M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə138/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   134   135   136   137   138   139   140   141   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

398 

 

Heydər Əliyevin müvafiq fərmanları, tədbirləri nəticəsində Azərbaycanın 



görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığı 

dünyanın bir sıra ölkələrində keçirilən yubileylərdə, tədbirlərdə geniş təmsil 

olunmuşdur. Azərbaycanın  ən qədimdən zəngin milli mədəniyyətə, milli-

mədəni dəyərlərə malik olduğu dünyada nümayiş etdirilmişdir. Son dövrdə 

dahi Azərbaycan şairi və böyük mütəfəkkir Məhəmməd Füzulinin 500 illik 

yubileyinin Fransada, Türkiyədə,  İraqda,  İranda və Rusiyada, böyük ifaçı, 

dünya şöhrətli Bülbülün 100 illik yubileyinin Moskvada, Parisdə, görkəmli 

müğənni Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Türk 

xalqlarının qədim tarixi və milli mədəniyyətinin  əvəzsiz abidəsi olan 

«Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin Parisdə və Bakıda 

keçirilməsi müstəqil Azərbaycanı və xalqımızı bir daha dünyaya tanıtdı. 

Müstəqil Azərbaycan Respublikası geniş  şəkildə  və yüksək keyfiyyətli 

mədəni-maarif ocaqları ilə  əhatə olunmuşdur. Hazırda Azərbaycanda 27 

professional teatr, 50-dək xalq teatrı  və özəl teatr, 13 konsert təşkilatı 

fəaliyyət göstərir. 

Heydər  Əliyevin 1993-cü ildə hakimiyyətə  gəlməsinə  qədər ölkədə baş 

vermiş hadisələr mədəniyyətimizə də öz mənfı təsirini göstərmişdir. Bir çox 

görkəmli sənətkarlarımız xarici ölkələrə getməyə məcbur olmuşdular. 

Ölkəmizdə hərc-mərclik, mənəvi düşgünlük yaranan vaxt şöhrətli Opera 

və Balet Teatrı, Balet truppası, Azərbaycan Dövlət Simfonik Orkestrı, 

Dövlət Xor Kopellası, Dövlət Rəqs Ansamblı kimi çətin günlər keçirən 

kollektivlər yalnız prezident Heydər Əliyevin qayğısı və köməyi ilə qoranub 

saxlanıldı və inkişaf etdirildi.

1

 



Hazırda Bakı Müsiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, 

Azərbaycan Mədəniyyət və  İncəsənət Universiteti, Bakı Xoreoqrafiya 

Məktəbi, Musiqi, Rəssamlıq kollecləri, 300-ə yaxın uşaq musiqi, rəssamlıq 

və incəsənət məktəbləri Azərbaycan mədəniyyətinin gələcək kadr 

 

 

 



 

  

  



                                                 

1

 



Azərbaycan Respublikası. 1991-2001. Bakı, 2001, səh. 285 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

399 

 

potensialının yaradılmasının təminatçıları olub, gənc nəslin bədii-estetik 



tərbiyəsində səmərəli fəaliyyət göstərirlər. 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin göstərişi ilə 

1994-cü ilin noyabrında Bakı Dövlət Universitetinin 75 illik yubileyi 

təntənəli  şəkildə qeyd edilmişdir. Yubiley tədbirində Azərbaycan 

Respublikasının Prezidenti Heydər  Əliyev iştirak etmiş  və böyük nitq 

söyləmişdir. Universitetin bir qrup əməkdaşı respublikanın orden və 

medalları ilə təltif olunmuşdur. 

2000-ci il fevralın 11-də BDU-nun 80 illik yubileyi keçirilmiş, respublika 

Prezidentinin fərmanı ilə bir sıra  əməkdaşlar orden və medallarla təltif 

edilmiş  və  fəxri adlar almışdır. 29 oktyabr 1997-ci ildə Naxçıvan Dövlət 

Universitetinin 30 illik, 22 dekabr 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji 

Kollecinin 80 illik yubileyi keçirilmişdir. Hər iki təhsil müəssisəsinə 

Azərbaycan Respublikasının Prezidenti təbrik məktubu göndərmişdir. 

2000-ci ilin dekabrında Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik, 

13 iyun 2002-ci ildə Azərbaycan Dövlət  İqtisad Universitetinin 70 illik 

yubileyi qeyd edilmişdir. Hər iki yubileydə ölkə Prezidenti kollektivi 

təbriklə  çıxış etmişdir.  Əməkdaşlara fəxri adlar verilmiş, orden və 

medallarla təltif olunmuşlar.

1

 

1999-cu ilin oktyabr ayında Tovuz şəhər Puşkin adma orta məktəbin 100 



illiyi, 2002-ci ilin sentyabr ayında Ağdaş  şəhər 3 saylı orta məktəbin 120 

illiyi və başqa təhsil ocaqlarmm yubileyləri keçirilmişdir.

2

 

Respublika ali məktəblərinin professor-müəllim heyətinin əməyi yüksək 



qiymətləndirilmiş, fəxri ad, orden və medallarla təltif edilmişlər.

3

 



 

  



                                                 

1

 



Azərbaycan Respublikası Təhsil Nazirliyinin cari arxivi

 

2



 

Yenə orada

 

3

Yenə orada 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

400 

 

 



 

Heydər  Əliyev dövlət başçısı olduğu müstəqıl Azərbaycanın mədənı 

inkişafını, sosial-iqtisadi inkişafını  tərkib hissəsi kimi daim diqqət 

mərkəzində saxlayırdı. Onun diqqət və qayğısı sayəsində Azərbaycanda 

mədəni-maarif müəssisələri  şəbəkəsi xeyli genişlənmiş  və  iş keyfiyyəti 

yüksəlmişdir. Respublika Mədəniyyət Nazirliyi sistemində 3275 klub, 4313 

kitabxana, 61 mədəniyyət və istirahət parkı  fəaliyyət göstərir.  İftixarla 

demək lazımdır ki, respublikamızın bütün şəhərlərində, rayonlarında mədəni 

həyatın və zəhmətkeşlərin istirahətinin mühüm sahəsinə çevrilmiş «Heydər 

Əliyev» parklarının salınması  və  fəaliyyəti qanunauyğun prosesə 

çevrilmişdir. Xalqımızın mənəvi sərvətlərinin qorunması, tədqiqi və təb- 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

401 

 

liği sahəsində 137 muzey, 27 dövlət sərgi qalereyası və 2 bədii sərgi salonu 



səmərəli fəaliyyət göstərir.

1

 



Tarix sübut edir ki, Heydər  Əliyev həmişə xalqına bağlı olmuş, hər 

zaman Azərbaycanın görkəmli sərkərdələri, elm, ədəbiyyat, incəsənət 

xadimləri ilə  fəxr etmiş, onları xalqa, dünyaya tanıtdırmağı özünün şərəfli 

işi hesab etmişdir. Bu onun həyatının əsas amalı olmuşdur. 

Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün illər Azərbaycan 

tarixinə  mədəniyyətin çiçəklənməsi, onun bütün sahələrinin inkişafı  və 

zənginləşməsi dövrü kimi daxil olmuşdur. Görkəmli mədəniyyət, ədəbiyyat 

və incəsənət xadimlərinin fəaliyyəti ilə  həmişə maraqlanmış, onlara qayğı 

göstərmiş  və  hər cür şərait yaratmağa çalışmışdır. Eyni zamanda onların 

dünya mədəniyyəti səviyyəsinə yüksələn yaradıcılığı  səhifəsini ön plana 

çəkməklə Azərbaycan mədəniyyətinin son dərəcə  zəngin olduğunu sübut 

etməyə  əsas diqqət verməyi tələb etmişdir: «Biz Nizamidən, Füzulidən 

danışarkən onlan təkcə  şair kimi deyil, böyük filosoflar kimi dünyaya, 

dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi 

tanıtmalıyıq».

2

 



Heydər  Əliyev tərəfindən hələ 1981-ci ildə Nizaminin ədəbi irsinin 

öyrənilməsi haqqında  böyük bir qərar qəbul etdirilmişdir. Nizaminin 840 

illiyi böyük bir yubiley kimi qeyd edilmişdi. Onun əsərlərinin Moskvada rus 

dilində nəşr edilməsi haqqında  qərar qəbul edilmişdi. Lakin Heydər Əliyev 

Moskvada işlədiyi vaxtda həmin məsələnin yerinə yetirilməsi gedişini 

öyrənəndə  məlum olmuşdu ki, «Художественная  литература» 

nəşriyyatında «Xəmsə» çap olunmamışdır. Mədəniyyətimizin vurğunu 

Heydər Əliyev Moskvada işlədiyi vaxtda Nizami Gəncəvinin «Xəmsə»sinə 

daxil olan əsərlərin rus dilində ayrı-ayrılıqda Moskvada nəşr edilməsini 

təşkil etmişdi. 

Nizami dünya elmində, mədəniyyətində böyük bir yer tutur. Heydər 

Əliyev dünyanın böyük filosofu Hötenin özünün bəzi fəlsəfi müddəalarını 

Nizami Gəncəvinin fəlsəfi fikirləri  əsasında izah etdiyinin tarixi həqiqət 

olduğunu göstərirdi. 

 

 

 



 

                                                 

1

 

Azərbaycan Respublikası 1991-2001, Bakı, 2001, səh.286



 

2

 



Heydər Əliyev. Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə Çixış. 21 sentyabr 1993-

cü il. - Müstəqilliyimiz əbədidir. I kitab. Bakı, 1997, səh.157 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə