Ma qs ud ha c I y e V



Yüklə 468,88 Kb.
Pdf görüntüsü
səhifə116/131
tarix24.12.2017
ölçüsü468,88 Kb.
#17648
1   ...   112   113   114   115   116   117   118   119   ...   131

480
İKİNCİ  KİTAB
yeyilməsi  insanm  sidiklik  yolunda  və  böyrəklərində  daş  əmələ  gəl­
məsinə səbəb olur.
Tatlann,  xüsusilə  qoca  nəslin  fikrincə  dovşan  ətini  yemək  ol­
maz.  “Niyə?” -  sualının cavabında onlar deyirlər ki,  bunun ən gözəl 
sübutu  dovşanın  dırnaqlarıdır.  Dovşanın  pəncəsi  vəhşi  -   yırtıcı  ət 
yeyən  heyvanlara,  məs.,  çaqqal,  tülkü  və  s.  pəncələrinə  oxşayır.  Be­
ləliklə də  tatların fikrincə dovşan təkcə  ot yeyən heyvan deyil.  Əgər 
o  təkcə  ot  yeyən  olsaydı,  onun  pəncəsindəki  dırnaqlar  yırtıcılara 
məxsus şəkildə olmazdı.
Dovşan  ətinin  yeyilməsi  barəsində  dəfələrlə  mübahisənin  şa­
hidi  olmuşuq.  Çox  vaxt  tatlann  hətta yaşlı  nəsillərindən  belə  adam­
lar tapılır ki, onlar dovşan  ətini  tamamilə haram olmadığını deyir və 
bu heyvanın yalnız  sol  tərəfinin  (?) haram olduğunu  söyləyir və de­
yirlər ki,  dovşanın sağ tərəfi (?) yeməlidir.  Birinci və ikinci qrup nü­
mayəndələri  indi  də  öz  fikrində  müstəqildir:  birincilər  əsla  dovşan 
əti yeməz,  onu haram  sayar,  ikincilər isə onun ancaq sağ tərəfini  ye­
yər və bununla da tamamilə düzgün iş gördüklərinə ürəkdən  inanar­
lar.  Qeyd etməliyik ki,  tatlann  at ətinin yeyilib-yeyilməməsinin mə­
sələsinə münasibəti də eynilə dovşan  ətinə olan münasibət kimidir.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
481
XALQ  TƏBABƏTİNDƏN  NÜMUNƏLƏR,
ƏL  ÖPMƏK  VƏ  ÇAXMAQ  DAŞ I
Hər bir xalqa olduğu kimi  tatlann da özlərinə məxsus müxtəlif 
müalicə  üsullan  vardır.  Bu  üsullardan  indi  də  tatlar içərisində  müx­
təlif  xəstəlikləri  müalicə  etmək  üçün  istifadə  olunur  ki,  bunlardan 
bir neçəsini qeyd etməyi lazım bildik.
Göstərdiyimiz  üsullann  hamısı,  demək  olar  ki,  bütün  tatlar 
üçün eynilik təşkil edir.
Əgər qulaq  ağnyırsa və  bu  ağn  əgər qulağa  qan  axmasından- 
dırsa vena damannı çərtməli, bir qədər qan çıxmasına imkan vermə­
li,  sonra  isə  qulağa  badam  yağı,  gülab  və  ya  sirkə  damızdırmaq  la­
zımdır.  Qulaqda  eşidilən  “tuk-tuk”  səsi  irinləmənin  işarəsidir  və 
əgər müalicənin nəticəsində  vuran  nəbz  kimi  aramla eşidilən  bu  səs 
azalmazsa,  onda  qulağa  kəklikotu  (və  ya  dağ  nanəsi)  suyu 
damızdırırlar.  Əgər qulağa qırxayaq  və  ya başqa bir cücü  və həşərat 
girmişsə  əvvəl  bir  az  aloy  yarpağından  ilıq  suya  qatıb  qulağa 
tökməli, bir qədər keçəndən sonra isə küncüd  yağı damızdırmalıdır. 
Bundan sonra həşərat və ya cücü qulaqdan çıxacaqdır.  Qulaqda irin- 
ləmə uzun müddət gedəndə (tatlann sözü ilə çirkləyəndə -  yəni  irin­
ləyəndə)  bir  tikə  pambığı  qaynatmalı,  sonra  onu  qadın  südünə  batı- 
nb  pambığı  azca  istiyə  verib qızdırmalı,  sonra  südü  pambıqdan qu­
lağa  süzüb  həmin  pambıqla  da  onu  tıxamalıdır.  Söyüd  ağacının  yar- 
paqlanmn suyu da qulağın irinini sağaldan mayedir. Bir tikə çiy quyru­
ğu oda verib təqribən qəhvəyi rəng alana qədər qızardıb yağını  sıxaraq 
qulağa tökmək də qulaq irinini sağaltmaq üçün faydalı hesab olunur.
Boğaz ağrıyanda qara tut mürəbbəsi,  sirkə,  gülab boğaza sürt­
məli,  sumağı  qaynadıb  onun  suyunu  bir  neçə  dəfə  qarqara  etməli, 
alça suyu  içməli,  turşu qurusu  yeməlidir.  Əgər boğaz içəridən  və ya 
bayırdan şişibsə baş  soğanı kələm  və çuğundur yarpağı  ilə qaynadıb 
əzməli, sonra bir tikə pambıq və ya təmiz  əski parçasını həmin məh­
lulda  isladıb,  qaynadılmış  şeylərin  məhlulunu  qarışdırmalı,  ondan


482
İKİNCİ KİTAB
bir  qədər  suda  isladılmış  pambıq  və  ya  əskini  üstünə  sürtməli,  bir 
qədər  soyudub  boğazı  yandırmayacaq  dərəcəyə  çatdıraraq  isti-isti 
boğaza yapışdırmalı,  üstündən parça  və  ya  dəsmalla  boğazın  ətrafı­
na bağlamalıdır.
Bir  neçə  dəfə  belə  edəndən  sonra boğazın  irini  yetişib  partla­
yacaqdır. Boğazda hinaq olanda, yaxud tatlar demişkən hinaq gələn­
də  (difteıiya)  əlamətləri:  boğazın  və  hulqumun  dibinin  ağrıması;  tə­
cili  sürətdə  xaricdən  boğaza zəli  qoymalı,  zəli çirkli  qanı  sorub  dü­
şür,  hinaq  da  sağalır.  Bu  xəstəlik  zamanı  məsləhət  görülür  ki,  nar 
dənələrini  narın  qabığındakı  əti  ilə birlikdə  sıxmalı,  suyunu  xəstəyə 
içirtməlidir.  Bunun yaxşı nəticə verməsi üçün qara tutu (təzə, ya qu­
rumuşun,  yaxud mürəbbəsinin) kişniş  və sumaxla birlikdə qaynadıb 
suyunu  qarqara  etmək  lazımdır.  Hinaq  zamanı  yuxanda  göstərilən 
şeyləri  təcili  təmin etmək mümkün olmadıqda xəstə  adamın boğazı­
na bir və ya iki oymaqlıq uşaq sidiyi tökmək məsləhət görülür.
Mədədə  qurd  olanda  əlamətləri  aşağıdakı  kimidir:  yeməkdən 
qabaq  və  sonra  göbəyin  ətrafını  ağn  tutur,  gecələr yatanda xəstənin 
ağzından su  tökülür,  aclığa dözümsüzlük,  tez-tez  acmaq,  nəbzin ya­
vaş  vurması,  bədənin ümumiyyətlə sərin olması, gücsüzlük və ümu­
mi  zəiflik,  yatanda  dişləri  bir-birinə  sürtmək  (tatca danduqırçə),  qu­
ru  öskürək,  ifrazatın quruluğu,  mədədə  olan  atəşin  nəticəsində  gün­
düz dodaqlar və dil  həmişə quru olur.
Müalicəsi:  üç-dörd gün  səhər ac qarına içinə qənd atılmış təzə 
süd  içmək.  Bundan  başqa  ac  qanna bir neçə  gün  qoz  ləpəsi,  yemiş 
və ya balqabaq toxumu yeməli; mədədəki qurdlar töküləcəkdir. Turş 
nar ağacının  qabığım  və  onun kökünün rişələrini suda qaynadıb  ilıq 
halda  içmək  də  mədədəki  qurdlann  tökülməsi  üçün  son  dərəcə  fay­
dalı  üsul  sayılır.  Nar  ağacının  kökünü  ələ  gətirmək  mümkün  olma- 
dıqda  nar ağacı  ilə  qara  tut  ağacının  qabığını  suda  iki  gün  saxlayıb 
islatmalı,  sonra  qaynadıb  bişirməli,  onu  təmizləyəndən  sonra  soyu­
dub  durultmalı,  ona qaysı  yarpağının  аупса  bişirilmiş  suyundan  iki 
qaşıq  əlavə  edib  içməli.  Səhərlər  ac  qanna  bir  neçə  qaşıq  sirkə  iç­
mək də mədə qurdlanmn tökülməsinə səbəb olur.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
483
Əgər bir nəfər çox tərləyərsə kəndalaşın yetişmiş dənələrindən 
bir  qədər  qızılgül  ilə  qanşdm b  xəmir etməli,  sonra  həmin  məhlulu 
xəstənin bədəninə  sürtməlidir.  Başqa üsulu:  qurumuş  kişniş,  döyül­
müş sumax və təmizlənmiş düyü -   hərəsindən müəyyən qədər bəra­
bər surətdə qazana töküb qaynatmalı,  suyun  yansı buxarlanmalı,  on­
dan sonra bişmiş məhlulu soyudub çökməsinə imkan verməməli,  qa­
rışdırandan sonra onu içməlidir.
Tatlann  fikrincə  şiddətli  baş  ağrısını  kəsmək  Uçiin  başdan  qan 
almaq lazımdır.  Bunun üçün keçmişdə kənd “həkimi” (adətən qan  ar­
vad  olurdu)  xəstənin  başını  qıçlan  arasına  alır  (başını  tərpətməmək 
üçün),  onun  alnına iti  ülgücün  ucunu  söykəyib  o  biri  əlində  tutduğu 
taxta qaşığı  ülgücün üstünə vurardı.  Ülgücün ucu dərini kəsib ətə gi­
rir, qan bayıra tərəf süzülür. Adətən bu yaxşı nəticə verir və ağnnı kə­
sirdi.  Yel  xəstəliyi  (revmatizma)  və  soyuqdəymə  zamanı  bel  ağnsı 
(qulunc  gəlməsi)  üçün  də  tatlar  çox  vaxt  ya  ağrıyan  yerə  banka 
(stəkan və  s.) qoyar,  ya da yenə də həmin üsul  və ya ülgüc çərtməklə 
oradan  qan  alırlar.  Ümumiyyətlə,  tatlar  ağrıları  bədəndən  çıxarmaq 
və  ya  azaltmaq  üçün  ağrıyan  yerin  qanını  təmizləmək  və  sağlam  ol­
mayan “xəstə” qam həmin yerdən çıxanb atmağa xüsusi əhəmiyyət ve­
rir və  əsasən bu  üsuldan  istifadə  edirlər.  Ona görə də  bu  məqsəd üçün 
tatlar çox vaxt zəlidən istifadə edir, belə, boyuna, qulağa, qıça, dizə, qar­
ma,  alma və s.  bədən üzvlərinə zəli buraxırlar.  Bu məqsəd üçün demək 
olar ki,  tat kəndlərinin hamısında bir və ya bir neçə evdə bütün  il  boyu 
bankada və ya başqa bir qabın içində zəli saxlayırlar.
Tat kəndlərində bəzi bitkilər xalq üçün təbii təqvim rolunu  oyna­
yır.  Quba rayonunun  Gümür,  Ördüc,  Qonaqkənd,  Afurca,  Dəhnə  və  s. 
kəndlərində “gəndəlaş”, ya “qanqalac” adlanan bitki (azərbaycanca gən- 
dəlaş) yetişib qaralan zaman (sentyabr ayının axırında yetişir) an pətək­
lərini kəsib bal götürürlər. Bu bitki yetişənə qədər bal götürmək hallanna 
çox az təsadüf olunur.
Yaxud Azərbaycan ədəbi dilində  “xoruz gözü”, bəzi  tatlann ləhcə­
sində  “çümlə xoruz”, Gümür,  Afurca və s.  kəndlərdə isə “qəmqəl”  adla­
nan bitki yetişən zaman yazlıq toxumu səpini başlayır.


Yüklə 468,88 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə