500
İKİNCİ KİTAB
məklə, insanın düşməni və onun ürəyinin şeytanı olan tənbəlliyin
qədim adı olan (müasir iran dillərindən çıxmış) sözü saxlamış,
tənbəlliyi “Avesta”da olduğu kimi “kahali” adlandırır, tənbəl adama
“kahal” deyirlər.
Tatların çörəyə, taxıla - bu mühüm təsərrüfat məhsullarına,
alın təri ilə qazanılmış bu nemətlərə olan müqəddəs münasibəti də
(xəstənin başı altına çörək qoymaq, sünnət olunan uşağın yaşdığı al
tında çörək gizlətmək, göz dəyməsinə qarşı uşağın yaxasına çörək
tikmək və s. kimi adətlər) məhz eynilə Avestadan gələn qaydalardır
ki, bir sıra xalqların da adət-ənənələrində qalır. Avestaya görə o yer
də ki, çörək tikəsi var, oraya Əhlimənin tərəfdarları olan əcinnə və
iblislər, bəd ruhlar yığışa bilməz. Avesta bu haqda deyir: “Taxıl
sünbülləri boy atanda onları (iblisləri) tər basır, taxılı ələyərkən on
ları öskürək tutur, taxılı üyüdərkən onlar ağlaşıb, ah-nalə edirlər, çö
rək bişəı ərkən onlar qaçıb gedirlər”276.
Tatlarda qalaıı bir sıra məhsuldarlıq inam və rəvayətləri də
məhz bu Zərdüşt təlimi və ideologiyası ilə bağlıdır. Bu da təsadüfi
deyil, çünki adət və ənənələrdə dini qaydaların daha qədim tarixi
mərhələlərinə aid kompleksin komponent uyğunlaşmaları ənənəyə
uyğun olaraq sonrakı dinlər zamanı da özünü saxlamağa müvəffəq
olur. Ona görə ki, “raz vozniknuv, reliqiya vseqda soxranyaet izves-
tmy zapas predstavleniy, unasledovannıx ot prejnıx vıemen, tak как
vo vsex voobşe oblastyax ideoloqii tradisiya yavlyaetsya velikoy kon-
servativnoy siloy” .277
Tatların əqidəsincə yazdan bir neçə gün qabaq və hətta yaz gi
rəndən sonra da bərk qar yağa bilər ki, bu da “qan günləri” adlanır.
Deyilənə görə artıq qışın qurtarıb yaz gəldiyini, günün ətrafı qı
zdırdığını görən bir qan öz oğlanlannı (başqa rəvayətdə keçilərini,
daha başqa bir rəvayətdə isə öz danalarını) qabağına qatıb çölə otar
mağa aparır. Gün o qədər isti imiş ki, qan yüngül paltar geyinibmiş.
Bir az keçəndən sonra göyü qara buludlar alır, soyuq külək əsir, qar
yağır, çovğun olur. Qannın oğlanlan (keçiləri, danalan) qınlır, özü
də kəndə çata bilməyərək yolda donur. Ona görə də tatlar indi də
yaz qabağı çölə, meşəyə gedən adama ehtiyatlı olmağı, qalın geyin
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
501
məyi, hər ehtimala qarşı özü ilə ehtiyat yemək götürməyi məsləhət
görürlər. Qeyd etməliyik ki, bu qan mifoloji surəti ilə əlaqədar olan
bir çox qanlar müxtəlif xalqlann mifologiyasında da vardır.
M.S.Andreyev dağ taciklərində “Oğuz qan” kimi bir mifoloji obra
zın qaldığını söyləyir. Bu qanya bəzən taciklər “Xəmpir dər qor”
(mağara qarısı) da deyirlər. O, guya həmin isti gündə çölə getmiş,
birdən başlamış soyuq qar və çovğun onu dağdakı mağaralardan bi
rində gizlənməyə məcbur etmişdir.278 Yazılı mənbələr də bu namə
lum “qan günləri” haqqında məlumat verirlər. Belə bir məlumata
biz min il bundan qabaq yaşamış məşhur alim Əbureyhan Məhəm
məd ibn Əhməd Əl Birunidə (973-1048 miladi) rast gəlirik. O, qışın
sonuncu ayı haqqında yazır ki, ““qan günləri” bu aya düşür. Onlar
dan birinci gün ayın 26-na təsadüf edir. Onlar cəmi yeddi gündür”.
Müəllif hər yeddi günün ərəbcə adını verir və yazır ki, onlardan sonra
“güclü soyuq olacaq və istinin elçiləri sənin yanma gələcək”.
Böyük alim və mütəfəkkir Biruni eyni zamanda qışla əlaqədar
olaraq yaranmış “Q an” surətinin mənbəyini və mənşəyini tapmağa
cəhd göstərir. O, Qurana müraciət edərək adit tayfasının əfsanəvi
həlakından bəhs edir, eyni zamanda tatlarda söylənən rəvayətə çox
yaxın olan bir xalq rəvayətini də gətirərək yazır: “Bəzilərinin fikrin
cə “qan günləri” ona görə adlanmışdır ki, bir qan yazın istisi gəldiyi
nə inanaraq qalın paltanm soyunur, nazik geyimdə səfərə çıxır və yol
da soyuqdan donur”.280
502
İKİNCİ KİTAB
SON SÖZ
Yuxanda göstərdiyimiz adət və ənənələr bir daha sübut edir
ki, bu və buna bənzər məsələlərdə Azərbycan ərazisinin başqa qə
dim yerli etnik qruplan kimi tatlann da tarix və etnoqrafiyasının
mükəmməl və hərtərəfli tədqiqi nəinki təkcə Azərbaycan tarixinə
böyük fayda verər, həmçinin Azərbaycan xalqının etnogenezi məsə
lələrinin bəzi cəhətlərini işıqlandırmağa da xidmət edər.
Buradakı adət-ənənələri, əqidə, inam və dünyagörüşünün bə
ziləri eynilə, bəziləri isə qismən bu torpaqda yaşayan, Azərbaycan
da tarixi kökü olan başqa xalqlar üçün də xarakterikdir. Bu da tə
biidir. Birgə yaşayış birgə mədəniyyət və ya oxşar davranış norma
ları yatarmışdır. Məhz bunların eyniliyini - deməli tarixi yaxınlıqla
rını deyə bilmək, bununla da onların mədəniyyətinin fərdilikdən
ümumiliyə doğru inkişaf xəttini düzgün izləyə bilmək üçün bunlan
ayrı-ayrılıqda öyrənmək vacibdir. Çünki oxşarlığı da, fərqi də ayrı-
ayrı tədqiqatlar nəticəsində müəyyən etmək olar. Vahid Xalqımızı
isə birləşdirən oxşar cəhətlər və hətta eyniliklər isə çoxdur. Bir ana
nın övladlarının bir-birinə oxşarlığı isə təbiidir. Məhz birliyimiz və
bütövlüyümüz xətrinə bu eyniliklər haqqında indi dünənkindən
daha çox deməyə ehtiyac vardır.
Belə tədqiqatların xüsusilə indiki şəraitdə adət-ənənələri daha
çox qaynayıb-qarışmış xalqlann, vahid Azərbaycan xalqının etnoge-
nezində iştirak edən bütün böyüklü-kiçikli etnosların: Azərbaycan
türklərinin, tatlann, talışlann, kürdlərin, ləzgilərin və s. ümumiyyət
lə, bütün azərbaycanlılann (müxtəlif dilli etnoslann nümayəndələri
nin hamısı birlikdə Azərbaycan xalqını təşkil edir, ona görə də hamısı
eyni dərəcədə azərbaycanlıdırlar) daha da yaxınlaşıb qardaşlaşmasına
kömək edər, hamımızın ümumi evi və bir vətəni olan Azərbaycanımı
zın vahidliyinə, xalqımızın pozulmaz milli birliyinə xidmət edər. Xal
qımızın gələcəyi və səadət açan isə ançaq milli birliyimizdədir.
1970-1995
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
503
ƏDƏBİYYAT
1. Tatlar məhz Azərbaycan dilinə türk dili deyir, Azərbaycan
türklərini türk adlandırırlar.
2. “Azadlıq” qəz., 23 may, 1992.
3. “Xalq” qəz., 18.09.1992
4. “Soyuz”, № 34, 21-28 avqust, 1991.
5. Azərbaycan Dövlət arxivi. F.389, op.l, iş, 1 v. 34.
Arxivdən istifadə 1970-ci illərə aiddir.
6. Azərbaycan Dövlət arxivi, F.389, op.l, iş 1, v.36.
7. «Народы Кавказа», II, M. 1962, c.181.
8. Yenə orada, c.181
9. Bax: həmin illərin statistik məlumatına
10. “Pravda” qəz., №4, 1990; “Soyuz”, №34, 1991.
11. 1894-cü il məlumatına görə, təkcə Bakı qəzasında 300
minə qədər tat vardı. Bax: «Кавказский календар», Tiflis, 1895.
12. B.V.Miller. «Таты, их расселение и говоры». Bakı,
1929, səh. 17. Bundan sonra: Б.В.Миллер, «Таты».
13. “Soyuz”, №4, 1991
14. Г.А.Гулиев. Таты. «Народы Кавказа». И, М., 1969,
с.185.
>
15. “Ədəbiyyat və incəsənət” qəz., 19 avqust, 1988-ci il.
16. “Bakinskiy raboçiy” qəz., 21 aprel, 1992
17. Yenə orada.
18. “Azadlıq” qəz., 7.04.1992
19. «Народы Кавказа», II, M., 1962, c.181.
20. Həsənbəy Zərdabi. Seçilmiş əsərləri. Bakı, Azəməşr,
1960, s. 247. Yeri gəlmişkən qeyd etməliyəm ki, bir çox tat
kəndlərinin sakinləri də İrandan Azərbaycana köçüb gəldiklərini
əsla qəbul etmirlər. Məs.: Abşeronda “altı tərəkəmə, ya türkmən
kəndindən başqa” qalan kəndlər tat dilində danışır, yerli olduqlarını
söyləyirlər. Bu haqda bax: A.Bakıxanov. “Qulistani-İram”, Baku,
1958, səh.24.
Dostları ilə paylaş: |