536
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
«Avesta dili», «Bəluc dili», «Tacik dili», «Fars dili», «Tat dili»,
«Talış dili», «Kürd dili», «Pəncab dili», «Pamir dilləri», «İşkaşim
dili», «Yazqulam dili», «Puştu dili», «Pəhləvi dili», «Qədim fars
dili», «Orta fars dili», «Müasir fars dili», «Mixi yazılar», «Urdu
dili», «Osetin dili» və s. kimi məqalələrlə yanaşı, M.Hacıyev ASE-
nin IV, VII və IX cildlərinin əsas müəlliflərindən biridir. Onun
ensiklopediyanın müxtəlif cildlərindəki məqalələri yığcamlığı, dərin
təhlili ilə seçilir.
«Səməd Behməgi», «İsfahan abidələri» və s. kimi mövzular
da məhz ASE vasitəsilə Azərbaycan oxucusuna ilk dəfə olaraq
M.Hacıyev tərəfindən çatdırılmışdır.
M.Hacıyev «Bir ilk farsca-rusca lüğət haqqında», «Azərbay
canda yazılmış ilk fars dili dərslikləri haqqında», «İranda dramatur
giyanın yaranmasında azərbaycanlıların rolu», «Sabir mənim mü
əllimimdir», «Şairlər məskəni» və s. kimi məqalələrində İran-Azər-
baycan ədəbi-mədəni əlaqələr tarixindən bəhs edərək bu sahəyə dair
yeni materiallarla oxucuları tanış edir, qonşu İranın mədəni
həyatında Azərbaycan alim, maarif xadimləri və yazıçılarının müs
bət rolunu qabarıq göstərməyə çalışır.
M.Hacıyev dahi Nizami Gəncəvinin yubiley elmi konfran
sında ölməz şairin «Xosrov və Şirin» poemasmdakı coğrafi adların
etimologiyası və onların lokalizasiyası (yerləşməsi) məsələsi haq
qında maraqlı məruzə etmiş, sonra həmin məruzəni ayrıca məqalə
şəklində çap etdirmişdir. Məzmun və əhatə dairəsinə görə geniş və
yeni mülahizələrdən ibarət olan bu məqalə az sonra Əfqanıstanın
Yazıçılar İttifaqının orqanı olan «Jvəndun» jurnalında çap olunmuş
və geniş farsdilli oxucu auditoriyasının diqqətini cəlb etmişdir.
M.Hacıyev qələminin məhsulu olan «Ehsan Yarşater. İran dil
ləri və ləhcələri», «Xaqani Şirvani harada doğulmuşdur?», «İranda
bir tayfa haqqında», «Pəhləvi və kürd dillərindəki eyni mənşəli
sözlər», «Puriya Vəli yaradıct lığına dair», «Azərbaycan nağılları
Tehranda nəşr olunmuşdur», «Səməd Behrəngi Azərbaycan
ədəbiyyatı haqqında» «Qolamhüseyn Saedinin rus dilində yeni əsə
ri», «Sözün qüdrəti», «Ədəbi əlaqələrimiz haqqında yeni kitab»,
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
537
«Maraqlı ədəbi nümunələr», «Dilimiz haqqında kitab», «Avesta
haqqında kitab», «İran jurnalı Azərbaycan şərqşünaslığı haqqında»,
«Ədəbi dilimiz haqqında qeydlər», «Azərbaycan şöhrəti», «Bir
faktın izi ilə», «Əsrin böyük sənətkarı», «Şairin səsi», «Zərdabi
harayları», «El ürəyinin döyüntüləri» və s. kimi məqalələri müxtəlif
müəlliflərin əsərlərinə rəylərdən, ayn-ayn ədəbi məsələlərin təh
lilindən, dil və ədəbiyyatın müxtəlif aktual məsələlərinin şərhindən
ibarət olub oxucuları, elmi-ədəbi ictimaiyyəti maraqlandıran
faktların açıqlanması özü ilə yeni faktlar, elmi-ədəbi mühitə təzə
nəfəs gətirən məqalələrdir.
M.Hacıyev bir şərqşünas alim kimi orta əsr ədəbi nümunə-
lərimizlə həmişə maraqlanmışdır. Onun son dövrlərdə çap etdirdiyi
«Mücməl ət-təvarix» əsəri mənəvi irsimizə aid mənbə kimi» məqa
ləsi Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi prob
lemlərinin bəzi məsələlərini açmaqda, hələ X-XI əsrlərdə fars dilinə
daxil olmuş Azərbaycan-türk sözlərinin tarixi-semantik mənasını
şərh etməkdə faydalı olacağına şübhə yoxdur. M.Hacıyevin
tərcüməsində bu mühüm orta əsrlər ədəbi abidəsinin çap olunması
(2008) təqdirə layiqdir.
Məlum olduğu kimi, Araz üzərindəki su bəndinin tikilişi ilə
əlaqədar qədim Xudafərin körpüsünün dağıdılacağı ehtimalı
respublikanın ictimaiyyətini bərk narahat etdiyindən ölkədə Xu-
dafərinin müdafiəsi cəmiyyəti yaranmışdı. Bu cəmiyyətin qarşısına
qoyduğu məqsəd tarixi bir abidəmizi - Şimalla Cənub arasındakı
yeganə qədim körpümüzü dağılmaqdan qoruyub hifz etmək idi.
Respublika elmi ictimaiyyətinin, şair və yazıçılarımızın, ziyalıları
mızın səyi hədər getmədi, su bəndinin layihəsi dəyişdirildi, Xudafə
rin su altında qalmaqdan xilas edildi. Bu şərəfli işdə - bu tarixi abi
dənin gələcək nəsillər üçün qorunub saxlanılmasında M.Hacıyevin
bir-birinin ardınca «Dalğa» qəzetində, «Qobustan» jurnalında çap
etdirdiyi «Pirimiz, ocağımız Xudafərin», «Xudafərin harayı» kimi
irihəcmli məqalələrinin də səmərəli rolu olmuşdur.
M.Hacıyevin Azərbaycan xalqının adət və ənənələrinə, hə
mişəyaşar qədim Novruz bayramına, unudulmuş xalq oyunlarımıza
538
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
həsr olunmuş və bir sıra qəzet və jurnallarda çap olunmuş
məqalələri: «Azərbaycanlıların adət və ənənələrindən», «Azərbay
canlıların bəzi adət-ənənələri haqqında», «İnamlar və inanclar»,
«Qədim oyunlarımızı həyata qaytaraq», «Xalq oyunlarımız və klas
sik poeziya», «Qədim Novruz bayramı haqqında», «Qədim Novruz
gəlir», «Torpağın Novruz nəfəsi», «Novruz bayramı min il bundan
əvvəl və bu gün», «Elimizə Novruz gəlir», «Qədim azərbaycanlılar
da Novtuz bayramı» və s. kimi aktual yazılar müəllifinə rəğbət
qazandırmış, xalqımızın qədim adət-ənənələrinin, toy-düyün oyun
larının yenidən bərpa olunaraq təmtəraqla qeyd edilməsində az rol
oynamamışdır. Təsadüfi deyil ki, xalqımızın qədim və iftixarlı adət-
ənənələri haqqında M. Hacıyevin «Literatumıy Azerbaydjan»
jurnalının iki nömrəsində verilmiş geniş məqaləsini uzaq Qaza
xıstanın Çuvalı rayonunun Kremenevka kəndində oxumuş həm
yerlimiz Eldar Sayadov jurnalın redaksiyasına yazdığı məktubda
məqalənin vətəndən uzaq düşmüş bir azərbaycanlının ürəyini qədim
xalqı üçün iftixar hissi ilə doldurduğunu qeyd edərək yazmışdır:
«Maqsud Hacıyevin «Azərbaycanlıların bəzi adət və ənənləri» m ə
qaləsinə görə çox sağ olun («Literatumıy Azerbaydjan» jurnalı, №
10, 1989-cu il). Mən bu məqalədən xalqımın keçmişi, ulu
babalarımın iftixarlı adət-ənənələri haqqında çox şeyi öyrəndim.
Vətəndən uzaqda yaşayan biz azərbaycanlılar üçün belə əsərlərin
əhəmiyyəti əvəzsizdir. Bu yazılan tez-tez çap edin. Qoy ürəyimiz
həmişə xalqımızın iftixarlı keçmişi ilə döyünsün. Bu, yaşa
mağımıza, qürbət niskilinə dözməyimizə də kömək edər». Uzaq
Qazax elində yaşayan eloğlumuzun (o, orada doğulmuş üçüncü nəs-
lə aiddir) M.Hacıyevin zəhmətinə verdiyi qiymətə heç nə əlavə
etməyə ehtiyac qalmır. M.Hacıyev qələminə məxsus belə yazılar
çoxdur. O, belə minnətdarlıq məktublannı Gəncədən, Qazaxdan,
Qubadan, Qaxdan, Moskvadan, leninqraddan, Krasnovodskdan, Dər
bənddən, Daşkənddən, Mahacqaladan və s. şəhərlərin müxtəlif dilli
oxucularından almış, onlann alqışını qazanmışdır.
M.Hacıyev uzun illər azərbaycanlıların unudulmuş adət-
ənənələri, inamları və in an d an haqqında tədqiqatlar aparmış,
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
539
onlardan bəzi parçalan müvafiq olaraq bir sıra qəzetlərdə də çap
etdirmişdir. (Bax: «Şəfəq» qəzeti, № 19-20, 22-23, 25-26-27-28-29-
30, 1992-ci il; «Kəndin səsi» qəzeti, № 10, 1993-cü il və s.). Sonra
bu axtanşlar onun «İnanclar və inamlar» kitabında toplanaraq
“Gənclik” nəşriyyatında çap olundu. Müəllifin bu faydalı tədqiqatı
nın xalqımızın yaddaşlardan silinmiş adət-ənənələrinin məişəti
mizdə yenidən bərpasına əhəmiyyəti şəksizdir.
Başımıza gələn faciələr, son illərdə elan olunmamuş müharibə
şəraitində yaşayan xalqımızın köz bağlamağa macal tapmayan ya
ralan, nankor erməni qonşulanmızm namərd gülləsinə tuşlanan ana
və bacılanmızın, didərgin həmvətənlərimizin naləsi həssas qəlbli,
vətənpərvərliklə dolu ürək sahibi olan M.Hacıyevi də narahat edir,
düşündürür, yazılan ilə, publisist qələmi ilə erməni xəyanətini
damğalayaraq, müharibə dövrünün sosial-iqtisadi problemlərini
təhlil edir, düşdüyümüz çətin şəraitdən çıxış yollan axtanr. Onun
«Vətəndaşlıq borcumuz», «Mərhəmət hissimiz korşalmasın»,
«Düşmən fitvasına uymayaq», «Niyə belə aciz olduq?», «Yalan
dəlillər qurtaranda», «Birliyimizə inanıram», «Bizi nələr birləşdi
rir?», «Qələbəmizin rəhni birliyimizdir», «Diriliyimiz birliyimizdə
dir» və s. kimi məqalələri düşmənə nifrət, vətənə məhəbbət aşılayır,
nankor və xəyanətkar erməni yağılan üzərində labüd qələbəyə səs
ləyir. Düşmənə nifrət M.Hacıyevin tat dilində yazdığı şeirlərinin
(«Vasal» («Bahar»), Aəzməşr, 1994), «Bə aftayaz bə yə cigə»
(“Günəşlə birgə”, Azəməşr, 1995), şeir və poemalanndan ibarət
“Sevgi nəğmələri” (2006) ikicildliyinin bir sıra şeirlərinin də əsas
leytmotivini təşkil edir.
M.Hacıyev Azərbaycanda yaşayan tatlann dili və mədəniy
yətini öyrənmək, bu xalqın adət-ənənələrini yaşatmağa xidmət edən
Respublika «Azəri» Tat mədəniyyət mərkəzinin sədridir. Qədim
tarixə malik olan Azərbaycan tatlarının da bu torpağın həqiqi varis
ləri kimi vahid və bölünməz Azərbaycan xalqı tərkibində ləyaqətli
yerinə, onlann ümumi və müştərək vətənimizin ictimai-siyasi, ədəbi
və mədəni həyatında oynadığı rola dair bir sıra yazılan sözün əsl
mənasında ona şöhrət gətirmişdir. İlk dəfə olaraq məhz M.Hacıyev
Dostları ilə paylaş: |