492
İKİNCİ KİTAB
heç cür imkan vermək olmazdı. Ona görə də ərəblərin təkidi ilə
(cəza verməni belə tətbiq etməklə) Novruz bayramının 7 “şin” (ş)
süfrəsi yuxanda göstərdiyimiz 7 “sinə” (s) çevrildi.268
Ərəblər nəinki bu xalqlann qədim bayramı olan Novruz bayra
mını ləvğ edə bilmədilər, hətta özləri də bu xalqlann təsiri altına dü
şərək Novruzu bayram etməyə başladılar. Bu haqda Ömər Xəyyam
özünün “Novruznamə” əsərində yazır ki, ərəb xəlifələri Novruzu
bayram etməkdə sasaniləri də ötüb keçdilər. Əbu Reyhan Biruni
“Asarül-baqiyə” əsərinin 215 səhifəsində və Qəzvininin “Əcayibül-
məxluqat” əsərində verdikləri hədisdə Məhəmməd Peyğəmbərin
Novruz bayramının gözəlliyindən danışdığını və Novruz halvasını
təriflədiyini qeyd etmişlər.
Bu sahədə tədqiqat aparan Həsən Taqizadə özünün “Gah şo-
mari” əsərində yazır ki, ərəblər Novruz bayramını öz adətlərinə da
xil etdilər. Məhz buna görə də ərəb dilində ərəb şairləri tərəfindən
yazılmış bir çox şeirlərdə Novruz bayramı böyük məhəbbətlə vəsf
olunmuşdur.269
Göstərdiyimiz kimi tatların bir sıra elə adətləri, ənənələri var
dır ki, onlar qədim mədəniyyət abidəsi olan ölməz “Avesta” əsərin
dəki adətlər və qeydlərlə eyilik təşkil edir və ya buna çox yaxındır.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
493
TATLARDA EV TİKMƏK,
TƏSƏRRÜFAT QURMAQ
Tatların təsərrüfata, iş heyvanlarına və s. olan münasibəti də
“Avesta” ilə yaxınlığı nöqteyi-nəzərdən diqqəti cəlb edir. Bunlardan
bəzilərinə tatların münasibətini nəzərdən keçirək.
“Avesta”dakı rəvayətdə göstərilir ki, Duraqan adlı nəhəng və
qorxunc dev, Zərdüşt hələ dünyaya gələn gündən çox narahat olur,
ömrünün sonuna qədər onunla vuruşacağına söz verir. Tədqiqat
zamanı məlum olmuşdur ki, tatlar qorxunc, heybətli, qəzəbli heyva
na və ya insana eynilə “duraqan” (bəzən də buraqan) deyirlər ki, bu
da dev sifətli, dev şimalı deməkdir. Tatlardan biri (Quba rayonunun
Gümür tatlarından) adamlara hücum etməyə hazır dayanmış, ayaq
lan ilə yer eşən öküzü göstərərək dedi ki, in cingou aqasde duraqan
həzürü şiqəm varzünü - bu cavan öküz Duraqan kimi (yəni dev
kimi) qann yırtmağa hazırdır. Yaxud sürünün qabağında gedən buy
nuzlan haçalanmış iri təkədən danışanda deyirlər: Buraqan bəqənşəl
süri aftare - Buraqan sürünün qabağına düşüb gedir. Yaxud, qəzəb
lənmiş bir kişi haqqında deyirlər: aqasde duraqan hürsin bire - dura
qan kimi qəzəblənmişdir.
Tatlann fikrincə insanın, ən ümdə vəzifəsi məhz bu həyatda,
yaşadığı real dünyada ev tikmək, ailə qurmaq, nəsil artırmaq, oturaq
həyat keçirmək, əkinçilik etmək, mal-qara bəsləməkdir. Tatlann fəl
səfəsinə görə insanın bu dünyada rahat yaşaması üçün lazım olan ən
zəruri şəraiti yaratmaq hər bir tatın borcudur: “Buna bu dünyada
müvəffəq olanlar Allahın yanında da əziz olurlar və əbədi dünyada
da əbədiyyət rahatlığı ilə təmin olunacaq, bolluq və şənlik içərisində
yaşayacaqlar”. Bunu üçün isə işləmək, əkin əkmək, torpaqdan yapı
şıb qalmaq lazımdır. Məhz belə olmayan adamlara - torpağa bağ
lanmayıb köçəri həyat keçirənlərə, ailəsi, evi-eşiyi olmayan şəxslə
rə, özləri kimi oturaq həyat tərzi keçirməyənlərə tatlar həqarət gözü
ilə baxır, ələ salır, “qareçi” (qaraçı), “aqasdə qəreçi” (qaraçı kimi),
494
İKİNCİ KİTAB
“qaraçigeri saxtəgar” (qaraçılıq-köçərilik edən), “xunəbədüşə
ədəmi” (evi-eşiyi belində olan adam), “sunsüzə məzlum” (uşağı ol
mayan yazıq) və s. deyərək onları adlandırırlar. Tatların ictimai-fəl
səfi fikrinin əsasını təşkil edən, onların maddi həyata olan bu müna
sibəti heç də təsadüfü deyildir. Bu heç də maddi həyatın puç oldu
ğunu, bu dünyanın müvəqqəti olub mənasız olduğunu deyərək bu
dünyada insanlarda pessimistlik və tərki-dünyalıq hissini aşılayan
tələbin mistik fəlsəfəsinə oxşamır. Bir çox adət və əqidələrində Zər
düşt dininin mühüm tələblərini hifz etmiş tatlar bu məsələdə - yəni
maddi real həyata münasibətində də Zərdüştizmə sadiq qalmışdır.
Məlumdur ki, “Avesta”da göstərildiyi kimi, Zərdüşt dövründə
adamlar iki qrupa bölünürdülər: 1. Oturaq həyata laqeyd olub köçəri
həyat keçirən, əkinçilik etməyib bu aləmin özünə yabançı olan, ailə
yə - nəsil artırmağa tərəfdar olmayanlar; 2. Oturaq həyat keçirən,
əkinçiliklə məşğul olan, heyvanlar bəsləyən, təbiətə ehtiramla yana
şıb Günəşə, Aya, torpağa, yağışa, oda, torpağın qan damarı olan bu
laqlara hörmət edən, ailəyə qayğı ilə yanaşan, köçərilikdən, çöllərdə
və səhralarda çadımişinlik etməyi tələb edən adətlərdən əl çəkən
qrup. Zərdüşt özü məhz ikinci qrup adamlara aid idi. O, öz asayişini
çöllərdə, köçərilikdə axtaran, başqalarının malını qarət edib incidən
bu köçəri quldurlara düşmən idi, onları qara qüvvə olan devlərin -
Əhrimənin dostu, yalan və narahatlıq toxumu adlandırır, daima on
ları köçərilikdən əl çəkib oturaq həyata keçməyə, bu “doğru həyatın
doğruçu adamları olmağa çağırırdı”.270 Təsadüfi deyil ki, Ahura-
mazda “Ən böyük qanun hansıdır?” sualına cavab verərkən demiş
dir: “Ən öyük qanun torpaqda yaxşı, sağlam toxumlar əkməkdir” .271
Qədimdən oturaq həyat keçirən və torpağa ehtiramla yanaşan
tatların fəlsəfəsi fikrində yuxanda göstərdiyimiz amillər məhz Zərdüşt
dini təliminin müasir məişətdə qalan təzahürləri, nişanələridir.
Torpağa böyük ehtiram və məhəbbətlə yaşayan tatlar, onu in
sanın yaşayış mənbəyi, yemək çeşməsi adlandırırlar. Ona görə də
torpağı təhqir etmək olmaz. Tatlar birini öz sözünə inandırmaq üçün
əlinə bir ovuc torpaq götürüb and içir: bə in xak sögənd - bu torpa
ğa and olsun; onun andına inanmayan az olur. Bu and oddan sonra
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
495
ikinci tutarlı anddır. Çünki adamı yedizdirib-geyindirən bu həyat
mənbəyinə - torpağa inanmamaq olmaz. Torpağa olan ehtiramın da
vamı olaraq tatların əqidəsində bu yeri belləməkdə, şumlamaqda,
əkib-becərməkdə yaxından iştirak edən, bu mühüm işdə - təsərrü
fatda onun köməkçisinə - təsərrüfat-istehsal vasitəsi olan qoşqu
heyvanlarına xüsusi ehtiram yaranır. Təsərrüfatın ağır sahələrində
insanın ən birinci köməkçiləri olan bu heyvanlara qayğı ilə yanaş
maq, onları incitməmək, vaxtlı-vaxtında yedirdib-içirtmək, həddin
dən artıq onu zəhmətə salmamaq (çünki o, tez sıradan çıxa bilər)
əkinçilik və təsərrüfatla məşğul olan hər bir tatın borcudur. Bu cə
hətdən tatların öküzə olan münasibəti diqqəti cəlb edir. Tatlar təsər
rüfatın ən ağır sahələrində işlədilən öküzə xüsusi hörmətlə yanaşır
lar. Tat kəndlərində indi də heç vəchlə sağlam öküzü kəsmək (toyda
və ya başqa bir münasibətlə) olmaz. Bu cür adamı təsərrüfatın, əkin
çiliyin düşməni adlandırırlar, qohum-qonşu ona yaxşı gözlə baxmır
lar, belə adam kənd içində hörmətini itirmiş olur. Tatlar yalnız şi
kəst olmuş, yaxud qocalmış öküzü kəsməyə razılıq verirlər.
Tatların şüurunda təsərrüfat heyvanlarına, xüsusilə öküzə olan
bu münasibət də təsadüfi deyil, onun da ideoloji kökü vardır. Belə
ki, ən qədim dövrlərdən başlayaraq Şərqin irandilli qohum xalqla
rında öküzə belə münasibətin ən parlaq nümunələrini görə bilərik.
Bunun da əsasını Zərdüşt, onun dini ideyası qoymuşdur. Bu haqda
“Avesta” da (“Yəsna” kitabında 20-ci mahnının 44-cü bəndində)
oxuyuruq: Devlər öküzləri torpaqda işlətməkdənsə onlara zülm edir
lər. Öküz torpağın bərəkətini artırmaq üçündür, zülm üçün yox”272
(Yəsna, 10/32).Zərdüşt xalqa müraciətlə demişdir ki, təsərrüfat hey
vanlarını, xüsusilə öküzü məhv edən adamlar da bizim üçün düşmə
nimiz olan devlər qədər düşməndir; bizim düşmənimiz o adamdır
ki, öküzləri və otlaqları məhv edir (Yəsna, 10/32). Təsərrüfatda ən
ağır işləri yerinə yetirən, torpağın məshul verməsi üçün insan əlində
əsas qüvvə olan oturaq əkinçinin dolanacaq dirəyi olan öküzü qədim
adətlərə əsasən qurban kəsənlərə qarşı Zərdüşt və tərəfdarlarının
əkilçilik iqtisadiyyatında yeni bir islahat idi. Zərdüşt öküzü kəsənlə
rə nifrətini bildirərək cihad elan etmişdi: Ya Ahuramazda! Lənət
Dostları ilə paylaş: |