Maddenin sirri indd


Sonsuz Zaman Allahın Hafizəsində  Qorunur



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə40/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

Sonsuz Zaman Allahın Hafizəsində  Qorunur
161
ZAMANSIZLIĞI VƏ SONSUZLUĞU İZAH EDƏN  FİZİK
The end of the time” (Zamanın sonu) kitabının müəllifi məşhur fizik 
Julian Barbour “Discover” jurnalı tərəfindən aparılan müsahibəsində 
bu  bölmədə  toxunduğumuz  mövzuların  elmi  həqiqətlər  olduğuna 
diqqət çəkir. Julian Barbourun “Buradan sonsuzluğa” başlığı altında 
dərc edilən müsahibəsində bildirdiyi mövzular və yazını hazırlayan 
“Discover” jurnalının jurnalisti Tim Folgerin şərhlərindən bəziləri 
belədir:
Barbourun fikrincə bu an və bu an içində olanlar – Barbourun 
özü, amerikalı qonaq və uzaq qalaktikalara qədər olan hər şey – 
heç dəyişməyəcək. Nə keçmiş var, nə də gələcək. Əslində zaman 
və hərəkət illüziyadan başqa bir şey deyil. Barbourun kainatında 
hər  fərdin  həyatındakı  hər  an  –  doğulma,  ölüm  və  bunların 
arasındakı hər şey- sonsuzluğa qədər mövcuddur. Barbour belə 
deyir: “Yaşadığımız hər an əslində sonsuzdur”.
Kainatın  mümkün  olan  hər  konfiqurasiyası,  keçmiş  zaman  və 
gələcək  ayrı-ayrı  və  sonsuzluğa  qədər  mövcuddur.  Zamanda 
səyahət edən hər hansı kainatda yaşamırıq. Əksinə, bizlər və ya 
özümüzün fərqli versiyaları hər hansı bir zamanda, içində hər şeyi 
ehtiva edən kainatda, bir çox sabit və sonsuzluğa qədər davam 
edən  rəsmdə  eyni  zamanda  mövcuduq.  Barbour  bunların  hər 
birinə mümkün sabit həyat konfiqurasiyaları, yəni “indi” deyir. 
Hər “indi” əksiksiz, öz-özünü ehtiva edən zamansız, dəyişməyən 
kainat.  Əslində  hər  biri  sonsuzluğadək  davam  edərkən  bizlər 
səhvən “indi”ləri tez keçib gedən kimi hiss edirik, çünki kainat 
kəlməsi bütün mümkün “indi”ləri əhatə etmək üçün çox kiçikdir. 
Barbour bunun üçün yeni bir söz törətdi: platoniya. Hisslərimizlə 
qavradığımız fiziki dünya sabit şəkildə davam edən kimi görünsə 
də,  bu  adı  gerçəkliyin  sonsuz  və  dəyişməyən  formalardan 
meydana gəldiyini iddia edən qədim yunan filosofunun şərəfinə 
qoymuşdu.
(Barbour) gerçəklik anlayışını kinofilmin kadrlarına bənzədir.
Hər kadr incə uzun otları, mavi göy üzündəki buludları, Julian 
Barbouru, təəccüb içində olan “Discover” jurnalistini, uzaqdakı 
qalaktikaları  ehtiva  edən  mümkün  “indi”ni  ehtiva  edir  və  hər 
hansı bir kadrdakı heç bir şey hərəkət etmir və dəyişmir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
162
“Bu  həyatınızın  mühüm  anlarını  xatırlamağa  bənzəyir”,  -deyir. 
“Bəzi səhnələri ani çəkilən fotoşəkil kimi çox aydın xatırlayırsınız. 
Bir dəfə özünü vuran insanı yıxılmaq məcburiyyətində qaldığımı 
xatırlayıram.  Hələ  qapını  açdıqda  onun  pilləkənin  aşağısında 
əlində  silah  qan  içində  yerdə  yatarkən  gördüyüm  səhnəni 
xatırlamaqda çətinlik çəkmirəm. Bir fotoşəkil kimi yadımdadır. Bu 
cür xatırladığım hələ bir çox xatirəm var. İnsanların güclü görmə 
yaddaşları var. Əgər bu bir ani fotoşəkil deyilsə, onda xatırladığınız 
filmdən bir neçə səhnə də ola bilər. Bəlkə də ən mühüm xatirələrinizi 
düşünürsünüz.  Bunları  bir  saniyədə  düşünüb  bitirə  bilməzsiniz. 
Hamısını fikrinizdən ani fotoşəkillər kimi keçirirsiniz, elə deyil? 
Yavaş-yavaş  yox  olmazlar.  Hər  hansı  bir  davamlılığı  varmış  kimi 
görünmürlər. Sadəcə oradadırlar, eynilə kitabın səhifələri kimi. Bir 
səhifənin neçə saniyə davam etdiyini soruşa bilməzsiniz. Salisə və 
ya saniyə davam etməz, sadəcə orda durur”.
Barbour sakitcə qaçılmaz etirazları gözləyirdi. Elə isə bir növ bir 
kadrdan  digərinə  keçmirik?  Xeyr.  Kainatın  sabit  nizamından 
digərinə  keçid  yoxdur.  Kainatın  bəzi  konfiqurasiyaları  sadəcə 
“indi”ni  əmələ  gətirən  keçmiş  kimi  təsvir  edilən  xatirələrlə  şüur 
hissələrini  ehtiva  edir.  Hərəkət  illüziyası  meydana  gəlir,  çünki 
bizlərin çox az fərqlənən bir çox versiyamız ki, bunların heç biri 
hərəkət etmir, eyni anda maddənin çox az fərqlənən nizamlamaları 
ilə birlikdə bu kainatlarda mövcuddurlar.
Hər versiyamız bənzərsiz, hərəkətsiz, sonsuz “indi”dən ibarət olan 
fərqli  kadr  görür.  “Mənim  fikrimcə,  hər  hansı  iki  anda  heç  vaxt 
eyni deyilik”, -Barbour deyir. “Barbourun evinin yanındakı kilsədə 
İngiltərədə çox nadir tapılan divar rəsmlərindən bəziləri var. 1340-cı 
ildə tamamlanan  rəsmdə XII əsrdə yaşamış və inancları Karl II Henri 
ilə ziddiyyət təşkil edən Tomas Beketin öldürülməsi canlandırılıb. 
Divar rəsmi kralın qılıncının Beketin başını bədənindən ayırdığı 
anı təsvir edir. Kəsilən yerdən qan fışqırır”.
Əgər Barbourun nəzəriyyəsi doğrudursa, onda Beketin şəhid edildiyi 
an eynilə öz ölümümüz kimi, hələ sonsuz “indi” kimi kainatın hər 
hansı  bir  konfiqurasiyasında  mövcuddur;  dərk  edilməyəcək  qədər 
böyük,  donmuş  əsərin  saysız  hissəsindən  bir  dənəsi.  Yaşadığımız 
bütün hadisələr sonsuzluğa qədər sabit qalacaqlar, eynilə ölümsüz 
zinət əşyasındakı kristallar kimi. Dostlarımız, ailəmiz, uşaqlarımız 


Sonsuz Zaman Allahın Hafizəsində  Qorunur
163
hər zaman oradadırlar.
“Hər  zaman  tək  bir  ana  bağlıyıq”,  -Barbour  deyir.  Zamanın 
içindən  keçmirik.  Əksinə  hər  yeni  an  tamamilə  fərqli  kainatdır. 
Bütün  bu  kainatlarda  heç  bir  şey  hərəkət  etmir  və  ya  qocalmır, 
çünki  heç  birində  zaman  yoxdur.  Kainatlardan  biri  sizin  körpə 
ikən ananızın üzünə baxarkən olan halınızı saxlayır. Bu kainatdakı 
sabit görüntüdə heç bir yerə hərəkət etmirsiniz. Digər bir kainatda 
isə sonsuzluğa qədər ölümdən bir nəfəs uzaqda olacaqsınız. Bütün 
bu kainatlar və hələ bir çoxu yan-yana xəyal edilməyəcək ölçü və 
növdəki kosmosda daima mövcuddur. Beləliklə, ölümsüz sizdən 
sadəcə  bir  dənə  yox,  əksinə  çoxdur:  iməkləməyə  başlayarkən, 
lovğa  yelbeyin,  yaşlandıqda.  Faciəvi  olan-  bəlkə  də  xeyirli  olan- 
bu  versiyaların  heç  birinin  öz  ölümsüzlüyünü  anlamamasıdır. 
Sonsuzluğa qədər 14 yaşında olub vətəndaşlıq dərsinin bitməsini 
gözləmək istərdiniz?” (Tim Folger, “Buradan sonsuzluğa, Discover, 
dekabr, 2000-ci il, səh. 54”)
Julian  Barbourun  yuxarıdakı  açıqlamaları  bu  bölmədə  izah 
edilənlərin  elmi  tərəfini  çox  yaxşı  vurğulayır.  Bu  cəhətdən  kitabın 
mövzusu ilə böyük uyğunluq təşkil edir. Ancaq bildirilməli əsas cəhət 
budur: Barbour keçmişdə yaşanan heç bir anın itmədiyini, ancaq bu 
hadisələrin  kadr-kadr  fotoşəkillər  kimi  hal-hazırkı  anda  mövcud 
olduqlarını bildirir.
Həqiqətən də keçmiş və gələcək Allahın hafizəsində hər an hazır 
şəkildə  durur.  Ancaq  bunlar  kadr-kadr  fotoşəkillər  kimi  deyil  hal-
hazırda hərəkətli şəkildə yaşanırlar. Məsələn, hal-hazırda hz. Yusifin 
qardaşları  hz.  Yusifi  quyuya  salırlar.  Misir  piramidaları  hal-hazırda 
inşa edilir, işçilər daşları yerləşdirirlər. Necə ki, biz hal-hazırda canlı 
şəkildə  yaşayırıq,  bu  an  içərisində  Allah  qatında  bütün  keçmiş  və 
gələcək canlı şəkildə yaşanır.
Müasir  dövrümüzdə  fizika  sahəsindəki  irəliləyişlərlə  elmi 
cəhətdən  də  sübut  edilən  bu  həqiqətlər  Quranda  zamansızlıq  və 
sonsuzluq  haqqında  bildirilən  ayələrlə  böyük  uyğunluq  təşkil  edir. 
Allahın yaratmasındakı bu böyük möcüzə Allahın sonsuz qüdrətini və 
ucalığını göstərən qeyri-adi  məlumat, üzərində diqqətlə düşünülməli 
və qavranılmalı böyük həqiqətdir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə