524
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
g ö r k ə m l i
t a t ş ü n a s
.
TANINMIŞ ŞƏRQŞÜNAS
Maqsud İbrahim oğlu Hacıyev 1935-ci il sentyabr ayınm 10-
da keçmiş Qonaqkənd rayonunun (indiki Quba rayonu) Gümür
kəndində anadan olmuşdur. 1954-cü ildə Qonaqkənd orta məktəbini
bitirən M.Hacıyev həmin ildə Azərbaycan Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinə daxil olaraq oranı 1959-cu ildə İran
filologiyası ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan EA
Şərqşünaslıq İnstitutunda əvvəl laborant, sonra elmi işçi və baş elmi
işçi vəzifəsində çalışmışdır. Bir müddət Azərbaycan EA İ.Nəsimi
adma Dilçilik İnstitutunun ümumi dilçilik və dil əlaqələri şöbəsinin
böyük elmi işçisi olmuşdur. Müxtəlif illərdə İranda və Əfqanıstanda
tərcüməçi, İsfəhan metallurgiya zavodunun sovet mütəxəssisləri
rəhbərinin müavini, Kabuldakı sovet səfirliyində ikinci katib
vəzifələrində işləmişdir.
M.Hacıyev Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jur
nalistlər Birliyinin, Beynəlxalq Şərqşünaslar Assosiasiyasının
həqiqi üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin idarə heyətinin
üzvü, Respublika «Azəri» Tat mədəniyyət mərkəzinin sədridir. O,
həmçinin Respublika «Bilik» (indiki Maarifçilik, Mədəniyyət və
İnformasiya Mərkəzinin) və «Kitab» Cəmiyyətləri idarə heyətləri
nin üzvü, Azərbaycan EA-sı rəyasət heyəti nəzdində fars dili komis
siyasının sədridir. Əfqanıstandakı Sovet səfirliyinin ikinci katibi
olmaqla, Əfqanıstan İctimai Elmlər İnstitutunun ədəbiyyat kafedra
sının ustad-professoru vəzifəsində işlədiyi zaman (1987-1988) «Əf
qanıstan siyasi klubu» siyasi-elmi mərkəzinin sədri olmuşdur. O,
Lənkəran Dövlət Universitetində, Azərbaycan Ziyalılar Universi
tetində, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması
və Yenidən Hazırlanması İnstitutunda müxtəlif vaxtlarda dosent, Zi
yalılar və Avrasiya Universitetlərinin professoru vəzifələrində
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
525
çalışmış, hazırda da müxtəlif elm və təhsil ocaqlarında mühazirələr
oxuyur, seminarlar aparır.
O, “Nailiyyət” və “Qızıl qələm” yüksək jurnalist, “Mahir
sənətkar” və “Araz” ədəbi mükafatları, akad. Y.Məmmədəliyev
“Qızıl medalı” laureatıdır.
M.Hacıyev «Əmək rəşadətinə görə» medal və Azərbaycan
EA-nın «Veteran» döş nişanı ilə təltif olunmuşdur. Əfqanıstan
müharibəsi iştirakçısı və əmək veteranıdır.
M.Hacıyev bir sıra monoqrafiya, kitab, broşura, elmi və pub
lisistik məqalələrin müəllifidir.
M.Hacıyev 1962-1964-cü illərdə Əfqanıstanda, 1966-1968 və
1970-1974-cü illərdə İranda, 1979-1984 və 1987-1988-ci illərdə ye
nidən Əfqanıstan Respublikasında xalqımızı ləyaqətlə təmsil etmiş,
ona tapşırılan vəzifəni şərəflə yerinə yetirmiş, təmsil etdiyi və iş
lədiyi ölkələrin rəsmi dairələrinin təşəkkür və təqdirinə layiq görül
müşdür. M.Hacıyev işlədiyi ölkələrin ədəbiyyatı, mədəniyyəti və
siyasi-ictimai həyatı ilə də dərindən maraqlanmış, müxtəlif maraqlı
materiallar toplamış, onları yeri gəldikcə, işləyərək Azərbaycan
oxucularına təqdim etmişdir.
M.Hacıyevin İran səfəri nəticəsində yaranmış «Beş il qonşu
diyarda» irihəcmli publisistik əsəri 1976-cı ildə nəşr edilmişdir.
Yetmişinci illər İran ilə Sovet İttifaqı arasında soyuq münasibət
buzunun təzəcə əriməyə bäşladığı illər, iki ölkə arasındakı qonşulu
ğun keçmiş illərə nisbətən yaxşılaşmağa doğru müsbət meyilin ye
nicə bərpa olunduğu və qarşılıqlı etimad cücərtilərinin bəhrələndiyi
dövr idi. Bu zaman hələ İranla onun birbaşa qonşusu, tarixi, ədəbi-
mədəni tellərlə, taleyin alın yazısı ilə əbədi bağlanmış Azərbaycanla
münasibətlərdən danışmaq mümkün deyildi. Azərbaycanın öz
müstəqil xarici siyasəti yox idi və təbii ki, belə şəraitdə xarici
ölkələrlə, o cümlədən qonşusu İranla sərbəst və azad qonşuluq mü
nasibətləri yaratmağa cəhd belə edə bilməzdi. Azərbaycanlıların
müxtəlif illərdə pənah gətirmiş, bəzən hətta sadəcə olaraq ehtiyac
üzündən iş və dolanacaq dalınca Azərbaycanın müxtəlif şəhərlərinə,
rayonlarına gələrək orada məskən salmış, siyasi ab-havadan asılı
526
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
olaraq daha vətənə qayıda bilməyən, buram özünə əbədi məskən
saymış cənublu qardaş və bacılarımız İranda qalmış qohum-qar-
daşlan ilə görüşməkdən məhrum idilər. Adamların ürəyində Araz
həsrəti, Təbriz nisgili bir düyün bağlamışdı. İranın ictimai-siyasi
həyatından, ədəbi-mədəni mühitdən çatan kiçicik bir xəbəri
azərbaycanlılar bir müjdə kimi qəbul edirdilər. Elə bu zaman
M.Hacıyevin oxuculara təqdim etdiyi «Beş il qonşu diyarda» əsəri
həmin mənəvi boşluğu dolduran ədəbi hadisə idi. Gərgin zəhmətin
bəhrəsi olan bu əsər dərhal oxucuların ürəyinə yol tapdı. Bu da
təsadüfi deyildi. Əsər qonşu ölkəyə, onun qədim mədəniyyətinə,
özümüzün bir parçamız olan Təbrizimizə, bu qədim şeir və sənət di
yarının mehriban və qonaqpərvər insanlanna, ağsaçlı Sədi kəlamları
ilə böyüyən Tehran və İsfahan cavanlarına, Hafizin ecazkar
qəzəlləri ilə açılan Şiraz gözəllərinə məhəbbətlə yazılmış, hər
səhifəsinə ətirli Abşeron gülabından səpilmiş, ənənəvi dostluq və
qardaşlığımıza yeni bir ruh hopdurmuşdu. Əslində, əsər müəllifin
bu ölkədə işlədiyi altı ildən artıq müddəti əhatə etsə də, on çap
vərəqi həcmində olan bu əsəri oxucu bir nəfəsə oxuyurdu. Elə buna
görə də, Cabir Novruz M.Hacıyevin bu əsərini
sonralar
ədəbiyyatımızda xarici ölkələrə səfərlər nəticəsində yaranacaq və
ədəbi janr kimi formalaşacaq memuar-xatirə ədbiyyatınm başlanğıcı
sayır. Sabir Rüstəmxanlı isə onu həmin illərin ən yaxşı publisistik
nümunəsi hesab edərək Azərbaycan publisistikasında «Şərqi bizə
tam əzəməti ilə yenidən tanıtdıran əsər» adlandırmış, əsəri yalnız
müəllifin deyil, bütün siyasi-memuar ədəbiyyatımızın, ədəbi-siyasi
publisistikamızın nailiyyəti hesab etmişdir.
M.Hacıyevin İran səfəri ona müxtəlif illərdə ölməz Şəhri
yarın, İran Azərbaycanının görkəmli uşaq yazıçısı Səməd Beh-
rənginin, Təbriz Universitetinin professoru, görkəmli yazıçı
Qulamhüseyn Saedinin, Abbas Bariz İslaminin, Cəlal Al-Əhmədin,
Pərvin Etisaminin və b. yaradıcılığına, Nəriman Nərimanovun,
Məmməd Səid Ordubadinin əsərlərinin İranda nəşrinə, Üzeyir
Hacıbəyovun ölməz əsərlərinin qonşu ölkədə tamaşaya qoyulmasına
və s. kimi mühüm ədəbi-mədəni məsələlərinə dair dəyərli məqalələr
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
527
yaratmaq imkanı verdi. Onun «İstedadlı müəllim, görkəmli uşaq
yazıçısı», «Ölümündən sonra doğulan insan», «Cənub nəsiminin
ətri», «N.Nərimanovun əsərləri Təbrizdə», «Arşın mal alan İran
səhnəsində», «Bir İran tayfası haqqında», «Qədim İran mədəniyyəti
həftəsi», «Sovet-İran münasibətlərinə dair», «Bir Azərbaycan
kəndinin ədəbiyyat xəzinəsi barəsində», «Azərbaycan nağılları fars
dilində», «Puriya Vəlinin yaradıcılığına dair», «İsfahanda Azərbay
can abidələri», «Şəhriyarın Heydərbabaya salam poemasına yeni
nəzirə», «Dumanlı Təbriz» fars dilində, «Müasir İran uşaq
ədəbiyyatı və S.Behrəngi yaradıcılığı» və s. kimi oxucuların
rəğbətini qazanmış məqalələri yazıb elmi-ədəbi ictimaiyyətə
çatdırdı.
Alimin rəhbərliyi və redaktorluğu ilə başqa müəlliflərlə şərikli
yazılmış və İsfahanda çap olunmuş (1973) «İran haqqında məlumat,
fars dilinin qısa qrammatikası, texniki lüğət və rusca-farsca danışıq
kitabı» çox keçmədən ikinci dəfə (1974) çap olundu, İran və sovet
oxucusunun rəğbətini qazandı. Təsadüfi deyildir ki, istər İranda,
istərsə də Sovet İttifaqında, o cümlədən Bakıda bu kitab haqqında
tanınmış
iranist-şərqşünaslardan
T.Ələsgərova,
Ə.Azmudə,
Z.Foruşani, Z.İsgəndər və başqalarının bir sıra qəzet və jurnallarda
maraqlı tənqidi-biblioqrafık məqalələri çap olunur.
Onun qonşu İrana səfərdən sonra yaranmış «İran etüdləri»
sənədli povesti («Литературный Азербайджан» № 6, 1979),
«Suda toy», «Torpağın kısməyi», «Bir yay axşamı», «Üç kartof və
üç yüz uşaq» və s. hekayələri də tələbkar oxucuların xoşuna gəlir və
müxtəlif yerlərdə çap olunur.
M.Hacıyev dost Əfqanıstana üç dəfə səfər etmiş (1962-1964;
1979-1984; 1987-1988-ci illərdə), bu qədim şərq ölkəsinin, coğrafi
mövqeyinə görə «Asiyanın ürəyi» adlandırılan bu qəhrəmanlar
diyarının ədəbiyyat və mədəniyyətinə dair xeyli əsər və məqalələr,
bu ölkənin qəhrəman oğullarının həyatına aid müxtəlif oçerklər həsr
etmişdir. O, bu ölkənin həm sakit, döyüşsüz illərini, həm də işğalçı
rus ordusu çəkmələri altında inlədiyi, torpağınm-daşımn amansız
düşmən silahlarının odu-alovu ilə qarsalandığı illəri görmüşdür.
Dostları ilə paylaş: |