22
BİRİNCİ KİTAB
Ее
e
e
Пп
пе
п
Əə
ə
ə
Rr
re
_£______
Ff
fe
Ф
Ss
se
c
Q q
Г
Sş
şe
ш
Ff
fe
Л
_______
Tt
te
т
Нһ
he
h
Uu
u
У
Xx
хе
X
Üü
ü
Y
һ
1
ы
Vv
ve
в
İi
i
и
ү У
ye
Ј ______
Jj
је
ж
Zz
ze
3
Kk
ke
к
Apas-
trof ’
>
Ҝк
ge
к
Vokalizm (saitlər): Tat dili sait səsləri haqqında fikirlər müx
təlifdir. Məs: V.S.Sokolova tat dilinin Qonaqkənd, Dəvəçi, Suraxanı
ləhcələri üçün vokalizmin tərkibini 8 fonemdən ibarət verir: i, e, a,
u, ü, ey, oy, öü. Tədqiqatçı nədənsə müstəqil ə, o, ö, ı fonemlərinin
varlığını qəbul etmir1 ki, bu da tamamilə səhvdir. Balaxanı ləhcəsin
dən danışanda isə müəllif tat vokalizmindən bəhs edərkən onu iki
qrupa bölür ki, bununla onların sayının müxtəlif olduğunu qeyd
edir. Bununla belə o, kiçik yaşlı nəsil üçün fonemlərin sayının 8
olduğunu qəbul edir və aşağıdakı fonemləri qeyd edir: i, e, a, u, ü, o,
e, ey. Buradaca müəllif mötərizədə qeyd edir ki, bu ləhcədə təsadüf
olunan ou və öü fonemləri monoftonqlaşıblar. Müəllif bunu tat vo-
kalizminin Azərbaycan dili sistemi məxrəcinə uyğunlaşması kimi
izah edir.2 M üəllif tədqiq etdiyi tat ləhcələri fonetikasmdakı fərqləri
doğru olaraq bununla izah edir ki, bu dilin daşıyıcılarının müxtəlif
nəsillərinin tələffüz normalarında sabitlik, ya məhdudiyyət yoxdur
və nəsillərin tələffüz şkalası - göstəricisi də müxtəlifdir. Bu da tat
1 В.С.Соколова. Очерки по фонетике иранских языков. М.Л., 1953. с. 134.
2 Yenə orada.
AZƏRBAYCAN TATLARININ DİLİ
23
dilinin müxtəlif ləhcə və şivələrini birləşdirən vahid ədəbi dilin
mövcud olması ilə izah oluna bilər.
Bizim tədqiqatımıza görə, isə tat dili vokalizminin əsasını 13
səs (diftonqlarla bərabər) təşkil edir. Bunların 9-u təksəsli-monof-
tonq, 4-ü isə cütsəsli-diftonqdur.
Bunlar da öz növbəsində tələffüz zamanı dodaqların vəziyyə
tinə görə iki yerə bölünürlər:
I. a) Dodaqlanmayan saitlər: a, ə, i, e, ı
b) Dodaqlanmayan diftonqlar: ey, аг
II. a) Dodaqlanan saitlər: o, u, ü, ö
b) Dodaqlanan diftonqlar: öü, ou
I. İ fonemi. Bu fonem tat dilində sözdə işləndiyi yerdən asılı
olmayaraq, əsasən qısa tələffüz olunur. Tat dilinin bu fonemi Azər
baycan-türk dilindəki vurğu qəbul etməyən “i” foneminə müvafiqdir.
Qeyd etməliyik ki, tat dilindəki bu fonem əsla fars dilindəki
“i” deyildir. Müasir fars dilində həmişə uzun tələffüz olunan bu səs
tat dilinin bütün ləhcələrində əsasən qısa tələffüz olunsa da, bəzi
ləhcələrdə ancaq sözün axırında uzun tələffüz edilməsinə də təsadüf
olunmuşdur. Məsələn, tat dilinin Şamaxı ləhcəsində Məlhəm tatları
nın dilində “i” fonemi çox vaxt sözlərin sonunda uzun tələffüz olu
nur. Lakin bu oxşarlığın bir fərqi var ki, bu fonem Məlhəm tatları
nın dilində fars dilindən fərqli olaraq daha uzun tələffüz olunur. Mə
sələn: Əvordİ - gətirdin, amarl - gəldin. Bu istər sual, istərsə də
nəqli cümlə üçün eyni şəkildə xarakterikdir. Bu fonemin uzun
tələffüz formasına tat dilinin Qonaqkənd ləhcəsində Cimi və Ördüc
tatlarının dilində də təsadüf edilmişdir. Buna xüsusilə sözlərin so
nunda gələn sözlərdə rast gəlinir. Güftiri (Ördüc) - dedin?, vəgüfti
(Cimi) - götürdün? və s. Tat dilinin qalan bütün ləhcə və şivələrində
“i” fonemi qısadır. Məsələn, birar - qardaş, piyər - ata, dir-gec, zir-
alt, xir-çəltik əkini, sir - I. tox, 2. sarımsaq; amarim - gəldik, dirim
- gördük, zərim - vurduq, xari - yer və s.
24
BİRİNCİ KİTAB
V.S.Sokolova “i” fonemindən bəhs edərkən doğru olaraq qeyd
edir ki, tat dilinin bəzi ləhcələrində (müəllif buna məsələn, Qonaq-
kənd ləhcəsini misal gətirir) bu fonem müəyyən samitlərdən sonra
(məsələn: x, r samitlərindən sonra) bir növ Azərbaycan dilindəki “ı”
foneminin məxrəcinə yaxınlaşır və bəzən hətta tamamilə onun təsiri
altına düşür və tat dilindəki sərbəst fonemlik xüsusiyyətini tamamilə
itirir. V.S.Sokolova buna aid “Xişk” (quru), “xiram” (satın almı
şam), “riş” (saqqal) sözlərini misal gətirir.1 Doğrudan da, tat dilinin
bu fonemi həmin sözlərdə (bəzi şivələrdə) bəzən, Azərbaycan dilinə
məxsus olan “ı” foneminə çevrilərək tamamilə aydın şəkildə yuxarı
da göstərilmiş eyni mənalarda “xışk”, “xıram”, “rış” kimi də tələf
füz olunur. V.S.Sokolovanın göstərdiyi kimi, Qonaqkəndin bəzi tat
dili şivələri üçün i > ı hadisəsi xarakterik olsa da, həmin ləhcənin
Gümür-Dəhnə şivəsi üçün bu sözlərdə məhz Azərbaycan dilinə
məxsus olan “ı”-laşma xarakterikdir. Yəni bu şivədə həmin sözlər
bir çox tat dili ləhcə və şivələrində olduğu kimi “i” ilə deyil, ancaq
“ı” ilə tələffüz olunur: xışk, xıram, nş. Beləliklə, V.S.Sokolovanın
misal gətirdiyi bu sözlərdə tat dilinin həmin şivəsində “i” foneminə
qətiyyən təsadüf olunmur. Yalnız sonuncu sözdə Azərbaycan dilinə
məxsus olan “ı” fonemi əvəzində yenə də Azərbaycan dilinə məxsus
olan “ü” foneminə rast gəlinir: yəni xüşk (qum) kimi. Bu sözdə “i”
fonemi heç vaxt iştirak etmir.
V.S.Sokolova “i” fonemindən bəhs edərkən tamamilə düzgün
olaraq göstərir ki, həm Abşeron, həm Dəvəçi, həm də Qonaqkənd
tatlarının dili üçün ümumi fonetik hadisə budur ki, bəzən, bu fonem
vurğu qəbul etməyən hecalarda qısalır.2 Doğrudan da, bu ləhcələrdə
“i” fonemi vıuğusuz hecalarda olduqca qısalır və hətta eşidilməz
olur, tələffüz prosesində itir. Bunu həmin ləhcələrdəki “virixtən” -
qaçmaq, “dirən” - görmək, “fırmundən” - aldatmaq, “fmnarən” -
düşmək (atdan, maşından) və s.sözlərdə müşahidə etmək olur. Bu
sözlərin ilk hecalarında “i” fonemi ya yarımçıq deyilir (yanmsəslə-
şiı), ya da tamamilə itir, “vıixtən” , “drən”, “frmundən”, “frmarən”
1 В.С.Соколова. Очерки по фонетике иранских языков. M. Л., 1953. səh. 124.
2 V.S.Sokolova. Göstərilən əsəri. Həmin səhifə.
AZƏRBAYCAN TATLARININ DİLİ
25
kimi tələffüz olunurlar. Tat dilindəki bu fonetik hadisə bir sıra İran
dilləri üçün xarakterik deyildir. Məsələn, fars dilinin Tehran dialek-
tində “i” fonemi heç vaxt qısa deyilmir və vurğusuz hecalardan düş
m ür.1 Lakin bəzi tədqiqatçıların göstərdiyi kimi,2 tat dilində elə söz
lərə təsadüf olunur ki, həmin sözlərdə “i” foneminin ixtisan Abşe
ron və Dəvəçi tatlannm dilində müşahidə olunsa da, Qonaqkənd və
Şamaxı tatlarının dilinə xas deyildir. Məsələn, V.S.Sokolovanın da
(Abşeron və Dəvəçi tatlannm dilinə dair) misal gətirdiyi kimi, “di
ki” - gördü ki, “imruz” - bu gün sözlərində “i” fonemi Qonaqkənd
və Şamaxı tatlannm dilində heç vaxt qısa deyil, tam həcmdə tələf
füz olunur.
“İ” foneminin işlənməsinə dair misallar: bi - heyva, id - bay
ram, dir - gec, zir - alt, tir - paya, sir - 1. tox, 2.sanmsaq, pir -
ocaq, müqəddəs yer.
II. “A” fonemi. Bu fonem tat dilində eynilə Azərbaycan, rus
və sair kimi müvafiq dillərdəki “a” saitinə uyğundur. O qısa olduğu
kimi, uzun da tələffüz olunur və vurğu qəbul edir. Məsələn: “pirar”
- keçən il, “birar” - qardaş, “ma” - ay, “may” - ana, “xuvar” - ba
cı, “sal” - il, “afta” - günəş, “nar” - nar, “amburun” - armud, “xal”
- xal, “xalə” - xala, “dayi” - dayı, “guval” - çuval, “ard” - un və s.
kimi sözlərdə işlənən “a” fonemi ilə eyniyyət təşkil edir. Bu fo-
nemin heç bir məxrəci olmadığı və xalis açıq “a” (Azərbaycan dilin
dəki kimi) fonemi kimi məna daşıdığı tamamilə göz qabağındadır.3
Lakin bu sözlərdən aydın görünən “a” fonemini V.S.Sokolova məhz
“a” fonemi kimi deyil, bu fonemə yaxın məxrəcli səs hesab etmiş,
onu a° işarəsi ilə vermişdir.4 Elə buna görə də tədqiqatçı bu fonemin
variantsız müşahidə olunduğu “may” - ana, “pay” - ayaq, “səta” -
üç, “za” - vurdu və sair kimi sözləri bu işarə ilə yazaraq açıq
fonemi məxrəcə salmış, variantlaşdırmışdır.5
1 Л.С.Пейсиков. Тегеранский диалект. M., 1960, с. 14
2 В.С.Соколова. Göstərilən əsəri. Səh. 125.
3 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı, 1971, c.36.
4 V.S.Sokolova. Göstərilən əsəri. Səh. 125
5 Yenə orada, həmin səhifə.
Dostları ilə paylaş: |