M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə79/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   75   76   77   78   79   80   81   82   ...   108

İMMUNİTET, «RUDİNMENT ORQANLAR» və EMBRİOLOGİYA
241
Son  illərdə  aparılan  müşahidələr  müxtəlif  canlıların  rüşeymlərinin  Hakelin 
göstərdiyi kimi oxşar olmadıqlarını göstərir. Üstdəki məməli, sürünən və yarasa 
rüşeymləri arasındakı fərq bunun açıq nümunəsidir.
Məşhur elmi jurnal olan 
“Science” 5 sen-tyabr, 
1997-ci ildə buraxilan 
nömrəsində Hakelin 
rüşeym rəsmlərinin 
saxtakarlıq əsəri olduğunu 
açıqlyan məqalə dərc 
olundu. Məqalədə 
rüşeymlərin həqiqətdə 
bir-birlərindən cox fərqli 
olduğu bildirilir.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
242
Hekkelin  rüşeymləri  oxşar  göstərmək  üçün  bəzi  orqanları  qəsdən 
rəsmlərində göstərmədiyini və ya xəyali orqanlar əlavə etdiyini bildirən “Elm” 
(Science) jurnalı məqalənin ardında bu məlumatları verir:
Riçardson  və  qrupunun  bildirdiyinə  əsasən,  Hekkel  təkcə  orqanlar  əlavə 
etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-
birlərinə bənzər göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri 
həqiqi  ölçülərindən  on  dəfə  fərqli  göstərmişdir.  Habelə  Hekkel  fərqləri 
gizlətmək üçün növlərin adını yazmamış və bircə növü sanki bütün heyvan 
qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə 
görə, əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin rüşeymlərində 
belə  görünüş  və  inkişaf  prosesi  baxımından  çox  böyük  fərqlər  var. 
Riçardson: “Hekkelin rəsmləri biologiyadakı ən böyük saxtakarlıqlardan 
biridir”, - deyir.
“Elm”  (Science)  jurnalındakı  məqalədə  Hekkelin  bu  məsələ  ilə  bağlı 
etiraflarının  bu  əsrin  əvvəlindən  etibarən  ört-basdır  edildiyindən  və  saxta 
rəsmlərinin dərs kitablarında elmi həqiqət kimi öyrədilməyə başlanmasından 
da belə bəhs edir:
Hekkelin etirafları rəsmlərinin 1901-ci ildə “Darvin və Darvindən sonra” 
(Darwin and after Darwin) adlı kitabda nəşr olunmasından sonra itdi. Rəsmlər 
ingiliscə biologiya dərsliklərində həddindən artıq çoxaldıdı.
324
Qısaca desək, Hekkelin rəsmlərinin saxtakarlıq olduğu hələ 1901-ci ildə üzə 
çıxmış, amma bütün elm dünyası bu rəsmlərlə bir əsr boyu aldadılmışdır.


243
B
İTKİLƏRİN MƏNŞƏYİ
Y
er üzündəki canlılar elm adamları tərəfindən beş (bəzən altı) aləmə 
bölünür.  Buraya  qədər,  əsasən,  canlıların  ən  böyük  aləmi  olan 
heyvanlar aləmindən (Animalia) bəhs etdik. Canlıların mənşəyindən 
bəhs etdiyimiz əvvəlki bölmədə isə digər iki aləm olan prokariotlar 
və protistalardan olan zülalları, genetik məlumatı, hüceyrənin quruluşunu və 
bakteriyaları təhlil etdik. Bu yerdə üzərində durulmalı digər mühüm mövzu 
bitkilər aləminin (Plantae) mənşəyidir.
Heyvanların  mənşəyini  təhlil  edərkən  qarşılaşdığımız  mənzərənin 
eynisini  bitkilərin  mənşəyində  də  görürük.  Bitkilər  olduqca  kompleks 
quruluşa malikdir və bu quruluşlarının təsadüfi amillərlə meydana gəlməsi, 
bir-birlərinə  çevrilməsi  də  mümkün  deyil.  Fosil  qeydlləri  də  müxtəlif  bitki 
siniflərinin yer üzündə bir anda və özünəməxsus formaları ilə ortaya çıxdığını 
və heç bir təkamül prosesinin izinin olmadığını göstərir.
Bitki hüceyrəsinin mənşəyi
Bitkilərin  və  heyvanların  hüceyrələri  “eukariot”  kimi  tanınan  hüceyrə 
tipini  təşkil  edir.  Eukariot  hüceyrələrin  ən  əsas  xüsusiyyətləri  bir  hüceyrə 
nüvəsinə malik olmaları və genetik məlumatlarını kodlayan DNT molekulunun 
da  bu  nüvənin  içində  yerləşməsidir.  Digər  tərəfdən,  bakteriyalar  kimi  bəzi 
təkhüceyrəli canlıların isə hüceyrə nüvəsi yoxdur və DNT molekulu hüceyrənin 
içində sərbəst 
halda yerləşir. Bu ikinci tipdən olan hüceyrələrə “prokariot” hüceyrə deyilir. 
Bu  hüceyrə  quruluşu  bakteriyalar  üçün  ideal  formadır,  çünki  bakteriya 
populyasiyalarının həyatları baxımından olduqca mühüm proses olan “plazmid 
ötürülməsi”  (hüceyrədən  hüceyrəyə  DNT  ötürülməsi)  prokariot  hüceyrənin 
sərbəst DNT quruluşu sayəsində mümkün olur. 
Təkamül  nəzəriyyəsi  isə  canlıları  “ibtidaidən  aliyə”  doğru  ardıcıllığa 
düzmək  məcburiyyətində  olduğu  üçün  prokariotların  “ibtidai”  hüceyrə 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
244
olduğunu, eukariotların isə bu hüceyrələrdən təkamül yolu ilə törədiyini güman 
edir. 
Bu  iddianın  əsassızlığına  keçməzdən  əvvəl  prokariot  hüceyrələrin  heç 
də “ibtidai” olmadığını bildirməkdə fayda var. Bir bakteriyanın 2000-ə yaxın 
geni var. Hər bir gen isə 100-ə qədər hərfdən (şifrə) təşkil olunmuşdur. Bu da 
bakteriyanın DNT-sindəki məlumatın ən az 200 000 hərf uzunluğunda olması 
deməkdir.  Bu  hesablamaya  əsasən,  bir  bakteriyanın  DNT-sindəki  məlumat 
hər  biri  10  min  sözdən  ibarət  20  romana  bərabərdir.
325
  Ona  görə  də  hər  bir 
bakteriyanın DNT-sində şifrəli olan bu məlumatlardakı hər hansı bir dəyişiklik 
bakteriyanın bütün iş sistemini pozacaq qədər təhlükəlidir. Bakteriyaların gen 
şifrələrində bir çatışmazlığın olması isə iş sistemlərinin pozulması və beləliklə, 
onların ölümü deməkdir.
Təsadüfi  dəyişiklikləri  təkzib  edən  bu  həssas  quruluşdan  əlavə, 
bakteriyalar ilə eukariot hüceyrələr arasında heç bir “ara forma” olmaması da 
təkamülçü  iddianı  əsassız  edir.  Prof.  Əli  Dəmirsoy  bakteriya  hüceyrələrinin 
eukariot hüceyrələrə və bu hüceyrələrdən ibarət kompleks canlılara çevrilməsi 
ssenarisinin əsassızlığını bu sözləri ilə etiraf edir:
Təkamüldə  açıqlanması  ən  çətin  olan  mərhələlərdən  biri  də  bu  ibtidai 
canlılardan  orqanoidlərdən  ibarət  kompleks  hüceyrələrin  necə  meydana 
gəldiyini elmi cəhətdən açıqlamaqdır. Bu iki forma arasında heç bir həqiqi 
ara  keçid  forma  tapılmamışdır.  Təkhüceyrəlilər  və  çoxhüceyrəlilər  bu 
Yer üzündə həyatın 
əsasını bitkilər 
təmin edir. Bitkilər 
həm qida kimi, həm 
də atmosferdəki 
oksigeni təmin 
etmələrinə görə 
həyatın lazimi 
şərtidir.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə