10
BİRİNCİ KİTAB
Analitik dil olan tat dilinin fonetik, qrammatik və leksik cəhə
tdən bir-birindən fərqlənən ləhcələri var. Yazıda bu dil üçün 1938-ci
ildən latın əlifbasından istifadə olunmuş, sonra bütün Azərbaycanda
olduğu kimi, rus qrafikasına keçilmişdir.1 Hal-hazırda tatlar da latm
və kiril əlifbasından paralel istifadə edirlər.
Bir sıra dünya oriyentalist və dilçiləri İran dilləri qrupuna da
xil olan nəinki təkcə böyük dilləri tədqiq etmiş, hətta 500 nəfərdən
artıq sakini olmayan kiçik bir kəndin dilini - İşkaşim dilini belə öy
rənmiş, bu dilin varlığı, tarixi inkişafı haqqında elm aləminə böyük
əsər təqdim etmişlər.2 Tat dili də ilk dəfə rus alimləri tərəfindən öy
rənilmişdir. Bu dil hələ keçən əsrin ortalarından rus şərqşünaslarının
diqqətini bir elmi obyekt kimi cəlb etmiş, İ.Beryozin, B.Dom,
V.F.Miller, daha sonra B.V.Miller, V.Sokolova, A.Qrünberq və baş-
qalan tatlar və tat dilinin bu və ya başqa sahəsinə aid bir sıra əsərlər
yaratmış, yaxud bu və ya başqa əsərdə yeri gəldikcə bu dildən da
nışmışlar.
Tat dili ilə maraqlanan, öz əsərlərində bu dildən bəhs edən rus
alimlərindən bəziləri bu dilə dair qiymətli tədqiqat işi aparmışlar.
Rus şərqşünaslanndan ilk dəfə tat dili ilə məşğul olan Kazan Uni
versitetinin professoru, İran dillərinin məşhur tədqiqatçısı İ.Beryo-
zindir. O, özünün müxtəlif İran dillərinə həsr etdiyi əsərinin 20-yə
qədər səhifəsində tat dilindən danışır.4 Müəllif kitabında tat dilinin
(onun fikrincə isə fars dilinin bu yeni ləhcəsinin) bir sıra fonetik və
qrammatik xüsusiyyətlərini verməyə cəhd etmişdir. Tat dilini özü
nün Qafqaza səyahəti dövründə bir ay müddətinə Bakıda olarkən
(Maştağa və Mərdəkanda) öyrənmiş Beryozinin bu dilə aid verdiyi
mülahizələri, əlbəttə, nöqsansız deyildir. O, Abşeron ləhcəsini əsas
götürsə də, nə bu ləhcənin fonetik xüsusiyyətlərini, nə də başqa ləh
cələrdən fonetik fərqlərini düzgün verə bilmişdir. Onun tat sözlərini
' M.l.Hacıyev. Tat dili. АСЕ, c.9, Bakı, 1986
2 Г.Н.Пахалина. Ишкашимский язык. M., 1959
3Tat dili sahəsində aparılmış tədqiqat əsərləri içərisində bu dilin bir sıra məsələlərini sadəcə suallar
şəklində qarşıya qoyan əsərlər də vardır. Məsələn, B.V.Miller özünün əsərini də «Таты, нх
расселение и говоры (материалы и вопросы)» adlandırır və tat dilinə aid suallar verir və məsələləri
açıq qoyur.
4 İ.Berezin. Lexerxes surles dialektes Persans. Kazan. 1853.
AZƏRBAYCAN TATLARININ DİLİ
11
vermək üçün qəbul etdiyi fransız dili transkripsiyası tat dilində olan
bir sıra boğaz səslərini, diftonqlan, “e”, “y”, “ə”, “Г saitlərini və
“h”,
/ayn/ boğaz səslərini göstərməyə imkan verməmişdir. Bir sı
ra nöqsanlarına baxmayaraq, bu əsərin böyük əhəmiyyəti ondadır ki,
rus şərqşünaslığı ilk dəfə məhz bu əsərlə tat dilini tanıdı; bu əsər tat
lar və tat dilinin öyrənilməsinin bu və ya başqa dərəcədə əhəmiyyət
li olduğu məsələsini ortaya atdı. İ.Beryozinin bu əsərindən sonra tat
dili rus şərqşünaslığında diqqəti cəlb edən obyektlərdən birinə çev
rildi.
Bundan sonra akad. B.Dom da özünün məşhur “Kaspi” əsə
rində Mirzə Əbdürrəhim adlı bir şəxsdən götürdüyü tat dilinə aid üç
mətni çap etdirir.1 O, bu mətnlərin fonetik fərqlərini göstərir və on
ları müqayisəli izahatla müşayiət edir.2 B.Domun istər çap olunmuş,
istərsə də tat dilinə dair Sankt-Peterburqda Asiya xalqları İnstitutun
da saxlanan arxivdəki başqa materialları da fonetik dəqiqlik vermir,
mütəxəssisi əsla qane etmir. Bunu B.F.Miller də vaxtı ilə doğru ola
raq başa düşmüş, özünün “Tat etüdləri” əsərinin ikinci cildinin mü
qəddiməsində qeyd etmişdir.3
Tat dilinin tədqiqi sahəsində akad. V.F.Miller də əhəmiyyətli
iş görə bilmişdir. O, əvvəllər yəhudi-cuhudlar və tat dilinin yəhudi
ləhcəsi ilə maraqlanmış, bu sahədə özünün “Yəhudi-tat dilini öyrən
mək üçün materiallar” adlı 90 səhifəlik əsərini nəşr etdirmişdir.4
V.F.Miller bu əsərində 8 kiçik nağıl (o cümlədən Molla Nəsrəddin
haqqında iki lətifə) verir, əsəri yəhudi-tat dili ilə rus dili lüğətindən
ibarət 2 min sözlə tamamlayır.
1 Б.Дорн. Каспи, СПБ, 1875, səh. 171-172, 217-220, 355.
2 B.Domun Mirzə Əbdürrəhimdən götürdüyü mətnlər çox imiş. Onların hamısını
nəşr etdirməmişdir. Bunlar Sankt-Peterburqda Domun arxivində əlyazması
şəklində saxlanılır/ bax: Arxiv Doma, 3, 4a-4b.
3 В.Ф.Миллер. Татские етюды, M., 1907, səh 5-11.
4 Yenə onun: Материалы для изучения еврейско-татского языка. СПБ, 1992.
12
BİRİNCİ KİTAB
Bundan sonra o, özünün “Yəhudi-tat şivəsinin fonetika və mor
fologiyasının oçerkləri” adlı iki hissədən ibarət əsərini çap etdirir. 1
Bir neçə il sonra V.F.Miller tat dilinin yəhudi ləhcəsində olan
semit elementlərə dair xüsusi məqalə yazmış2, sonra bu ləhcəyə dair
daha iki mətn çap etdirmişdir.3 V.F.Miller tat dilinin yəhudi ləhcəsi
nə dair material toplama işini davam etdirmiş, lakin nədənsə onları
mətbuatda buraxdırmamışdır. Bu materiallar onun arxivində Sankt-
Peterburq şəhərində indi də saxlanılır.4
Tat dilinin yəhudi ləhcəsinə dair yuxarıdakı əsərləri nəşr etdi
rən V.F.Miller bir az sonra müsəlman tatlarının dili ilə maraqlan
mışdır. O, müxtəlif tat ləhcələrindən yalnız Lahıc ləhcəsi ilə məşğul
olmuşdur, çünki V.F.Miller Krımda istirahət edərkən (1903-cü ildə)
Bakı texniki məktəbinin tələbəsi lahıclı tat Ağabala Canbaxşev də
orada imiş. Miller onunla tanış olmuş, təxminən bir aya qədər bəzi
şeylər öyrənmiş, bu ləhcəyə dair qeydlər etmişdi. Sonralar tat dili
nin Lahıc ləhcəsinə dair olan bu qeydlər onun 1905-ci ildə “Tat
etüdləri” adlı əsərinin meydana gəlməsi üçün əsas oldu.5 Müəllif
əsərdə tat dilinin Lahıc ləhcəsinə dair on bir mətn-hekayə və lətifə
verir. Əsər 2500-ə qədər tatca-rusca sözün lüğətini də özündə birləş
dirir. Bundan iki il sonra bu materiallar tat dilinin qısa təcrübi qram
matikasının - “Tat etüdləri” əsərinin ikinci hissəsinin meydana gəl
məsinə səbəb oldu.6 Daha sonra Lopatinskinin qrammatik təhlili ilə
1 В.Ф.Миллер. Очерк фонетики еврейско-татского языка, М., 1900; Очерк
морфологии еврейско-татского языка, 1903; Труды Лазаревского Института
восточных языков, вып, III-IV.
2 В.Ф.Миллер. О семитских в такстом наречии горских евреев. Журн:
«Древности Восточные», т.п, вып. Ш, Мос. Археолосо. Обш, 1913.
3 Yenə onun. 2 еврейско-татские тексты. Записки археологического общ., т. 26.
4 Санкт-Петербург. Архив Востоковедов при институте народов Азии, фонд
38, siyahı 1, iş N-37, vərəq 2-24.
5 В.Ф.Миллер. Татские етюды. М., 1905, вып. 24. Труды Лазаревского
института восточных языков.
6 Yenə onun. Татские етюды. Труды Лазаревского института восточных
языков, вып. 26, М., 1907; Журн. «Древности Восточные», Т. Ш. вып. 1,
протокол Н-87,1907.
AZƏRBAYCAN TATLARININ DİLİ
13
bəzi mətnlər dərc olunur.1 Tat dili məsələsi get-gedə daha çox ali
min diqqətini özünə cəlb edir. Məşhur akad. E.Korş orta fars dilində
ıotasizm (“r” hərfini tələffüz edə bilməmək) məsələsindən bəhs
edərkən tat dilinin fonetikasına toxunur, orta fars dili ilə tat dilini
müqayisə edir.2
Bu müqayisələr İran dialektlərinin məşhur tədqiqatçısı
B.A.Jukovskinin diqqətini kürd, talış, mazandaran kimi dillərlə bə
rabər, tat dilinə də cəlb edir.3
Tatlar və tat dili ilə əlaqədar öz atası Vsevolod Millerdən son
ra talış dilinin məşhur tədqiqatçısı kimi4 tanınmış iranşünas Boris
Miller də müəyyən tədqiqat aparmışdır. Azərbaycanın Tədqiq və
Tətəbbö cəmiyyətinə dəvət olunan B.Miller B abda işlədiyi müddət
də tatlara dair kitabça buraxdım-.5 Onun Azərbaycan ərazisində tat
ların yerləşməsi, eyni dildə - tat dilində danışan, üç dinə mənsub
olan əhalinin - yəhudi, grigoryan və müsəlman - dili və ləhcələri
arasındakı mühüm fonetik ayrılıqları, tat dilinin bu və ya başqa
sahəsinin tədqiqinin əhəmiyyətini şərh edən bu əsəri tatlar və tat dili
sahəsində deyilmiş son mühüm söz oldu. Müəllif sonralar 1945-ci
ildə də tat dilinə dair mətnlər çap etdirmişdir.6
Bundan təxminən 15 il sonra A.L.Qıünberqin “Tat dilinin İran
dilləri içərisində yeri haqqında” adlı məqaləsi dərc olundu.7 O, hə
min məqaləsində tat dilini talış, Mazandaran, kilək kimi Xəzərətrafı
dil və dialektlərlə bir cərgədə götürən alimlərin əksinə olaraq, bu
1 Сборник материалов для описания местностей и племен Кавказа, вып. 20,
часть II, Тифлис, 1894, səh.25-32.
2 Э.Корш. Следы диалектиского ротацизма в средне-персидском языке.,
«Древности Восточные», т. III, 1907.
3 А.П.Жуковский. Материалы для изучения персидских наречий. М., 1893,
часть I, с. IV.
4 Б.В.Миллер. Талышский яхык. М., 1953.
5 Б.В.Миллер. Таты, их расселение и говоры (Материалы и вопросы). Баку,
1929.
6 Yenə onun. Татские тексты. Сб. «Иранские языки», М., 1945.
7 А.Л.Грюнберг. О месте татского среди иранских языков. Журн. «Вопросы
языкознания», М., 1961, N-l, səh. 106.
Dostları ilə paylaş: |