163
onda Şamaxı prosesinin əvəzinə başqa proses, H.Sultanovdan başqa Şamaxıda
ittiham olunanların əvəzinə isə başqa şəxslər müttəhim kürsüsündə əyləşərdilər».
H.Sultanov
əsas hədəf olduğundan, prosesin harada cərəyan etməsindən asılı
olmayaraq o, m
əhv edilməli idi. Mühakimə olunanların şəxsi ifadələrinin olduğu
kimi verilm
əsi əsəri daha maraqlı, oxunaqlı edir. Bu hadisələrlə bağlı mətbuatda
çıxan yazılar sübut edir ki, o dövrdə həm qorxu, həm də məddahlıqla yazılan
m
əqalə və şeirlər çoxluq təşkil edib. Bu baxımdan Məmməd Rahimin H.Sultanova
h
əsr etdiyi şeir o dövrün bir növ ədəbi simasını əks etdirir. Haqqında bəhs
etdiyimi
z kitaba qısaca da olsa həzər salmağımız təsadüfi deyil. Bu gün həmin
əsərdə toxunulan problemi təxminən 65-70 il əvvəl Ceyhun Hacıbəyli adı çəkilən
əsərində məharətlə işıqlandırmışdır.
Ceyhun Hacıbəyli də əsəri tarixi faktlara, sənədlərə istinad edərək qələmə
almışdır. «Şamaxı məhkəməsi» daha çox tragikomediyanı xatırladır. İttiham
olunanlar – Sovet hökum
ətinin sadiq kölələri, kommunistlər, o cümlədən Həmid
Sultanov bir andaca, özl
ərinin etiraf etdikləri kimi Azərbaycanı Sovet İttifaqından
ayırmağa, Sovet İttifaqını dağıtmağa çalışan «əksinqilabçıya», «trotskiçiyə»,
«sabotajçıya» çevrilirlər. Həmid Sultanov etiraf edir ki, SSRİ-ni yıxmaq məqsədi
il
ə yaradılan mərkəzlə, xarici kəşfiyyatla əməkdaşlıq edir, həm də «mərkəzin»
dig
ər büro üzvlərinin də adını çəkir: Ruhulla Axundov, Sultan Məcid Əfəndiyev,
Q
əzənfər Musabəyov, Heydər Vəzirov, Dadaş Bünyatzadə, Həsən Səfərov, Əyyub
Xanbudaqov. Ceyhun Hacıbəyli bu arada oxucusuna xatırlatmağı lazım bilir ki,
«adları çəkilənlərin hamısı öz doğma yurdlarını bolşeviklərə təslim etmək üçün
böyük «qeyr
ətlər» göstərmişlər.
Ceyhun Hacıbəylinin təsvirində Həmid Sultanov nəinki xain və satqındır,
eyni zamanda qorxaq v
ə böhtançıdır. O, məhkəməyə bəyan edir ki, bəli, biz
sosialist V
ətənimizi satmaq kimi pis yola qədəm qoymuşuq. Müttəhim Ruhulla
Axundovun «Az
ərbaycanın ən böyük siması M.C.Bağırovu öldürmək» istədiyini,
h
ətta bunun üçün qrup da təşkil etdiyini bildirir. Həmid Sultanov millətçilik təbliği
164
il
ə məşğul olduqlarını, «əksinqilabçı mərkəzə» yeni üzvlər cəlb etdiklərini, Bakı-
Şamaxı yolunun təmirinə ziyan vurduqlarını, iqtisadi sabotajları həyata
keçirdikl
ərini, Sovet hökumətini devirmək üçün üsyançı qruplar hazırladıqlarını da
boynuna alır. məhkəmə iclasında rahatlıqla ürəyini boşaldan baş müttəhim Həmid
Sultanov Bakı-Şamaxı yolunun inşasında ciddi pozuntulara yol verdiyini, işçilər
üçün heç bir şərait yaratmadığını, hətta onlara içməli su vermədiyini və bununla da
onları hökumətə qarşı ayağa qaldırmaq istədiyini boynuna almışdı. Heç demə,
H
əmid Sultanov dünənə qədər hökumət başında mühüm vəzifələr ifa edən
silahdaşları ilə birlikdə əksinqilabçı təşkilatda birgə fəaliyyət göstərmiş,
Az
ərbaycanın Sovet İttifaqından ayrılması üçün üsyanlar, sui-qəsdlər, terrorlar
planlaşdırmışdır.
Ceyhun Hacıbəyli bu əsəri fransız oxucuları üçün qələmə aldığından ara-sıra
hekay
əyə müdaxilə edir və müəyyən , izahlar, şərhlər də verir. Xatırladır ki,
Az
ərbaycanda – Şamaxıda qurulan məhkəmə ilə Gürcüstan, Acarıstan, Abxaziya
v
ə Türküstandakı məhkəmələr də eyni ssenari, eyni müddəalarla həyata keçirilir.
Mütt
əhimlər bir qayda olaraq sovet hökumətini devirmək planlarını etiraf edir,
bunun üçün sabotajlar h
əyata keçirdiklərini, əhali arasında milliyyətçilik
toxumlarını səpdiklərini, kolxoz təsərrüfatına ziyan vurduqlarını, bitki və
heyvanlar ar
asında xəstəliklər yaydıqlarını və s. «könüllü» olaraq bəyan edirlər. Bu
baxımdan baytar Kələndərovun məhkəmədəki ifadəsi diqqəti çəkir. O, hətta dəqiq
tarix göst
ərməklə bildirir ki, Şamaxı əksinqilabçı təşkilatın əmrinə əsasən
t
əsərrüfatda xəstəlikləri süni surətdə artırmaq üçün atların yalnız bir qismini
müayin
ədən keçirmişdir. Eyni zamanda Mərəzə kəndində kiçik və iri buynuzlu
mallar arasında yolxucu xəstəliyini yaymış, nəticədə yüzlərlə baş heyvan tələf
olmuşdur. Bundan əlavə, əksinqilabçı təşkilatın səyi ilə 21 baş xəstə atın sərbəst
dolaşmasına şərait yaradılmış, nəticədə xəstəlik daha 14 baş ata sirayət etmişdir.
Yüzl
ərlə ton ot, silos, saman çürüdülmüşdür. Kələndərovun dedikləri ağlasığmaz
olsa da, mütt
əhim Tanrıverdiyev etirafları ilə onu kölgədə qoyur, Ceyhun
165
Hacıbəylinin təbirincə desək, bu gülünc komediyanı ən yüksək dərəcəyə çıxarır.
Mü
əllimlərinə özünü yaxşı göstərmək istəyən məktəbli kimi uzun uzadı sabotaj və
əksinqilabçı fəaliyyətindən danışır, dayanmaq bilmir… Müttəhimlərdən İbrahimov
da boy
nuna almışdır ki, sabotaj məqsədi ilə buğda parazitləri ilə mübarizə
aparılmamışdır. Müttəhimlər Əmirov, Məmmədov, Cəbiyev də sabotajla məşğul
olduqlarını etiraf etmişlər. Müttəhim Bəkirov sorğu zamanı bildirmişdir ki,
h
əqiqətən də 6 məktəb binasının divarlarını samanla tikdirmişdir.
Əsərdəki erməni Avalov obrazı digərlərindən xeyli fərqlidir. Onun ibtidai
t
əhsili olsa da, ölkə Kommunist Partiyasının ikinci katibi vəzifəsinədək yuxarı
ç
əkilmişdir. Hiyləgərdir, məhkəmədə özünü məharətlə müdafiə etməyə səy edir,
«s
ədaqətli etiraflar» oyununa çox da girişmir. O, da əksinqilabçı təşkilatda
iştirakına və sabotajlara görə ittiham olunur. Bolşevik mətbuatının yazdığına görə
«hiyl
əgər, mahir və ikiüzlü düşmən istintaqda bütün cinayətlərini boynuna alsa da,
m
əhkəmədə əməllərini inkar edir, yalnız bolşevik sayıqlığını itirdiyini etiraf edir».
M
əhkəmə və prokuror müttəhimin inadından dilxor olurlar, çünki Avalov ssenarini
– «s
ədaqətli etiraf» dilini pozur. Odur ki, onlar bu «sürüdən azan qoyunu düz yola
g
ətirmək» istəyirlər. Çətinə düşən prokuror digər müttəhimlərin köməyindən
istifad
ə edir. Onlar isə «bülbül» kimi ötür, heyvanların zəhərlənməsini,
epidemiyanın yayılmasını, malların bilərəkdən məhv edilməsini, üsyan
hazırlanmasını nəfəs dərmədən boynuna alırlar: “ Nəhayət, sel kimi axan bu
t
əfərrüatı, prokuror dayandırmaq məcburiyyətində qalır”. Məhkəmənin qərarı isə
iclas başlamazdan əvvəl məlum idi: Sovet hökumətinin düşməni olan müttəhimlər
güll
ələnməlidir.
Ceyhun Hacıbəyli Şamaxı məhkəməsinin gedişini işıqlandıran mətbuatın
da rejimin al
ətinə çevrildiyini məharətlə təsvir edir. Mətbuat ölkənin hər tərəfindən
avtomobill
ərlə, arabalarla, piyada, atlı… Şamaxıya axışan insanların üzündə və
ür
əyindəki hiddət və qəzəbdən yazır. Onlar ittiham olunan faşistlərin ən yüksək
c
əzaya məhkum edilməsini istəyirlər. Qəzet sərlövhələri məhkəmə rolunu oynayır:
Dostları ilə paylaş: |