M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə142/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   138   139   140   141   142   143   144   145   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

411 

 

1996-cı ildə makroiqtisadi sabitliyə nail olunmuş, 1997-ci ildən 



başlayaraq dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur.

1

 



Azərbaycanda iqtisadiyyatın inkişafının ikinci dövründən, 1996-cı ildən 

başlayaraq bu göstəricilər intensiv olaraq artır. Məsələn, 1996-cı ildən 2002-

ci ilin sonunadək respublikamızda ümumi daxili məhsul 68 faiz artmışdır. 

1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 

faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10,0 faiz təşkil etmişdir.

2

 Sənaye 



məhsulu 23 faiz, kənd təsərrüfatı məhsulu 39 faiz, xarici ticarət dövriyyəsi 

2,2 dəfə çoxalmışdır. 1995-ci ildən sonra inflyasiya, demək olar ki, yox 

dərəcəsindədir.

3

 Bu dövrdə Azərbaycanın valyuta fondu yaranmış və inkişaf 



etmişdir.  Əgər iqtisadi sahədə quraculuq işlərinə başlayanda Azərbaycanın 

heç valyutası belə yox idisə, iqtisadi islahatların həyata keçirilməsi 

nəticəsində, xarici investisiyaların cəlb olunması yolu ilə valyuta fondu 

yarandı. 2002-ci ildə Azərbaycanın 1 milyard 300 milyon dollar valyuta 

ehtiyatı yaranmışdı. 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin rəhbərliyi ilə bu 

dövrdə respublikamızda bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq 

radikal iqtisadi islahatlar həyata keçirildi. İslahatların həyata keçirilməsi 

bütün sahələrdə öz müsbət nəticələrini göstərdi: 1995-1996-cı illərdə 

iqtisadiyyatda tənəzzülə son qoyulmuşdur və ardıcıl surətdə inkişaf edir. 

Ümumi daxili məhsul, sənaye və  kənd təsərrüfatı  məhsulları artmışdır. 

İnflyasiyanın qarşısı alınmışdır.  İnvestisiya qoyuluşunun artması ölkəmizə 

inamın artmasının nəticəsini göstərir. Xarici ticarət liberallaşdırılmış, 

sərbəstləşdirilmişdir.  İdxalın strukturunda daxili istehsalın inkişafı 

nəticəsində ərzaq mallarının payı azalmışdır. 

Heydər Əliyevin ilk günlərdən özəlləşdirməni daim nəzarətdə saxlaması, 

onun inkişafına üstünlük verməsi nəticəsində bu gün iqtisadiyyatda özəl 

bölmənin payı ümumi daxili məhsulda  əsas yer tutur. Kiçik və orta 

müəssisələrin özəlləşdirilməsi həyata keçirilibdir. Özəlləşdirmə 

 

  



  

                                                 

1

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı (2004-2008-ci illər)». 



Azərbaycan Respublikası Prezidentinin 2004-cü ıl 11 fevral tarıxlı  fərmanı ilə  təsdiq edilmişdir. «Azərbaycan» 

qəzeti, 13 fevral 2004-cü il. Xüsusi buraxılış.

 

2

«Azərbaycan» qəzeti, 13 fevral 2004-cü il. Xüsusi buraxılış.



  

3

Heydər  Əliyev. «Yoxsulluğun azaldılması  və iqtisadi inkişaf üzrə  Dövlət proqramı»nm təqdimatına həsr 



olunmuş ümummilli konfransda nitqi. - «Azərbaycan» qəzeti, 26 oktyabr. 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

412 

 

prosesi başlayandan 2003-cü ilin sonunadək 36.200 kiçik müəssisə  və 



obyekt özəlləşdirilmişdir. 2000-ci ildə «Azərbaycan Respublikasında dövlət 

əmlakının özəlləşdirilməsinin II Dövlət proqramı» qəbul edilmiş və uğurla 

həyata keçirilir. II özəlləşdirmə proqramı  çərçivəsində rabitə, nəqliyyat, 

kimya, maşınqayırma, yanacaq energetika kompleksinin və digər sahələrin 

müəssisələrinin özəlləşdirilməsi həyata keçirilir. Dövlət müəssisələrinin 

bazasında 1500-ə  qədər səhmdar cəmiyyəti yaradılmışdır. Büdcəyə 

özəlləşdirmədən 495 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən 

isə 68 milyard manat vəsait daxil olmuşdur.

1

 

Azərbaycanda ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 2003-



cü ildə istehsalatda 73 faiz təşkil edirdi. Özəl bölmə sənayedə 50 faiz, kənd 

təsərrüfatında isə 99 faiz təşkil edir. Tikinti və  nəqliyyatda 65 faiz təşkil 

edirdi. 

Dövlətimizin başçısı Heydər  Əliyev yerli və xarici sahibkarlığın 

inkişafına geniş  şərait yaradırdı. 2002-ci ilin avqust ayında yerli və xarici 

sahibkarlarla keçirdiyi görüşlərin kiçik və orta sahibkarlığın inkişafına 

böyük köməyi oldu. Qısa müddətdə prezident tərəfindən bu sahədə beş 

fərman imzalanmışdı. 

Azərbaycanın iqtisadi inkişafının 1996-cı ildən başlanan dövrünün 

mühüm yekunlarmdan biri ondan ibarətdir ki, qısa müddətdə makroiqtisadi 

sabitlik yarandı. 2002-ci ilə kimi, yəni son altı ildə respublikamızda 2300-ə 

qədər yeni şirkət açılmışdır. Bunun da 91 faizi qeyri-dövlət bölməsinin 

payına düşür. 

Sosial siyasət, adamlarm rifah halının yaxşılaşdırılması Azərbaycan 

dövlətinin, onun başçısı Heydər  Əliyevin strateji sosial proqramının və 

strategiyasının  ən mühüm hissəsini təşkil edirdi. Bu faktı qeyd etmək 

kifayətdir ki, ümumi iqtisadi inkişaf  əsasında 1996-cı ildən başlayaraq 

əhalinin rifah halını yaxşılaşdırmaq sahəsində  həyata keçirilən tədbirlər 

nəticəsində 2003-cü ilə kimi orta aylıq əmək haqqı və pensiyanın məbləği 6 

dəfədən çox, əhalinin real gəlirləri 2,3 dəfə yüksəlmişdi.

2

 

 



 

  

                                                 



1

 

«Azərbaycan» qəzeti, 19 mart 2003-cü il.



 

2

 



«Azərbaycan» qəzeti, 19 mart 2003-cü il; 13 fevral 2004-cü il. Xüsusi buraxılış.

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

413 

 

Bir sıra tədbirlərin həyata keçirilməsi nəticəsində 2005-ci ildə 2002-ci ilə 



nisbətən orta aylıq əmək haqqınm ən azı 1,8 dəfə artırılması nəzərdə tutulur. 

Pensiyalar 3,4 dəfə artmışdır. 

Azərbaycanda işsizlik məsələsi, yoxsulluğun mövcudluğu hələ  də bir 

problem kimi qarşıda dururdu. Dövlətimizin başçısı açıq şəkildə bildirir ki, 

«Azərbaycanda hələ yoxsulluq mövcuddur. Yoxsulluğun aradan 

qaldırılması bizim üçün əsas vəzifələrdən biridir».

1

 

       Prezident Heydər Əliyevin fərmanı ilə yoxsulluğun aradan qaldırılması 



və iqıisadi inkişaf üzrə Dövlət proqramını hazırlamaq üçün yaradılan Dövlət 

Komissiyası  tərəfindən hazırlanan «2003-2005-ci illər üçün yoxsulluğun 

azaldılması və iqtsadi inkişaf üzrə Dövlət Proqramı» təsdiq olunmuşdur. Bu 

proqram geniş miqyaslıdır, proqram çərçivəsində 225-dən çox məqsədli 

tədbirin həyata keçirilməsini nəzərdə tutur.

2

 



Neft layihələrinin həyata keçirilməsi bir tərəfdən neft hasilatı, ixracının 

artmasına səbəb olursa, digər tərəfdən işsizliyin aradan qaldırılması və son 

nəticədə yoxsulluğun azaldılmasına təsir edir. Azərbaycan Beynəlxalq 

Əməliyyat Şirkətinin prezidenti Devid Vudvordun 2002-ci il oktyabrın 25-

də yoxsulluğun azaldılması proqramının təqdimatına həsr olunmuş 

konfransda çıxışında həmin dövrdə tikinti layihələrində 3 mindən artıq 

azərbaycanlının çalışdığı haqqında  məlumat verilirdi.

3

 Tikinti layihələrinin 



davam etdirilməsi ilə azərbaycanlıların sayının 5 mindən çox olacağı 

gözlənilir. 

Neft Azərbaycanın  ən zəngin sərvətidir. Keçmiş  əsrlərdən Azərbaycan 

neft hasil edən bir ölkədir. Lakin bu qiymətli sərvət Azərbaycan xalqının 

mənafeyinə xidmət etməyib, bu sərvəti mənimsəyiblər. Neft sənayesi 

meydana gələn vaxtdan onun məhsulu əvvəl xarici neft şirkətlərinin, sonra 

isə Sovet hakimiyyəti dövründə SSRİ-nin malı elan edilib. 

Yalnız Azərbaycan müstəqilliyini bərpa edəndən sonra respublikamızın 

prezidenti Heydər Əliyev nefti Azərbaycan xalqının malı elan etdi. O, neftin 

Azərbaycan xalqının həyatında böyük əhəmiyyətini qeyd edərək 

 

                                                 



1

 

Heydər  Əliyev. «Yoxsulluğun azaldılması  və iqtisadi inkişaf üzrə Dövlət proqramı»nın təqdimatına həsr 



olunmuş ümummilli konfransda nitqi. - «Azərbaycan» qəzeti, 26 oktyabr 2002-ci il

 

2



 

«Azərbaycan» qəzeti, 19 mart 2003-cü il

 

3

 



«Azərbaycan» qəzeti, 26 oktyabr 2002-ci il 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə