M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


M. 13. Cəmiyyətin mənəvi varlığı. İctimai şüur, onun strukturu və formaları



Yüklə 222,71 Kb.
səhifə46/57
tarix24.08.2023
ölçüsü222,71 Kb.
#120862
1   ...   42   43   44   45   46   47   48   49   ...   57
muhazirə felsefe 2021

M. 13. Cəmiyyətin mənəvi varlığı. İctimai şüur, onun strukturu və formaları

13.1. İctimai şüur və onun strukturu


13.2. İctimai şüurun formaları


13.1. İctimai şüur və onun strukturu

Cəmiyyətin maddi həyatında başqa, cəmiyyətin mənəvi həyatı da vardır və onun əsasını ictimai şüur təşkil edir.


olaraq ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mənəvi sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr ayrı-ayrı şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur. İctimai şüur dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu sistem nəticə etibarı ilə ictimai varlıqdan asılı olub onun inikası olsa da, özü nisbi müstəqilliyə malikdir. O, ictimai inkişafa təsir edən güclü amildir.
Tarixi inkişafda ictimai şüurun da böyük rolu vardır. Buna görə də cəmiyyət haqqında daha dolğun təsəvvürə malik olmaq üçün ictimai şüurun mahiyyətini, onun strukturunu, formalarını və cəmiyyətin həyatındakı rolunu açıqlamaq zəruridir.
İctimai şüurun strukturunu adi şüur, ideologiya və ictimai psixologiya təşkil edir.
Adi şüur insanların gündəlik praktiki həyat fəaliyyətindən meydana gələn ideyalar, təsəvvürlər və baxışların məcmusudur. Adi şüurun başlanğıc nöqtəsi təkcə ayrı-ayrı şəxslər deyil, həm də böyük sosial qruplardır. O özündə bilavasitə empirik təcrübəni və biliyi, cəmiyyətdəki əxlaq normalarını, təbiət haqqında və öz sosial vəziyyəti haqqında kortəbii təsəvvürləri birləşdirir.
Nəzəri şüur adi şüurun mühüm əlaqələrinin və qanunauyğunluqlarının inikası olaraq, öz ifadəsini elmdə və başqa şüur formalarında tapır. Adi və nəzəri şüurun belə bölgüsü müəyyən psixoloji müqəddəm şərtlərə əsaslanır. Belə ki, insanın şüurunda adi "həyati" anlayışlar onun gündəlik həyat fəaliyyətində yaranır. Elmi anlayışlar isə özünün formalaşması, təşəkkül tapması üçün xüsusi təlim, müəllimlə, kitablarla ünsiyyət tələb edir. O həm də alimlərin tədqiqatları, kəşfləri, incəsənət xadimlərinin və s. fəaliyyəti nəticəsində formalaşır.
Nəzəri və adi şüur biri-birini əvəz edə bilmir, lakin bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini zənginləşdirir. Nəzəri şüur adi şüuru formalaşdırmağa qadirdir. Nəzəri fikrin, elmin necə inkişaf etməsindən asılı olmayaraq, insanların gündəlik həyatında adi şüur həmişə mövcuddur. Adi şüurun mövqeyindən istənilən sosial proseslər və təbiət hadisələri haqqında mühakimə yürüdə bilərik, lakin o heç də həmişə obyektiv və düzgün olmur. Çünki adi şüurun imkanları empirik ümumiləşdirmələrlə məhdudlaşır.
İctimai-iqtisadi münasibətlər, insanların sosial həyat şəraiti, onların gündəlik fəaliyyəti və toplanan təcrübəsi insan psixikasında müəyyən hisslər, əhval-ruhiyyə, fikirlər, arzular, vərdişlər şəklində əks olunur. Bütün bunlar ictimai psixologiyanı təşkil edir.
İctimai psixologiya, əsasən, insanların sosial varlığının, onların yaşadığı və fəaliyyət göstərdiyi şəraitin təsiri altında formalaşır. O, ümumiləşdirilmiş baxışlar sistemi şəklində meydana çıxmır, mühakimələrdə, emosiyalarda, hisslərdə, əhval-ruhiyyələrdə, iradə aktlarında və i.a. təzahür edir. İctimai psixologiya sadəcə olaraq insanların ideya və baxışlarının nəzəri ifadəsi deyil, o, empirik xarakter daşıyır, burada intellektual ünsürlər emosional cəhətlərlə çulğalaşır. İctimai psixologiya insanların adi şüuru ilə sıx bağlı olub əslində onun bir hissəsini təşkil edir.
Hər hansı bir ölkənin, millətin tarixinə aid olan xüsusiyyətlər bu ölkədə yaşayan bütün əhalinin, onun bütün zümrələrinin psixologiyasına öz təsirini göstərir. Bəzən milli psixologiya nəzərə alınmadan aparılan sosial-iqtisadi və milli siyasət öz neqativ nəticələri ilə qarşılaşmalı olur.
İctimai şüurun yüksək səviyyəsi olan ideologiya, müəyyən sinfin, millətin mənafe və maraqlanın ifadə edən fəlsəfi, dini, etik, estetik görüşlərin nəzəri səviyyədə rəsmiləşdirilmiş məcmusudur. Hər hansı sinif və millət öz sosial rolunu dərk edərək ideologiyadan öz sinfi maraqlarını həyata keçirmək üçün istifadə edir. İdeologiya daha geniş, ümumiləşdirilmiş sosial-tarixi və müasir təcrübəyə əsaslanır. Adi şüur insanların həyat fəaliyyəti prosesində öz-özünə, kortəbii surətdə təşəkkül tapır, ideologiya isə başlıca olaraq ideoloqların xüsusi səylərinin, şüurlu fəaliyyətinin məhsulu kimi meydana çıxır.
İctimai şüurun nisbi müstəqilliyi. İctimai şüur heç də ictimai varlığın müstəqillikdən tam məhrum edilmiş passiv inikası deyildir. İctimai şüur öz inkişafında nisbi müstəqilliyə və varislik xüsusiyyətinə malikdir. Əgər ictimai şüur nisbi müstəqilliyə malik olmasaydı, mənəvi həyatın nisbətən müstəqil inkişafını izah etmək mümkün olmazdı. Sosial həyatda baş verən proseslərdə iştirak edən amillər səbəb və nəticə, fəal və passiv ünsürlər kimi çıxış edirlər.
İctimai şüurun nisbi müstəqilliyi hər şeydən əvvəl özünün ictimai varlığa əks təsirində büruzə verir. Bu təsir cəmiyyətin inkişaf səviyyəsi ilə bağlı olaraq artır. İctimai şüurun nisbi müstəqilliyinin struktur elementləri ilə əlaqəsi, əsasən, ideologiyanın inkişafında xüsusi rolu vardır. İdeologiyanın inkişafı nəticə etibarı ilə iqtisadi inkişafla müəyyən olunsa da, onun hər bir növünün, ictimai şüurun hər bir formasında varisliyi özünəməxsus şəkildə təzahür edir.
İctimai və fərdi şüurun qarşılıqlı əlaqəsi. İctimai şüurun mühüm xüsusiyyətlərindən biri, onun fərdi şüurla qarşılıqlı əlaqədə olmasındadır.
Fərdi şüur ayrıca bir şəxsin şüuru kimi meydana gəlsə də, o, əvvəllər yaşamış və indi yaşayan insan nəsillərinin yaratdığı mənəvi dəyərləri bu və ya digər dərəcədə özündə əks etdirir. İctimai şüur cəmiyyət üzvlərinin fərdi şüurundan kənarda mövcud deyildir. Lakin o öz xarakter və məzmununa görə fərdi şüurla eyniləşdirilə bilməz.
Məlum olduğu kimi, təfəkkür fərdi şüurun funksiyası olsa da, o, keçmiş və indiki insanların fərdi təfəkkürü kimi mövcuddur. Şüurun bütün təzahürlərini hər şeydən əvvəl ayrı-ayrı insanların psixiki fəaliyyəti və dünyanın fərdi inikası kimi başa düşmək lazımdır. İctimai şüurun məzmununun fərdi mənimsənilməsi xüsusiyyəti heç də həmişə ictimai şüurun məzmunu, onun obyektiv əhəmiyyəti ilə deyil, insanların həyat şəraiti, onların ictimai münasibətlər sistemindəki yeri, həyat təcrübələri, təhsilləri ilə müəyyən olunur. İnsanların həyat şəraiti, həyat yolu ictimai şüurun fərdiləşməsini, onun məzmununun şəxsiyyətin malına çevrilməsi prosesini şərtləndirir. Bütün bunlar şəxsiyyətin cəmiyyətdə hakim olan müxtəlif mənəvi təsisatlara münasibətini, onların qəbul edilib-edilməməsini, yaxud fərdi şüurun ictimai şüura münasibətini müəyyən edir.
Fərdi şüurun ictimai şüura münasibəti təkcənin ümumiyə nisbəti kimidir. Nə qədər məhdud olsa da, fərdi şüur ictimai şüurun elementlərini özündə birləşdirir. Odur ki, ictimai şüur bütünlükdə cəmiyyətə, fərdi şüur isə ayrı-ayn şəxslərə mənsubdur.
Fərdi şüurun ictimai şüura münasibəti aktivdir. Hər bir insan məqsədyönlü surətdə ictimai şüurda onu maraqlandıran suallara cavab axtarır. Şüura münasibətin belə xarakteri hər şeydən əvvəl insanın onu əhatə edən mühitə fəal münasibətinin nəticəsidir.
Fərdin fikirləri, əqidəsi o zaman cəmiyyətin malı olur, sosial sərvət əhəmiyyəti kəsb edir ki, onlar şəxsi mənafe çərçivəsindən kənara çıxır, ümumi şüura daxil olur, başqa adamların əqidələrinə və davranış normalarına çevrilir.
İctimai və fərdi şüur daim bir-birinə qarşılıqlı tə'sir göstərir, bir-birini zənginləşdirir.



Yüklə 222,71 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə