M İ L L İ K İ T A B X A N A
____________________________________
389
Üçüncüsü, milli təhsil quruculuğunda dünya təcrübəsinin öyrənilməsini,
Azərbaycanın milli xüsusiyyətlərinə uyğun gələn prinsiplərin tətbiqini vacib
sayan Heydər Əliyev xüsusi olaraq tövsiyə edirdi ki, «Dünya təcrübəsindən
Azərbaycanın milli xüsusiyyətinə uyğun olan prinsiplər, qaydalar təhsil
sistemimizə tətbiq edilməlidir. Biz dünyanm bütün ölkələrində - Qərbdə də,
Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan
Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil
sistemində tətbiq etməliyik».
1
Son dövrlərdə təhsil sahəsində beynəlxalq əlaqələr genişlənmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələrinin
əsas istiqamətləri tələbə, şagird və magistr hazırlığı mübadiləsi, birgə elmi
tədqiqatlar, beynəlxalq forumlarda aktiv iştirak, beynəlxalq və regionlararası
təhsil proqramlanna qoşulma və onların işində yaxından iştirak etməkdir.
Azərbaycan Respublikası Avropa (1979-cu il Paris Konvensiyası) və
Cənub-Şərqi Asiya (1983-cü HBanqkokKonvensiyası) regionlan, о
cümlədən YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı (1997-ci il
Lissabon Konvensiyası) təhsil sənədləri, diplomlar və elmi dərəcələrin
qarşılıqlı tanınması haqqında konvensiyalara qoşulmuşdur.
Artıq Azərbaycan təhsil sisteminin nümayəndələri YUNESKO,
YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və
Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə
məşğul olan qurumlarının işində fəal iştirak edir, onların təcrübə və
köməyindən maksimum istifadə edirlər.
Beynəlxalq təşkilatlarla aparılan
əməkdaşlığın nəzərəçarpan
nəticələrindən biri də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən
TEMPUS/TASİS proqramına Azərbaycan ali məktəblərinin inkişafının cəlb
olunmasıdır.
Bu proqramın maliyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyası,
Neft Akademiyası, Dövlət Dillər Universiteti, Memarlıq və İnşaat
Universieti, о cümlədən, Qərb, Xəzər və Təfəkkür özəl ali məktəbləri iş
aparırlar.
2
1
Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh. 442
2
Azərbaycan Respublikası Təhsil Nazirliyinin cari arxivi. Fond 2672, siyahı 13, iş 235,
M İ L L İ K İ T A B X A N A
____________________________________
390
Dördüncüsü, milli təhsil sahəsində islahatlar prosesi milli-mənəvi
xüsusiyyətlərindən, milli mentalitetindən, XX əsrdə formalaşmış mütərəqqi
milli ənənələrindən imtin vurğulayan Heydər Əliyev bu qənaətdə idi:
«Azərbaycanın xüsusiyyətinə uyğun olan hər bir müsbət təklifdən istifadə
təhsil sistemimizə tətbiq etməliyik. Ancaq indiyə qədər mövcud olan təhsil
sistemində əldə edilmiş müsbət nəticələri və bu günün, gəle nə uyğun gələn
hər şeyi saxlamalı və inkişaf etdirməliyik..”
1
Beşincisi, təhsil sahəsində islahatların əsas məqsədi sisteminə
inteqrasiyada, milli təhsilimizin beynəlxalq standartlara
uyğunlaşdırılmasında görən və bunu təhsil quruculuğunun perspektiv
istiqaməti sayan Heydər Əliyev xüsusi olaraq vurğulayırdı: «Mən belə
anlayıram ki, indi bizdə təhsil sistemində islahatların əsas məqsədi ondan
ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin
standartlarına uyğunlaşsın. Yenə də deyirəm, Azərbaycanın təhsil sistemi
son bət nəticələr veribdir. Ancaq Azərbaycanın təhsil sistemində təhsil alan
insanların və xüsusən də ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların
biliklərini təsdiq edən sənədlər gərək dünyanm inkişaf etmiş ölkələrinin ali
məktəblərinin bilik səviyyəsinə uyğunlaşsın. Onlarınprinsiplərinə
uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış
bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə
bilsin.. .».
2
Altıncısı, təhsil sahəsində islahatın qısa müddətdə aparılmasının
yolverilməzliyini diqqətə çatdıran və bunu də zəruri amil sayan Heydər
Əliyev deyirdi: «Yenə də deyirəm, əgər iqtisadiyyat sahəsində islahatları
keçirmək üçün bir il, iki il yc ondan da çox vaxt tələb edilirsə, təhsil
sahəsində islahat çox vaxt tələb edir. Bunu anlamaq, bilmək lazımdır. Ona
görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz».
3
Burada sadalanan və Heydər Əliyevə məxsus konseptual ideyaların
hamısı müstəqil Azərbaycan dövlətinin təhsil sahəsində siyasətinin əsas-
1
Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh. 442
2
Yenə orada, səh. 444
3
Yenə orada, səh. 445
M İ L L İ K İ T A B X A N A
____________________________________
391
larını, təhsil quruculuğu yolunda aparılan islahatların təməl prinsiplərini,
həyata keçirilən yeniləşmələrin prioritet istiqamətlərini, strateji aspektlərini
və milli məqsədlərini təşkil edir. Yeri gəlmişkən deməliyik ki, bu prinsiplər
hazırda Milli Məclisdə müzakirələrdə olan «Təhsil Qanunu»nun yeni
layihəsində də ciddi şəkildə nəzərə alınmışdır.
Azərbaycanın təhsil siyasətində mühüm istiqamətlərdən birini təhsilin
məzmunu sahəsində aparılan islahatlar, xüsusən də, ümumtəhsil pilləsi üçün
proqram və dərsliklərin məzmunca müstəqillik prinsipləri əsasında tərtib
olunması, nəşri və təhsil müəssisələrinin onlarla ahəngdar təminatı təşkil
edir.
Heydər Əliyevin «İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də
bütün təhsil sistemində orta məktəb... xüsusi yer tutmalıdır» və «... indi dərs
alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında
oxusunlar» kimi konseptual göstərişləri təhsil sisteminin ümumtəhsil
pilləsində təhsil alan şagirdlər üçün dərslik, dərs vəsaiti və digər tədris-
metodik ədəbiyyatların hazırlanması işində əsas prinsip, strateji xətt kimi
götürülmüşdür. Əlbəttə, bu dərsliklər içərisində Azərbaycan dili və
ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s. bu qəbildən
olan humanitar profilli milli dərsliklərin hazırlanması sahəsində Heydər
Əliyevin xüsusi tələb və tapşırıqları, hər şeydən öncə, həmin dərsliklərdə
milli dövlətçilik ideologiyasının - azərbaycançılıq, milli və ümumbəşəri
dəyərlər, dövlətçilik və s. komponentlərinin onlarda ciddi şəkildə əks
olunmasına, şagirdlər tərəfindən onlann daha yaxşı mənimsənilməsinə,
nəticə etibarı ilə məktəbli gənclərdə milli vətənpərvərlik hisslərinin tərbiyə
olunmasına birbaşa kömək edir.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının alimləri ilə 1997-
ci il yanvarın 31-də keçirilən görüş zamanı Heydər Əliyev akademiyanı
milli sərvətimiz adlandıraraq onun elmi potensialını qorumağın, bu
potensialdan müstəqil Azərbaycanın gələcək inkişafı üçün səmərəli istifadə
etməyin vacibliyindən danışarkən, yeni tarix dərsliklərinin, xüsusən də,
XIX-XX əsrlər üzrə dərsliklərin hazırlanması zərurətini vurğulayaraq
demişdi: «Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun,
öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərs-
Dostları ilə paylaş: |