142
balasının əməlinə görə məndən üzr istəyir. O, küçəni burularaq, sağa tərəf hərəkət
edir, bu zaman m
ən sol tərəfə dönməliydim. Mən anadan uşağını buradan sonar
hara g
əzməyə haraya aparacağını soruşdum. O, cavab verir: «Qəbirstanlığa». Öz-
özüm
ə deyirəm: «Uşağı gəzmək üçün qəribə bir yerə aparır». Uşaq məndən
könülsüz ayrılır. Mən onun qışqıraraq «xudahafiz, ata!» - dediyini eşidirəm. Təbii
ki, mü
əllifin bu və buna bənzər yuxuları oxucuları da üzür, onlar da sarsılır və
k
ədərlənirlər.
Memuar mü
əllifi yazır ki, bütün gecələr yuxu görür və onların arasından özümə
qarmaqarışıq olanları yox, aydın olanları oxucularımla bölüşürəm: «Mən onları
olduğu kimi, stenoqrafiya üsulu ilə, onlara toxunmadan, heç bir şey artırıb
əksiltmədən qeyr edirəm». Əsərdə avtobioqrafik məlumatlar, Hacıbəyli ailəsi ilə
əlaqəli çoxsaylı əhvalatlar da əksini tapmışdır. Ceyhun bəy atası, anası, qardaşları,
ögey anası, dayısı, əmisi, onların xarakteri, ailə bağları, ilk məhəbbəti barədə də
yeri g
əldikcə bəhs edir, ətrafının ədəbiyyata, məktəbə, təhsilə, musiqiyə, adət-
ənənələrə, dinə münasibətini əks etdirən olaylardan söz açır.
«Xaç anası» deyə xatırladığı qadının onun tərbiyəsində, dünyagörüşündə
rolunu,
əməyini yüksək dəyərləndirən C.Hacıbəyli onu aşağıdakı cümlələrlə
xatırlayır: «Mənim iki anam vardı: birisi məni dünyaya gətirən, o birisi məni qəbul
ed
ən və mənə ilk uşaqlıq illərindən qayğı göstərən. Birinci mənim atamın qanuni
arvadı idi və məni ona «yoldaş» olmaq zərurətindən doğmuşdu. Məhz o, ağır
v
əziyyətlərində atama təsərrüfat, heyvandarlıq və s. işlərdə kömək göstərmiş, onu
idar
ə etmişdir, o zaman mənim əsl şəhərli anam belə şeylərlə məşğul olmurdu».
C.Hacıbəyli «xaç anası»nın heç vaxt uşağı olmadığını, Ceyhun anadan olanda
doğuş rəmzi kimi köynəyinin yuxarısından salıb-sürüşdürüb aşağısından
çıxardığını yazır və qeyd edir ki, o məni sevir, çox ərköyün böyüdürdü. Memuarist
yazır: “…mən onu anam kimi sevirdim. Mən bürkülü iki fəsil kənddə xaç anamın
himay
əsində qaldığımı yaxşı xatırlayıram. Bu vaxt anam, qardaşlarım, bacılarım
d
əniz səviyyəsindən 1880 m. yüksək olan kölgəli şəhərdə (Şuşa nəzərdə tutulur –
143
T.A) qalırdı». C.Hacıbəyli bəzən anasının bu münasibətindən əziyyət çəkir və yazır
ki, m
ən qəm-qüssə içində idim, gecə-gündüz ağlayırdım və xaç anamın
t
əsəlliverici incə nəvazişlərini rədd edir, özümdən uzaqlaşdırırdım.
Xaç anası Ceyhun bəyə hər fürsətdə nəvaziş göstərir, əməlləri ilə özünün böyük
m
əhəbbətini təsdiqləyirdi. Onu başqa suallar narahat edirdi: nə üçün anam mənim
oyuncaqlarımı öz qardaşı oğluna verir, xüsusi ilə gözəl, dəstəyi gümüş pulla zərb
olunmuş, mənim istəyimlə, niyyətim və arzumla hazırlanmış qamçımı nə üçün,
n
əyə görə? Memuarist ailə ilə bağlı yazanda, düşünəndə daim həyəcanlanır,
doğmalarla keçirdiyi günləri, ayrılıq anını göz önünə gətirir, duyğulanır və
oxucunu da duyğulandırır:Pulla bağlı gördüyü bir yuxu növbəti dəfə Ceyhun bəyi
uzaq ill
ərə – uşaqlıq çağına aparır. Onun fikrincə, yuxuda pul görmək, zaman, vaxt
əlamətidir və o, ötənləri xatırlayır: «Deyim ki, məktəb yaşıma, yəni, şəhərdə
yerl
əşdiyimiz vaxta kimi mənim pul ilə heç bir əlaqəm olmayıbdır, hər bir işim
t
əbiət qoynunda keçmişdir. Mən hətta kəndimizdə kiminsə dükanı olub-olmadığını
da dey
ə bilmərəm».
Başqa bir yuxusunda zirvədən Ceyhun bəy qardaşını vəhşi təbiəti, gözəl coğrafi
mövqeyi, vadil
əri, uçurumları, dağ çayları olan bir yerdə görür, sonra onu gözdən
itirir. Mü
əllif bu yuxunu gördükdən sonra «mineral suyu, adamı valeh edən təbiəti,
möcüz
ələrlə dolu olan Şuşanı xatırladır, dərhal da təəssüflə yazır ki, bu qədər
z
ənginlikləri olan ərazidə kiminsə müalicə mərkəzi yaratmaq fikri yoxdur. Yalnız
yay aylarında buralar canlanır, mədə, qaraciyər, ürək… xəstəlikləri olan insanlar
burada qısa müddət düşərgədə qalır və şəfa tapırlar. Şuşada keçirdiyi günləri,
h
əzin, unudulmaz xatirələri kövrək dillə yada salan, samovar çayı məclislərini,
düşərgədə səhnələr göstərən qaraçıları, onların nümayiş etdirdikləri məzəli
əhvalatları, macəraları həvəskarların musiqi və rəqslərini yada salan Ceyhun bəy
yazır ki, gəzinti və musiqi arasındakı fasilələrdə isə hamı məzəli lətifələri bir-
birin
ə danışır, kəsilmək bilməyən gülüşlər ətrafa yayılırdı… Lakin xatirələrin
hamısı belə ürəkaçan deyil: qaçaqların düşərgələrə həmlələri sakinləri və qonaqları
144
əməlli-başlı qayğılandırırdı: «Gəncliyimdə və hətta uşaqlığımda təsadüf elə
g
ətirmişdir ki, mən əlimdə silah avaralara və qaçaqlara görə çadırın altında «keşik
ç
əkmişəm» – deyə C.Hacıbəyli təlaşla xatırlayır.
Yuxuda özünü ata-
baba bağında görən Ceyhun Hacıbəyli çoxlu quru ağacların
əhatəsindədir və onları kəsmək üçün mişarın olmadığına təəssüflənir. Bununla
bel
ə, bir budağı kəsir, onun üstündə uzanan anasını xəbərdar etmək isə artıq gecdir.
Anası budaqdan sallanmış vəziyyətdə havada qalır. Bu yuxu Ceyhun Hacıbəyliyə
1939-cu ild
ə vəfat edən anası ilə bağlı həzin hekayəni nəql etdirir. “…övladlarını
görm
ək ümidi onu yaşadırdı” - yazan Ceyhun bəy anasının ölüm xəbərini Polşada
olark
ən eşitmiş və sarsılmışdı. O, anasını açıq ürəkli, hər bir şeyi olduğu kimi
danışan, gələcəkdən xəbər verən, şən bir insan, «eybsiz, ləkəsiz» qadın,
«düzgünlük t
əmizlik» nümunəsi, “həddi-hüdudun, nəzakətin, ədəbin yerini bilən
xanım” adlandırır, onu da qeyd edir ki, atamızın yenidən evlənməsi onu
sevindir
əcək bir hərəkət, əməl olmadı. Ceyhun Hacıbəyli anasının əlliyə qədər saya
bilm
ədiyini, savadsız olduğunu yazır, eyni zamanda göstərir ki, o xəstəyə, uşaqlara
qulluq etm
əyi bacarır, təsərrüfatı idarə etməkdə atama yaxından yardım edirdi.
Memuarist anası ilə bir söhbətini belə xatırlayır: «Ondan nə vaxt uşaqlarından
hansını daha çox sevdiyini soruşsaydım, - anam barmaqlarının beşini də mənə
göst
ərir və cavab verirdi: «Bunlardan birini kəssələr, mən eyni ağrını çəkəcəyəm.
Ceyhun Hacıbəylinin yuxularını məzmun baxımından iki qrupa bölmək olar.
Bir qisim yuxuda o V
ətəndədir, yuxuda ata-anasını, bacı-qardaşını, Bakını, Şuşanı,
oradakı insanları, doğma diyarın əsrarəngiz təbiətini görür, digər qisim
«yuxu»lardakı hadisələr qürbətdə - daha çox Parisdə, onun küçə və xiyabanlarında
bar v
ə kafelərində cərəyan edir. Hər iki halda o gördüyü yuxuları şəxsi həyatı,
f
əaliyyəti, taleyi ilə məharətlə əlaqələndirir, yozur.
«Dayımgildəyəm». «Qardaşımla üz-üzə bir çəpərin qarşısında oturmuşuq»,
«Xalamgild
ə çörək yeyirəm», «Öz evimizdəyəm», «Evimizə qayıdıram», «Ata
evind
əyəm», «Bir təpənin üstündəyəm», «Məslək yoldaşlarımdan biriləyəm»,
Dostları ilə paylaş: |