6
BİRİNCİ KİTAB
qinə həsr olunmuş bu əsər də məhz belə imkan və şəraitin mövcud
olması ilə bağlı meydana çıxmışdır. Əsər müstəqil Azərbaycan hö
kumətinin azsaylı xalqların dillərinə, ümumiyyətlə, milli məsələyə
demokratik və humanist münasibətinin, real qayğının təzahürüdür.
Mövzunun aktuallığı
Dünyada mövcud olan hər şey tədqiq edilir, öyrənilir. İnsan
cəmiyyətinin tarixi inkişafının ən kamil və qiymətli məhsulu olan
dilin tədqiqi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Elmin müx
təlif sahələrinin yüksək inkişaf mərhələsində olduğu indiki dövrdə
bəzi azsaylı xalqların dillərinin, o cümlədən tat dilinin tədqiqi, ümu
miyyətlə, dilçilik, o cümlədən Azərbaycan dilçiliyi qarşısında mü
hüm vəzifə kimi durur. Bu dilin tədqiqi həm ümumdilçiliyi nəzəri
cəhətdən zənginləşdirməyə, həm də konkret bir dilin tədrisi mə
sələsi ilə əlaqədar praktik məqsədə xidmət edir.
Məlumdur ki, hazırda Azərbaycanın müvafiq regionlarında
azsaylı xalqların dili tədris olunur. Konkret olaraq, tat dilinin
tədrisini keyfiyyətli aparmaq üçün onu hərtərəfli tədqiq etmək
lazımdır. Bir sözlə, tat dilinin tədqiqi həm dünya dilçilik elmini
zənginləşdirmək, həm də praktik məqsəd baxımından aktualdır.
Əsərin tədqiqat obyekti Azərbaycan Respublikasında yaşayan
tatların dilidir. Azərbaycanda tatlar müxtəlif regionlarda yaşadıqla
rından onların dilində müəyyən fərqli cəhətlər vardır. Təqdim olu
nan bu kitabda tat dilinin, demək olar ki, Azərbaycan Respublikası
nın bütün rayonlarmdakı mövcud ləhcələri üzərində tədqiqat aparıl
mış, leksik, fonetik və qrammatik xüsusiyyətləri hərtərəfli araşdırıl
mış, ləhcələrdəki eyni və fərqli cəhətlər göstərilmişdir. Yeri gəldik
cə tat dili faktları Hind-Avropa ailəsinə daxil olan digər qohum dil
lər, habelə Azərbaycan dili faktları ilə müqayisə edilmiş, substrat və
alınmalar tədqiq olunmuşdur.
Tədqiqatın məqsəd və vəzifələri aşağıdakılardır:
• Azərbaycan Respublikasında tat dilinin yayılma arealını mü
əyyənləşdirmək;
• tat dilinin leksikasını tədqiq etmək, leksik-semantik qrupları,
alınma sözləri, fıazeoloji ifadələri öyrənmək, leksik vahidlərin se-
AZƏRBAYCAN TATLARININ DİLİ
7
mantik inkişafını, tarixi inkişaf prosesində onlarda baş vermiş fone
tik dəyişiklikləri izləmək, tat dilindən Azərbaycan dilinə keçən söz
lərin işlənmə sferasını göstərmək;
• tat dilinin fonetikasmı tədqiq etmək, danışıq səslərinin təsni-
fıni vermək, bu dilin fonetik sisteminin ümumi mənzərəsini təsvir
etmək, mühüm fonetik hadisə və qanunları müəyyənləşdirmək, ləh
cələr arasındakı fonetik fərqləri göstərmək;
• tat dilinin morfoloji quruluşunun təsvirini vermək, müxtəlif
nitq hissələrinə məxsus qrammatik kateqoriyaları müəyyənləşdir
mək və onların qrammatik mahiyyətini açıqlamaq;
• tat dilində söz yaradıcılığı prosesim tədqiq etmək, sözlərin
leksik, morfoloji və sintaktik yolla yaranması məsələsini hərtərəfli
araşdırmaq, söz yaradıcılığında ləhcə fərqlərini göstərmək və
onlann mahiyyətini təhlil etmək;
• tat dilinin sintaktik quruluşunu tədqiq və təsvir etmək, söz
birləşmələrini, sadə cümlələrin növlərini, cümlə üzvlərini, mürək
kəb cümlələri struktur və semantik cəhətdən öyrənmək, onlann iş
lənmə məqam və mövqelərini aşkarlamaq;
• ikidillilik şəraitində tat dilinin funksiyalanm müəyyənləşdir
mək, onun müasir vəziyyəti və inkişaf perspektivini proqnozlaşdır
maq.
Mövzu geniş öyrənilir. İndiyə qədər apanlmış tədqiqatlara
əsasən müəyyən arealda yaşayan tatlann dili empirik şəkildə
öyrənilmişdir. Bu əsərdə isə ilk dəfə olaraq Azərbaycanda yaşayan
tatların dili, bu dilin ləhcələri bütün aspektlərdə hərtərəfli tədqiq
olunur. Müxtəlif ləhcələr arasında leksik, fonetik və qrammatik
fərqlər araşdırılır. Tat dilinin zəngin frazeologiyası toplanıb təhlil
edilir. Tat dilinin İran sistemli digər dillər arasındakı yeri, özünə
məxsus xüsusiyyətləri göstərilir. Eyni zamanda tat dilində mühafizə
olunmuş arxaik Azərbaycan və ümumtürk leksik elementlər aşkara
çıxarılır.
Tədqiqatın elmi və praktik əhəmiyyəti ondadır ki, çox az və
səthi öyrənilmiş müstəqil bir dil hərtərəfli tədqiq olunduğundan dil
çilik elmi yeni fakt və mülahizələrlə zənginləşir. Həmçinin müxtəlif
8
BİRİNCİ KİTAB
sistemli dillər sferasında tat dilində gedən proseslərin müşahidəsi və
təhlili elmi-nəzəri qənaətlərin hüdudlarını genişləndirir.
Azərbaycanda olan dillərin qarşılıqlı əlaqələrini öyrənmək, tat
dilinin Azərbaycan dili hesabına zənginləşməsi yollannı izləmək və
bu fonda nəzəri ümumiləşdirmələr aparmaq elmi fikrə yeniliklər gə
tirir. Tədqiqatın nəticələrindən ali məktəblərdə dilçiliyin nəzəri mə
sələlərinin tədrisində, habelə dil tarixinin tədqiqi, dialektoloji atlas
ların tərtibi zamanı faydalı şəkildə istifadə etmək olar. Linqvistik
faktların təhlili və əsərin içində verilən tat dilinə aid faktiki materi
allar şərq dillərinin tədrisində müəyyən əhəmiyyət kəsb edəcəkdir.
Əsər həmçinin Azərbaycanda yaşayan tatların dilinin tədrisi
nin keyfiyyətini yüksəltmək, dərsliklər hazırlamaq üçün də əsas isti
nad mənbəyi ola bilər.
AZƏRBAYCAN TATLARININ DİLİ
9
GİRİŞ
Azərbaycan ərazisində yaşayan tatlar bu torpağın qədim və
aboregen xalqlarından biridir. Bəzi alimlər göstərirlər ki, tatların et
nik adı olan “tat” etnonimi türk sözü olub, türklərin özlərinə tabe et
dikləri qeyri-türklərə (türk olmayan başqa tayfalara), sonralar tacik,
fars və sair adlandırılmış bütün irandilli xalqlara verdikləri nisbi
addır; sonra bu söz etnik ada - tatların etnoniminə çevrilmişdir.1
Bəzi alimlərə görə, tat sözünün “savadlı”, “şəhərli”, “oturaq həyat
keçirən”, “əkinçi” kimi mənaları ilə yanaşı, Cığatay dilində “avara”,
“yurdsuz”, “tabe şəxs”, “qul” mənaları da vardır.2
“Dədə Qorqud” dastanlarında bu sözə “tat əri” (tat kişisi mə
nasında) ifadəsində rast gəlinir.3 Mahmud Kaşğaıi isə “tat” sözü
qarşısında “tatsız türk bulmas, başsız börk” zərb-məsəlini verərək,
bu sözü etnik ad - Azərbaycan ərazisində yaşayan qədim bir xalqın
etnonimi kimi hesab etmişdir.4 Bəzi tədqiqatçılara görə, bizim era
nın V-VI əsrlərində Şimal tayfalarından qorunmaq üçün İrandan
Azərbaycana köçürülmüş bəzi irandilli tayfalarla hələ Orxon-Yeni-
sey türk yazılarında Gültəkinin şərəfinə yazılmış Kiçik abidənin 12-
ci sətrində (... on ox oğullarından tutmuş tatlara qədər ...) adı çəki
lən5 tat etnosunun hər ikisi eyni adlı xalqdır. Hər halda bu bir həqi
qətdir ki, tatlar da bu ərazidə qədim dövrlərdən mövcuddurlar və
burada yaşayan başqa xalqlarla qaynayıb qarışaraq vahid Azərbay
can xalqının formalaşmasında fəal iştirak etmiş,6 öz etnik dillərini
bu günümüzə qədər qoruyub saxlaya bilmişlər.
1 Yəhya Zəka. Guyeş-e Kərinqan-e tati. Tehran, 1334, c. 6-7 (fars dilində)
2 П.К.Жузе. О .слове “Tat”. Баку, 1927, s. 7
5 “Dədə Qorqud”, Bakı, Azəməşr, 1939, s. 76
4 Mahmud Qaşqari. Divani-lUğət-it-ttlrk. ‘Tat’’ söztlnə bax.
s С.Малов. Памятники древнетюркой письменности, M. Л, 1951, s.28
6 Tatların tarixi məsələləri bu əsərin mövzusundan xaricdir. Müəllif bu mövzuya dair ayrıca “Azərbay
can tatları: tarixi-etnoqrafık oçerk” adlı əsər üzərində işləyir. Müəllifin qeydi: Həmin əsər çap olun
muşdur və bu kitabda verilir.
Dostları ilə paylaş: |