M İ L L İ K İ T A B X A N A
____________________________________
395
Təhsil Nazirliyinin ciddi axtarışları, araşdırmaları, təhlilləri nəticəsində
qısa müddətdə həmin Proqram hazırlanıb dövlət başçısına təsdiqə təqdim
olundu.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin məqsədyönlü və
ardıcıl siyasəti nəticəsində Respublika ümumtəhsil məktəbləri şəbəkəsində
1998-2002-ci illərdə ciddi dəyişikliklər baş vermişdi. Bu da aşağıdakı
cədvəldən aydın olur.
(milyon manat)
Prezident Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli sərəncamı ilə
«Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi,
mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin
olunmasına dair (2003-2007-ci illər) Proqram» təsdiq olundu. Bu tarixi
M İ L L İ K İ T A B X A N A
____________________________________
396
Sərəncam ölkə başçısının təhsilin özəyi, təməli hesab edilən, ölkə əhalisinin
təxminən 20%-nin təhsil aldığı ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsinə, ölkə əhalisinin əsas təhsil göstəricisi
sayılan ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə olan qayğı və
köməyinin daha bir parlaq örnəyi, Azərbaycan təhsilinin gələcəyinə dövlət
təminatının daha bir ifadəsi idi.
Ölkənin maddi və maliyyə durumundakı çətinliklərə baxmayaraq,
Prezidentin qayğısı sayəsində 1993-2002-ci illər ərzində 137 yeni ümum-
təhsil məktəb binası tikilsə də, bu mövcud tələbatı ödəmirdi. Müqayisə üçün
deyək ki, son on ildə ölkə üzrə şagird kontingentinin sayı 333516 nəfər
artmış, sinif komplektləri üzrə artım isə 20010 sinif təşkil etmiş, təkcə Bakı
şəhərində bu illər ərzində şagird kontingenti 115 min (ümumi ölkə üzrə
artımın təxminən üçdə biri həcmində) artdığı halda, Bakı şəhərində cəmi
1740 yerlik 3 yeni məktəb binası inşa edilmişdir ki, bütün bunlar mövcud
tələbatın yalnız 10%-i təşkil edir.
Bu mənada Prezidentin yeni sərəncamı ilə təsdiqlənmiş məktəb
tikintisinə dair dövlət Proqramı müstəqil Azərbaycanda hələ keçən əsrin 70-
80-ci illərində əsası Heydər Əliyev tərəfindən qoyulmuş təhsil müəssisələri
üçün müasir tipli tədris korpuslarının tikintisi sahəsində qazanılmış və
maarif tarixinə şanlı səhifələr yazmış mütərəqqi ənənələrin yeni dövrdə,
XXI əsrin əvvəllərində daha yüksək səviyyədə, beynəlxalq standartlara
uyğun yenidən bərpası və inkişaf etdirilməsinə təminat verir, təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda yeni
üfüqlər açır. Proqrama görə, 2003-2007-ci illərdə ölkə üzrə 149 yeni məktəb
binasının, 175 məktəbdə əlavə sinif otaqlarının tikintisi, 408 məktəbdə əsaslı
təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. İnanırıq ki, bu işlərin həyata
keçirilməsi ümumi təhsildə keyfiyyətin yüksəldilməsi haqqında Prezident
Heydər Əliyevin konseptual göstərişlərinin layiqincə yerinə yetirilməsinə
imkan verəcəkdir.
Azərbaycan təhsilinin, elminin, bütövlükdə mədəni irsimizin, milli
mənəviyyatımızın inkişaf etdirilməsində, təhsil sisteminin, elmin üfüqlərinin
genişləndirilməsində, milli kadr potensialının yetişdirilməsində, onun dünya
miqyasında tanıdılmasında, təhsil, elm şəbəkəsinin ilbəil genişlən-
M İ L L İ K İ T A B X A N A
____________________________________
397
dirilməsində Azərbaycan Respublikasının Prezidenti, milli təhsil
quruculuğunun əvəzsiz himayəçisi və ideoloqu, görkəmli maarifçi, böyük
ziyalı Heydər Əliyevin müstəsna xidməti vardır və o, elmimizin,
təhsilimizin, mədəniyyətimizin son bir qərinəlik inkişaf mərhələsinə öz
əbədi imzasını qoymuş tarixi şəxsiyyətdir.
Azərbaycan xalqının xoşbəxtliyi, tarixi ədalətin təntənəsi bundadır ki,
son 34 ildə Azərbaycanda aparılan bütün təhsil islahatlarına, keçən əsrin 70-
80-ci illərində keçmiş SSRİ-də aparılmış ümumtəhsil və peşə islahatlarına
da, müstəqil Azərbaycanda bu gün uğurla davam edən və artıq dönməz
xarakter alan milli təhsil quruculuğuna da böyük maarifçi, Azərbaycanın ilk
«Xalq müəllimi» Heydər Əliyev başçılıq etmişdir. Əslində müstəqil
Azərbaycanda aparılan bütün islahatların ideya rəhbəri, memarı və qurucusu
olmuş Heydər Əliyev Azərbaycan xalqınm milli sərvətidir, dünya miqyaslı
tarixi şəxsiyyətdir. Bu dahi şəxsiyyətin ən böyük amalı xalqımızın
intellektual potensialını yüksəltmək, təhsilimizi, elmimizi, mədəniyyətimizi
beynəlxalq standartlara uyğunlaşdırmaq, təhsil quruculuğu sahəsində
başlanan islahatları uğurla başa çatdırmaq olub. Azərbaycanın təhsil
işçilərinin, alimlərinin, ziyalılarının müqəddəs vəzifəsi isə Prezident Heydər
Əliyevin ideyaları işığında mədəni yüksəliş sahəsində strateji xəttimiz olan
elm və tehsil islahatlarının ləyaqətlə reallaşmasına kömək etməkdən
ibarətdir.
Zəngin mədəniyyətə, ədəbiyyat və incəsənətə malik olan Azərbaycan
müstəqillik dövründə dünya meridianlarına çıxmaqda geniş imkanlara malik
olmuşdur. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 2000-ci il
dekabrın 30-da «Azərbaycan XXI əsrin və III minilliyin ayrıcında: yeni
2001-ci il, yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına
müraciət»ində demişdi: «İkinci minilliyin tarixi əyani surətdə göstərir ki,
Azərbaycan xalqı dünya mədəniyyətində öz dəsti-xətti ilə seçilən
xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz
hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr
vermişlər».
1
1
«Azərbaycan» qəzeti, 30 dekabr 2000-ci il