər, demisən... Ancaq qoy bu gün girim... Lap tez çıxıb 

ged


əcəyəm. Heç kim bundan xəbər tutmayacaq. 

9.

 



Heç kim... B

əs mən? Məni saymırsan?... Zəmanə dəyişib, molla. Cəfər indi 

adi qap

ıcı  deyil, o partiyanın  üzvüdür. O, bolşevik sayıqlığını  qorumalıdır. Lap 



bel

ə yüz min manat da versən, yenə içəri buraxan deyiləm. 

         Bu sözl

əri deyib qapını  örtmək istəyəndə  müəzzin xüsusi bir işarə  ilə  onu 

saxlad

ı,  cibindən uzun bir toxunma kisə  çıxartdı, ipini açdı  və  içindəkiləri 



çıxarmağa başladı. Bir anlığa peyda olan qızıl pul Cəfərin gözlərini qamaşdırdı. 

M

ən bunu dəfnim  üçün saxlayırdım,  -  dedi müəzzin,  -  saxlayırdım ki, it kimi 



basd

ırılmayım. Mən onu sənə verirəm, Cəfər, götür, amma qoy,  bircə dəqiqəliyə 

i

çəri girim” .Qızıl pul  Cəfərə  hər şeyi- partiyaya sədaqəti də, visdanının səsini də 



unutdurur, məscidin qapısı açılır və müəzzin içəri keçir. 


174 

 

         



Eyni və daha dərin, üzücü dəyişiklik müəzzinin qızında baş verir. Bir dövrun 

qəhrəmanları  olmasına  baxmayaraq  Cəfər  Cabbarlının  çadranı  atan,  təhsilə, 

tərəqqiyə  meyilli,  ailə  dəyərlərinə  ehtiramla  yanaşan  qadın  obrazlarından  kəskin 

fərqlənən,  atasına  münasibətdə  qardaşından  və  anasından  heç  də  geri  qalmayan 

müəzzinin qızı tez-tez «partorq yoldaş Vaynşteyn»dən, «yoldaş Şutov»dan sitatlar 

gətirir,  təhsili  olmadığı  halda  musiqidən  dərs  demək  iddiasına  düşür:  “Qızı  lap 

h

əddini aşmışdı. O, klubdan, rəqsdən, idmandan, musiqidən, iclaslardan danışır, 



şaqqanaq çəkib  gülür və atasının yanında aramsız siqaret çəkirdi. Qız evə bir sürü 

cavan kafir g

ətirir, onlar da ailənin olan-qalan yeməyini yeyirdilər, eyni zamanda 

pis iy ver

ən, lakin onları daha da şənləndirən və səs-küylü edən ağır su kimi bir şey 

d

ə içirdilər „. Ceyhun Hacıbəyli bu tiplərin -  ana və övladlarının timsalında bütün 



quqrluıun,  rejimin tragik zəhərləndiyini, cəmiyyətin bataqlığa batdığını göstərir. 

           

Ceyhun  Hacbəyli  mühacirətdə  yaşamasına  baxmayaraq,    sovet  dövlətinin 

din  siyasətinin,  onun    fəsadlarını  dərindən,  hərtərəfli  öyrənmiş  və  əsərdə  bu 

təəssüratı  təfərrüatı  ilə,  mümkün  qədər  geniş,  əhatəli  və  inandırıcı  şəkildə  əks 

etdirə bilmişdir. Ədib cəmiyyətin müxtəlif təbəqələri , eləcə də bir ailənin üzvləri 

arasında  formalaşmaqda  olan  mürəkkəb  mükəddər  münasibətləri,  xüsusi  ilə  dini 

dəyərlərə  baxışdakı  ziddiyyətləri  və  faciəni  müəzzinin  ailəsinin  timsalında 

məharətlə açır. 

          Xalq maar

if  komissarı  Mustafa  Quliyev  obrazı  ilə  bağlı  nəql  edilənlər  ilk 

baxışda ayrıca bir mövzu təsiri, təəssüratı oyatsa da o da hekayədə problemin daha 

dərindən,  daha  kəskin  qabardılmasına  xidmət  edir.  Digər  tərəfdən  Ceyhun 

Hacıbəyli hekayəyə Mustafa Quliyev obrazını  daxil etməklə, müəzzinin ailəsində 

baş verənləri bir ailənin yox, bütün cəmiyyətin faciəsi kimi göstərməyə ustalıqla  

nail  olmuşdur.  Mustafa  Quliyevin  məruzə  edəcəyi  «Mədəni  inqilab  və  islam» 

konfransına ciddi hazırlıq gedir. Guya demokratik şəraitdə keçəcəyi, hər kəsin azad 

şəkildə  öz  fikrini  ifadə  edəcəyi  konfransda  din  xadimləri  də  dəvət  olunmuşdur. 

Allahsızlar  cəmiyyətinin  təşkil  etdiyi  konfransda  isə  «aşağı  rütbəli  cəmi  iki-üç 

molla»  qatılır,  digərləri  təqib  olunacaqlarından  ehtiyatlanırlar.  Zal partiya, 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə