M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə78/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   74   75   76   77   78   79   80   81   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
238
gələn  zərərli  titrəmələri  yavaşlatdığını  göstərmişdir.  Qaçan  bir  heyvan 
ayağını yerə vurduqda bu zərbə ayağın titrəməsinə səbəb olur, titrəmələrin 
tezliyi  nisbi  yüksəkdir.  Məsələn,  atlarda  30-40  hz  –  ayaq  yerdə  ikən  bu 
zərbələr yavaşladılmasa, artıq titrəmə dövranı baş verir.
Titrəmələr zərər verə bilər, çünki sümük və vətərlər yorğunluq vəziyyətindən 
tez  təsirlənirlər.  Sümük  və  vətərlərdəki  yorğunluq  təkrarən  baş  verən 
təzyiqdən  qaynaqlanan  zərərin  toplanmasıdır.  Sümük  yorğunluğu  həm 
atletlərdə,  həm  də  yarış  atlarında  mənfi  təsirlər  meydana  gətirən  zərbə 
qırılmalarının səbəbidir və vətər yorğunluğu ən az bəzi vətər infeksiyalarının 
səbəbi ola bilər. Uilson və həmkarları çox qısa əzələ liflərinin əmələ gələn 
titrəmələri yavaşladaraq həm sümükləri, həm də vətərləri qoruduğunu irəli 
sürürlər.
317
Qısaca  desək,  atların  anatomiyasının  daha  diqqətlə  təhlil  edilməsi 
təkamülçülərin  funksiyasız  olduğunu  iddia  etdikləri  orqanların  çox  mühüm 
funksiyaları olduğunu üzə çıxarmışdır. 
Başqa  sözlə,  elmi  irəliləyiş  təkamülün  dəlili  kimi  dəyərləndirilən 
xüsusiyyətlərin  əslində  yaradılış  həqiqətinin  dəlili  olduğunu  göstərmişdir. 
Təkamülçülər obyektiv hərəkət etməli və elmi kəşfləri ağılla dəyərləndirməlidirlər. 
“Təbiət” (Nature) jurnalında bu mövzu belə şərh edilir:
Uilson  və  həmkarları  təkamül  prosesi  ərzində  funksiyasını  itirmiş  bir 
orqanın  qalığı  kimi  görünən  bir  əzələnin  mühüm  rolu  olduğunu  tapdı. 
Onların bu elmi fəaliyyəti digər rudiment orqanların da (insan appendiksi 
kimi) göründüyü kimi funksiyasız olub-olmadığı sualını doğurur.
318
Əldə  edilən  bu  nəticələr  təəccüblü  deyil.  Təbiətlə  əlaqədar  nə  qədər  çox 
şey öyrənsək, o qədər çox yaradılış dəlilini görürük. Maykl Behenin bildirdiyi 
kimi,  “dizaynın  olduğu  nəticəsinə  bilmədiklərimizə  deyil,  son  50  il  boyu 
öyrəndiklərimizə görə gəlirik”.
319
 Buradan darvinizmin cahillikdən qaynaqlanan 
iddia olduğu məlum olur.
Rekapitulyasiya xətası
Bu  gün  Türkiyədəki  bəzi  təkamülçü  KİV-lərdə  uzun  müddət  əvvəl  elmi 
ədəbiyyatdan  çıxarılmış  “Rekapitulyasiya”  nəzəriyyəsi  elmi  həqiqət  kimi 
göstərilir.  Rekapitulyasiya  termini  təkamülçü  bioloq  Ernst  Hekkelin  XIX 
əsrin  sonlarında  ortaya  atdığı  “Ontogenez  filogenezin  təkrarıdır”  (Ontogeny 
recapitulates phylogeny) nəzəriyyəsinin xülasəli şəkildə ifadəsidir.
Hekkel  tərəfindən  irəli  sürülən  bu  nəzəriyyə  canlı  rüşeymlərinin  inkişaf 
prosesi  ərzində  “əcdadlarının”  keçirdiyi  təkamül  prosesini  təkrarladıqlarını 
iddia edirdi. Məsələn, insan rüşeyminin ana bətnindəki inkişafı ərzində əvvəlcə 
balıq, sonra sürünən xüsusiyyətləri göstərdiyini, ən sonda insana çevrildiyini 


İMMUNİTET, «RUDİNMENT ORQANLAR» və EMBRİOLOGİYA
239
irəli sürürdü. 
Halbuki  sonrakı  illərdə  bu  nəzəriyyənin  tamamilə  təxəyyül  məhsulu 
olan  bir  ssenari  olduğu  məlum  olmuşdur.  İnsan  rüşeyminin  ilk  dövrlərində 
üzə çıxdığı iddia edilən “qəlsəmələrin” əslində insanın orta qulaq kanalının, 
paratiroidlərinin  və  qalxanabənzər  vəzlərinin  başlanğıcı  olduğu  məlum 
olmuşdur. Rüşeymin “yumurta sarısı kisəsinə” bənzədilən hissəsinin də əslində 
uşaq  üçün  qan  hazırlayan  kisə  olduğu  aşkar  edilmişdir.  Hekkelin  və  onun 
davamçılarının “quyruq” adlandırdıqları hissə isə insanın onurğa sümüyüdür 
və ayaqlardan əvvəl meydana gəldiyi üçün “quyruq” kimi görünür.
Bunlar elm dünyasında hər kəsə məlum olan həqiqətlərdir. Təkamülçülər 
də bunu qəbul edirlər. Qabaqcıl darvinistlərdən olan Corc Qeylord Simpson və 
U.Bek: “Hekkel təkamül prosesini səhv göstərib. Bu gün canlıların embrioloji 
inkişafının keçmişlərini əks etdirmədiyi artıq məlumdur”, - deyə yazırlar.
320
16 oktyabr, 1999-cu il tarixli “New scientist” jurnalında dərc olunmuş bir 
məqalədə Hekkelin Biogenetika qanunu haqqında belə deyilir:
(Hekkel) bunu Biogenetika qanunu adlandırdı və bu fikir rekapitulyasiya 
kimi məşhurlaşdı. Əslində Hekkelin dəyişilməz görünən qanununun qısa 
müddət  sonra  səhv  olduğu  aşkar  oldu.  Məsələn,  insan  rüşeyminin  əsla 
balıqlar  kimi  qəlsəmələri  yoxdur  və  heç  vaxt  yetkin  sürünənə  və  ya 
meymuna bənzəyən inkişaf mərhələsindən keçmir.
321
Ernst  Hakel  çək-
diyi saxta embrio 
rəsmləri  ilə  elm 
aləmini  bir  əsr 
boyu aldatdı.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
240
“American scientist”də dərc olunan bir məqalədə isə belə deyilir:
Biogenetika  qanunu  (Rekapitulyasiya  nəzəriyyəsi)  artıq  tamamilə  məhv 
olmuşdur. 1950-ci ildə dərsliklərdən çıxarılmışdır. Əslində elmi mübahisə 
kimi XX əsrin 20-ci illərində sonu çatmışdı.
322
Məsələnin  daha  da  maraqlı  cəhəti  isə  Ernst  Hekkelin  əslində  ortaya 
atdığı  Rekapitulyasiya  nəzəriyyəsini  dəstəkləmək  üçün  rəsm  saxtakarlıqları 
etməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə bənzətmək üçün saxta 
rəsmlər çəkmişdir. Bunun üzə çıxmasından sonra özünü müdafiə etmək üçün 
dediyi sözlər isə digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini 
bildirməkdən ibarət idi:
Etdiyim bu saxtakarlıq etirafından sonra özümü rüsvay olmuş və qınanmış 
hesab  etməliyəm.  Lakin  mənim  təsəllim  budur  ki,  mənim  kimi  təqsirkar 
yüzlərlə  həmkarımın,  bir  çox  etibarlı  müşahidəçi  və  məşhur  bioloqun 
nəşr etdirdiyi ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında 
mənim kimi etdikləri saxtakarlıqlar, qeyri-düzgün məlumatlar, az-çox təhrif 
edilmiş rəsmlər var.
323
Məşhur  elmi  jurnal  olan  “Elm”in  (Science)  5  sentyabr,  1997-ci  il  sayında 
Hekkelin rüşeym rəsmlərinin saxtakarlıq olduğunu açıqlayan bir məqalə dərc 
olundu.  “Hekkelin  rüşeymləri:  saxtakarlıq  yenidən  aşkar  edildi”  başlıqlı 
məqalədə belə deyilir:
Londondakı  Müqəddəs  Corc 
Xəstəxanası Tibb Məktəbindən 
təkamülçü  Maykl  Riçardson: 
“(Hekkelin 
rəsmlərinin) 
verdiyi 
təsəvvür, 
yəni 
rüşeymlərin  bir-birinə  çox 
bənzəməsi yalandır”, - deyir... 
O  və  həmkarları  Hekkelin 
çəkdiyi  növdəki  və  yaşdakı 
canlıların 
rüşeymlərini 
yenidən  təhlil  edərək  və 
fotoşəkillərini 
çəkərək 
müqayisə  etmişlər.  Riçardson 
“Anatomiya və embriologiya” 
(Anatomy  and  embryology) 
jurnalında  yazdığı  məqalədə: 
“rüşeymlər 
təəccüblü 
dərəcədə  fərqlidirlər”,  -  deyə 
qeyd edir.
Hakelin saxta rəsmləri


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə