M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə45/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   41   42   43   44   45   46   47   48   ...   211

145 

 

«Oğlumun  müşayiətilə  küçədə  gedirəm», «Dərd-qəm içində  boğulan  xalamın 



yanındayam», «Mən indi ata-baba bağındayam», «Baqqal dükanına daxil oluram», 

«Suyu  bal  olan  şəhərdəyəm» (Şuşa  nəzərdə  tutulur  –  T.A), «Ata evimizdə  bir 

gec

ə», yaxud «Paris qəsəbələrində  bir küçə», «Parisdəki Molyer evinin, yəni 



«komedi Fransez»in pill

əkəni ilə  qalxıram;  «Oğlumun  və  bir neçə  adamın 

müşayiəti ilə  vaqonda səyahətdəyəm», «Bir Lourdes kilsəsinə  səyahət etmək 

əhvalındayıq», «Monte-Karloda bakkara oynayıram», «Bir nəfər qadın dostumun 

restoranındayam»,  «Rəqs salonundayam», «Overn kəndlərinin birində, hər bir 

t

ərəfdən meşə ilə əhatə olunmuş bir təpənin üstündəyəm», «Elə bir salondayam ki, 



orada bir xa

nım  ətrafa  şəfəq  saçır»  və  s. və  i. kimi sözlərlə  başlayan  onlarca 

yuxunu Ceyhun b

əy oxuculara nəql edir, bəzilərini yozur, bəziləri barədə  susur, 

şərh etmir, nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır. 

əllif memuar boyu, tez-tez  Bakını  və  Şuşanı  «doğma  şəhərim»  -deyə, 



m

əhəbbətlə  vəsf  edir.  Şuşanın  insanlarından,  füsunkar  təbiətindən, tarixindən 

Şuşada dini mərasimlərin, xüsusən Aşuranın necə keçirildiyindən söz açır. Bakının 

m

əktəb, maarif, mədəniyyət, xeyriyyə sahəsindəki irəliləyişdən yazır, şəhərin özəl 



h

əyatını, onun özünəməxsus mənzərəsini təsvir edir. «Qoçu» mövzusuna toxunan 

C.Hacıbəyli  onların  daha  çox  1905-ci ildən  sonra  daha  böyük  nüfuz  qazandığını 

qeyd  edir:«Əsl  qoçular  o  adamlar  idi  ki,  bütün  şəhəri gərgin vəziyyətdə 

saxlayırdılar.  Belələrinin möhkəm  dayaqları  və  başçılarını  öz  həyatları  bahasına 

müdafi


ə etməyə sadiq yoldaşları vardır”.  

C.Hacıbəyli qoçulardan Ağa Kərimi, Teymur bəyi, Kərbəlayi Abdullanı yaxşı 

xatırladığını yazır, qoçular arasındakı münasibətlərdən və  və onların əməllərindən 

geniş  bəhs  edir.  Qoçuların  nüfuzuna  şəhər qubernatoru təyin olunan Martinov 

sarsıdıcı  zərbə  vurur: «Günlərin bir günü o, bir qoçu ilə  rastlaşır,  onunla  söhbət 

edir,  zarafatlaşır,  daha  sonra  onun  başındakı  gözəl Həştərxan  papağını  əlindəki 

qılıncla  iki  yerə  bölür və  ona deyir: «Bu qədər  uzunluqda  olan    papağı  başa 

qoymaq  lazım  deyil,  buna  qənaət deməzlər,  papağın  yarısını  qardaşına  verə 




146 

 

bil



ərsən». Qubernatorun qoçuluq rəmzini bildirən Həştərxan  papağına  qarşı 

t

əhqiramiz hərəkətindən sonra qoçular öz nüfuzlarını itirməyə başlayır. 



 

 

Folklor vurğunu, sənət aşiqi 



 

G

ənclik illərindən  ədəbiyyata, folklora, musiqiyə  böyük maraq göstərən  



Ceyhun  Hacıbəylinin  bu  mövzulara  memuarda  da  toxunması  təbiidir.  Atası  və 

əmisi  haqqında  xatirələrini  yada  salan  Ceyhun  Hacıbəyli  yazır:  «Mən və 

qardaşlarım heykəltəraşlıq sənətinin, rəssamlığın, mahnı və musiqini kimdən irsən 

aldığımızı bilmirəm». Əmisnin dostu, paltar  mağazasının sahibi Mirzə Cəfəri isə 

bel

ə  xarakterizə  edir:  “…ancaq  o  şair  və  xüsusilə  həcv  yazan bir adam kimi 



t

anınırdı. Onun qələminin kəskinliyi hamı tərəfdən etiraf olunardı. Memuarist yazır 

ki,  Şuşanın  təbiəti, iqlimi, gözəlliyi  burada  yaşayanların  poetik,  şairanə  qəlbinə 

nüfuz etm

əyə  çox  imkan  yaradırdı.  Ceyhun  Hacıbəyli mərasimlərdə  qadınların 

b

ədahətən söylədikləri ağıları, bayatıları, laylaları heyranlıqla yada salır, onlardan 



yerli-yerind

ə  sitatlar gətirir.  O,  şahidi  olduğu  bir  hadisəni söyləməklə  də  fikrini 

əsaslandırır və nəql edir ki, bir dəfə bir-biri ilə qonşu olan  müsəlman və erməni 

q

əbirstanlığında məni sarsıdan bir hadisənin şahidi oldum. Bir neçə erməni qadını 



v

ə qızı yeni basdırılmış adamlarının qəbri üstündə ağlaşırdılar. Yoldan keçən bir 

müs

əlman qadını da matəm içində olan erməni ailəsinə yanaşır. Bircə an sonra bizi 



sarsıdan  ağılardan  birinin  ətrafa hakim kəsildiyini  eşitdik:  bədii, gözəl  ağılardan 

biri idi. M

ərhumun  hansı  cinsdən  olduğunu  belə  bilməyən müsəlman  qadının 

oxşama  sözləri, eləcə  də  qəddar  taleyin  ünvanına  yağdırdığı  lənət və  qarğışları 

erm

əni qadınlarının ağlaşını ikiqat artırdı və onlar müsəlman qadınını bu mərasimə 



gönd

ərdiyinə görə Allaha təşəkkür edirdilər… 




147 

 

Ceyhun  Hacıbəyli  doğma  Vətənində  adamların  tez-tez  «yağlı»  sözlərlə, 



işarələrlə, eyhamlarla, məcazlarla, qondarma ibarələrlə  danışdığını  və  həmin 

ifad


ələrin yerində, səciyyəvi və gözəl olduğunu qeyd edir: «…bir təşəbbüs həyata 

keçm


əyəndə  deyərlər: Dəvə  oynayanda  qar  yağar;Razılıq  əlaməti belə  bildirilir: 

Kor n


ə istər, iki göz, biri əyri, biri düz; Uzaq qohumluq əlamətinə, yaxud, iki nəfər 

arasındakı  yaxınlığa,  məhrəmliyə  etiraz etmək  üçün  göz  atarlar:  Arazı  keçəndə 

bunlar arxalarını bir-birinə sürtüblər;  Birinin arzusunun əlçatmazlığına «Ac toyuq 

yatıb yuxuda darı görər» - deyə kinayə edərlər; Məğrurluğu, yaxud lovğalığı ifadə 

etm

ək üçün belə  deyərlər: Mən bəylərlə  plov yemirəm  ki,  bığlarım  yağa  batar; 



Vicdansız  və  qəddar adam üçün bu cümləni  işlədərlər:  «O,  öz  anasının  döşünü 

k

əsər»; Hiyləgər və bicin ünvanına «O, səni çaya susuz aparar, susuz da gətirər» – 



dey

ərlər; Lal-dinməzə,  adama  yovuşmayana:  «Bunun  buynuzu  qarnındadı»; 

Ədəbsiz və  utanmaza  «Onun  üzü  sağrısından  qırmızıdır»;  zəif  aciz  adamı  ifadə 

etm


ək üçün «O, təmizə çıxmaq üçün gözündən də xahiş edər»; qeyri-ciddi, əsassız 

danışan  barədə  «O, sözünü elə  deyir  ki,  bişmiş  toyuğun  da  gülməyi gəlir»  - 

dey

ərlər”.Bir  tamaşa  salonunda  anlaşılmazlıqdan  inciyib  teatrı  tərk edən 



h

ərbçilərdən bəhs edərkən  C.Hacıbəyli mövcud mənzərəni  oxucuya  çatdırmaq 

üçün yen

ə  məsəllərimizə  üz tutur: «Bax, belə  yerdə  bizim xalq deyimimizi 

işlətmək yerinə düşər: «Ayı meşədən küsüb, meşəninsə xəbəri yoxdur». 

Bu s


ətirlərin müəllifi 1996-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasında 

C.Hacıbəylini  folklor  toplayıcısı  və  tədqiqatçısı  kimi  də  təqdim  etmiş  və  onun 

1934 –cü ild

ə Parisdə  fransız dilində nəşr olunan “Asiya” jurnalında dərc etdirdiyi 

«Qar

abağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)» adlı əsərinə ( f.e.n Bayram 



Ağayev  əsəri tərcümə  edərək  1999-cu ildə  kitab  şəklində  “Ozan“ nəşriyyatında 

buraxdırmışdır)  xeyli  yer  ayırmışdır.  C.Hacıbəylinin  şifahi  nümunələrə, xalq 

yaradıcılığına müraciət etməsi onun milli irsə, adət-ənənələrə vurğunluğuna dəlalət 

edir. Yeri g

əlmişkən, onu da qeyd edək ki, C.Hacıbəyli əsərdə bədii, obrazlı, ifadə 

vasit


ələrindən gen-bol, yerli yerində  və  məharətlə  istifadə  edir: «Biz bir neçə 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə