18
BİRİNCİ KİTAB
da həm İber-Qafqaz tayfa və xalqlarının, həm də İran dilli tayfa və
xalqların, xüsusən bunlardan Azərbaycan ərazisində yaşayanlann
tarixini, mədəniyyət və dilini tədqiq etmək lazımdır.
Tat dilini, bu dilin müxtəlif şivə və ləhcələrini, onların leksika
və qrammatikasını bitkin və tam şəkildə öyrənmək müasir Azərbay
canşünaslıq qarşısında duran mühüm məsələlərdən biridir.
Tat dili ləhcələri aralarındakı müxtəlifliyə görə üç böyük qru
pa bölünür:1
1. Tat dilinin Şimal ləhcələri: buraya Quba, Dəvəçi, Qonaq-
kənd və Qızıl Qazma ləhcələri (Xızı rayonu);
2. Tat dilinin Mərkəzi: Ərüsküş-Daqquşçu, yaxud Xızı ləhcəsi
(Xızı rayonu);
3. Tat dilinin Cənub ləhcələri: buraya da, əsasən, Abşeron,
Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı) ləhcələri daxildir.
Əsərdə istifadə olunmuş Abşeron, Xızı, Quba rayonunun Qo-
naqkənd, Şamaxının Məlhəm tatları və Mədrəsə sakinlərinin2 dil
materialları, müxtəlif İran dilləri, həmçinin Azərbaycan dili faktlan
ilə müqayisədə verilir, tat dilinin bu ləhcələri ilə müxtəlif İran dilləri
və ləhcələri arasında olan eynilik və fərqlər izah olunur. Aydındır
ki, bu ləhcələrdə olan bütün fonetik, qrammatik, leksik formaların
hamısmı bu əsərdə vermək çox çətindir. Bu ləhcələrdə olan bütün
dil hadisələrini təfərrüatı ilə vermək əsərin həcminin son dərəcə bö
yüməsinə səbəb olardı. Ona görə də, təbiidir ki, tat dilinin həmin
ləhcələrində olan bəzi tədqiqat üçün prinsipial əhəmiyyəti olmayan
fonetik, qrammatik, leksik formalar bu əsərdə öz əksini tapmamışdır.
Azərbaycan dilinin tat dilinə olan güclü fonetik və leksik təsi
rini nəzərə alaraq, bu ləhcələıdəki misal və mətnləri düzgün əks et
dirmək üçün (“ü”, “ə”, “ı”, “ö”, “h” və s. səsləri dəqiq verə bilmək
1 А.Л.Грюберг. Язык Сенероазербайвжанских татов. Л., 1963, səh.6; M.İ.Ha-
cıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı, 1971, səh. 5. M.İ.Hacıyev. Müqəddi
mə əvəzinə bir neçə söz. “Vasal” (“Bahar”). Tat şairlərinin antalogiyası. Bakı,
1994, c.6 (Tat dilində).
2 Qondarma Qarabağ probleminə qədər bu kənddə yaşamış və dağ cuhudları kimi
tat dilini qəbul edərək bu dildə danışan keçmiş grigoryan məzhəbli əhali nəzərdə
tutulur.
AZƏRBAYCAN TATLARININ DİLİ
19
üçün) bəzi zəruri işarələrlə birlikdə Azərbaycan (kiril) əlifbasını qə
bul etdik. Azərbaycan əlifbasından başqa, aşağıdakı əlavə lıərf və
işarələri də qəbul etməyi lazım bildik:
h - boğaz “h” səsini vermək üçün.
ae - “ə”, “e” səslərinin birləşməsindən əmələ gələn diftonq.
n - Səsin diftonq olduğunu göstərir.
— uzunluq işarəsi.
’ - apostrof işarəsi, hər yerdə ərəb dilindəki ayn boğaz səsini
əvəz edir.
' -- vurğu.
20
BİRİNCİ KİTAB
TAT DİLİNİN FONETİKASI
Azərbaycan tatlarının dilinin fonetikası eksperimental-labora-
toriya üsulu ilə demək olar ki, tədqiq olunmamışdır. Tat dilinə dair
tədqiqlərdən də (V.F.Miller, B.V.Miller, V.S.Sokolova, A.L.Qrün-
berq və başqalarının bu sahədəki axtarışlanndan) tat dili foneti-
kasımn bəzi mühüm məsələləri, məsələn, bu dilin vokalizminin
sistemi tam aydınlaşmır. Bu tədqiqatçıların hamısı tat dili saitlərinin
sabit olmadığını dönə-dönə qeyd etmişlər. V.F.Miller öz tədqiqat
larında tat dili fonetikası üzərində geniş dayansa da, əsasən, özünün
“tuta bildiyi”, aydın eşitdiyi səsləri verir, fonemləri isə tam dolğun-
luğu ilə qeydə ala bilmir.* B.V.Miller tat vokalizmi üçün qəbul et
diyi transkripsiya ilə bu dilin tam fonoloji mənzərəsini yarada bil
məmişdir. Müəllif özü də bu barədə açıq yazır və göstərir ki, tat di
lində və onun müxtəlif ləhcələrində hansı səslərin tam fonem oldu
ğunu, hansılarının isə fonem variantı ola biləcəyini demək çətindir,
bu da tat dili vokalizminin qeyri-sabitliyi ilə izah olunur.2
Bu dilin konsonantizmi haqqında nisbətən nikbin danışmaq
olar. Belə ki, bu dilin tədqiqatçılarının tat dili konsonantizmi haq
qındakı məlumatları dilin fonetik vəziyyətini nisbətən yaxşı əhatə
edir və dilin mövcud, faktik vəziyyətinə uyğundur. Lakin bununla
bərabər bu sahədə də ciddi söz deməyə böyük ehtiyac vardır. Arxa
dil, ön dil, damaq, boğaz, emfatik samitlər və sair kimi mühüm
fonetik problemlər tat dili konsonantizminin də qarşısında duran və
ciddi linqvistik laboratoriya tədqiqatı tələb edən məsələlərdir.
Burada isə biz, əsasən, bu dilin əsas fonetik tərkibini təyin etməyi,
həmçinin bu dilin əsas fonetikasının mühüm xarakterik cəhətlərini
qeyd etməyi qarşımıza məqsəd qoymuşuq. Bir mühüm məsələni
' Всев. Миллер. Татские етюды. ч.П, Опыт грамматики Татского языка. Тр.
Лазаревского инст. Воет. Яз., вып. XXVI, М., 1907, с. 12.
2 Б.В.Миллер. Таты, их расселение и говоры, с. 2, əlavə.
AZƏRBAYCAN TATLARININ DİLİ
21
nəzərə almaq olduqca zəruridir ki, tat dilinin müxtəlif ləhcə və
şivələri əsasən məhz fonetik fərqlərlə bir-birindən ayrılır.
Fonetik tədqiqatı çətinləşdirən məsələlərdən biri də son illərdə
tatların dilinin Azərbaycan türklərinin dilinin təsir ilə sürətli assi
milyasiyaya uğraması meylidir. Azərbaycan-türk dilinin tat dilinə
güclü təsiri əsasən sənaye rayonlannda(Abşeron, Xaçmaz, Şamaxı
və s.) daha intensivdir. Hətta kəndlərdə də yaşlı nəsillə cavan tatla
rın dili arasında ciddi fərqlər yalanmaqdadır. Belə fərqlərə mədəni,
ədəbi mühitlə bağlı olan müxtəlif peşə sahibləri arasında da qabanq
şəkildə rast gəkmək olur. Belə ki, mədəniyyət, ya maarif sahəsində
çalışan tat cavanının nitqi ilə kənd təsərrüfatı, ya heyvandarlıqla
məşğul olan peşə sahiblərinin nitqi arasında tutarlı fərqlər yaranır.
Bu halda birincilərin dilinə Azərbaycan-tiirk dilinin təsiri ikinci
qrup nümayəndələrinə nisbətən daha güclü hiss olunur. Azəıbay-
can-türk dilinin tat dilinə güclü təsirindən danışarkən hələ 1950-ci
illərdə Bakının yaxınlığında yerləşən Balaxanı sənaye rayonu tat
əhalisinin dili tədqiqatçıların diqqətini cəlb etmişdir.1 Bu sətrlərin
müəllifi hələ vaxtilə doğru olaraq qeyd etmişdi ki, tat dilində Azər
baycan dilinin təsiri ilə “türk dilləıindəki ahəng qanununa müvafiq
olan saitlərin assimilyasiyasına meyl nəzərə çarpır”.2
Belə təsir müxtəlif tat dili ləhcələrində müxtəlif dərəcədədir.
Tat dilində 33 səs (apostrofla) vardır. Bu səslərin hərflərlə ifadəsi
aşağıdakı cədvəldə verilir.
Tat dili üçün qəbul edilmiş şərti əlifba:
Hərf
Adı
Kiril
Hərf
Adi
Kiril
Аа
a
a
LI
el
л
Bb
be
б
Mm
em
M
Сс
се
ҹ
Nn
en
H
Ç ç
çe
ч
Oo
0
о
Dd
de
д
Öö
ö
Ю
1 В.С.Соколова. Очерки по фонетике иранских языков. Изд. АН СССР, М.Л.,
1953, с. 123. Bundan sonra: В.С.Соколова Очерки...
2 M.İ.Hacıyev. Tat dili. АСЕ. с. 9, Bakı, 1986.
Dostları ilə paylaş: |