M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə21/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   17   18   19   20   21   22   23   24   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

64 

 

yubileyini böyük təntənə ilə keçirdik. Bakıda möhtəşəm abidəsini ucaltdıq. 



N.Nərimanov haqqında gözəl filmə  də icazə aldıq».

1

 Heydər  Əliyev qeyd 



edirdi ki, mən N.Nərimanovun Leninə  məşhur məktubunu da Moskvaya 

gətirmişdim. Məktubu göstərib deyirdim ki, burda nə var? N.Nərimanov 

orada deyirdi ki, Azərbaycan Respublikasında sosializm quruluşu gərək 

Azərbaycan xalqının milli xüsusiyyətləri, milli ənənələri ilə əlaqədar olsun. 

Rusiyada olan üsulu burada kor-koranə tətbiq etmək olmaz. Düzdür, burada 

çox ideyalar var, mən ancaq qısa mətnini deyirəm. Bu məşhur məktub çox 

gözəl məktubdur, tarixdə ifşaedici bir sənəd kimi qalmışdır. 

Heydər  Əliyev N.Nərimanovun işlədiyi dövrdə ona mane olanların da 

aşkara çıxarılmasına çalışır, sonrakı dövrlərdə də Azərbaycan rəhbərliyinin 

fəaliyyətində  səhvlər, çəkişmələr olduğunu aşkar edir və bundan nəticə 

çıxarmağı məsləhət görürdü. 

O, siyasi rəhbərlikdə nöqsanlar, çəkişmələr və birliyin olmaması 

faktlarını  aşkar edir və onun acı  nəticələrini, xalqın başına bəlalar 

gətirilməsinin  əsas səbəblərindən biri kimi dəyərləndirirdi. Heydər  Əliyev 

jurnalistə cavabında demişdi: «Kim idi N.Nərimanovun ayağının altını 

qazanlar? Bizim azərbaycanlılar. Onun öz silahdaşları. Onlar (adlarını 

tarixçilərimiz daha düzgün deyə bilərlər) Levon Mirzoyanla, Mikoyanla, 

Sarkislə birləşib Kirovu da yoldan çıxarıb N.Nərimanov  əleyhinə blok 

düzəltmişdilər. Bax, bizim xalqın ən böyük bəlası bundan ibarətdir».

2

 



Sonrakı vaxtlarda da, xüsusilə Mircəfər Bağırovun rəhbərlik etdiyi 

dövrdə, 1937-38-ci illərdəki repressiyalarında xalqın başına gətirilən bəlalar 

siyasi rəhbərlikdə birliyin olmaması ilə daha dəhşətli məcraya çatmışdı. 

Heydər  Əliyev göstərirdi ki, «Tək Nərimanovun dövründə deyil, sonrakı 

mərhələlərdə də bizim respublikanın siyasi rəhbərliyində birliyin olmaması, 

öz  şəxsi mənafeyinə görə başqasını satmaq, ona millətçi damğası 

yapışdırmaq və s. xoşagəlməz hallar millətin vəhdətini pozub. Tarixi 

izləsəniz görərsiniz ki, respublikamızın başına bəlalar belə şeylərdən gəlib. 

Mircəfər Bağırovun ətrafındakılar kimlər idi? Ermənilər, yəhudilər. 

                                                 

1

 

Qətiyyətin təntənəsi. Bakı,1995, səh. 52



 

2

 



Yenə orada

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

65 

 

1937-38-ci illərdə adamlarımızı, xüsusən ziyalılarımızı  qıranlar kimlər 



idilər? Qriqoryanlar, markaryanlar. Onların  əli ilə H.Cavid, Yusif Vəzir 

Çəmənzəminli  məhv edilib».

1

 

Azərbaycan prezidenti qeyd edirdi: «İndi Azərbaycan çox çətin dövr 



keçirir. İndi öz xeyri üçün bir-birinin üstünə şər atmaq, bir-birini pisləmək, 

ləkələmək meyli güclənir. Gəlin ayıq olaq, tarixdən ibrət dərsi götürək! 

Fikirləşək, görək, bunlar ilk növbədə kimlərə sərfəlidir».

2

 



Heydər  Əliyevin rəhbərliyi və  təşəbbüsü ilə Hüseyn Cavidin anadan 

olmasının 100 illiyi və 110 illiyinin keçirilməsi Azərbaycan tarixində 

əvəzsiz xidmətdir. 1981-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsi 

H.Cavidin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında qərar qəbul 

etmişdi. Bundan sonra bir çox işlər görüldü. 1982-ci il oktyabrın 26-da onun 

cənazəsi Sibirdən gətirilib Naxçıvanda dəfn olundu. Bu, vaxtkı Sovetlər 

İttifaqında Azərbaycanın rəhbəri Heydər  Əliyevin misilsiz cəsarətinin 

nəticəsi idi. Lakin qərarda nəzərdə tutulan bəzi tədbirlər həyata 

keçirilməmişdi. 

1992-ci ildə H.Cavidin anadan olmasının 110 illiyi qeyd edildi. Naxçıvan 

MR Ali Məclisinin sədri Heydər Əliyevin bu münasibətlə çıxışında deyilirdi 

ki, 10 il bundan əvvəl  H.Cavidin 100 illik bayramı keçirilmişdisə, lakin bu 

illər  ərzində  nəzərdə tutulmuş  tədbirlərin çoxu həyata keçirilməmişdir. 

Onlardan biri - nəzərdə tutulan məqbərənin tikintisi başa çatmamışdı. 

Respublika prezidenti Heydər  Əliyevin  şəxsi təşəbbüsü və himayəsi ilə 

1996-cı ildə  məqbərə  də tikildi. 1996-cı il oktyabrın 29-da məqbərənin 

təntənəli açılışı oldu. Heydər  Əliyevin dərin məzmunlu nitqində H.Cavid 

yaradıcılığının, Azərbaycanda bu istiqamətdə görülən işlərin  əhəmiyyəti 

təhlil edildi.

3

 



Heydər  Əliyevin rəhbərliyi Azərbaycanı SSRİ-də birinci yerə  çıxartdı. 

özü isə Sovetlər  İttifaqının görkəmli partiya və dövlət xadimi kimi böyük 

nüfuz və şöhrət qazandı. 

                                                 

1

 

Qətiyyətin təntənəsi. Bakı,1995, səh. 53



 

2

 



Yenə orada, səh.53

 

3



 

Hüseyn Cavid. Naxçıvan.1996, səh.33-39 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

66 

 

Sov.İKP MK-nm 1976-cı il 5 mart tarixli plenumu Azərbaycan 



Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi Heydər  Əliyevi 

Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyünə namizəd seçdi. 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 24 noyabr tarixli fərmanı 

ilə inqilabi hərəkatda xidmətlərinə, Azərbaycanda Sovet hakimiyyətinin 

qurulması və möhkəmləndirilməsində xidmətlərinə görə, 1941-1945-ci illər 

Böyük Vətən müharibəsində faşist işğalçıları üzərində  qələbədə böyük 

xidmətlərinə görə  və  zəhmətkeşlərinin təsərrüfat və  mədəni quruculuqda 

qazandığı müvəffəqiyyətlərə görə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhəri 

Lenin ordeni ilə  təltif edilmişdi. Ordenin təqdim edilməsi münasibətilə 

Sov.İKP Mərkəzi Komitəsinin baş katibi L.İ.Brejnev Bakıya gəlmişdi. O, 

Azərbaycan KP Bakı  şəhər partiya komitəsinin və Bakı  şəhər  İcraiyyə 

Komitəsinin təntənəli iclasında Bakı şəhərinə Lenin ordenini təqdim etdi. 

Azərbaycan 10 il ərzində SSRİ-də qabaqcıllar sırasında idi. Hər il keçici 

qırmızı bayraqla təltif edilirdi. SSRİ Soveti Rəyasət Heyətinin 1979-cu il 24 

avqust tarixli fərmanı ilə bütün respublikada xalq təsərrüfatının inkişaf 

etdirilməsi, ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi, bütün kənd 

təsərrüfat məhsulları planının və sosialist öhdəliklərinin vaxtında və 

artıqlaması ilə yerinə yetirilməsini təmin etməkdə böyük təşkilatçılığına və 

siyasi işinə görə Sov. İKP MK Siyasi bürosu üzvlüyünə namizəd

Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi 

Heydər Əlirza oğlu Əliyevə Lenin ordeni və «Oraq və çəkic» qızıl medalı 

təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.

1

 

Heydər  Əliyevə Sosialist Əməyi Qəhrəmanının Qızıl Medalını  təqdim 



edərkən L.İ.Brejnev onun böyük fəaliyyətini və  rəhbərə xas olan zəruri 

keyfiyyətlərini göstərir və qeyd edirdi ki, «Siz, Heydər  Əliyeviç, 

Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinə  rəhbərlik etdiyiniz 

on ildə kommunist-rəhbərə xas olan zəruri keyfiyyətlərinizi inandırıcı 

nümayiş etdirdiniz. Siz Azərbaycan zəhmətkeşlərinin qazandığı yaxşı və 

                                                 

1

 

Rusiya Federasiyasının  Dövlət Arxivi. Fond 7523, siyahı 135, iş 40,vərəq 79



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə