460
İKİNCİ KİTAB
vab verir.196 Əlbəttə, bəzi hallarda ölənin paltarının parçasının baha-
lığından asılı olaraq Avesta da onu “yuyub pak etməyə” icazə verir
ki, bu tələbə tatlar da riayət edirlər.
Pəhləvi (orta fars dilində) kitablarında göstərildiyi kimi, insan
öləndən sonra onun ruhu üç gün-üç gecə hələ “sahibinin” bədənin
də, daha doğrusu başının üstündə qalır. Bu üç gün ərzində ölənin
yaxın adamlan onun ruhunu cürətləndirmək, onu (ruhu) gözləyən
sınaqdan qorxmamaq üçün onun (ölünün) yanında dua oxuyur, bə
dəndən ruhun çıxması mərasiminə dair adətləri yerinə yetirirdilər.
Üç günün tamamından sonra ruhun dini simvolu olub orta fars dili
mənbələrində den (Avestada daena) adlanan ruh ölənin bədənindən
ayrılır. Əgər ölən şəxsin günahlan yoxdursa bu ruh gözəl qız-mələk
şəklində, günah etmişsə - deməli “təmiz” deyilsə, bu mələk qızın
üzü olduqca kifır, çirkli surətdə zahir olur. Zərdüşt dininə görə bu
ruh ölənin əlindən tutub onu islam dinində sonralar Siratul-Müstə-
qim adlanan behiştə gedən körpünün (Avestada Şinvat) üstündən
keçirməlidir. Əgər ruhun müşaiyət etdiyi adam günahsız və təmiz
dirsə bu körpü geniş açılır, ölənlə birlikdə ruh da behiştə gedir,
əksinə, əgər o, günah işləmiş - “pak” deyilsə körpü daralıb bir tük
nazikliyində olur. Həmin adam da onun altında olan cəhənnəmə
düşür.
Tatlar da ölünün basdırılmasından sonra ölənin şərəfmə üç
gün müddətində hər axşam yemək hazırlamalı, evə gələn adamlan
yedirtməlidirlər. O nlann əqidəsinə görə hələ də ölənin bədənində
olan ruh “sahibinin bədənindən” ayrılaraq öz evinə gələ bilər və onu
necə yad etdiklərini “görər”, “nəzarət” edə bilər. Onun üçün də
ölənin adamlan bir qayda olaraq tatların “səvəşə” (üç gecəlik) ad
landırdıqları bu mərasimdə bişirilən yeməkdən ölənin ruhunun da
payını aymb bir qaba qoyur, bu xörəyin ruh tərəfindən dadılaçağına,
heç olmasa onu qoxuyub onun şərəfinə bişirilmiş xörəyin iyini qə-
birdəki bədənə qayıdarkən özü ilə “sahibinə aparacağına” inanırlar.
Bu göstərilənlərdən məlum olduğu kimi müasir tatların ölünün ru
huna olan münasibəti ilə qədim iranlıların, Zərdüştlərin - ümumiy
yətlə “Avesta”nı öz müqəddəs kitabları və dini qanunları hesab edən
xalqların bu məsələyə münasibəti arasında çox yaxınlıq və bəzən
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
461
eynilik vardır. Bu oxşarlıq və eyniliklər bir də onu sübut edir ki, bu
adət və mərasimlər (ruha və ölüyə aid) islam dinindən qabaq atəşpə-
rəşt olan tatlara Zərdüştlükdən keçmişdir. Məhəmməd dinini qəbul
etmələrindən qabaq da bu mərasim və inam onlann məişətində
möhkəm yer tutmuşdur, bu adətlər heç də islam dini ilə tatlann
məişətinə daxil olmamışdır.
Bu nöqteyi-nəzərdən tatlann ruha münasibəti, ölüm dünyası
haqqındakı adətləri ilə Avesta arasında bir sıra oxşar cəhətlər vardır.
Avestada yazılır ki, insan öləndən sonra onun ruhu həmin anda bə
dəndən çıxmır. Ruh bədəndən yalnız üçüncü gün çıxır və bədəndən
aynlır.
Bu inam tatlann əqidəsində indi də qalır.
Tatlann fikrincə insan ruhu bədənindən çıxandan sonra o, üç
“əbədi” dünyaya gedə bilər: 1.cənnətə, 2.cəhənnəmə,3.orta dün
yaya, yaxud tatlar özləri demişkən nə cənnətə, nə cəhənnəmə. Tat
lann əqidəsincə yaxşı iş görmüş adamlar, xoş əxlaq, səxavətli, vic
danlı, ürəyi təmiz olan, günah işlətməmiş kəslər cənnətə, bunların
əksinə olaraq yalnız pis işlər görmüş adamlar cəhənnəmə gedəcəklər.
Tatlann başqa bir axirət dünyası - üçüncü bir dünyası da vardır ki, ona
şərti olaraq orta axirət dünyası deyirik. Bu necə dünyadır? Tatlar de
yirlər: in nə cəhənnəmü, nəyiş ki, cənnət (bu nə cəhənnəmdir, nə də
cənnət). Bəs ora hansı adamlar “gedəcək”? Tatlann fikrincə orta
“dünya” o adamlar gedəcəklər ki, ömürləri boyu etdikləri pislikləri
ilə yaxşılıqları təqribən bərabər olsun, yəni əgər bir adam o birinə
məsələn on dəfə şərlik və pislik etmişsə, bir başqasına da on dəfə
yaxşılıq və xeyirxahlıq etmiş olsun. Belə adam ölərkən tatlar onun
ruhuna dua oxumaqla onun axirət dünyası haqqında öz fikirlərini
belə bildirirlər: İn ədəmi nə cəhənnəmiyü, nəyiş cənnəti (bu adam
nə cəhənnəmlikdir, nə də cənnətlik). Tatlarda olan bu üç axirətlik
forması heç də islam dinindən gəlmir. İslamiyyətdə belə bir üçüncü
dünyaya təsadüf olunmur. Yenə də Avestaya müraciət etdikdə asanlıq
la görmək olur ki, Katlarda (Avestanın ən qədim hissələrində) Zərdüşt
təlimi ilə üç əbədi dünya olduğu göstərilmiş199 və bunlara kimin ge
dəcəyi sualının cavabı da təqribən tatlann dini əqidəsində olan tələb
lərə müvafiqdir.
462
İKİNCİ KİTAB
Tatlar qulağın cingildəməsini də ölümlə bağlayırlar. Bu cəhət
dən “Avesta”nın verdiyi məlumat da maraqlıdır. Avestada “güş
izəd” - yəni qulaq Allahı kimi tərcümə olunan Allah da olmuşdur.
Bu Allah həm heyvanların, həm də yaxm və xeyirxah adamların ha
misidir. Guş izəd adlanan bu qulaq mələyinə də Avestada xüsusi yer
ayrılmış, “yaştlədən” biri olan “Guş Yəşt”(Qulaq Yəşti) bu mələyin
mədhinə həsr olunmuşdur. Tatlar arasında, onların əqidəsində və
adətlərində bu mələyin yeri haqqında bəhs etməyə imkan verən
böyük inam və sitayiş misalı yoxdur. Yeganə belə bir fakt diqqəti
cəlb edir ki, tatlar içərisində (məs. Qubanın Gümür, Ördüc, Cimi və
Qonaqkənd tatlarında) belə bir adət mövcuddur ki, birinin qulağı
cingildədikdə həmin adam üzünü cingildəyən qulağına tərəf çevirib
aşağıdakı misradan ibarət şeiri oxuyur:
Mürdən bə biyarmə,
Kəfən bə gərdənmə,
Bə un dünya cigəymə,
Tu bura , məniş miyam.
tərcüməsi:
Ölüm yadımda,
Kəfən boynumda,
Mənim yerim o dünyada,
Sən get, mən də gələrəm.
Bu nə deməkdir? Tatların fikrincə əgər birinin qulağı cingil-
dəyərsə, deməli kimsə ölür, onun fəryad səsi bu adamın qulağında
cingildəyir. Bu o deməkdir ki, ölmək, can vermək üzrə olan adam
fəryad qoparır, nalə edir, onun səsini eşidən adamı da özü ilə yoldaş
aparmaq, yəni onu da öldürmək istəyir. Tatların fikrincə bu şeiri
oxumaq lazımdır ki, qulağın cingiltisi - yəni ölənin səsi qulaqdan
çəkilib getsin; ölənə anlatmaq lazımdır ki, o, (yəni səsi eşidən
adam) ölüm haqqında unutmamışdır, hər an ölüm kəfəninin boy
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
463
nunda olduğunu hiss edir, indi sən get (yəni öl), mən də sonra gələ
rəm (yəni mən də öləcəyəm, ancaq səndən gec). Əgər Avestada qu
laq mələyinə olan ehtiram və hörməti nəzərə alsaq tatlar arasında
olan bu şeirin ölənə aid olduğunu, lakin qulaq mələyinə deyildiyini
söyləmək olar, tatların fikrincə bu sözləri tezliklə qulaq mələyi ölən
adamın qulağına çatdıracaq, o da öz fəryadlı səsini bu səsi eşidən
adamın qulağından çəkib aparacaqdır.
Tatların kəsilmiş saça, dırnağa, çıxmış dişə olan münasibəti
də çox maraqlıdır və bu məsələnin də ölüm adətlərilə bilavasitə əla
qəsi vardır. Tatlar kəsilən dırnağı atmır, tullamırlar. Çıxmış dişə və
kəsilmiş saça da münasibət belədir. Onların inamına görə bədənin
bu ölü hissələrini bayıra atmaq onun düşdüyü yeri murdarlamaq de
məkdir və ümumiyyətlə bu yemək və həyat mənbəyi olan, insanı
yaşadan torpağa hörmətsizlikdir. Tatların əqidəsincə bədənin həmin
ölü hissələri tullanan yerlər bədxah qüvvələrin, yəni cinlərin və şey
tanların - ümumiyyətlə qara qüvvələrin yığnaq yeri, məskəni olur,
məhz bu qatı inama görə də tatlar həmin kəsilmiş hissələri istifadə
siz yerlərə, məsələn, xarabalıqlara, qəbiristanlığa, dərəyə, üfunət
tökülən çaylara və s. atmalıdırlar. Tatlardan bəziləri hətta ömrünün
sonuna qədər başlannı darayarkən tökülən tüklərini, əl və ayaq dır
naqlarını hətta kəsafət yerlərə, xarabalıqlara da atmır, onları top
layıb saxlayırlar ki, öləndə onların cismi ilə - yəni bədəni ilə birlik
də basdırsınlar. Tatlarda olan bu inam da təsadüfü deyil, Zərdüşt tə
limi tələbləri ilə sıxı bağlıdır. Zərdüşt təliminə görə çox tez yetişən,
yenidən yerinə təzəsi gələn bədənin bu canlı hisslərini çölə atmaq,
yandırmaq olmazdı. Çünki bunlar ölü hissələr olmaqla onlarda ölüm
pərisinin əlamətləri vardır,200 ona görə də onları oda atıb yandırmaq,
torpağa və suya atmaqla insanın bu həyat mənbələrini (odu, torpağı,
suyu) murdarlamaq olar. Yenə də islam dinindən fərqli olaraq Zər
düşt təliminin ölü hissələrə olan inkar hissi açıq görünür. Tatlar bu
təlimin tələblərinə indi də tamamilə riayət edirlər. Avesta da məhz bu
məsələdə onu tələb edir ki, “kəsilmiş dırnaq və saç (tük) adamlardan
10 addım, oddan 20 addım,sudan 30 addım, müqəddəs yerlərdən 50
addım uzağa apanlaraq torpağın dərinliyinə basdırılsın”.201 Çünki bə
Dostları ilə paylaş: |