166
«S
əadətli yaşayışımıza ləkə vurmaq istəyənləri məhv edəcəyik», «Vətən xainlərinə
ölüm», «Z
əhərli ilanların başını əzək!», «Qudurmuş itlər üçün aman yoxdur».
Dün
ənki «Moskva uşağı»nın- Həmid Sultanovun ünvanına isə bu gün daha sərt
ifad
ələr işlədilir: «Alçaq faşist nökəri!»
Ceyhun Hacıbəyli ittihamın, eləcə də etirafların nə qədər saxta, qondarma
v
ə gülünc olduğunu suallarla dilə gətirir: «Bu sui-qəsd və terrorun icrasına bir
s
əbəb varmı? Kimi öldürmüşlər, kimə bomba atmışlar. Bu «əksinqilabçı təşkilat»ın
f
əaliyyəti nədən ibarətmiş?» Yazıçı suallara özü cavab verir: Heç kim sui-qəsd və
terrora m
əruz qalmamışdır. İttiham olunanlar və NKVD tərəfindən məhv edilənlər
Moskva uşaqlarıdır.
Əksinqilabçı sabotaj metodunun təfərrüatını dilə gətirən Həmid Sultanovu
v
ə digərlərini bu qədər günahları öhdəsinə almaqda, özünü tövbə edən kimi
göst
ərməkdə, səmimi etiraflarda məqsədləri nədir? Heç demə, onlar məhkəmənin
lütfünü qazanmaq ist
əyirmiş: «Qeyri-mümkündür» - yazan Ceyhun Hacıbəyli
göst
ərir ki, bu üsul özünü doğrultmayacaq, artıq onların cəzası yetişmişdir.
M
əhkəmədə Həmid Sultanova Nəriman Nərimanovla, onun burjua
milliyy
ətçiliyi ilə bağlı verilən sual Ceyhun Hacıbəylini Nəriman Nərimanovun
f
əaliyyətindən, Moskvaya xidmətindən, ölümündən ətraflı söz açmağa sövq edir,
sonra N
ərimançılğun milliyyətçiliklə əlaqələndirilməsinə də təəccübünü gizlətmir:
«N
ə üçün belə təzadlı ölçü? Onu bir Tanrı, bir də Kreml bilər. Hər halda
«n
ərimançılıq» bu gün «burjua milliyyətçiliyi» kimi təqdim edilir. Milliyyətçiliyə
yazıq!» Məsələ burasındadır ki, məhkəmə-tamaşada hətta «Hümmət» partiyasına
da mill
ətçi təşkilat deyilir. Ceyhun Hacıbəyli vaxtı ilə «Hümmət»də fəaliyyət
göst
ərən, sonralar Azərbaycan sovet hökumətində rəhbər vəzifə tutanların, o
cüml
ədən Əliheydər Qarayevin də məhkəməsiz çekist gülləsinə hədəf olduğunu
yazır. O, əsəri bu cümlə ilə bitirir: «Təbii ki, Həmid Sultanov da müstəsna edilmir,
artıq öz millətinin qanını axıdan xain mükafatını alır».
167
«Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı» əsəri sənətkarlıq
probleml
əri baxımından mübahisə predmeti ola bilər. Bədii təsvir və ifadə
vasit
ələrinin azlığı, məhkəmə iclaslarının və müttəhimlərin dindirilməsi
s
əhnələrinin pərakəndəliyi mətni bir qədər ağırlaşdırır. Əslində bu məziyyətlərinə
gör
ə müəllifi qınamaq da olmur. Mövzu ağırdır, sovet məhkəmə sisteminin
eyb
əcər, əcaib simasını canlandırmağa bəzən ürəyin və qələmin də gücü çatmır.
Lakin fikrimizc
ə, Ceyhun Hacıbəyli oxuculara, əlaxüsus fransızlara sovet
rejiminin, kommu
nist ideologiyasının onların həyat, təfəkkür tərzinə vurduğu
z
ərbəni, «dəmir pərdə» arxasında baş verən dəhşətli və ağlagəlməz işgəncələri,
edamları, sürgünləri, insanlıq dramını təqdim edə bilmişdir. Bu əsər Stalin
v
əhşətinin ağırlığını və miqyasını göstərmək baxımından çox ibrətamizdir.
"Ədəbiyyat qəzeti", 14 dekabr 2015;
modern.az, 15 dekabr 2015.
Müəzzinin lənəti
İslam dini, onun tarixi, dəyərləri, mərasimləri, sözdə “İslam həmrəyliyi”,
«İslam fanatizmi», Quranın tərcüməsi, din xadimlərinin təhsili, maddi təminatı,
eləcə də sovet din siyasəti, onun mahiyyəti, məqsədi və tənqidi Ceyhun Hacıbəyli
yaradıcılığının aparıcı mövzularındandır. Təsadüfi deyil ki, ilk qələm sınaqlarından
son dövr yaradıcılığınadək, bədii əsərlərində və publisistikasında, mühacirətə qədər
və mühacirət dövrü irsində din problemi Ceyhun Hacıbəylinin mühüm yer
tutur.İslamın böyük təşəbbüskeşi kimi mətbuatda bir-birinin ardınca aktual və
maraqlı məqalələr dərc etdirən Ceyhun Hacıbəyli eyni zamanda mövhumatı,
nadanlığı, cəhaləti, din pərdəsi altında avam və sadəlövh insanları kor-koranə,
müxtəlif rituallara, caduya, zərərli, islamla heç bir əlaqəsi olmayan “ehkamlara”
sürükləyən qara qüvvələri, elm, təhsil, tərəqqi düşmənlərini kəskin tənqid edən
yazılar da qələmə alırdı.
168
Nasirin fransız dilində yazdığı «Müəzzinin lənəti» adlı irihəcmli hekayəsi
Sovet rejiminin din siyasəti və onun kəskin tənqidi baxımdan diqqəti çəkir.
Hekayənin makinada yazılmış əsli ARDƏİA-nin Ceyhun Hacıbəyliyə aid 649
nömrəli fondunda mühafizə edilir. Əsəri ilk dəfə Mirzəbala Əmrahov Azərbaycan
dilinə tərcümə etmiş və «Ceyhun Hacıbəylinin seçilmiş əsərləri» kitabını daxil
etmişdir. Hekayənin mövzusu Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının
ilk dövrlərinə təsadüf etsə də, əsərin XX əsrin 50-ci illərində qələmə alındığı
qənaətindəyik və bunun üçün bir sıra əsaslar var. 20-30-cu illər Ceyhun bəyin
xaricd
ə yenicə məskunlaşaraq, bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin
tanıdılması, Azərbaycan mədəniyyətinin xaricdə qızğın təbliğ edilməsi
istiqamətində fəal fəaliyyət göstərdiyi, digər tərəfdən də ailə-məişət problemləri,
maddi sıxıntılarla üz-üzə qaldığı dövrdür. Həmin dövr yaradıcılığında Ceyhun
bəyin bu səpgili nə bədii, nə də publisistik yazılarına təsadüf edilmir. İkinci Dünya
Müharibəsi dövrü Sovet, o cümlədən Azərbaycan mühacirlərinin durğunluq,
fəaliyyətsizlik dövrü kimi xarakterizə edilir. Deyilənlər «Müəzzinin lənəti»
əsərinin 50-ci illərin ortalarında – soyuq müharibənin alovlandığı illərdə qələmə
alındığını deməyə ciddi əsas verir. Mübaliğəsiz demək olar ki, həm mövzu, həm
ideya, həm də sənətkarlıq baxımından bu hekayə nəinki Ceyhun Hacıbəyli
yaradıcılığında, eləcə də ümumən Azərbaycan, o cümlədən mühacirət nəsrində
bənzərsiz bir əsərdir.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərindən bəhs edən
çox sayda müxtəlif janrlarda qələmə alınmış bədii nümunələr mövcuddur.
Kö
hnəliklə yeniliyin, «ələmlə nəşənin» mübarizəsi, dindarlarla Allahsızların
qarşıdurması, məscidlərin bağlanması, mollaların, din xalimlərinin əzablı günləri,
gənclərin, komsomolçuların yeni şüar və çağırışlardan eyforiyaya qapılması,
qadınların hüquq bərabərliyi uğrunda mücadiləsi sovet yazıçılarının qələmə aldığı
əsərlərdə dövrün ruhuna və tələbinə uyğun bədii əksini tapmışdır. Həmin əsərlərdə
bir qayda olaraq «yeni həyat» qurucuları, dövrün qəhrəmanlar tərənnüm olunur,
«köhnələrin» süqutu təsvir edilirdi. «Müəzzinin lənəti» hekayəsi «qırmızı
Dostları ilə paylaş: |