M İ L L İ K İ T A B X A N A
____________________________________
386
«Naxçıvan Muxtar Respublikasının 15 illik yubileyi üzrə Dövlət
Komissiyasının tədbirlər planı haqqında » Azərbaycan Respublikası
Prezidentinin 12 fevral 1999-cu il tarixli sərəncamına müvafiq olaraq
AMEA-nın Rəyasət Heyətinin 4 mart və 8 sentyabr 1999-cu il tarixli
qərarları ilə Rəyasət Heyəti nəzdində «Naxçıvan Ensiklopediyası»nın 7
nəfərdən ibarət redaksiya heyəti və Tarix İnstitutu nəzdində 5 nəfərdən
ibarət Naxçıvan tarixini və mədəniyyətini tədqiq edən elmi qurum
yaradılmışdır.
«Naxçıvan Ensiklopediyası» AMEA tərəfindən 2002-ci ildə yüksək
səviyyədə nəşr edildi. 2003-cü il fevralm 21-də AMEA-nın Rəyasət
Heyətində geniş təqdimat mərasimi keçirildi. Onun elmimizə, tariximizə,
mədəniyyətimizə böyük hədiyyə olduğu göstərildi.
Respublika MEA Naxçıvan bölməsinin yaradılması da elmin inkişafında
mühüm addımdır.
Azərbaycanda elmin, təhsilin və mədəniyyətin gələcək inkişaf yollarına
dair Prezidentimizin bu tarixi nitqindən sonra bu istiqamətdə dövlət
siyasətinin əsasları işlənilməyə, bu sahədə inkişaf strategiyasını müəyyən
edən islahatlar proqramının hazırlanmasına başlanıldı. Lakin bu tarixi
həqiqəti etiraf etməliyik ki, tezliklə elm, təhsil sahəsində böhranm,
tənəzzülün qarşısı alındı, təhsil müəssisələrinin ahəngdar işi bərpa olundu,
elmin, təhsilin inkişafının əsas mənbəyi olan ölkə iqtisadiyyatı böhran
vəziyyətindən çıxarıldı, milli təhsil sistemimizin dövlət müstəqilliyi
prinsipləri əsasında yenidən quralması zərurəti yarandı, bu sahədə əsaslı,
kardinal islahatların başlanılmasına start verildi, islahat prosesinin hüquqi-
normativ bazasının yaradılmasına başlandı.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 30 mart 1998-ci il
tarixli «Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət
Komissiyası haqqında» sərəncamı ilə müstəqil Azərbaycanın təhsil
sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin
inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün
Ümumdünya Bankının vəsait qoyuluşunu təmin etmək, təhsil sahəsində
islahat Proqramını hazırlamaq məqsədilə Dövlət Komissiyası
M İ L L İ K İ T A B X A N A
____________________________________
387
yaradıldı.
1
Bununla da təhsil sahəsində islahatların yeni tarixi mərhələsinin
əsası qoyuldu. Dövlət Komissiyası tərəfmdən qısa müddətdə hazırlanmış
«Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» geniş
müzakirələrdən sonra Prezident Heydər Əliyev tərəfindən 1999-cu il iyunun
15-də
2
tarixi bir gündə - Milli Qurtuluş günündə xüsusi Sərəncamla
təsdiqləndi. Beləliklə, çağdaş təhsil tariximizə şanlı bir səhifə yazılmış oldu.
Azərbaycan Respublikasının təhsil sahəsində dövlət siyasətinin
əsaslarınıı və XXI əsr milli təhsil quruculuğunun aydın strategiyasını,
prioritet istiqamətlərini verən həmin Proqramda milli təhsil sahəsində
islahatların üç mərhələdə reallaşdırılması nəzərdə tutulur:
Birinci mərhələ - hazırlıq mərhələsi adlanırdı və bir il müddətində -1999-
cu ildə aparılacaq islahatın hüquqi-normativ bazasının yaradılmasını təmin
etməli idi. Bu mərhələ üzrə nəzərdə tutulan bütün tədbirlərin yerinə
yetirilməsi ilə islahatm hüquqi-normativ bazası yaradılmalı idi.
İkinci mərhələ - (2000-2003), qısamüddətli perspektivi əhatə edirdi və
təhsil sahəsinin sosial-iqtisadi sabitliyini təmin edən təxirəsalınmaz
məsələlərin həll olunması və geniş miqyaslı islahatın aparılması üçün
təşkilatı-hüquqi, kadr, maliyyə, maddi-texniki təminatın və yeni idarəetmə
modelinin yaradılmasını nəzərdə tuturdu.
Nəhayət, üçüncü mərhələ - 2004-cü ildən sonrakı mərhələ olub,
proqramda nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsini təmin
etməlidir.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev təhsil sistemində
islahatların üç mərhələdə aparılması haqqında komissiyanın təklifini
bəyəndiyini bildirmişdi. Təhsil sahəsində islahatlar üzrə Dövlət
Komissiyasının iclasındakı nitqində (19 aprel 1999-cu il) demişdi: «Mən
sizin təkliflərinizi - təhsil islahatlarının üç mərhələdə aparılmasını - müsbət
qiymətləndirirəm. Sizin bu təklifləriniz mənim dediklərim sözləri təsdiq
edir. Yəni biz eyni fikirdəyik».
3
Təhsil sahəsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin
müəyyən etdiyi islahat Proqramının əsas məqsədi - məktəbəqədər,
1
Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (yanvar-mart 1998-ci ıl).
Bata.1998, səh.80-81
2
Yenə orada, (aprel-iyun 1999-cu il), Bakı, 1999, səh. 170-179
3
Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh.444
M İ L L İ K İ T A B X A N A
____________________________________
388
orta, ali təhsil və ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil
pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil
sistemini tənzimləyən müvafiq hüquqi-normativ bazanı yaratmaq,
Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit
olunmuş, cəmiyyətin tələblərinə, onun siyasi, iqtisadi və sosial həyatının
demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən
ibarətdir.
1
«Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı»nın
başlıca məqsədini və təməl prinsiplərini Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin irəli sürüb əsaslandırdığı aşağıdakı konseptual ideyalar
təşkil edir:
Birincisi, təhsil sistemində hər bir islahatın, hər bir yeniləşmənin yalnız
təkamül yolu ilə aparılmasını, bu prosesdə bütün cəmiyyətin iştirakının
təmin edilməsini Heydər Əliyev təhsil islahatı üçün çox zəruri hesab edirdi:
«Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola
bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər
təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır... Təhsil Qanunu elə
bir qanundur, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan,
maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı
lazımdır.. .»
2
İkincisi, təhsil sahəsində aparılan islahatlarda ilk növbədə tarixən
formalaşmış mütərəqqi ənənələrin, qazanılmış və zamanın sınağından
çıxmış qabaqcıl təcrübənin yeni şəraitdə, yeni məzmunda nəzərə
alınmasının zəruriliyini önə çəkən Heydər Əliyev vaxtilə keçmiş SSRİ kimi
super dövlətin 1984-cü ildə keçirdiyi məktəb islahatına rəhbərlik etmiş bir
maarifçi kimi, bu sahədə zəngin təcrübəsi olan bir dövlət xadimi olaraq
deyirdi: «Təhsil sahəsində qəbul edəcəyimiz qanunda və islahatlar
proqramında da məsələyə çox dəqiq, həssas münasibət göstərməliyik.
Mənim fikrimcə, bu ondan ibarət olmalıdır ki, Azərbaycanda təhsil
sistemində indiyə qədər əldə olunmuş müsbət təcrübə və özünü doğraltmuş,
müsbət nəticələr vermiş sistem saxlanmalı, inkişaf etdirilməli və
müasirləşdirilməlidir».
3
1
Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (aprel-iyun 1999-cu il). Bakı, 1999, səh. 172-
173; Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı.Bakı, 1999, səh. 3-5
2
Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh. 441
3
Yenə orada, səh. 442
Dostları ilə paylaş: |