M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə53/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   49   50   51   52   53   54   55   56   ...   211

169 

 

kafirlər»in  müəzzinlə  mübarizəsindən  bəhs  edir.  Əslində  problem  daha  dərin, 



mürəkkəb  və  qəlizdir.  Məsələ  burasındadır  ki,  bolşevik  hakimiyyəti,  sovet 

ideologiyası  ata  müəzzinlə  ateist  övladı  üz-üzə  qoymuşdur.  Məzmunu  real 

həyatdan    -  Azərbaycanda  sovet  hakimiyyəti  quruculuğunun  ilk  illərində  bir 

kənddə  baş  verən  hadisədən  götürülmüşdür.  Kərbəlayi  Əhməd  Molla  Abdullaya 

oğlunun  «Allahsızlar»  Cəmiyyətinə  üzv  yazıldığını  xəbər  verir.  Müəzzin 

eşitdiklərinə  inanmasa  da,  bu  dəhşətli  xəbər  onun    “atalıq  və  dini  hisslərinə 

amansız  zərbə  vurur”.  Oğlunun  son  hərəkətlərini  göz  önünə  gətirən  müəzzin 

doğurdan da, «sakit, sözə baxan» uşağının axır vaxtlar «özündən razı», «təkəbbürlü 

və lovğa» birisinə çevrildiyi qənaətinə gəlir: “Qırmızı kafirlər məmləkətə mütləq 

sahib k


əsiləndən, hər  şey bir-birinə  qarışmış, baş-ayaq olmuşdu: uşaqları 

valideynl

ərinə, arvadları  ərlərinə, yaradılmışları  Yaradana qarşı  təlim  edirdilər; 

qad


ınları ev-eşiklərini atıb zavoda işləməyə, zorla üzlərini açdırıb, kafirlərlə birgə 

«klub» adlanan poz

ğun yerlərə getməyə təhrik edirdilər... Allah, Allah! Bu şəraitdə 

g

əncləri keçmiş  qayda və  ənənələrdə  necə  saxlamaq olar? »  .  Müəzzinin  dərdi 



bununla  bitmir,  indi  onun  təkcə  övladı  yox,  qızı,  hətta  arvadı  da  ailə  başçısının 

mütləq  hakimiyyətini  inkar  edir  və  «açıq-aşkar  özlərinin  azadlıq  istəklərini 

bildirirdilər.  Bolşeviklərin  yağlı  və  yalançı  vədlərindən  vəcdə  gələn,  hay-küylü 

şüarlardan  məst  olan  ailə  üzvləri  –  oğlu,  qızı,  arvadı  getdikcə  müəzzinin  səbr 

kasasını daşırır və «qəvazi-qədərin törətdiklərindən çaş-baş olan» müəzzin üsyan 

edir: «  - N

ə üçün hər yerdə olan və hər şeyi bacaran Allah qoyur ki, bu əxlaqsızlıq 

v

ə  allahsızlıq bəlası  bu qədər baş  alıb  getsin?  Nə  üçün  bu  allahsızlar  ordusunu 



özünün  səmavi  qəzəbi  ilə  pərən-pərən  salmır?  Nə  üçün  öz  mömin  sürülərini  bu 

qaniçən qurdların ixtiyarına verib? ». 

        

Getdikcə hadisələr daha da dramatikləşir, ateistlər din xadimlərini, mollaları, 

möminləri  ələ  salır,  təhqir  edir,  konfranslarda,  digər  tədbirlərdə  «Quranın 

mövhumatçı ruhunu»,  onun «antidemokratik», «antifeminist» konsepsiyalarını və 

hətta  qana  susamasını  damğalayırdılar».  İslam  əleyhinə  olan  tədbirlərin  birində 

müəzzinin  oğlu  özünü  “keçmiş  molla  oğlu”  kimi  təqdim  edərək  ,  din  pərdəsi 




170 

 

arxasında  gizlənənlərin  hiylələri,  sadəlövh  və  avam  adamları  aldatdıqları  barədə 



hay-

küylü  çıxış  edir  və  dini  bəşəriyyətə  qarşı  ağlasığmaz  cinayətlərdə  suçlayır. 

Artıq  bu  zaman  ata-müəzzin  dözmür:  ”  Qəfildən zaldan bir nərə  səsi eşidildi və 

qulaqbat


ırıcı səslə söylənmiş ürəkdən gələn  təsirli lənətlər oğlunun və bütün başqa 

ateistl


ərin başına yağmağa başladı. 

1.

 



Ay bala! – m

üəzzin püskürürdü, - səni görüm qisası yerdə qoymayan 

Allah

ın və cəmi müqəddəslərin qəzəbinə gələsən! Dilin qurusun! Səsin həmişəlik 



tutulsun! C

əhənnəm odu cəsədinizi yesin, ey insanlar, ey allahsızlar! Başınıza daş 

tökülsün! Evl

ərinizdə bayquşlar ulasın! Anan mələsin, ay bala! Görüm it kimi 

qudurub öz sümükl

ərinizi yeyəsiniz!.. 

                 N

əhayət, camaat özünə  gəlməyə  və  reaksiya verməyə  başladı. Lakin 

adamlar onun a

ğzını qapamağa macal tapmamış, gözləri hədəqədən çıxmış və ağzı 

köpükl

ənən molla Abdulla isteriyadan qıc olmuş halda qışqırdı: 



2.

 

M



ən Allahın sizi vuran qəzəbini görürəm, hiss edirəm. Mən sizin evlərinizi 

bo

ş qoyan qasırğanı görürəm, başınıza yağan cəhənnəm odlarını görürəm, hər şeyi 



yerl

ə  yeksan edən fəlakəti görürəm, yenidən dirilmə  gününü  görürəm, mən 

görür

əm...”. 


Bu  hadisədən  bir  müddət  sonra  qəfil  başlanan  şiddətli  yağış  zaman  çaxan 

ildırımdanmı,  yoxsa  ateistlərin  təxribatındanmı,  məsçidin  minarəsi  çatlayır. 

Müəzzin xəlvətçə – sayıqlığını itirmiş kommunist qarovulçuya rüşvət verərək son 

dəfə  zədələnmiş  minarəyə  –  əzan  verməyə  qalxır.  Bundan    xəbər  tutan  NKVD 

agentləri  hərəkətə  keçir,  ora-bura  vurnuxur,  bağırır,  lakin  çatlamış  minarəyə 

qalxmağa ehtiyat edirlər: ikinci adamın minarəyə qalxması,  buna cüzi cəhd – faciə 

ilə nəticələnəcəkdi. «Ailəni rüsvay edən», «qoca artist», «tərs qatır» söyüşləri ilə 

müəzzinin  oğlu  Fərhad  həyəcanla  minarəyə  dırmaşmağa  başlayır:  «Qəflətən 

d

əhşətli bir gurultu göyü  titrətdi, gözəl minarə  kökündən qopmuş  ağac kimi 



y

ıxılaraq aşağıda olan hər şeyi, istər tikinti, istərsə də insanları, altına salıb əzdi.  

T

əsadüfün kaprizindən oğlunun başı atanın batmış sinəsinin üstünə düşmüşdü.  Bu 



bir r

əmzi  əlamət idimi? Mövhumatçılar və  sentimental adamlar belə 




171 

 

d



üşünürdülər...  İzdihamın içindən bir pıçıltı  eşidildi:  Doğrudan da, müəzzin 

qabaqcadan h

ər şeyi düz görübmüş… ». 

          

Əslində  oxucu  hekayənin  əvvəlindən,  hətta  əsərin    adından  hadisələrin 

gözlənilməz,  gərgin  keçəcəyini  gözləyirdi.  Ata  ilə  oğulun  timsalında  dindarla 

ateistin  münasibətlərinin  faciə,  fəlakət  həddinə  qalxması  sarsıdıcıdır  və  sovet 

rejimin əsl mahiyyətindən, iç üzündən,  antihumanist bir quruluş olduğundan xəbər 

verir. Müəzzin Abdulla (isti münasibətdən, iltifat hissindən ona çox vaxt «molla» 

deyə müraciət edirdilər) Ceyhun Hacıbəylinin, eləcə də XIX əsrin sonu XX əsrin 

əvvəllərində  yaşayıb  yaratmış  digər  görkəmli  yazıçıların  din  qəhrəmanlarından 

kəskin fərqlənir. Xəsislikdə, əyalına münasibətdə Hacı Qaradan (M. F. Axundovun 

« 

Sərgüzəşti-  mərdi-  xəsis »  pyesi)  geri  qalmayan,  yalançı  mömin  sifətinə  girən 



Hacı  Kərim  (  C.  Hacıbəylinin  « Hacı  Kərim »  povesti)    fırıldaqçılıqla,  zina  ilə 

məşğul  olur,  eyni  zamanda  ayıq-sayıqdır,  zəmanənin  nəbzini  tutmağa  çalışır, 

zirəkdir, ticarətini genişləndirmək üçün uşağını məktəbə qoyur. 

        


Molla  Abdulla  əvvəllər  müəzzinlik  etməklə,  dua  yazmaqla  ailəsini 

dolandırırdısa, sovet hakimiyyəti gələndən sonra «pulsuzluğa və əbədi bir işsizliyə 

məhkum  olmuşdu».  Dindar  olduğuna  görə  onu  qapılardan  qovur,  eyni  zamanda 

«avara», «tənbəl», «tüfeyli» kimi ifadələrlə zinhara gətirirdilər. O isə yazıq görkəm 

alıb «Qoysunlar işləyim də. Mən yazıq işdən başqa nə istəyirəm ki?» - deyə sakitcə 

etirazını bildirirdi.  O, nankor və vəfasızları sevmir, «onun patriarx ləyaqətini və 

müqəddəs dindar hisslərini» təhqir edənlərlə barışmır. Keçmiş xatirələri ilə yaşayır, 

“şirin”,  “qüdrətli”,  “dəmir”  səsi  ilə  dindarları  günorta  namazına  dəvət  etdiyi 

günlərin həsrətini, unudulmaz aşura mərasimlərinin xiffətini çəkirdi. Müəzzin eyni 

zamanda möhkəm əqidə sahibidir, öz istəyindən və iradəsindən dönməzdir.  

      

Müəllif  hekayədə  müəzzinin  oğlu  Fərhad  obrazının  timsalında  bolşevizmin 



gənc nəslə gətirdiyi faciə və fəlakətin miqyasını göstərməyə çalışmış və buna nail 

olmuşdur.  Rejim  Fərhadı  tez  dəyişir,  dövranın  gərdişləri  onun  əxlaqını  korlayır, 

eybəcərləşdirir.  Qısa  vaxt  ərzində  Allahsızlar  Cəmiyyətinin  fəallarından  birinə 

çevrilən Fərhad addımbaşı atasını təhqir edir, ələ salır. Müəzzinin oğlu Fərhadın 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə