144
Bu, özünü әn çox müәyyәn vә qeyri-müәyyәn söz birlәşmәlәrinin vә mürәkkәb cümlәlәrin
öyrәnilmәsindә göstәrmişdir. Sözügedәn mübahisәlәr, hәr şeydәn öncә, feli sifәt, feli bağlama,
mәsdәr vә bәzi qoşmalı sintaktik konstruksiyaların mürәkkәb cümlәlәrin budaq cümlәsi (clause)
olaraq müәyyәnlәşdirilmәsilә bağlı olmuşdur. Mirzә Kazım bәyin “Türk-tatar dilinin ümumi
qrammatikası” adlı әsәrindә fonetika bölmәsi hәcm etibarilә çox qısadır. Hәmin bölmәdә türk
dilinin önәmli fonetik hadisәlәri, ahәng qanunu vә dodaq ahәngi mövzularına heç toxunulmamış,
fonemlәrdәn hәrflәr olaraq bәhs edilmişdir (Kononov 1982: 229-231; 301). Bütün bunlara
baxmayaraq, Mirzә Kazım bәyin “Türk-tatar dilinin ümumi qrammatikası” adlı kitabı ümumtürk
dilinin fonetikası, morfologiyası vә sintaksisi haqqında tәsviri vә tarixi-müqyisәli dilçilik
yötәmlәrilә yazılan geniş hәcmli bir әsәr olaraq türkoloji dilçiliyin tarixindә özünәmәxsus bir yer
tutmaqdadır.
2.2.2.1.2. Otto Böthlinqkin “Yakut dili haqqında: qrammatika, mәtn vә lüğәt”
(1851) adlı kitabı
Sözügedәn kitab sadәcә türkologiya fәnni nöqteyi-nәzәrindәn deyil, ümumi müqayisәli
dilçilik elmi baxımından da dilçilik tarixindә çox böyük önәm daşıyır. Buna görә hәmin әsәr
sonrakı dövrlәrdә türkoloji dilçilik sahәsindә dә bir elmi mәnbә rolunu oynamışdır. Bu әsәr, hәr
şeydәn öncә, yakut dilinin ilk elmi qrammatikasıdır. Әsәrdә ümumtürk dilinin ayrıca bir müstәqil
qolu olaraq nüәyyәnlәşdirilә bilәn yakut (saha) dilinin fonetik vә qrammatik quruluşunun geniş
linqvistik tәsviri verilmişdir. Bununla bәrabәr, kitabda ayrı-ayrı yakutca mәtnlәr vә 4600 sözdәn
ibarәt olan “Yakutca-almanca lüğәt” dә yer almaqdadır. Burada yakut dilinin fonetik vә
qrammatik quruluşu hәm digәr türk dillәri vә dialektlәri, hәm Ural-Altay dillәrindәn sayılan
monqol vә tunqus-mancur dillәrinin materialları ilә öz dövrünün linqvistik hadisәlәri vә
gәlişmәlәri kontekstindә müqayisәli öyrәnilmişdir. Әsәr alman dilindә yazılmış vә çox sonralar
rus dilinә tәrcümә olunmuşdur.
2.2.2.1.3. “Altay dilinin qrammatikası” (1869) adlı kitabı haqqında
Sözügedәn kitabın üzәrindә әsәrin kimin tәrәfindәn yazıldığına dair hәr hansı bir
mәlumat verilmәmişdir. Sadәcә kitabın Altay missionerlәri tәrәfindәn hazırlandığı göstәrilmişdir.
Ancaq hәmin kitabın dilçi N. İ. İlminski, türkoloq V. İ. Verbitski vә bir din xadimi olan M. A.
145
Nevski tәrәfindәn hazırlandığı
28
türkoloji dilçilikdә artıq çoxdan tәsbit olunmuşdur (Kononov
1982: 291- 292). Bu әsәr öncәki oxşar qrammatika kitablarından bir çox quruluş özәlliklәri vә
elmi-üslubi sistematikliyi ilә fәrqlәnir. Saitlәrin vә samitlәrin istәr artikulyasiyaya, istәrsә dә
fonetik funksionallığa görә sistemli tәsnifi, sözdә vә cümlә sıralanmalarındakı vurğu haqqında
biliklәr türkoloji dilçilikdә ilk dәfә olaraq bu kitabda yer almışdır. Nitq hissәlәri burada isim, sifәt
vә zәrf olaraq sintaktik funksionallığına görә tәsnif olunmuşdur. İç//dış//yan//ön vә s. morfemlәr
hallana bilәn sözlәrlә işlәnilәn kömәkçi adlar olaraq müәyyәnlәşdirilmişdir. Bununla bәrabәr,
sözügedәn qrammatika kitabında felin tәrz kateqoriyası üzәrindә dә durulmuş, tәyini söz
birlәşmәlirinә dair geniş mәlumat verilmiş, feli sifәt vә feli bağlama tәrkiblәri mürәkkәb
cümlәlәrin komponentlәri olaraq xarakterizә olunmuşdur.
2.2.2.1.4. P. M. Melioranskinin “Qazax-qırğız dilinin qrammatikası” (1894-1897)
adlı kitabı haqqında
Sözügedәn әsәrin birinci cildini “Fonetika vә etimologiya”, ikinci cildini isә “Sintaksis”
bölmәlәri tәşkil edir. P. M. Melioranski bu әsәrini 1869-cu ildә yayımlanan “Altay dilinin
qrammatikası” kitabı örnәyinә görә hazırladığını göstәrmişdir. Onun istәr bu әsәri ilә, istәrsә dә
digәr “Әrәb filoloqu türk dili haqqında” (1890), “Gültәkin abidәsi haqqında”(1899) kimi digәr
әsәrlәri ilә türkologiya elminin sonrakı inkişaf dövrlәrindә linqvistik bir kontekstin yaranmasının
yolu açılmışdır (Kononov 1982: 271-272; 303).
2.2.3. XX yüzildә türkoloji dilçilik әsәrlәri
Sözügedәn türkoloji dilçilik әsәrlәri Sovetlәr Birliyindә, Avropada, Amerikada,
Türkiyәdә vә dünyanın digәr bölgәlәrindә әsas etibarilә әnәnәvi dilçilik metodları ilә tәsviri
olaraq yerinә yetirilmişdir. Bununla bәrabәr, oxşar linqvistik әsәrlәr müxtәlif türk әdәbi dillәri vә
dialektlәri vә bir-birinә qohum olmayan digәr dillәrin materialları ilә dә müqayisәli
hazırlanmışdır. Daha doğrusu, hәmin әsәrlәr müqayisәli-tarixi, müqayisәli-coğrafi vә müqayisәli-
28
Bunların hәr üçü xristian missioneridir (Eren 1998: 331). Onların yazdığı bu kitab türkoloji dilçilikdә
qrammatikaya aid bir çox mövzunun ilk dәfә olaraq işıqlandırılması ilә bilinmәkdәdir. Ancaq göstәrilәn әsәr, hәr
şeydәn öncә, öz dövründә hәlә yazısı belә olmayan türk dialektlәrinin müstәqil linqvistik kontekstdә ayrıca dillәr
olaraq öyrәnilmәk istәndiyi ilә dә diqqәti çәkir. Bu isә o demәkdir ki, sözügedәn әsәrdә bütövlükdә türk dialektlәri
vә ayrılıqda Altay türkәcәsi ayrı-ayrı müstәqil dillәr olaraq işıqlandırılmışdır. Buna görә dә hәmin dövrdә oxşar
qrammatik işlәrin ortaya çıxması ilә bağlı olaraq yaranan “Missionerlik qrammatikası” ifadәsi bu gün çox böyük
maraq doğurur. Bu baxımdan hәmin ifadә vә ya qavram türkoloji dilçiliyin tarixindә ayrıca olaraq öyrәnilmәlidir.