M İ L L İ K İ T A B X A N A
____________________________________
384
XIX-XX əsrlər tarixinin yazılması üçün mən xüsusi vəsait ayıracağam.
Mən
sizə söz verirəm ki, çox yüksək vəsait ayıracağam.
1
XX əsrin sonunda Azərbaycanın XIX-XX əsrlər tarixinin yazılması
zərurəti ondan irəli gəlirdi ki, Sovet hakimiyyəti dövründə istər yaşlı
tarixçilər, istərsə də orta nəsil tarixçiləri təbii olaraq mövcud ideologiyanın
və onun konsepsiyasının tələbinə görə yazdıqları tarixdə təhriflərə yol
vermişdilər. Heydər Əliyev bu işdə heç də onları günahlandırmırdı. О qeyd
edirdi: «Siz də, (yəni 1997-ci il yanvarm 31-dəki görüşdə iştirak edən
tarixçiləri, alimləri nəzərdə tuturdu – İ.H.) bizim о yaşlı tarixçilərimiz də
1970-ci illərdən fəallıq göstərən tarixçilərimiz də onlardan (yəni о dövr
ideologiyasının konsepsiyası nəzərdə tutulur-İ.H.) istifadə edirdilər».
2
1990-cı ildən yeni bir fikir irəli sürülmüşdü ki, 1990-cı ildən əvvəl
yazılan əsərlər yaramır. İndi başqa adamları yüksəldir və onları bir tarixi
şəxsiyyət kimi şişirdirdilər. Beləliklə, kommunist ideologiyası vaxtında
buraxılan səhvləri indi də başqa formada təkrar edirdilər. Tarixdə buraxılan
səhvlər əvvəllər bir istiqamətdə, 1990-cı ildən sonra başqa istiqamətdə
buraxılmağa başlanmışdı. Heydər Əliyev göstərirdi ki, bəzi yeni siyasətçilər
hesab edirlər ki, Nəriman Nərimanovdan başlanan və son dövrə, 1990-cı ilə
qədər olan dövr tarix deyil. Bu uydurmalar, ədalətsizliklər elmin keşiyində
duran, respublikamızın elmi nailiyyətləri ilə onu dünyada tanıtdırmağa
böyük əhəmiyyət verən Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevi
dəhşətə gətirmişdi.
3
Azərbaycan Respublikası gənclərinin birinci forumunda
(2 fevral 1996-cı il) etdiyi nitqində demişdi: «...
XX əsrin əvvəllərində,
1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan
sonrakı dövrdə 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın
həyatında xüsusi bir dövr olmuşdur.
Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük
bir inkişaf dövrü keçmişdir».
4
1
Heydər Əliyev. Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut
direktorları və aparıcı alimləri ilə görüşdə nitq. 31 yanvar 1997-ci il. - Müstəqilliyimiz əbədidir. VIII kitab. Bakı,
1998, səh. 369
2
Yenə orada
3
Heydər Əliyev və Bakı Dövlət Universiteti. Bakı, 1997, səh.57
4
Müstəqil Azərbaycanın gələcəyi gənclərdir. Bakı, 1996, səh.20
M İ L L İ K İ T A B X A N A
____________________________________
385
Azərbaycan Respublikası Prezidenti tərəfindən vaxtilə xalq düşməni adı
ilə unutdurulmuş şəxslərin adlarının tarixə qaytarılması,
bərpa edilməsi
elmdə böyük tarixi xidmətdir. Azərbaycan Xalq Cümhuriyyəti uzun illər
tarixin unudulmuş səhifəsi idi. Azərbaycan müstəqilliyinin bərpa
edilməsindən sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə
çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və əhəmiyyətinin
göstərilməsində Heydər Əliyevin nəinki siyasi xadim kimi, eyni zamanda
böyük tarixçi kimi yüksək xidməti vardır. Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illik yubileyi haqqında prezidentin 1998-ci il 30
yanvar tarixli sərəncamı böyük tarixi hadisə oldu. Prezident sərəncamının
yerinə yetirilməsinin nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin
tarixinə dair sənədlər və materiallar külliyatı VII cilddə hazırlanıb 1998-ci
ildə nəşr edildi. Cümhuriyyət tarixinə dair elmi-tədqiqat işləri aparılmağa
başlandı. Prezident Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli fərmanı ilə
Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə abidə
ucaldılması qərara alındı.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin göstərişi ilə MEA-
nm Tarix İnstitutu tərəfindən 7 cildlik «Azərbaycan tarixi»nin akademik
nəşri buraxılmışdır. Ümumiyyətlə, Heydər Əliyevin tarix elminin inkişaf
etdirilməsində xidmətləri böyükdür. O, tarix elminin mühüm problemlərinin
obyektiv tədqiq edilməsi sahəsində özünün konsepsiyasını irəli sürmüşdü ki,
bu da tariximizin işlənməsində mühüm elmi-metodoloji əhəmiyyət kəsb
edir. Son dövrə qədər Azərbaycan tarix elmində unudulmuş səhifələrin
açılmasında, bir çox problemlərin təhrif edilmiş şəkildə yazılmasının
açıqlanmasında, tarix elmində yeni tədqiqat istiqamətlərinin meydana
çıxarılmasında, bir çox məsələlərin yeni konsepsiyada işlənilməsinin
metodikasının müəyyən edilməsində xidmətləri böyük elmi-nəzəri
əhəmiyyət daşıyır. Onun azərbaycanlıların soyqırım məsələlərinin, Qərbi
Azərbaycan tarixinin öyrənilməsinin zəruriliyini tarix elminin mühüm bir
problemi kimi rəsmi şəkildə əsaslandırması tariximizə, millətimizə böyük
elmi xidmət nümunəsidir. Heydər Əliyev elmdə nihilızmə, diletantlığa,
subyektivliyə, populizmə qarşı qəti mübarizə aparmağı tələb edirdi.
1
1
Q.M.Bayramov. Heydər Əliyev və Azərbaycan tarix elmi. - Bakı Universitetinin xəbərləri. Humanitar elmlər
seriyası. № 1, 1998-ci il, səh. 25-48