528
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
Ona görə də, onun elmi-publisitik fəaliyyətində dost diyarın
yaşadığı iztirabları, kasıb və sadə xalqın gələcəyə ümidlə dolu
arzularını izləmək olar. Onun bu ölkəyə ilk səfərinin bəhrəsi olan
«Məzari-Şərif muzeyində», «Sönməz məşəl», «Qardaşlaşma»,
«İnsan hücum edir», «Üç il əfqanlar arasında», və s. kimi publisitik
yazılan oxuculann xoşuna gəlir. Sonrakı səfərlərin məhsulu olan
«Əfqanıstan görüşləri» kitabı, «İnqilabi Əfqanıstanda», «Dörd ildə
gördüklərim», «Xəzər tez-tez yuxuma girir», «Dostluq təranələri»,
«Dost diyardan məktub», «Qərib damla ana dənizə qovuşur»,
«Əfqanıstan: ağnm, sevincim», «Yaxın qonşu uzaq qohumdan
yaxşıdır», «Əfqan ədəbiyyatında milli banşıq», «Ədəbiyyat sülhün
xidmətində», «Əfqan aprel inqilabı mövzusu sovet ədəbiyyatında»,
«Əfqan qadınları inqilabi keşikdə», «Azadlığın böyük günəşi»,
«Müasir
əfqan
şeirində
Azərbaycan
mövzusu»,
«Zamanın
sınağından
çıxmış
dostluq»,
«Qoca
diplomatın
xatirələri»,
«Əfqanıstandakı əfşarlar haqqında» və s. kimi elmi-publisistik əsər
və məqalələri geniş oxucu auditoriyasının müzakirəsinə verilir.
Bunlarda müxtəlif ədəbi-mədəni və ictimai-siyasi məsələlərin aktual
cəhətləri qoyulur, izah olunur, onlara münasibət bəslənilir,
Əfqanıstan həyatı və əfqan hadisələri barəsində ən cüzi məlumatı
səbirsizliklə gözləyən oxucularla mübahisələr edilir, xüsusilə,
səksəninci illər sovet işğalı dövründə Əfqanıstanın ictimai-siyasi
həyatının bu və ya başqa sahəsi haqqında oxuculara məlumat
verilirdi.
M.Hacıyevin inqilabi Əfqanıstana dair elmi-publisistik ya
zılan, əfqan yazıçısı və şairlərdən olan Əbdülqadir Əbhər, Dəstəgir
Pəncşiri, Seyid Hüseyn Aşəftoyi-Baxtəri, Xəlilullah Xəlili, Abdulla
Naibi, Ə.R.Zəryab, H.Neysan, Ziyai və başqalannın ədəbi yaradı
cılığından elədiyi tərcümələr bu qədim ölkəni Azərbaycan oxucu
suna sevdirməkdə az rol oynamır. Elə buna görə də, «Son illərdə
doğma respublikamızla yaxından tanış olmaq imkanı tapan əfqan
şairlərinin Azərbaycan və onun ürəyi olan Bakıya, qəhrəman xaqı-
mıza yazdıqlan şeirləri üzərində geniş dayanaraq onları düzgün təh
lil edən M.Hacıyev xalqımızı əfqanlara, Əfqanıstanı xalqımıza
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
529
sevdirir, ürəyimizi doğma yurdumuz üçün iftixar hissi ilə doldurur.
Bu sözlər dost ürəyindən gələn sözlərdir. Məhz bu dost sözünü
Azərbaycan oxucularına çatdırmaqda yazıçı-publisist olan M.Hacı-
yevin zəhməti təqdirəlayiqdir». Bu sözləri görkəmli yazıçı,
Prezident təqaüdçüsü, Əfqanıstanın həyatına həsr olunmuş məşhur
trilogiyanm müəllifi Əlibala Hacızadə M.Hacıyevin «Müasir əfqan
şeirində Azərbaycan mövzusu» əsəri haqqında yazmışdır.
M.Hacıyevin «Əfqanıstan görüşləri» (rəyçi Əlibala Hacızadə,
redaktor Həsən Əlibəyli) «Yazıçı» nəşriyyatında çapdan bu
raxılmışdır (1989). Əsər Azərbaycan oxucusunun mühüm maraq
dairəsinə daxil olan bir məsələyə - dost əfqan xalqının həyatına həsr
olunduğundan böyük şöhrət qazanır. Elə buna görə də əsər haqqında
bir-birinin ardınca Bakı radio və televiziyası ilə verilişlər verilir,
respublikanın mərkəzi qəzet və jurnallarında,
hətta rayon
qəzetlərində mütəxəssis əfqanşünaslar və Əfqanıstanda vuruşmuş
«azərbaycanlı əfqanlar»m rəyləri çap olunur. Aydın Ağayev, Tofiq
Mütəllimov, Ağacavad Cəfərov və başqaları öz məqalələrində
əsərin aktuallığım qeyd edir, əsəri resuplikamızm əsl siyasi
nailiyyəti hesab edirlər. Tarix elmləri doktoru, prof. Həsən Əlibəyli
«Əfqanıstan
görüşləri»
kitabının
müqəddiməsində
yazırdı:
«Oxucular M.Hacıyevin «Əfqanıstan görüşləri» kitabı vasitəsilə
əfqan torpağına səfər edəcək, müəllifin bu ölkənin müxtəlif nü
mayəndələri ilə maraqlı görüşləri, Azərbaycan-Əfqan ədəbi-mədəni
əlaqələri, əfqan ictimaiyyəti qarşıısnda duran ciddi siyasi-iqtisadi
problemlər, qədim Şərq mədəniyyətinin inkişafında misilsiz rol
oynamış ağsaçlı şəhərlərin tarixi, xalqın özü kimi qədim olan
bayram, toy və digər mərasimlərlə yaxından tanış olacaqlar... Heç
şübhəsiz, dost ölkə və qardaş xalq haqqında səmimiliklə qələmə
alınmış bu əsər oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır».
Tanınmış şərqşünas alim Həsən Əlibəylinin bu sözlərinin, zənni-
mizcə, izaha ehtiyacı yoxdur və onun bu sözləri M.Hacıyevin dost
ölkə və onun qədim xalqı haqqında gərgin zəhmətinə verilən layiqli
qiymətdir.
530
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
Azəməşr tərəfindən 1993-cü ildə böyük tirajla çapdan bu
raxılmış «Yuxuyozma, istixarə, bürclər, talelər» kitabının ixtisar
redaktoru, rəyçisi, müqəddimə və şərhlərin müəllifi olan M.Hacıye-
vin kitaba yazdığı müqəddimə yığcam və səlis elmi-publisistik jan
rın ən yaxşı nümunəsi sayıla bilər. Həmin müqəddimədən aşağıda
verəcəyimiz parça buna ən yaxşı sübutdur: «...Ümumbəşəri tərəqqi
mənasında xalqların mədəni inkişaf yollan daha da yaxınlaşaraq
çarpazlaşdıqca onların özünü dərk etməsi, öz kökünə qayıdışı, öz
soy ağacına söykənəcəyi daha da daralır, fərdiləşir, özününküləşir.
Bunu yetmiş ildə zorla tətbiqinə səy göstərilmiş «vahid sosialist
mədəniyyəti», «sovet xalqlan mədəniyyətinin vahid yolla inkişafı»
kimi dövlət siyasəti səviyyəsinə qaldmlmış qondarma ideologiya da
sübut etdi. Xalqlar birləşməkdənsə daha da parçalandılar. Çünki
inam və əxlaq normalan müxtəlifdir. Gələcək nəhəng millətlər
okeanında və kiçikliyindən asılı olmayaraq hər xalqın varlığını təyin
edəcək mühüm amillərdən biri də onların özlərinə məxsus adətləri
olacaq; ancaq özlərininki olan, öz həyat tərzləri və əxlaqi təfəkkür
anlamlarının təzahürü olan daşlaşmış, arxaiklikdən, «köhnəlikdən»
çıxarılaraq yaradılmış (bununla da mənsub olduğu xalqı yaşatmış)
adət-ənənələr, inam və duyumlar onların «pasportu» olacaq».
Göründüyü kimi, müəllif M.Hacıyev doğru olaraq xalqm unudul
muş adət-ənənələrinin, yaddaşlardan silinmiş inam və inanclarımı
zın yenidən dirçəldilməsini xalqın gələcək milli və özünəməxsus
«pasportu» adlanıdrır. Onun bu mühüm məsələ haqqındakı belə
tutarlı mühakiməsi ilə razılaşmamaq çətindir.
M.Hacıyev vuruşan Əfqanıstanın Nəngəıhar vilayətinin mər
kəzi Cəlilabad şəhərində Əfqanıstan İctimai Elmlər İnstitutunun fili
alının yaradılmasında fəal iştirak edir. Bu mühüm işi təşkil etmək
məqsədilə yaradılmış komissiyada Əfqanıstan dövlət və partiya
rəhbərliyi nümayəndələri ilə bərabər (cəmi 12 nəfər) Sovet səfirliyi
tərəfindən M.Hacıyev məsul təyin olunmuşdu. Olduqca çətin hərbi
və siyasi şəraitdə, 1987-ci il sentyabr ayının 14-də, Cəlilabadda
filialın təntənəli açılışı oldu. Açılışda ilk sözü Əfqanıstan Xalq
Demokratik Partiyası siyasi bürosunun üzvü, ölkənin baş nazirinin
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
531
birinci müavini Nəzər Məhəmməd söylədi. Kabul İctimai Elmlər
İnstitutunun birinci prorektoru professor Puyan hökumətə rəsmi he
sabatında institutun bu filialının yaradılmasında, onun işinin təşki
lində professor M.Hacıyevin xidmətini xüsusi qeyd edir. Nəngərhar
vilayətinin general-qubernatoru Məhəmməd Ənvər İsar Əfqanısta
nın Pakistan ilə həmsərhəd olan bu qədim vilayətində belə bir mü
hüm elm və tədris ocağının yaranmasında yorulmaz səmərəli
fəaliyyətinə və müharibə şəraitində özünün təhlükə altında qalması
na baxmayaraq, institutun açılışını və ilk dərslərin yüksək şəkildə
təşkil etdiyinə görə dost Azərbaycan nümayəndəsi M.Hacıyevə
minnətdarlığını bildirir. Əfqanıstan sərhəd qoşunları komandanı ge
neral Bəha da Sovet səfirliyi rəhbərliyinə təşəkkür məktubunda
səfirliyin H katibi M.Hacıyevin Cəlilabad İctimai Elmlər İnstitutunun
açılışmdakı xidmətini çox yüksək qiymətləndirir.
O, xaricdə olarkən görkəmli şairlərimiz Rəsul Rza, Nəriman
Həsənzadə, unudulmaz nasirimiz Əlfi Qasımov, tanınmış yazıçı
Əlibala Hacızadə, görkəmli jurnalist Fazil Rəhmanzadə, tarixçi-
şərqşünas Həsən Əlibəyli, şair Abbasəli Sarovlu və başqaları ilə ya
zışmış, oxucularımızı qonşu ölkədə Azərbaycan diyarına aid olan mə
dəni-siyasi hadisələrlə tanış etmişdir.
Əfqanıstanın İctimai Elmlər İnstitutunun rektoru akademik
Qafari həmyerlimizə təşəkkür məktubunda əfqan dinləyicilərinin
onun mühazirələrindən razı qaldığını, onun hazırladığı Elmi-meto
dik ədəbiyyat proqramının, elmi tədqiqatlarının yüksək elmi səviy
yədə olduğunu xüsusi qeyd edir.
M.İ.Hacıyev İran və Əfqanıstanda işlədiyi müddətdə İran şahı
Məhəmməd Rza Pəhləvi, Monqolustan rəhbəri Sedenbal, Əfqanıs
tan rəhbəri Zahir şah , Əfqanıstanın baş naziri d-r Yusif, sonralar
Əfqanıstanın dövlət rəhbəri Bəbrək Karməl, Sovet rəhbərlərindən
L.İ.Brejnev, A.N.Kosıginlə görüşlərdə iştirak etmişdir. O, görkəmli
şəxsiyyətlərdən
M.Tursunzadə,
Ç. Aytmatov,
R.Həmzətov,
L.Oşanin, S.Batalov, T.Salahov, M.İbrahimov və başqaları xarici
səfərlərdə olarkən onlarla ünsiyyətdə olmuş, səfərlərinin səmərəli
olmasına kömək etmiş, onların səmimi təşəkkürünü qazanmışdır.
Dostları ilə paylaş: |