234
BİRİNCİ KİTAB
Quba, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı rayonlarında) əvvəl
cavanlar öz doğma dillərini unudurlar. Sonra tədricən yaşlı nəsil
Azərbaycan dilinin tam təsiri altına düşür. Tatların bugünkü yaşlı
nəslinin dilinə Azərbaycan dilinin təsirinin vüsətini düzgün təsəvvür
etmək üçün aşağıdakı nümunələr kifayət edər. Bu ifadə və cümlələr
Dəvəçi, Xızı və İsmayıllıda 1992-ci ilin yayında bəzi yaşlı tatların
danışığında qeydə alınmışdır. Bu tat respondentlərinin sərbəst danı
şıq tərzi burada eynilə qorunub saxlanmışdır.
Tatca: “Beş illik Ermənistan-Azərbaycan müharibəsi sübut
saxt ki, qədim və şöhrətlü Azərbaycan xalqi yenilməz xalqü”. Azər
baycanca: Beş illik Ermənistan-Azərbaycan müharibəsi sübut etdi ki,
qədim və şöhrətli Azərbaycan xalqı yenilməz xalqdır”. Göründüyü
kimi, burada təkcə köməkçi fel (saxt-etdi) və bir-iki fel sonluğu tat-
cadır. Qalan sözlər eynilə həm forma, həm də məzmunca Azərbay-
cancadır. Yaxud: maymə dedi ki, get burglərini qırx, xəst mu gətir
sin - Anam dedi ki, get qaşlarını qırx, qalın tük gətirsin. Buradakı
fellərin hamısı Azərbaycan dili felləridir. Belə təsirin başqa nümu
nəsini aşağıdakı cümlələrdən də görmək olar. Onlarda ancaq kö
məkçi fel və ya şəkilçi tat dilinə məxsusdur, qalan söz və tərkiblər
Azərbaycancadır. Azərbaycan dilindən, eynilə, tat dilinə keçmişdir
ki, bu da tat dilində Azərbaycan dilinin yeni ləhcəsinin yarandığını
deməyə imkan verir. Məsələn: “Azərbaycan Milli qəhrəmanı maşın
qayırma zavodiye baş direktorürü” - Azərbaycan Milli qəhrəmanı
maşınqayırma zavodunun baş direktorudur; “Azərbaycana Əməkdar
müəllimii, vətən müharibəsi iştirakçisi Allahverən müəllim axşam
orta məktəbiyə baş məsləhətçiyürü” - Azərbaycanın əməkdar müəl
limi, vətən müharibəsi iştirakçısı Allahverən müəllim axşam orta
məktəbinin baş məsləhətçisidir; “Evə tapşırıq: Səməd Vurğun.
“Ceyran” şeiri. Əzbərləmiş saxtən” - evə tapşırıq: Səməd Vurğun.
“Ceyran” şeiri. Əzbərləmək; “Ölməz Azərbaycan şairi M.Ə.Sabir
hələ iyirminci əsrə bə əvvəlləriyü yazmiş saxte: “Dindirir əsr bizi,
dinməyiriz, atılan toplara diksinməyiriz” - Ölməz Azərbaycan şairi
M.Ə.Sabir hələ XX əsrin əvvəllərində yazmışdı: “Dindirir əsr bizi
dinməyiriz, atılan toplara diksinməyiriz”; “Çəpgözə qaçaq Yədulla
AZƏRBAYCAN TATLARININ DİLİ
235
bə Baku tələbə yataqxanasiyə böyük tərbiyəçiyürü” - Çəpgöz qaçaq
Yədulla Bakıda tələbə yataqxanasının böyük tərbiyəçisidir; “Çoxu-
şaqlı qəhrəman ana Minayə xala manqa başçimunu” - çox uşaqlı
qəhrəman ana Minayə xala manqabaşçımızdır və s. Tat dilində bu
cür Azərbaycan alınmalarının sayı olduqca çoxdur və bu təsir get
dikcə daha da artır.
Azərbaycan ərazisində azsaylı xalqın dili olan yazısız dil kimi
mədəni perspektivi olmayan tat dilinin ədəbi, mədəni, siyasi və icti
mai əhatə dairəsi daha geniş, zəngin inkişaf perspektivlərinə daha
çox malik olan Azərbaycan dili ilə tədricən əvəz olunması azsaylı
tat xalqının daha çox saylı türk dilli Azərbaycan xalqı ilə qaynayıb
qarışmasına səbəb olur. Belə dil etnik konsolidasiya prosesi müsbət
hadisə kimi qiymətləndirilməlidir. Lakin bu təbii, mütərəqqi qovuş
ma və ya qarışmanı qəsdən sürətləndirmə cəhdləri nöqsanlıdır. Belə
mənfi hallar milli siyasətimizə ancaq zərər vura bilər, düşmənləri
mizə xidmət edər.
Azərbaycan dili əhatəsində tat dili təbii zənginləşmə və tək
milləşmə prosesi keçirir ki, bu da dilin mütərəqqi və normal assi
milyasiya prosesinin təzahürüdür. Vahid xalqımızın mədəni-iqtisadi
və siyasi-ictimai inkişafının ayrılmazlığı mühitində bu ərazidəki dil
lərin qarşılıqlı əlaqələrini elmi dəlillərlə təqdir və təsdiq etmək üçün,
xüsusilə, bugünkü gərgin siyasi vəziyyətdə olduqca mühüm əhə
miyyət kəsb edir. Bu dillərin təbii ömrünün yaşamasını təmin etmək
üçün həmin dillərin fonetika, qrammatika və leksikasının müxtəlif
məsələlərini öyrənmək olduqca vacibdir. Belə tədqiqatlar öz əhə
miyyətinə görə xalqların müasir həyatının reallığı olan demokratik
bəşəri tələblərinin mühüm atributlarının ayrılmaz tərkib hissələrin
dəndir.
Azərbaycan dilçiliyi tarixində geniş və toplu şəkildə tat dilinin
tədqiqinə və onun Azərbaycan dili ilə əlaqələrinə həsr olunmuş bu
kitab, heç şübhəsiz, maraqla qarşılanacaqdır.
Respublikamızın bütün xalqlarını birləşdirən və onları bir-biri
ilə qırılmaz tellərlə bağlayan qədim, zəngin (elə buna görə də bütün
türkdilli xalqlar üçün də ortaq dil ola biləcək), ədəbi və rəsmi dövlət
236
BİRİNCİ KİTAB
dili olan Azərbaycan dilinin tat dilinə, onun müxtəlif ləhcə və şi
vələrinə müsbət təsiri və bu zorakılıqdan uzaq təbii inkişaf yolu ilə
də Azərbaycanın müxtəlif azsaylı xalqlarından biri olan tatların dili
nin zənginləşməsi məsələlərinin müxtəlif cəhətlərinin geniş və hər
tərəfli tədqiqə ehtiyac vardır və bu sahədə tədqiqatlar, heç şübhəsiz,
gələcəkdə də davam etdiriləcəkdir.
*
* и=
AZƏRBAYCAN TATLARININ DİLİ
237
MÜƏLLİFİN AZƏRBAYCAN TATLARININ DİLİNƏ DAİR
ÇAP ETDİRDİYİ MONOQRAFİYA, KİTABLAR
VƏ MƏQALƏLƏR
1. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, həcmi 9 ç.v.
(Azərbaycan dilində).
2. “Düta birar” (“iki qardaş”). Toplayanı və tərtib edəni
M.Hacıyev. Bakı, 1993, həcmi 5 ç.v. (tat dilində).
3. “Vasal” (“Bahar”). Tat şairlərinin antologiyası. Müqəddimə
müəllifi (0,5 ç.v.), toplayanı və tərtib edəni M.Hacıyev. Bakı, 1994,
Həcmi 5 ç.v. (tat dilində).
4. Bə aftayaz bə yə cigə (“Günəşlə birgə”). Azərbaycan şairlə
rinin tat dilində şeirləri. Həcmi 7 ç.v. Müqəddimə (həcmi 0,5 ç.v.)
və tərcümə M.Hacıyevindir. Bakı, Azəməşr, 1997 (tat dilində)1.
5. Azərbaycan tatlarının dili. Bakı, 1995 (Həmin əsər bu
kitabda verilir).
6. Dəstürə tin, birar (“Əlini ver, qardaş”). Şeirlər və poema.
Bakı: Mütərcim, 2006 (tat dilində).
Jurnal məqalələri
1. İran dilləri və ləhcələri. Azərb. SSR EA “Xəbərləri” (İcti
mai elmlər seriyası), №3, 1962 (Azərb. dilində).
2. Tat dilinin öyrənilməsi tarixindən. Azərb. SSR EA “Xəbər
ləri” (İctimai elmlər seriyası), № 4, 1962 (Azərb. dilində).
3. S.Ə.Kəsrəvinin azəri dili materiallarının təhlilinə dair (tat
dili materialları əsasında). Azərb. SSR EA “Xəbərləri” (ictimai elm
lər seriyası). № 6, 1965 (Azərb. dilində).
4. O влияние русского языка на татский. «Материалы V
Всесоюзной конференции по Иранской филологии». Душанбе,
1966. (Tezislər, rus dilində).
' Biblioqrafik məlumata çap olunduğu (1995) illərdən sonrakı bəzi materiallar da
daxil edilmişdir.
Dostları ilə paylaş: |