M İ L L İ K İ T A B X A N A
____________________________________
392
liyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi
yazılsın ki, onun əsasında da gənclər üçün, orta və ali təhsil məktəbləri üçün
tarix dərslikləri yazılsın».
1
Heydər Əliyevin 1997-ci il yanvarın 31-də Azərbaycan MEA-da
keçirdiyi həmin görüşdə elm sahəsində də islahatların aparılmasının
zəruriliyi xüsusi qeyd olunmuş, bu sahədə apanlacaq islahatların əsas
istiqamətləri müzakirə olunmuş, müvafiq normativ sənədlərin hazırlanması
qərara alınmışdı. Az sonra Azərbaycan MEA rəhbərliyi Prezidentin
göstərişlərini əsas tutaraq «Elmin strateji inkişafı və Azərbaycan MEA-da
islahatların konsepsiyası»nı hazırlayıb təsdiq etmiş və «Elm siyasəti
haqqında» Qanun layihələrini hazırlayıb Milli Məclisə təqdim etmişdir. Onu
da qeyd etmək lazımdır ki, prezident Heydər Əliyevin həmin göstərişindən,
eləcə də 2000-ci il sentyabrın 1-də Bakıdakı 82 saylı məktəbdə görüşdə
söylədiyi «... İndi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil
alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini
gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, vətənpərvər ola bilməz. Əgər bunu
bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə
olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz...»
2
konseptual
xarakterli tapşırığından sonra Təhsil Nazirliyində dərslik islahatı sahəsində
böyük irəliləyişə nail olunmuşdur. Belə ki, ötən qısa müddətdə ümumtəhsil
məktəbləri üçün 7 kitabdan ibarət yeni «Azərbaycan tarixi», 6 kitabdan
ibarət yeni «Ümumi tarix» dərslikləri hazırlanmış, yüksək poliqrafık
səviyyədə nəşr edilmiş, həmin dərsliklərin rus dilinə tərcümə olunaraq təlim
rus dilində olan məktəblərimizdə də istifadəsi təmin edilmişdir.
Yeri gəlmişkən deyək ki, ölkədə təhsilin məzmunu sahəsində aparılan
uğurlu təhsil siyasəti nəticəsində təkcə 1993-2002-ci illərdə 200 addan çox
yeni ümumtəhsil məktəb dərsliyi hazırlanaraq nəşr edilmişdir. Heydər
Əliyevin təşəbbüsü və qayğısı sayəsində 1995-ci ildən başlayaraq
ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri dərsliklərlə dövlət vəsaiti
hesabına pulsuz təmin edilirlər.
3
1
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. VIII cild, Bakı, 1998, səh. 368
2
«Azərbaycan» qəzeti, 2 sentyabr 2000-ci il
3
Azərbaycan Respublikası: 1991-2001. Bakı, 2001, səh. 281
M İ L L İ K İ T A B X A N A
____________________________________
393
«Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı»na uyğun
olaraq Prezident Heydər Əliyev tərəfindən imzalanmış 13 iyun 2000-ci il
tarixli «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında» sərəncamla ali təhsil müəssisələrinin dördünə maliyyə
müstəqilliyi verilmiş, bir neçə yeni ali məktəb yaradılmış, bir çox ali
məktəblərə «universitet» statusu verilmiş, milli təhsil tariximizdə kadr
hazırlığında xüsusi əhəmiyyət daşıyan Azərbaycan Müəllimlər İnstitutu və
onun müxtəlif bölgələrdə 12 filialı yaradılmışdır.
1
2001-ci il mayın 15-də Azərbaycan Respublikası Prezidenti Heydər
Əliyevin xüsusi Fərmanı ilə Elmlər Akademiyasına «Azərbaycan Milli
Elmlər Akademiyası» adı verilmiş, onun ölkəmizdə elmin inkişafında
müstəsna rolu olduğu bir daha təsdiqlənmişdir.
2
Bunun ardınca 2003-cü il
yanvarın 4-də möhtərəm Prezidentimiz Heydər Əliyev «Azərbaycan Milli
Elmlər Akademiyasının statusu haqqında» və «Azərbaycan Milli Elmlər
Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında» tarixi
fərmanlar imzalamışdır.
3
Bu fərmanlar bir daha Heydər Əliyevin Azərbaycan elminin nüfüzunun
artırılmasına, Azərbaycan aliminin əməyinə böyük diqqət və qayğısının
bariz nümunəsi, müqəddəs elm ocağına hörmət və ehtirammın parlaq
ifadəsidir. Ölkə başçısının «Azərbaycan MEA bizim milli sərvətimizdir və
onu qoruyub saxlamalıyıq» tarixi kəlamının konkret əməli işlərlə bir daha
təsdiqidir.
Azərbaycan təhsilinin, elminin böyük və bənzərsiz təəssübkeşi Heydər
Əliyev təhsil işçiləri ilə keçirdiyi müntəzəm görüşlərdə dəfələrlə təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi zərurətindən
söz açmış, ölkənin maliyyə durumu imkan verən kimi bu sahənin də
hərtərəfli inkişafına yardım göstərəcəyini vəd etmişdi. Azərbaycan
müəllimlərinin XI qurultayında (25 sentyabr 1998-ci il) Heydər Əliyev bu
məsələdən danışarkən deyirdi: «Açıq demək lazımdır ki, əgər mən bu
respublikaya rəhbərlik etdiyim zaman ildə 50-60 məktəb tikmək mümkün
idisə, bu gün yenə də respublikaya rəhbərlik edirəm, niyə bu gün tikə
1
«Azərbaycan» qəzeti, 14 iyun 2000-ci il
2
Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (aprel-iyun 2001-ci ıl), Bakı, 2001, səh.18;
«Azərbaycan» qəzeti, 16 may 2001-ci il
3
«Azərbaycan» qəzeti, 5 yanvar 2003-cü il
M İ L L İ K İ T A B X A N A
____________________________________
394
bilmirik? Ona görə yox ki, biz bunu bacarmırıq, istəmirik. Ona görə ki,
bunun üçün bizim maddi və maliyyə imkanlarımız çatmır. Ancaq bildirirəm
ki, maddi və maliyyə imkanlarımız ilbəil artacaq və bunun nəticəsində də
biz Azərbaycanda yenidən təhsil ocaqlarının tikilməsi, istifadəyə verilməsi
prosesini aparacağıq».
1
Heydər Əliyev 2002-ci il sentyabrın 1-də dərs ilinin ilk günündə Bakı
şəhərinin Suraxanı rayonundakı 275 nömrəli məktəbdə görüşündə
bildirmişdi: «Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda
məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir
edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli
sürəcəyəm».
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev qarşıya qoyduğu
vəzifələri həyata keçirmək məqsədi ilə 2002-ci il oktyabrın 4-də
«Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi haqqında» sərəncam imzaladı və hökumətə
Təhsil Nazirliyi ilə birlikdə yeni ümümtəhsil məktəblərinin tikintisi, mövcud
məktəblərin əsaslı təmiri və müasir avadanhqlarla təchizatına dair dövlət
Proqramının hazırlanması tapşırıldı. Sərəncamda qeyd edilirdi ki,
Azərbaycan Respublikasında son illər ərzində təhsilin dünya standartlarına
uyğunlaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və
kadr potensialının gücləndirilməsi və ümumiyyətlə, təhsil sisteminin
təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Respublikanın dövlət büdcəsi, eyni zamanda beynəlxalq təşkilatların
vəsaitləri hesabına xeyli işlər görülmüşdür. Lakin respublikada ümumtəhsil
məktəbləri şəbəkəsinin genişlənməsi və müasir tələblərə cavab verməsi
üçün hələ bir sıra əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Bu
tələbatı ödəmək üçün respublikanın şəhər və rayonlarında yeni məktəb
tikintisi, mövcud məktəblərin əsaslı təmiri, onların müasir tədris - texniki
avadanlıqlarla təchiz olunmasına dair xüsusi proqramın hazırlanması və
onun Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi Təhsil
Nazirliyinə tapşırıldı.
1
Azərbaycan müəllimlərinin XI qurultayının stenoqrafik hesabatı. Bakı, 1999, səh.160-161
Dostları ilə paylaş: |