464
İKİNCİ KİTAB
dənin bu ölü hissələrinin atıldığı yerlər ziyankar iblislərin toplandıqlan
yer olar, ətrafa — insanlara, heyvanlara, otlara bə suya ziyan yetirə bilərlər.202
İslam dinində qəbirlərə və qəbiristanlığa böyük ehtiram olun
duğu halda (dinin müxtəlif şəxsiyyətlərinin basdırıldığı yerdir, ora
da din şəhidlərinin, şeyxlər və onların müridlərinin və s. basdırıldığı
qəbirlər müqəddəs sayılır, onlara sitayiş etmək hər bir müsəlman
üçün qanun hesab olunur və s.) tatlar qəbirlərin yanından keçməyə
qorxur, orada çox dayanmır, gecə isə qəbiristanlığın yaxınlığından
belə keçib-getməyə az cəsarət edirlər. Burada rəsmi islam qanunları
və tələbləri ilə açıq bir uyğunsuzluq yoxdurmu? Zərdüşt dini qayda
larını nəzərdən keçirdikdə bu şübhələrə yer qalmır və tatların əqidə
sində bunun köksalma səbəbləri aydın olur. Avestanın göstərdiyinə
görə insanların düşməni olan və Ahurammazdaya qarşı Əhrimənə
kömək edən devlərin və qəzəbli, kinli iblislərin mühüm məskənlə
rindən biri də ölülərin basdırıldığı yerlərdir. Bu barədə açıq-aşkar
Vendidad xəbərdarlıq qedir: “ölülər basdırılmış yerlərdə devlər var,
orada devlərin tərəfdarlan var, orada devlərin yoldaşları var, orada
devlər yığışırar” .203 Bu yerlər devlərin “iqamətgahıdır”204 Avesta
davam edərək bu barədə insanlara daha ciddi xəbərdarlıq edir: “ ...
bu yerlərdə (ölülərin basdırıldığı yerlərdə - M.H.) - ölülərin yerində
vəba, qızdırma kimi xəstəliklər əmələ gəlir və insanları məhv
edir”.205 İslam dininin son dərəcə ehtiram etdiyi qəbirlərə tatların
mənfi münasibətinin mənbəyi də Zərdüşt təlimidir. Yaxın adamı öl
müş şəxsin geyindiyi matəm əlaməti olan qara paltarı da məhz qara
ruhların, şər qüvvələrin ətrafdakılara sirayət etməməsi, onlara yayıl-
maması üçün bir izolyasiyaedici, ayırıcı vasitə hesab etmək olar.
L.Y.Ştemberq qara matəm paltanndan bəhs edərkən belə fikir
irəli sürür ki, bu qara rəngli paltar ətrafdakı adamları natəmiz və
müqəddəs olmayan ruhlardan bir növ ayınr, həmin ruhların ətrafa
yayılmasının qarşısını alır.206
Yuxarıdakı bəzi faktlardan göründüyü kimi tatlann həyat,
ölüm, ruh, axirət dünyası, yaxşılıq və pislik məfhumları haqqındakı
əqidələri, həmin məsələlər barəsində bu etnik qrupun şüurunda kök
salmış inamla həmin məsələlər haqqında Şərqin bir sıra qədim xalq-
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
465
lan, xüsusilə bəşəriyyətin qədim mədəni abidəsi olan Avesta tələb
ləri və Zərdüşt təliminə riayət etmiş xalqların şüurundakı əqidə və
fəlsäfi dünyagörüşü ilə bir yaxınlıq və uyğunluq vardır. Tatların məi
şətində - adət və ənənələrində qalmış ölüm və dəfnlə əlaqədar olan
bu və bu kimi qayda və tələblər göründüyü kimi təsadüfi yaranma
mışdır. İslam dinində öz əksini tapmayan bu tələblərin əsasında Zər
düşt təliminin ölünün napaklığı və qeyri-müqəddəsliyi haqındakı
ideyanın xalis tələbləri durur207 ki, bu da onların “köklərini” Zərdüşt
təlimində cəsarətlə axtarmağa imkan verir. Bu məsələdə ciddi və
dərin tədqiqat aparılarsa bir sıra maraqlı cəhətlərin aşkar ediləcəyinə
şübhə etməmək olar. Bu xalqın etnik adı olan “tat” sözü haqqında aşa
ğıda söyləcəyimiz bir sıra mülahizələr də bizə bu adm daşıyıcılarının
Azərbaycanın qədim İran mənşəli etnik qruplarından olduğunu demə
yə imkan verir. Belə olduqda onların məişət və əqidələrində qədim
adət və ənənələrin qala bilməsi təbiidir.
Qədim ədəbi-mənəvi abidəmiz oan “Avestada” “tat” sözünə
rast gəlirik. Bu söz müxtəlif tərkiblərdə xüsusilə Ahuramazdamn
əlinin altında olan altı müqəddəs mələyin adında var, və “əbədi” və
“ölməz” mənalarında işlənmişdir. “Haurva tat” sözünə “Avestanın”
(“Yəsna” və “Yeştlər”də) müxtəlif yerlərində Imşaspəndanlardan
(Əhrimənə qarşı vuruşan Ahuramazdamn köməkçiləri olan altı mə
ləyin ümumi adıdır) bəhs olunarkən iki müqəddəs mələyin adma tə
sadüf edirik. Bunladan biri beşinci mələyin adı Haurva-tat və o biri
si altıncı (sonuncu) mələyin adı olan Amere-tat sözlərində təsadüf
edirik208 ki, bunlar da yuxanda göstərdiyimiz mənalarda işlədilmişdir.
Mələklərə aid olduğu üçün bu sözlərin mənası heç də şübhə
doğurmur. Belə ki, əgər beşinci mələyin adının mənası “əbədi ka
mal” və “sağlamlıq”dırsa, sonuncu - altıncı mələyin adının mənası
“əbədi ölməz”dir. ‘T a t” sözündən bəhs edərkən əvvəldə göstər
mişdik ki, bu sözə sonralar müxtəlif mənbələrdə “dad” şəklində də
rast gəlirik.209 “Avestada” təsadüf olunan “tat” sözü də (yuxarıdakı
mələklərin adında) sonralar dəyişilmiş və indi də müasir fars dilində
“dad’ şəklində təsadüf edirik. Belə ki, qeyd etdiyimiz kimi ay adma
çevrilmiş bu mələklərin adı müasir fars dilində “Xordad” və
466
İKİNCİ KİTAB
“amoıdad” kimi işlədilir (3-cü və 5-ci İran ayları). Tamamilə təbii
dir ki, Sasanilər dövründə də elə bir qədim tayfa ola bilərdi ki, öz
adını Avestada “ölməz və əbədi’’mənasına gələn tat sözündən götü
rərək Buyu-tat adlansın.210 Bu tayfanın da etnik adının etimoloji
mənasının Buyu (?) - tat - “ölməz, əbədi (B) buyu” olduğunu gü
man etmək olar. “Buy” sözü isə bəlkə də Türk dilindəki “soy” (kök)
sözünün başqa variantıdır.
Tatlar pis danışan, xətrə dəyən söz söyləyən, düşünməmiş söz
deyən kobud adama “əkəmənə // əkənək // kənək // kənəkə ədəmi”
deyir, pis danışığı, kobud sözü isə “əkəmənə // əkənək // kənək kə
nəkə g a f ’ adlandırırlar. Bu söz bizcə Avestada olan Akamanah sö
zündən olub ya onunla eyniyyət təşkil edir (1 halda), ya da ona çox
yaxındır. Akamanah sözü Avestada dev adıdır. Ahuramazdanm xe
yirxahlıq və yaxşılıq edən, imshaspandan adlanan altı mələyi - kö
məkçisinin əleyhinə vuruşmaq, onların pak əməllərinə ləkə vurmaq
üçün qara qüvvə olan Əhrimən də altı dev yaradıb onlara qarşı
göndərdi. Bu devlərdən birinin adı Akamanah idi ki, bu adm da mə
nası “pis düşüncə”, “qara fikir” deməkdir.211 Tat dilində bu sözü
bəzi ləhcələrdə fonetik dəyişikliyə uğramış, lakin qədim formasına
çox yaxııı olan şəklini saxlamış, bəzi ləhcələrdə isə (məs. Qonaq-
kənd ləhcəsində) hətta öz qədim şəklini eynilə saxlamışdır (sonrakı
dili ağırlaşdıran “h” səsinin düşməsi istisna olmaqla).
Maraqlıdır ki, klassik fars dilinin özündə də bu söz öz qədim
şəklini itirərək ona yaxın bir variantını saxlamışdır. Belə ki, Firdov
sinin “Şahnamə”sində rast gəlinən qara qüvvələrdən - devlərdən bi
rinin adı Əkvandır və bəzi tədqiqatçıların fikrincə bu söz Avestada-
kı “akamanah”, yaxud “akiman”sözünüü təhrif olunmuş şəklidir.
“Şahnamə”də bu devin adı “murdar, natəmiz ruh” kimi tərcümə olu
nan “Rəvan-e pəlid” tərkibinin sinonimi kimi işlənmişdir.
Qeyd etmək lazımdır ki, bu qədim dev admın bu və ya başqa
şəkildə tat dilində qalması təsadüfi deyildir. Çünki əsasən dağlarda,
yaxud ticarət yollarından, karvan keçidlərindən kənarda yaşayan tat
ların dili İran dillərinin qədim elementlərini özündə saxlaması üçün
təbii bir şərair yaratmışdı.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
467
Avestada adı çəkilən xüsusi isimlərdən biri də diqqəti cəlb
edir. Bu da dev adı olub, Əhrimənin qabaqda qeyd etdiyimiz altı de-
vindən biridir. Avestada “yoldan çıxaran ruh” - yəni adamı düzgün
yoldan azdırıb əyri yola aparan, pis işlər, hətta cinayət işləməyə sövq
edən qara qüvvə sinonimi kimi İndra isminə (dev adı) rast gəlirik.212
Başqa devlərlə bərabər Hurmuz və onun köməkçiləri ilə mübarizəyə
başalamış bu qara qüvvənin - heybətli devin adı olan İndra sözünə
hələ lap qədimlərdən - Zərdüşt dinindən qabaq arya nəslinin Allahla
rından birinin adı kimi təsadüf olnur ki, buna Avestada da açıq şəkildə
rast gəlirik.213
Tat dilində “qara, şər, yol azdıran qüvvə” mənasında bir neçə
söz işlədilir ki, bunlardan biri də “andir” sözüdür. Bu sözü tatlar o
zaman işlədirlər ki, bir uşağın, heyvanın, əşyanın əlindən qəzəblən
sinlər. Məs., bir heyvan (at, inək, keçi, qoyun və s.) öz sahibini xey
li incidəndən sonra tövləyə girməyib qaçarsa tatlar qəzəblə deyirlər:
ay andir, yaxud bəandir muni tu - Andırın əlində qalasan (yaxud an
dıra qalasan sən). Yaxud bir tat dəyirmana gedərkən palçığa düşən
eşşəyini bizdələyib yol getməyə məcbur etmək üçün xeyli çalı
şandan sonra müvəffəq olmadıqda qabaqda gedən yoldaşını səsləyib
köməyə çağırarkən deyir: Biyə bə kümək, nə bartan andir, aqasda
mix payiste bə cigə xiştən - Köməyə gəl, andır getmir, mıxlanıb ye
rində qalıb. Ümumiyyətlə tatlar hər şeyin və ya heyvanın, insanın
əlindən hirsləndikdə onu insanı qəzəbləndirən, adamın özündən çı
xıb söyüş söyməsinə (Avestada olan kimi desək: təmiz adamm öz
yolunu azıb pis iş görməsinə) səbəb olan bir qara qüvvə, fitnəkar
varlıq sayır, ona insanın təmkinlik və sakitliyini əlindən alan səbəb
kimi baxır. Ona görə də belə halda onu “andir” adlandırırlar. Şübhə
yox ki, tat dilində bu gün belə yuxanda göstərdiyimiz mənfi məna
larda işlənən “andir” sözü Avestada təsadüf olunan İndra sözündən
olub bu sözün sonralar müəyyən fonetik (metoteza) dəyişikliyə uğ
ramış şəklidir.
Dostları ilə paylaş: |