91
müəllif islamçıların qeyri-müsəlmanlara qarşı xeyirxah, insani münasibətindən
misallar göstərir. İslamın yayılması tarixi belə nümunələrlə zəngindir. İslamın qısa
zamanda belə sürətlə yayılmasının başqa bir səbəbi İslam rəhbərlərinin böyük
zəkası və bacarığıdır. Məhz bunun sayəsində İslam az müddətdə Şimali Afrikaya,
Qərbi Avropaya ayaq açmışdır. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat edəndə
İslam Ərəbistanın az hissəsində yayılmışdı. «Lakin ilk İslam rəhbərləri arasında
nadir zəkaya və fitri istedada malik olanlar çox idi» - bu fransız alimi Abbat de
Brolinin qəti qənaətidir. O, yazırdı: «Məhəmmədə iman gətirənlər səmimi,
cəsarətli, ağıllı və hissiyyatlı adamlar idi. Bunlar Abu Bəkir və Ömər idi. Bu
dözümlü, ədalətli, bacarıqlı, enerjili iki ərəb nəhəng imperiyanı idarə etməyə qadir
idi və onlarla mübarizə aparan xristian imperatorlarından, xristian hökmdarlarından
yüksəkdə dayanırdılar». Başqa bir Avropa alimi Robertson özünün «V Karlın
tarix
i» əsərində yazırdı ki, Məhəmmədə iman gətirənlər böyük ruh yüksəkliyi və
ardıcıllıqla, dözümlülük ruhu ilə prozelitizmin vəhdətini yaratmışlar. Ərəblərin
Suriya və Şimali Afrikaya yürüşləri Roma və Vizantiya imperiyasının basqını ilə
müqayisədə sülhməramlı olmuşdur. Bu zaman əslində zorakılıq və qəddarlığa yol
verilməyib.
C.Hacıbəyli əsərin daha aktual səslənən, dövr üçün zəruri hesab etdiyi
hissələrinin şərhinə daha geniş yer verir və İslamın bəşəri, humanist dəyərlərini
qabarıq göstərməklə, «müsəlman fanatizmi»nin, «dözülməzliyi»nin ideoloq və
təbliğatçılarına öldürücü zərbə vururdu. Müəllif məqalədə əsərin belə bir hissəsinə
oxucunun diqqətini yönəldir. Müsəlmanlar yürüş zamanı yollarına çıxan xalqlara
təkliflərlə müraciət edirdilər:
-
ya Quranı qəbul etməli;
-
ya öz din və adətlərini saxlamaqla vergi verməli;
-
ya da silahının gücünə arxalanmalı.
Nəzərə alsaq ki, imperiyalar tarixində amansız müharibələr, qırğınlar,
qəddarlıqlar, dağıntı və min bir cür digər fəlakətlər bir norma olmuşdur, o zaman
ərəblərin bu cür hərəkəti çox humanist görünər. Quranda İslamın dəyərləri, aliliyi,
92
humanizmi, bəşəriliyi daha parlaq şəkildə öz əksini tapmışdır. Bu müqəddəs
kitabın başlıq və surələrindən bəzi nümunələri misal göstərməklə deyilənləri
təsdiqləmiş olardıq. II surə, 256-cı ayədən: Dində zorakılıq yoxdur. Doğruluq
azğınlıqdan aydın fərqlənir. Hər kəs şeytanı və bütləri inkar edib Allaha iman
gətirərsə, o, artıq ən möhkəm bir dəstəkdən yapışmış olur. VI surə, 108-ci ayədən:
Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da bilmədikləri üzündən
Allahı düşməncəsinə söyərlər. XXV surə, 63-cü ayədən: Rəhmanın bəndələri o
kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz
atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar. Əgər bir tərəfdən Şərq xalqları
üçün ərəblərin yürüşü Vizantiya tərəfindən onlara verilən fiziki, maddi və mənəvi
məhrumiyyətlərdən azad edilməsidirsə, digər tərəfdən İslamın sürətlə yayılmasını
şərtləndirən amillərdəndir. Roma imperiyasının despotizmini əvəz edən İslam
liberalizmi insanların qəlbində əbədi yuva salırdı.
Məşhur fransız alimi Dozi yazırdı ki, ərəblərin hökmranlığının dinc dövrü
digər dinlərə ibadət edənlərə münasibətdə daha humanist xarakter daşımışdır.
Qeyri-
müsəlmanlar zorakılıqla yox, məhz inama görə İslamı qəbul etmişlər. Bu
münasibətlə II Ömərin yerli nümayəndəsi Xəyyamın ona yazdığı məktub çox
ibrətamizdir: «Əgər Misirdə işlər bu cür davam etsə, heç şübhəsiz, bütün xristianlar
bir nəfər kimi İslamı qəbul edəcək, bununla da dövlət onlardan xəzinəyə daxil olan
gəlirdən məhrum olacaq». II Ömərin cavabı daha maraqlıdır: «Allah Məhəmməd
Peyğəmbəri öz elçisi kimi göndərib, dilənçi payı yığan kimi yox».
İslamdan sonra İspaniyada xristianlar xüsusilə azad yaşamağa başladılar.
Avropada izlənən, təqiblərə məruz qalan yəhudilər xilafətdə təhlükəsiz sığınacaq
tapırdılar. Tarixdə belə təkzibolunmaz faktlar çoxdur.
C.Hacıbəyli İslamı təhrif edənlərə, onu ədalətsiz hücumlarla gözdən salmağa
çalışanlara cavab olaraq məqaləsini belə bitirir: «Müsəlman fatehlərinin inama
dözümlülüyü müqabilində «xaç yürüşlərinin» qəddarlıq nümunələrindən misal
gətirsək, müsəlmanların zorakılıq və fanatizm daşıyıcıları kimi təqdim olunması ən
böyük və ciddi səhv olardı». C.Hacıbəyli İslamın tarixinə və müqəddəs kitab
93
Qurana əsaslanaraq, təkcə müsəlmançılığı müdafiə etmir, həm də dində baş verən
dəyişiklikləri, ruhanilərin problemlərini cəsarətlə «Kaspi»nin səhifəsinə çıxarır,
geniş ictimaiyyətlə öz fikir və mülahizələrini bölüşdürürdü. Bu mənada «Kaspi»
qəzetinin üç nömrəsində (29 noyabr, № 267; 3 dekabr, № 270; 8 dekabr, № 274)
dərc olunmuş «Ruhanilərin ehtiyacı» adlı irihəcmli məqalə diqqəti xüsusilə cəlb
edir. Məqalə belə başlayır: «Bəzi istisnaları nəzərə almasaq, bizim jurnalistlər
müsəlman ruhaniləri haqqında çox amansız, sərt mövqe tuturlar. Onlar «cəhalət,
qaranlıq elçilərini», «zərərli elementləri», xalqın ziyanlı instinktlərini
qızışdıranları, elm və maarifin yayılmasına qarşı duranları «yerlə yeksan edir»,
«biçirlər». Bir sözlə, bizdə ruhaniləri söymək dəbdədir. Mollalar barədə hər hansı
bir müsəlmanla söhbət et, o, mollaları bütün bəlaların mənbəyi, qatı düşməni
adlandıracaq». Məsələ burasındadır ki, mollalar haqqında C.Hacıbəylinin qeyd
etdiyi bu ictimai rəy birdən-birə, əsassız yaranmamışdır. Bir tərəfdən cəmiyyətdə
Qərbin uydurduğu «müsəlman fanatizmi», «dözülməzliyi» pərdəsi ilə İslamla
mübarizəsi, digər tərəfdən xalqını bütün varlığı ilə sevən qələm sahiblərinin –
M.Ə.Sabirin, C.Məmmədquluzadənin öldürücü satirası, felyetonları adamlar
arasında mollalar barədə mənfi fikrin formalaşmasına xidmət etmişdir.
C.Hacıbəylinin fikrincə, ruhanilər haqqında xoşagəlməz rəyin əmələ
gəlməsinin bir səbəbi də onların süstlüyü, soyuqluğu, fəaliyyətsizliyidir. Bunun
özünün də səbəbləri var. Başlıcası isə ruhani təhsili verən mütəşəkkil, ali
müəssisələrin olmamasıdır. C.Hacıbəyli bu barədə – Bakıda ruhani seminariyasının
açılmasının vacibliyi haqqında hələ 1913-cü ildə «Kaspi»də yazmışdı. O vaxt da
müəllif qeyd etmişdi ki, ruhani seminariyasının olmaması xalqın tərəqqisi və
maariflənməsi yolunda ciddi maneədir. Bu zaman C.Hacıbəyli həm də, ona
əsaslanırdı ki, bizdə seminariyanın olmadığından adamlar ruhani təhsili almaq
üçün İran və Türkiyənin müxtəlif şəhərlərinə gedirlər. Başqa həyat tərzi, yad mühit
onları öz xalqından uzaq salır. Belə tərbiyə və təhsillə geri dönən «mənəviyyat
ataları» xalqa necə fayda verə bilərlər? Amma xalqın öz içərisində yetişən ruhani
xalqın ideya və mənəvi ehtiyaclarını daha yaxşı bilər, xalqdan uzaq düşməzlər.
Dostları ilə paylaş: |