532
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
İran və Əfqanıstandakı Sovet səfirləri V.Yerofeyev və F.-
Tabiyev, Sov. İKP MK-nın Kabuldakı xüsusi nümayəndəsi A.Ro-
mantsev M.Hacıyevin qonşu ölkələrdəki xidmətlərini yüksək qiy
mətləndirmiş, təmsil etdikləri ölkə rəhbərliyi adından ona rəsmi
tərifnamələr təqdim edərək minnətdarlıqlarını bildirmişlər.
Əfqanıstanın ictimai-siyasi həyatında müsbət və səmərəli fəa
liyyətini nəzərə alaraq, ölkənin o zamankı iqtidarı B.Karməl avtoqrafı
ilə öz böyük portretini M.Hacıyevə bağışlamışdır.
M.İ.Hacıyev Əfqanıstanda olarkən Kabul Universitetində So
vet-Əfqan dostluq Cəmiyyətinin şöbəsinin yaradılması və fəaliyyətə
başlamasında çəkdiyi böyük zəhmətə görə Əfqan-Sovet Dostluq
Cəmiyyətinin xüsusi tərifnaməsinə layiq görülmüşdür. Kabul
Universitetinin Əfqan-Sovet Dostluq Cəmiyyətinin sədri, görkəmli
şair və ictimai xadim, professor Əbdülqadir Əbhər 24 dekabr 1983-
cü il tarixdə M.Hacıyevə ünvanlanmış təşəkkür məktubunda
azərbaycanlı həmkarının Əfqanıstan elmi-mədəni həyatındakı
rolunu yüksək qiymətləndirir. M.Hacıyev Kabuldə olarkən təkcə
son iki ildə (1987-1988-ci illər) Kabuldə nəşr olunan «Planeta» adlı
siyasi-ictimai və ədəbi referativ bülletendə 5 çap vərəqə qədər mə
qalə çap etdirir ki, bunlardan da əksəriyyəti iki ölkənin ədəbi-mə-
dəni həyatına aid elmi və məlumat xarakterli şərhlər, məqalələr idi.
Onun da bu dövrdə Sovet-Əfqan dostluğuna, Lenin və Oktyabr
mövzusuna, Əfqan və Azərbaycan ədəbi əlaqələrinə, Əfqanıstanda
milli barışıq siyasətinə, Əfqanıstanın bəşər mədəniyyətindəki roluna
və s. dair müxtəlif elmi konfrans və simpoziumlardakı məruzələri
maraqla dinlənilmiş, onun çıxışları dərhal «Jvəndun», «Dusti»,
«Milləthaye bəradər», «Həmbəstəgi», «Ənis», «Həqiəqte inqilab-e
saur», «Pamir» və s. kimi Əfqan qəzet və jurnallarında çap
olunmuşdur. Onun bu məruzə və çıxışlarının əksəriyyəti 1988-ci
ildə Kabildə nəşr etdirdiyi «Əfqan ədəbiyyatı və milli banşıq
siyasəti» adlı kitabında (həcmi 12 ç.v.) toplanmış, kitabın I
hissəsində toplu halında oxuculara təqdim olunmuşdur.
İran-Sovet Dostluq Cəmiyyətinin sədri senator-general Ca-
hanbani də iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəm-
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
533
ləndirilməsindəki xidmətlərinə görə M.Hacıyevə xüsusi təşəkkür
etmiş, ona bu mühüm işdə müvəffəqiyyətlər arzulamışlar.
M.Hacıyevin dost Əfqanıstan diyarındakı səmərəli fəaliyyəti
bu ölkədəki Sovet Səfirliyi rəhbərliyinin Azərbaycan EA-nın
prezidenti A.Salayevə məktubunda xüsusi qeyd olunur, onun bu
dost ölkədə sovet xalqının, xüsusilə, Azərbaycan xalqının mədəniy
yəti və ədəbiyyatının təbliği işi yüksək qiymətləndirilir. Bu cəhət
dən həmyerlimizin dost ölkədəki fəaliyyəti haqqında aşağıdakı
təşəkkür məktubu çox xarakterikdir. Məktubu Əfqanıstan Respubli
kasının Yazıçılar İttifaqının sədri Əkrəm Osman Azərbaycan
Yazıçılar İttifaqının (indiki Yazıçılar Birliyi) sədri Anara ünvanla
mışdır. Məktubda deyilir:
«Hörmətli Anar yoldaş! Olduqca səmimi salamlarımı və xoş
arzularımı qəbul etməyinizi xahiş edirəm.
Bununla nəzərinizə çatdırıram ki, Azərbaycanın publisist ya
zıçı və tərcüməçisi Maqsud Hacıyev Əfqanıstan Respublikasında
olduğu müddətdə ölkəmizin Yazıçılar İttifaqı ilə yaxından həmkar
lıq etmiş, «Jvəndun», «Milləthaye bəradər», «Dusti», «Həqiəqte in
qilab-e saur», «Ənis», «Pamir» və s. kimi qəzet və jurnallarımızda
vətənimizdə gedən milli barışıq, Əfqanıstan və Sovet xalqları ara
sındakı dostluq və s. kimi mühüm məsələlərə həsr olunmuş elmi-
publisistik məqalələr çap etdirmiş, «Yazıçı və milli banşıq», «Kabul
tarixlər qovuşağmda» kimi Beynəlxalq simpoziumlarda, görkəmli
əfqan yazıçı və şairləri Gülpaça Ülfət, Əbdül Rauf Binəva və s. yaradı
cılığına həsr olunmuş elmi-ədəbi konfranslarda maraqlı çıxışlan ilə
Əfqanıstan və Azərbaycan ədəbi əlaqələrini fəal surətdə təbliğ
etmişdir. Bu səmərəli fəaliyyətinə görə biz Maqsud Hacıyevə
minnətdanq.
Sizə və bütün Azərbaycan yazıçılanna ən səmimi arzulanım
yetirir, qədim və şərəfli tarixə, ümumbəşəri misilsiz mədəniyyətə
malik olub dünya şeir-sənət xəzinəsinə görkəmli sənətkarlar bəxş et
miş Azərbaycan xalqının sülh, əmin-əmanlıq və səadət naminə, xalq-
lanmız arasındakı böyük dostluğa xidmət edən xeyirxah əməyinizdə
müvəffəqiyyətlər arzu edirəm.
534
GÖRKƏMLİ TATŞONAS, TANINMIŞ ŞƏRQŞÜNAS
Hərarətli salamlarla, Əfqanıstan Respublikası Yazıçılar İt
tifaqının sədri, Əfqanıstan Elmlər Akademiyasının müxbir üzvi
doktor Əkrəm Osman. 30 aprel 1988-ci il».
M.Hacıyev 17 iyun 1982-ci ildə SSRİ Xarici İşlər nazirliyi
nəzdindəki Ali Xarici Dillər Kollegiyasının xüsusi yoxlamasında və
son dərəcə çətin imtahandan sonra xüsusi attestasiya komissiyası
tərəfindən «əla» qiymətlə «Yüksək dövlət səviyyəsində siyasi
tərcüməçi» diplomatik adına layiq görülmüş, diplom almışdır.
M.Hacıyev Əfqanıstanda işləyərkən bu ölkənin müxtəlif qəzet
və jurnallarında çap etdirdiyi məqalələrin böyük məbləğli
qonorannı o zamankı SSRİ-nin Lenin adına Beynəlxalq Uşaq
Fonduna köçürdüyü üçün Kabildəki Sovet Səfirliyinin xüsusi yazılı
təşəkkürünü almışdır.
M.Hacıyev uzun illərdir ki, Azərbaycan tatlarının dili, tarixi,
etnoqrafiyası, xüsusilə, bu xalqın adət və ənənələrinin tədqiqi ilə
məşğuldur. O, xüsusilə tatların dilinə dair bir neçə məqalə və
monoqrafiya çap etdirmişdir. Bakıda Azərbaycan EA-nın elmi
«Xəbəı»ləriııdə, İranın «Peyam-e Nevin» jurnalında, Moskva,
Sankt-Peterburq, Düşənbə, Tiflis şəhərlərinin elmi orqanlarında
tatlar və tat dilinə dair məqalələr nəşr etdirmiş, bu barədə müxtəlif
elmi konfranslarda məruzələr etmişdir (Bu konfranslar haqqında
əsərin sonundakı ədəbiyyat siyahısında məlumat verilmişdir). Onun
«Tat dilinin öyrənilməsi tarixindən», «S.Ə.Kəsrəvinin «Azəri» dili
materiallarının təhlilinə dair», «Tat dilindəki bəzi bitki adlarının
etimologiyasına dair (Tat dili əsasında)», «Tat etnonimi haqqında»,
«Azərbaycan ərazisindəki bəzi toponimik adların mənşəyinə dair»,
«Azərbaycanın bəzi toponimləri haqqında», «Sovet İttifaqında bir
İran dilinin tədqiqinə dair», «Bakı Şərqşünaslıq İnstitutu», «Tat
dili», «Tatlar haqqında söz», «Tat mədəniyyətinin inkişaf yolları»,
«Tat dilində Azərbaycan sözləri», «Milli məsələ və Azərbaycan tat
larının ikidillilik məsələsi», «Bir can, bir ürək», «Nicatımız birlik
dədir», «Birliyimizə inanıram», «Düşmən fitvasına uymayaq»,
«Tatlar kimdirlər?», «Türkün türkdən başqa dostu var!», «İftixar və
qürur haqqı ilə (tatlar haqqında)», «Əsl ziyalılıq milli birlik rəmzi
GÖRKƏMLİ TATŞONAS, TANINMIŞ ŞƏRQŞÜNAS
535
olmaqdır»,
«Azsaylı
xalqlara
böyük
qayğı»,
«Dövlətçilik
ənənələrimizdə milli siyasət» və s. kimi tatlar və tat dilinə,
xalqımızın birlik və vəhdətinə həsr olunmuş məqalələri çap
olunmuşdur.
M.Hacıyevin tat dilinin müxtəlif ləhcələrindən birinə - bu
dilin Qonaqkənd ləhcəsinə dair yazdığı «Tat dilinin Qonaqkənd
ləhcəsi» adlı monoqrafiyası Azərbaycan EA «Elm» nəşriyyatında
çap olunandan (1971) sonra istər Azərbaycanda, istərsə də onun
hüdudlarından kənarda bu dillə maraqlanan tədqiqatçılar arasında
maraqla qarşılanır və haqqında ən yüksək rəylərin yaranmasına
səbəb olur. Ak. Əlisohbət Sumbatzadə, ak. Məmmədağa Şirəliyev,
prof. Əbdüləzəl Dəmirçizadə, prof. Əkrəm Cəfər, Tofiq Əhmədov,
Əbülfəzi Azmudə, Naseh Nateq, Mahmud Əfşar Yəzdi və s. kimi
Azərbaycan və İran alimlərinin bu monoqrafiyaya dair elmi resenzi-
yalan və rəyləri əsərin İranşünaslıq, Azərbaycan dilçiliyi və ümu
miyyətlə, Azərbaycan ərazisindəki müxtəlif dillərin bir-biri ilə qar
şılıqlı əlaqələri məsələsinin əhəmiyyətinə həsr olunduğu qeyd edilir.
Az müddətdə M.Hacıyevin bu monoqrafiyası İran dilləri, ümumi
dilçilik və dil əlaqələri problemləri ilə məşğul olan mütəxəssis dilçi
lərin istinad etdikləri ədəbiyyat cərgəsinə daxil edilir və indi də
istinad olunan mötəbər dilçilik ədəbiyyatı siyahısmdadır.
M.Hacıyev uzun illər üzərində çalışdığı «Azərbaycan tat
larının dili (fonetika, leksika, morfologiya və sintaksis)» (Bakı,
1995) adlı fundamental əsərini çap etdirərək oxuculara təqdim
etmişdir. O, tat dilinin müxtəlif ləhcələrinin dil materiallarını bir
sıra türk dilləri, o cümlədən, xüsusilə tat dilinin ən yaxın ünsiyyətdə
olduğu Azərbaycan dili ilə, fars, tacik, kürd, talış, əfqan və s. İıan
dilləri ilə müqayisə edərək maraqlı nəticələr əldə etmiş, müxtəlif
sistemli dillərin qarşılıqlı əlaqələr probleminə xeyli yenilik
gətirmişdir. Həmin monoqrafiya ilə oxucular bu kitabda tanış
olacaqlar.
M.Hacıyev «Azərbaycan Sovet Ensiklopediyasında dilçiliyin
müxtəlif məsələlərinə, xüsusilə İran dilçiliyi və İran dillərinə dair
50-yə qədər məqalə çap etdirmişdir. «İran dilləri», «İran dilçiliyi»,
Dostları ilə paylaş: |