30
BİRİNCİ KİTAB
min mənada: təb), şöü - gecə (fars dilində:şəb), “löü” - dodaq (fars
dilində: ləb)1, döü-div (fars dilində: dev), nöüş - yaz (yazmaq məs-
dərinin kökü; fars dilində həmin mənada olan “neveştən” məsdərin-
dən) və s.
Göründüyü kimi, fars dilindəki “be”, “vav” köklü bəzi sözlər
də həmin səslər tat dilində “öu” diftonquna çevrilir.
V.S.Sokolova öz əsərində “öü” diftonquna misal olaraq “cöü”
- arpa sözünü də misal gətirir. Görünür, müəllif bunu fars dilində
bu sözün ekvivalenti olan “cou” sözünün (həmin mənada) səsləş-
məsi təsiri altında qəbul etmişdir2. Bu səhvi sonralar tat dilinin baş
qa tədqiqatçısı A.Qryunberq də təkrar etmiş, tat dilinin fonetikasın-
dan bəhs edərkən “öü” diftonqunun tat dilinin bütün ləhcələri üçün,
demək olar ki, xarakterik olduğunu qeyd etmişdir.3 Biz hələ vaxtilə
göstərmişik ki, bu cəhət tat dilinin bütün ləhcələri üçün xarakterik
deyil. Buna misal olaraq tat dilinin Qonaqkənd ləhcəsini misal gətir
miş və göstərmişdik ki, arpa mənasını bildirən “cü” sözündə Qonaq
kənd tatlarının dilində diftonqlaşma - “öü”-ləşmə yoxdur.4 Bu söz
də diftonqlaşma hissəsinə Quba ləhcəsində də təsadüf olunmamış
dır.5 Məsələn, Abşeron tatlarının ləhcəsi üçün bu sözdə diftonqlaş
ma xarakterik olsa da, yuxanda göstərdiyimiz ləhcələrdə bu söz sa
dəcə olaraq “cü” (arpa) kimi diftonqsuz deyilir. “Öü” diftonqunun
işlənməsinə dair misallar: öür - bulud, öünə - növbə, nahar; öüşə -
meşə, xöünə - xalça, öüsinə6- nağıl, öürəz - övrəz, löü - dodaq, bə-
nöüşə - bənövşə, döü - div (fars dilində dev), nöüş - yaz (yazmaq
məsdərinin kökü; fars dilində həmin mənada olan “neveştən” məs-
dərindən) və s.
1 Türkmən dilindəki “dodaq” mənasında işlənən “lau” sözü ilə müqayisə et.
Göründüyü kimi, buradada İran mənşəli “ləb” sözü sonluğu dəyişərək türkmən
dilinə məxsus “au” diftonquna çevrilir və biz burada “au” diftonqu ilə üzləşirik.
2 V.S.Sokolova. Göstərilən əsəri, s. 129.
3 А.Грюнберг. Язык Североазербайджанских татов. М.-Л. 1963, с.7
4 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı, 1971, səh.39
5 T.Əhmədov. Tat dilinin Quba ləhcəsi. Namizədlik diss., c. 127.
6 Bu söz bəzən diftonqsuz yazılır. Bax: Düta birar. Ösinəhay tat/tat nağılları,
Bakı: Azəməşr, 1993.
AZƏRBAYCAN TATLARININ DİLİ
31
Misallardan göründüyü kimi, Azərbaycan dilindəki “v” samiti
(gülövşə, bənövşə, dev sözlərində) tat dilində saitləşir, sözdə ü-yə
çevrilərək “ö” ilə birlikdə diftonq yaradır.
VII. “O” və “ə” saitləri. Bunların hər ikisi İran
dilləri üçün, ta
mamilə, xarakterikdir və tat dili fonetikasında da öz əksini tapmışdır.
V.S.Sokolova “o” saitini “ou” foneminin variantı hesab edir
və buna misal Balaxanı ləhcəsindəki “su” mənasında olan “o” və
onun variantı “ou”-nu göstərir.1 Buna xou - yuxu, do, dou - yüyür
(əmr forması) sözlərini də əlavə etmək olar. Məsələn, “korə” - gö
yərti, “osar” - yüyən, “səg” - it, “həlo” - palaz, “vəro”- kükürdlü
su (müalicəvi, isti su), “orə” - avara, “əs” - at, “əng,” - arı, “dədə”
və ya “piyər” - ata, “xinə” - xına və s.
“Ə”-nin “e”-yə çevrilməsi tat dilinin bəzi şivələrində geniş
təsadüf olunur. Məs: Qonaqkənd ləhcəsinin Xaltan-Xaşı şivəsində
səg - seg (it), alət - alet (paltar), təmiz - temiz (təmiz), bəzək -
bezek (bəzəy), xürək - xüıek (xörək), bilək - bilek - (biləy), gəznə
- gezne (gicitkən), gəştən - geşten (gəzmək), yədəmgə - yedəmge
(bayaq, bir az qabaq), bəçirən - beçirən (yığır, toplayır), gəmi -
gemi (gəmi) və s. Bəzən o > a-ya çevrilir: Boftən - baftən (toxu
maq). Bəzi şivələrdə o > ə-yə çevrilir: tonur - tənur (təndir). “O”-
nun ü-yə çevrilməsi də müşahidə olunur. Poşt - püşt (arxa, dal).
“Ə”-nin “ö”-yə çevrilməsi də istisna deyildir: zəlü - zölü (zəli).
“A”-da bəzi şivələrdə ə-yə çevrilir: Maragoy (xaşı şivəsi) -
mərəgoy (inək), pirzan (xaşı şivəsi) - pirzən (qan). “0 ”-nun “a”-ya
çevrilməsinə də bəzən rast gəlinir: Xolə - xalə (xala), xoykəıg -
xaykərg (yumurta), xok - xak (torpaq) və s.
VIII. “Ö” və “I” saitləri. Bunlar İran dilləri üçün xarakterik
fonemlər deyillər və Azərbaycan dilindən tat dilinə keçmişlər. Tat
dilindəki “ö” saitinə Azərbaycan dilinə məxsus aşağıdakı misallar
da mühüm sübut ola bilər: xörək, körüg, böyrək, ördək, görkəm və
s. Göründüyü kimi, leksik alınmalarla bərabər, Azərbaycan dilinin
xarakterik “ö” fonemi də bu dilə keçərək fonetik dəyişikliyə uğra
madan eynilə işlənir, özünün türk mənsubiyyətini, türklük soyunu
1 В.С.Соколова. Очерки по фонетике Иранских языков. М. - Л., 1953, с. 130