BİTKİLƏRİN MƏNŞƏYİ
247
xloroplasta çevrilmişdir. Nəticədə, əsas hüceyrədə nüvə, Holgi cihazı,
endoplazmatik şəbəkə və ribosomlar kimi kompleks quruluşa malik orqanoidlər
təkamüllə meydana gəlmişdir.
Beləliklə, bitki hüceyrələri əmələ gəlmişdir.
Bu tezis təxəyyül məhsulu olan bir ssenaridən başqa bir şey deyil. Belə
ki, mövzu bir çox nüfuzlu elm adamı tərəfindən də tənqid edilmişdir: bu elm
adamları arasında D.Lloyd
331
, M.Qrey, U.Dulitl
332
, R.Raff və H.Mahler kimi
şəxslər var.
Endosimbioz tezisi hüceyrənin içindəki xloroplastların əsas hüceyrədəki
DNT-dən ayrı öz DNT-lərinin olmasına əsaslanır. Bu xüsusiyyətə əsaslanaraq
bir zaman mitoxondri və xloroplastların sərbəst hüceyrə olduqları irəli sürülür.
Lakin xloroplastlar hərtərəfli şəkildə tədqiq edildikdə bu iddianın əsassızlığı
üzə çıxır.
Endosimbioz tezisini əsassız edən cəhətlər bunlardır:
1) Əgər xloroplastlar iddia edildiyi kimi keçmişdə sərbəst hüceyrələr
ikən böyük hüceyrə tərəfindən udulsaydılar, bunun yeganə nəticəsi olardı:
xloroplastlar əsas hüceyrə tərəfindən həzm olunar və qida kimi istifadə
edilərdi. Çünki sözügedən əsas hüceyrənin kənardan qida əvəzinə səhvən bu
hüceyrələri qəbul etdiyini fərz etsək belə, əsas hüceyrə həzm fermentləri ilə
bu hüceyrələri həzm edərdi. Təbii ki, bəzi təkamülçülər: “Həzm fermentləri
yox olmuşdu”, - deyərək bu vəziyyətin üstündən keçə bilərlər. Amma bu açıq
ziddiyyətdir. Çünki əgər həzm fermentləri yox olubsa, bu dəfə əsas hüceyrə
qidalana bilmədiyi üçün ölməlidir.
2) Bütün namümkünlərin həyata keçdiyini və xloroplastın əcdadı
olduğu iddia edilən hüceyrələrin əsas hüceyrə tərəfindən udulduğunu fərz
edək. Bu dəfə qarşımıza başqa bir problem çıxacaq: hüceyrənin içindəki
bütün orqanoidlərin planı DNT-də şifrə şəklində mövcuddur. Əgər əsas
hüceyrə udduğu digər hüceyrələri orqanoid kimi istifadə edəcəksə, onlara
aid məlumatı da DNT-sində şifrə şəklində əvvəlcədən yerləşdirməlidir.
Hətta udulan hüceyrələrin DNT-ləri də əsas hüceyrəyə aid məlumata malik
olmalıdır. Belə bir şey isə, əlbəttə, qeyri-mümkündür, heç bir canlı özündə
olmayan bir orqanın genetik məlumatını daşımır. Əsas hüceyrənin DNT-si ilə
udulan hüceyrələrin DNT-lərinin bir-birlərinə sonradan “uyğunlaşmaları” da
mümkün deyil.
3) Hüceyrənin içində çox böyük ahəng var. Xloroplastlar aid olduqları
hüceyrədən azad şəkildə hərəkət etmirlər. Xloroplastlar zülal sintezlənməsində
əsas DNT-yə bağlı olmaları ilə birlikdə çoxalma qərarını da özləri verə
bilməzlər. Bir hüceyrədə bir xloroplast və bir mitoxondri yoxdur. Sayları
çoxdur. Eynilə digər orqanoidlərin etdiyi kimi bunların sayları hüceyrənin
fəallığına görə artır və ya azalır. Bu orqanoidlərin bazalarında ayrıca
bir DNT